Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə38/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   34   35   36   37   38   39   40   41   ...   96

 
 
148 

 
Yox, gərək öz mədənində, öz kanında hər kəs qal. 
Gənə qəytərib verdi Eyvaz xana. Burda iki gün, üç gün qallan-
nan sora Koroğlu dedi:  
– Eyvazcan get anaya de, toy otağın  bəzəsin Dəmirçioğlu gələ 
görək  Telli  xanımı  istəyər,  ya  istəməz.  Əgər,  göylü  olsa  çıxarım 
əqdinə. Olmasa verəm burda Qulubəgə. 
Amma, Qulubəgdə dolanırdı, atılırdı, düşürdü deerdi  yəqin  ve-
rəllə mənə.  
Nigar xanım kulafirəngidən baxırdı, dedi: 
– Qoş Koroğlu, sən bu qızı hələ tuşat buna, görək bunu da qəbul 
elər qız, ya yox! 
Ağa, Nigar xanım gəlip qızın otağına, baxır sağına-soluna. Də-
mirçioğlu  baxtı  qıza,  baxtı  Koroğluya.  [Qız  onun]  əğlini  əlinnən 
aldı, heç  bilmədi  harda qaldı. Min camalı  çəkib  bunun üç  min üç 
yüz  rəngbəndin  cəm  eylədi  bir  tərəfə.  Qız  baxtı.  Baxanda  Də-
mirçioğlu getdi hizar şöhlələrə, dedi: 
– Yanı, bu qızı Qoç Koroğlu alar mənə?! 
Koroğlu dedi: 
– Bəyəndigindi? 
Dedi:  
–  Qurban,  əlin  də  səniy,  peşkəş  də  səniy.  Səniy  əlində  gərək 
cam ola mən mey içəm.  
Dedi:  
– Oğlan, səniçün saxlamışam. Eyvazım bunu almadı. Buna görə 
ki, dedi: «Çünki mən yuxuda görən qızın gedəcağam sorağına». 
Burda toy tutdular, bəsat qurdular.  
Ağa, sizə  hardan  xəvər  verək,  həmin  Meyti paşadan. Meyti paşa 
[qoşun çəkib] dağın dövrün almışdı. Meyti paşa qoşun çəkdi ki, gələ 
(Dedilər:  «Bu Qoş  Koroğluymuş») ki, qəsas ala  bunnan. [Öz-özünə 
dedi:]  Kişi  səni  şahraysan,  hökmiy  vardı,  qüdrətiy  vardı,  qoşunuy 
vardı.  Bir  dənə  aşıx  adam  gələ  aşpazıy  basa  qazana,  gəlini  götürə 
gedə? Səniçin [bu biabırçılıq] nəyinki qiyamətə yəxəynən getməz. Bu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
149 
da nə qədər qoşun götürüp düşüp  yola.  Bazırqannardan, tacirlərdən, 
şəərlərdən ləşkə-ləşkə fouc götürüp Çəmlibelin dovrünə. 
 Amma, dəlilər uca dağlardan hərdən nigabannıx verərdilər. Bax-
dılar-gördülər Rum tərəfinən o qədir qoşun gəlir, günün üzün qubar 
alup. Nə cir bu qoşun? Məgər dalı üzülür? Aynaynan nişan verdilər, 
Eyvazxan annadı. Koroğlunu götürüp yanına cağırır xan Eyvaz.  
–  Qoç  Koroğlu,  dur  gör  nə  yaman  vaxtıdı.  Bu  qoşun  gəlip  bu 
çölə. İcazə verəyn, rüxsat verəyn qoşunu tarımar edək.  
Koroğlu dedi:  
–Yox bala,  bu cür cəngə getməzdər. Gərək cəngə  fikr eləmək. 
Gedin görün atdarı nə rəngdi. 
 Dedi:  

 
Qoş Koroğlu, tamammı atdarı qırmızıdır.  
[Koroğlu dedi:] 
–Haa..., Dağı-daşı qoymıyın, kəsin hər tərəfdən düzi. Qırmızı at 
dağda dura bilməz. 
Eyvaz dedi: 
– Qoş Koroğli, indi daha bizim xoş günümüz yox. Düşman bizi 
salıp araya. Durun atdar minək, bilək nə eyliirik. 
Eyvaz deyir Dəmirçioğluynan:  
Sənə qurban, Qoç Koroğlı, 
Kaşı düşman min olaydı.  
Salaq qovğayı-qovli, 
Qızılgüllər saralaydı. 
 
Düşmanı qeytərək dala, 
Vurak indi qoşa xala, 
Qoymiyin biri sağ qala, 
Kaşı düşman yüz olaydı.  
 
Qırım, qırım, qırım, qırım, 
Dağlar üstə çürüm-çürüm, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
150 
Şeşpər atım, qılıc vurum,  
Qılışlarda qan olaydı.  
 
Başları alın bədənnən, 
Arzusi çıxmır sinənnən, 
Qoymuyun getsin vətənnən, 
Uzax ellər yorulaydı. 
 
Şeşpəri başa çalurum, 
Fürsəti əldən alurum, 
Adıma sikkə salurum, 
Rəvacı kim pul olaydı. 
 
Xan Eyvazam, baxma mənə, 
Gül kimin qon yasəmənə, 
Fürsəti vermə düşmənə, 
Coşqun çaylar sel olaydı. 
Ağa,  sözləri  ki,  tamam  elədi,  xan  Eyvaznan  Dəmirçioğlu  ikisi 
girdi  qoşun  içinə.  Görək  bular  nə  deyirdi  bir-birinə.  Ağa,  bir  uca 
dağıdı,  əlamət  verdilər  hər  kəs  çatdı  dağın  üstünə  əlin  qovzasın. 
Bunu Eyvaz Dəmirçioğluna deyər: 
Sən o yannan, mən bu yannan, 
Dəmirçioğlu, Dəmirçioğlu. 
Arzunu çıxadak cannan. 
Dəmirçioğlu, Dəmirçioğlu. 
İndi Dəmirçioğlu deyər: 
Sənə qurban Xan Eyvazım, 
Vurginan mənim meydanım. 
Sənə qurban ala gözüm, 
Çıxmayıbdır mənim canım. 
Gənə Eyvaz deyir: 
Dağların başı dumandı, 
Dəmirçioğlu, Dəmirçioğlu. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
151 
Göylümə yatıp gümandı, 
Dəmirçioğlu, Dəmirçioğlu. 
Arzum canda arzumandı, 
Dəmirçioğlu, Dəmirçioğlu
49

Götürüp indi Dəmirçioğlu deyir: 
Sənə bilməm nələr oldu, 
Xan Eyvazım, Xan Eyvazım. 
Saraldı güllərin soldu, 
Vur Eyvazım, vur Eyvazım
50

Götürüp indi Dəmirçioğlu deyir: 
Eyvaz xan, sən gəl meydana
Meydanı döndərək qana, 
Fürsəti vermə düşmana, 
Xan Eyvazım, xan Eyvazım. 
Gənə Eyvaz deyir: 
Bolu Sərdar burdan qaçup, 
Başımıza bəla açup, 
Güman elləm burda yatup 
Dəmirçioğlu, Dəmirçioğlu.  
Dəmirçioğlu görək nə deyir: 
Sol əllə şeşpər ataram, 
Sağ əllə başlar tutaram,  
Harda olsa mən taparam, 
Xan Eyvazım, Xan Eyvazım. 
Ağa, sözdəri tamam eylədilər, girdilər qoşunun içinə. Alla gör-
sətməsin,  inqari  ki,  deyirdin  doqquz  dənə  qurd  vurub  gəllə  içinə, 
çobanı yoxdu gəllənin, [sürü] bölük-bölük [olup]. Ağa, töküplər bu 
düzə.  Əsir  olan  əsir  gedip,  qaçan  qaçıp.  O  zaman  üç  yüz  min 
tümən  verəydilər bir dənə surağı  muş alaydılar-siçandeşiyi tapay-
                                                
49
 Burda iki misra artıq olsa da aşıq onu musiqinin ritminə elə uyğunlaşdırır 
ki, misraların çox olduğu hiss olunmur. 
50
 Burda Eyvazın dilindən deyilmiş bir bənd yoxdur 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə