Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə46/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   42   43   44   45   46   47   48   49   ...   96

 
 
181 
Dedi: 
– Beş mənat?
67
 
Dedi: 
– Bəli!  
Eyvaz əl elədi, cibinnən bir muş pul tökdü bunun cibinə, dedi: 
– Apar, xəşlə. 
İran  sikkəsi  varıdı,  Rus  sikkəsi  varıdı,  ağa,  Türkman  sikkəsi, 
Osman sikkəsi hamınnan bunun cibindəydi. Dedi: 
–Apar xəşlə. 
Bir də üş dənə durna verdi, dedi: 
–Apar,  ver  bunu  Həsən  paşaya,  deginən  daa  bağında  durna 
qalmayup.  Görüp  görəcəğin  də  budu,  yeyip  yeyəcəğin  də  budu. 
Yeyirən dişlərin arıtda, dahi görməyin. Onda da başıyız sağ olsun, 
bağında narış da görməyin biyil. Bunu de yaa! 
Dedi: 
–Çəşm.  
Ağa, dedi: “Xudaya, bular əlindən qutarıp gedəydim can. Bular 
olmuya birdən məst ola, vuralar mən başım qulağımda qala, qula-
ğım nəşimdə qala, nəşim döşümdə qala, qolum qıçımda qala. Vur-
muyalar mən nacar olam, calanam. 
[Eyvaz] İsaballıya dedi: 
–Bir dənə piyalə tök ver bu içə. 
Dedi: 
–Qurban, o nəmədi? 
Dedi: 
–Bu, bu bir şey dəyil, sudu, qırmızı su.  
Dedi: 
– Qurban, onnan mən bir məylisdə Həsən paşanın qonağı vardı çağır-
mışdı, işdim, belə tərsə-tərsə yol gedirdim. Qurban, o mənə saziş yeməz. 
Onu vermiyin mənə yaxçidi. Əvəzi, gedərəm yolu evimi tapmam. 
                                                
67
 Aşıq belə izahat verir: Mənat Türkiyə dilinnən nə ğartdı? 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
182 
Dedi: 
–Xub, bunnan işmə.  
Ağa,  durnaları  bağladı  çiyninə,  dördün  də
68
 götdü  o  bağdan 
çıxdı. Amma, Dəmirçioğlu dedi: 
–Eyvaz,  bu  adəm  durnatutan  dəyildi.  Bu  adəm  getdi  xəbərə. 
Amma gəlin çıxak şəərdən gedək.  
Eyvaz çox məstidi. Həsən paşa bir dənə tərlanını
69
 uçurtmuşdu, bu 
tərlanı da, (Eyvaz) tutmuşdu əlində saxlamışdı. Düşmüşdü elə məss... 
 Dedi: 
– İşdəri bular hara qaçak? Yox baba, durnatutanıdı. 
Dedi: 
– Xob, indi görrük daa. Qaranqulux gecədən ay bulutastan çıxar 
məhlum olur.  
Ağa,  bu  yetişdi,  Həsən  paşa  da  təxtin  üstə  oturmuşdu,  gördü, 
bəli, gətirdi Babluk, Bayram gətdi, dedi: 
–Qurban tutmuşam üş dənə.  
Dedi: 
– Barikalla, bu gün yaxşı seyd eləmişəy. 
– Həyə...ə... - dedi,- dədənin ərvanın-ürəyində, - mən seyd elə-
mişəm.  
Elə o beş mənatı verdi buna, dedi:  
– Apar. 
Dedi: 
–  Qurban,  elə  beş  dənə  də  gətdim  beş  mənat,  üş  dənə  gətdim 
beş mənat, bir dənə gətdim beş mənat? Yaxçı sultanəy oturmuşan 
təxtə,  kərəmiy  vura  səni  şəxtə,  mən  neynirəm  girəm  belə  bəxta. 
Axı, bu, nə ənamiydi? Bax belə pullardan verərlər adama. 
                                                
68
 Görünür, aşıq öncə durnatutana üç durna verdiyini unudub. Ona görə dörd 
deyir, sonra yenə üç durnanı Həsən paşaya təqdim etdiyini söyləyir 
69
 Aşıq belə izah verir: Tərlan quşu ey, qırğıya deyərlər 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
183 
Ağa, (Həsən paşa) baxdı gördü əh bunun cibində Rum sikkəsi, 
Arzurum  sikkəsi,  İran  sikkəsi,  Osman  sikkəsi.  Dörd-beş  kişvərin 
sikkəsindən bunun cibində var.  
[Həsən paşa xəbər aldı]: 
– Kim verdi bunu? 
Dedi: 
–Durnalarıynan  da  umud  ol.  Daa  bağda  bir  dənə  durna  yoxdı. 
Hamısını  tutdular  qırdılar.  Mənə  də  dedilər:  “Yediyin  dişiyi  arıt-
ginan. Daa görüb-görəcəyin budu.“ 
Dedi: 
– Həmi? 
Dedi: 
– Bəli. 
Dedi: 
– Xeyli xub, kimdi bu? 
Dedi:  
– Bilmirəm. 
Ağa,  kim  gedər,  kim  getməz  [bağdakılardan  xəbər  gətirməyə]. 
Burda götürüb baxdı ki, bu təyə eliirdi ki, bir nəfəri  yola sala.  Ağa, 
bunun  da  qızı  Dona  xanımı  bir  dənə  lut  [oğlan  istəyirdi]  ki,  yeddi 
asimanda bir ulduzu yox idi, on dörd dəyirmanda bir sıxım unu yox 
idi, qırx dənə kənddə bir arşın yeri yox idi. Bu yeridi irəli. 
Dedi: 
– Qurban
70
, mən bilirəm olar kimdi, nəyə gəliplər. Əgər Dona xa-
nımı verəy əlini mənim əlimin içinə, mən iki saata hər neçə nəfər ola 
qolun bağlaram. Əgər verməsəy şəərin gedə ki heç. Ayrı kişvəri gedən, 
yığan, götürən dağıda, bir dənə salim qayıtmaz. İndi özün fikirii elə. 
 [Dedi:] 
– Yanı bular kimdi? 
Dedi: 
                                                
70
 Aşıq belə izah verir.:əmə bir kamançası varıdı, tarı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
184 
–  Mən  billəm  bular  kimdi.  Deyər  ki,  şərab  içirdilər  tuluğnan, 
Koroğlu dəliləridi.  
Dedi: 
– Baba, Koroğlu dəliləri bura məgə baş qutara bilir, burdan ora 
qırx  mənzil  yoldu.  Hər  mənzilin  dörd  ağaşdı.  Dörd  ağaşdan  dörd 
ağaca məyər bular qırx mənzili tey eliyər, gələ bura. Bular guman 
eliyirəm bu şəərin dələduzunnandı. Üş-dörd nəfər yığılıb gedip bu 
bağa, bu kələknən.  
Dedi: 
– Qurban, sözdi ki dedim, belələy indi görrəyn da.  
Ağa,  bunun  hən  deməği,  onun  yox  deməği.  Haala  sizə  deyək 
hardan Eyvaz ki, quş da əlində bu cür düşmüşdi, Dəmirçioğlu bur-
da Eyvaza dedi: 
– Sizə demədim bu adam casuzdu? Bu adam durnatutan dəəy?! 
O, da [Babul Bayram] bilmirdi, bədbəxt fəqət dedi: 
– Üş nəfər, dörd nəfər adam gəlip bağdadı, bu cür adam.  
Bəəd,  Eyvaz  ki,  tərlan  quşu  əlində  bağın  içində  durmuşdu,  gicə-
lənirdi  alaçığın  dovründə.  Dəmirçioğlu  üz  oldi  ki,  Eyvaz  bu  adam 
durnatutan dəyildi. Bu getdi ki, bizim bəndimiz suya verər. 
Dedi: 
– Xeyir, onnan casuz olmaz. Casuzun gözlərinnən məlumdi ki, 
bizim Bolu Sərdar kimi olur.  
Bolu Sərdar narahand oldu. Dedi: 
– Yanı mən casuzluq elləm? 
Dedi: 
– Xeyir, bir əccə, çox yox. 
Amma  burda  da  Həsən  paşa  bəxti  ki,  puli  bu  səyyat  durnaları 
tutmuşdi, vermişdi buna dedi: 
– Bax bu pullardan vera.  
Amma, Həsən paşanın fikri o yerə dağıldı ki, əgər, bular Koroğ-
lu dəlisi ola, bular hüs gələlər şəər içinə. Bağda qalmazdar, durna 
tutalar. Sulduz vəzirə dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə