Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə48/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   44   45   46   47   48   49   50   51   ...   96

 
 
189 
–Eyvaz, dur qoşun, duşman gəlip bağın dövrünü tutup. 
Dedi: 
–Toy-bayramın vaxtıdı, gör nə haldayuk? 
Ağa, bunun başdarın üstünə düşmən, kəmənd əllərində durmuş-
dular.  Bu  tərlan  quşu  Eyvazın  əlində  heş  boşlamır  gedə,  bərk 
saxladı. Götürüp Dəmirçioğlu Eyvaza görək nə deyir: 
Sən də şikar etdin bir şuxu tərlan, 
Əgə sərxoşusan ayıl, Eyvaz xan. 
Səni görən keçər başınan, cannan, 
Əgə sərxoşusan ayıl, Eyvaz xan.  
 
Yolda baxduk coşqun çaya, sellərə, 
Əcəb gəldik düşdük qürbət ellərə, 
Kamandarlar çillə aldı əllərə, 
Ox kimin aləmə yayıl, Eyvaz xan. 
 
Qazamatda bizi qonax eləllər, 
Çəpi çalup şəmadətdən güləllər, 
Bizim üçün sər-sədağa verəllər, 
Onda ollik yaxçı sayıl, Eyvaz xan. 
 
Qismət olar görən gedək buradan? 
Qırat ayxıranda keçər Tonadan, 
Ay kimi çıxmışan ərşi səmadan, 
Gün kimi aləmə dağıl Eyvaz xan. 
 
Dəmirçioğlu, bir qılıcın, bir atın, 
Baxsan görükməz dahı məmləkətin, 
Geydirillər səhər qanlı xələtin, 
Olallar çox sənə mayıl, Eyvaz xan
74
.
 
 
                                                
74
 Aşıq  misraya  belə  şərh  verir:  Yanı  səni  görələr  qıymazdar  öldürələr. 
Amma vay bizim üçin, bizi öldürəllər. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
190 
Ağa, bunu gətdilər qolubağlı Həsən paşanın meydanına. Həsən 
paşaya dedilər:  
– Xub, nə cür eliyək, səlahlaşun, görək bunu nə cür öldürək? 
Bir nəfər gəldi, elə o Bədiizaman. Gəldi ki, beləsinə o pəhlivani 
nam idi Bədiiəzaman. Bu gəldi Eyvazın ruburusunda durdu, dedi: 
– Əx, bu o gün ki, gəldi mənnən nəvərd elədi o cavana oxşuur. 
Olmuya o cavandı? 
Dedilər: 
– Yox baba, ya?! Bu burda tuturlar. O, hələ gedirdi elini, tayfasını 
Turanzəmindən dəvət eliyə, gələlər, gətirə bura, hələ gələcaxdular. 
Dedilər: 
–Dərvağən,  oğlan  gör  bu  Babul  Bayram  nə  cür  tutdu  bunu. 
Dərvağən  əgə  İskəndər  gedə  buları  tuta  bilməz.  Zəncir  salırlar, 
kəmənd atırlar. 
Baxublar  bunlara  çox  qorxullar.  Dona  xanıma  xəbər  getdi: 
«Eyvazı tutuplar». Dona xanım gəldi, ruburuda durdu. Baxanda al-
mayki  atmışdı  dəymişdi  Eyvazın  döşündən.  Almanın  yeri  bunun 
döşündə  bəlliydi.  Baxdı,  bildi.  Dona  xanım  bildi  həmən  cavandı 
Eyvaz. Dedilər: 
–Xub, bunu nə cür öldürək, nə cür zindan eliyək. 
Sulduz vəzir dedi: 
– Qurban, bilərəy nədi?! Əgər, sən bunu öldürəy, hər kişfərdə ge-
dəyn  deyəyn  mən  Koroğlunun  dəlilərini  tutmuşam,  öldürmüşəm, 
heş  kəs  inanmaz.  Buna  görə  ki,  heş  kəsin  qudrəti  dəyildi  bunnarı 
tuta. Sən bir iş gör. Buları zindan elə qırx gün. Eylam elə o şəhris-
tanlara, o bazırqannara, o tacırlara, o xanı xavannara: «Sizi Koroğlu 
qarət  eliyip,  çapov  eliyip.  Tamamıyız  gəlin  tamaşaya.  Mən  Toqat 
vəlayətində Həsən paşayam. Tutmuşam Koroğlunun dəlilərini, istii-
rəm filan gün dara çəkəm. Gəlin tamaşaya, sizdə heysinin, ürəginiz 
xoş  ola»  Bular  gələllər  tamaşaya  sənin  adın  çoxa  çıxar.  Şanı-şov-
kətin yuxarı gedər. Hamı sultannar, paşalar sənə baş əyər. 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
191 
–Əhsən  ki,  vəzirim  ey  mənim.  Yaxşı  nəxşədir.  Bu  çox  yaxşı 
nəxşədi. Görüm qızım Dona xanım nə deyər. 
Üz oldu: 
–Qızım,  budu  bizim  duşmanımız,  əsil  duşmanımız.  Deyirmiş 
“Gərək  mən  Həsən  paşanın  təxtini  çövürəm  başına.  Səni  əsir 
eliyəm. Sənin gözləriyi yetimlik yaşı dolduram.“ Buymuş. Sən nə 
səlah bilirəy, bunu öldürək bala? 
Qız qayıdıp görək burda atasına nə deyir: 
– Atacan, qulağ as qoy deyim beş dənə
75

Belənçik  cavanın  öldürməginə  bais  olmuyun,  şəər  talana  gedər. 
Bunun  ki,  sabahı  var.  Deyillər  bunun  puşdu,  arxası  dayaxı  Ərəp 
Reyhan  toycüynən  gələr,  Mustafa  xan  ləşkəriynən  gələr,  Koroğlu 
qüvvəsiynən  gələr,  şəəri  talan  edər.  Onda  peşmannığı  çəkəriz.  Pəs 
bunu öldürməginə bais olmuyun. Ata, sal bunu zindana. Bir müddət 
zindanda qalsın, çıxsın. Bəlkə bu işlərdən tovbə eləsin, qayıtsın dala. 
Amma,  qız  baxırdı  Eyvaza,  almayı  ki,  vurmuşdu  Eyvaza.  Xoş 
gəlirdi  beləsinə.  Eyvazı  saldılar  zindana.  Eyvaz  gedip  zindana.  Ko-
roğlunun dörd qoçağı getdi zindana. Amma, Koroğlu gecə yatmışdı, 
yuxuda gördü: Nigar xanım yanında dörd dənə dişiinən araya gəldi, 
nə cür zivanə çəkir. Kəllədən dırnağa dərd suziş eliir. Ayıldı, [dedi]: 
–Ay Nigar xanım, Eyvaz tutuldu. 
[Dedi:] 
–Yox, necə? 
Dedi: 
–Mənim bu diş ağrım, Eyvazın qəlbidi. Eyvazımı tutdular. De-
mədimmi,  getmə  ey  dadi-bidad.  Götürüp  burda  bir  beş  dənə  Ko-
roğlu görək nə deyir: 
Göndərdim durna ovuna, 
Gəlmədi Eyvaz, gəlmədi. 
                                                
75
 Aşıq bütün dastan boyu «deyim beş dənə» deyəndə şeir söyləyir. Bu dəfə 
isə Dona xanımın sözlərini nəsrlə deyir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
192 
Qurbanam mina boyuna, 
Gəlmədi novçam, gəlmədi. 
 
Halay-halaydan tutuldı, 
Topu, tüfənklər atıldı, 
Ya vuruldu, ya tutuldı, 
Gəlmədi balam, gəlmədi. 
 
Eyvaz gələ gülə-gülə, 
Üzü bənzər qızılgülə, 
Üç dənə qoçaxnan belə 
Gəlmədi Eyvaz, gəlmədi. 
 
Baxçada açılan güllər, 
Bağrıma sancıldı millər, 
Koroğlu, başına küllər, 
Gəlmədi Eyvaz, gəlmədi. 
Ağa, burda bu sözdəri bəəd, deyənnən sora, Niyar xanım dedi: 
–Ağlama Koroğlu, narahand olma gələr. 
Dedi: 
–Eyvazı tutdular, mən bilirəm. Ay Yumuğ Əhməd! 
[Dedi:] 
–Bəli, Qoç Koroğlu! 
[Dedi:] 
–Bura gəl, görüm. 
Koroğlu çağırıb bunu [dedi:] 
–Yumuğ  Əhməd,  düşərəy  yola,  baxaray  sağa,  baxaray  sola. 
Baxmay dəryaya, coşqun çaya. Özün vurray dərə-təpəyə. Baxmay 
günnərə,  baxmay  aylara.  Sallan  gecəni  yola,  yolu  gecəyə.  Bax-
maray  dağın  uca  ucaya  özün  sən  yetirrən  Pirmən  qocaya.  Yetir 
öziyi Toqat şəərinə. Yetig ol fəndi-feliyə. Gətir Eyvazdan mənə bir 
nama. Döndərrəm şəəri çalxaram qana. 
Bu sözləri dedi Yumuğ Əhmədə. Xəbər gətir daa.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə