Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə51/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   47   48   49   50   51   52   53   54   ...   96

 
 
202 
Boynudu şaxəli, qıçı kündəli
81

Xan Eyvazım (dar mıxına) gedəndədi tamaşa
82

 
Qoş Koroğlu, adım mənim bəllidi, 
Yeddimin yeddi yüz düşmən əllidi, 
Altmış bədoy atım gümüş nallıdı, 
Rikab üstə durandadı tamaşa.  
Ağa,  buları  deyip  bəəd  əz,  deyənnən  sora  götürüp  Koroğlu 
dəlilər qaçırda beşi, altısı, onu. Dedi: 
–O cür? Yox. Təlimi cəng verir dəlilərə. Zimi qoyluub Qıratın 
belinə tənafüc olup əlinə istiirdi çəkə. Bir qoca arvat baxırdı. Ha-
mısınnan  varıdı  da  yanında.  Gördü  belə  çəkir,  bu  tənaf  atın  sər-
keşin  Qıratın  belin  qırar.  Öz-özünə  dedi:  «Ey  o  halda  deyim 
“Koroğlu yavaş çək“, bu çəkməz».  
Dedi: 
–Ay Qoş Koroğlu, ölümlü səfərə gedirəy, bəlalı səfərə gedirəy, 
davalı səfərə gedirəy.  Mənim o beş dinarımı  ver get, dey dibində 
qallay, ölləy mənə borşdu ollay. 
Bunu  deyəndə  qayıtdı  Koroğlu  başını  saldı  aşağı.  Gör  nağət 
borşlulux yaman olur?! Dedi: 
–Qəri, sənə mən nə pulu verməliyəm? 
Dedi: 
–Heç. 
Dedi: 
–Bəs niyə deyirən? 
Dedi: 
–Bax,  atın  belinə!  O  qəzəb  üstə  çəkmişən,  rəşmən  atın  belinə 
hara  keçir.  Bu  üzə  də  çəkdiyin  atın  belini  qırardın.  O  cür özümü 
                                                
81
 Aşıq misraya belə şərh verir: -Yəni zindandadı Eyvaz 
82
 Aşıq misraya belə şərh verir: -Eyvazı ki, deyir aparıllar dara çəkələr, orda 
mən onda görəm o halı. Onda tamaşa eliir nə cürdü 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
203 
təlabkar  elədim,  qolunun  qüvvəsi  alına  (Heç  müsəlman  borşdu 
olmuya. Borşdu gör nə qədər pisdi.) 
Amma [Koroğlu] dəlilərə nəsihət eliyir. Görək nə cürə gedək, deyər: 
Eyvaza kömək gedənnər, 
Dörd bir yana, beş bir yana. 
Şeşpər vurup qan edənnər,  
Töküləcək ləş bir yana, baş bir yana. 
 
Ərəp at döşündə yatun, 
Əmut atun, şeşpər tutun, 
Düşməni qol-qola çatun, 
Qol bir yana, qış bir yana.  
 
Yaz borannar yaz içində, 
Qış küləklər qış içində, 
Titrəyər ağız içində 
Dil bir yana, diş bir yana.  
 
Şeşpər gələ başdan aşa, 
Belə dəyə şaqqullaşa, 
Dağlardan daşlar quraşa, 
Daş bir yana, baş bir yana. 
 
Minin atdarın belinə, 
Baxın gözümün selinə, 
Rəhm etməyin qız-gəlinə, 
Qəm bir yana, eşq bir yana. 
 
Noldu Koroğluya oldu, 
Saraldı gül rəngim soldu. 
Gördüz düşman purzur oldu, 
Vur bir yana, qaç bir yana. 
Ağa,  sözdəri  burda  Koroğlu  deyip  dəlilərə,  tamam  eliyənnən 
sonra gəldi, Nigar xanımın yanına, [dedi:] 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
204 
–Ay  Nigar  xanım,  qəm  tozu  oturup  üziyə,  əgər  rüsxət  verəyn 
gedərəm  Eyvaz  sorağına.  Eyvazımnan  gəlmiyipdi  namə.  Xəbərin 
yox? Bilmirdi Nigar, dedi:  
–Yox! Neçə gündü qəm  içindəyəm, Qoş Koroğlu. Neçə gündü 
qəm  içindəyəm,  dəmirəm  dəm  içindəyəm,  qəlbirəm  kəm  için-
dəyəm, ələnərəm gözüm yaşı. 
Deyər:  
–Nigar, ağlıyıp ağlama, cigərimi dağlama, qorxma, Eyvaza əza 
saxlama, gətirrəm xoş gündə. 
Koroğlu əlbəttə burda Nigara nəsihət elirdi, bu sözdərdə. Götü-
rüp burda dübarə görək Nigar xanıma beş dənə nə deyir: 
Gedirəm mən üzax yola, 
Ağlama Nigar, ağlama. 
Gah baxran sağu sola, 
Ağlama, Nigar, ağlama.  
 
Eyvazım qalıp dərbəntdə, 
Tutuplar boynu kəməntdə, 
Nə şəərdədi, nə də kəntdə, 
Özgəyə sən bel bağlama. 
 
Dəlilərim düşüp yola, 
Bulbullər hürküşüp gülə, 
Qoymam qolu bağlı qala, 
Çox ağlama, çox ağlama. 
 
Qıratımı sallam kova, 
Düşmannarı qovhaqova, 
Kim gedir mənnən bu dova, 
Cigəriyi çox dağlama. 
 
Qoymam düşmannar şad ola, 
Eyvazıma fəryad ola, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
205 
Dəmirçioğlu ağlana,  
Yarasını ağla bağlama. 
 
Dəmirçioğlunun yarası var, 
Başın min bir bəlası var, 
Koroğlu tək ağası var, 
Özgələrə bel bağlama. 
 Sözdəri tamam elədi. İstiirdi gedə yola, dəlilərdən birəz saxla-
dı. Gəlhagəldə dedi:  
– Ağa, biz nə cür yəək, nə cür içək, nə cür dolanak. Ceyran nənə 
gözəl deyərdilər, bu Nigarın həmsayasıydı, həm munisiydi dedi: 
– Qoş Koroğlu, Nigar halı pərişandı. 
Dedi: 
– Mənim cürə sazım götür. Reyhanmişa Nigarın yanında deyə-
rəy,  Səməd  dəlim  vardı,  Xacə  Mərəm  deyərlər,  o  çalar  Nigarın 
göylün alar, xoşbəxt olar. Bisat vardı işlərində xacəydi. Deyir, “Nə 
oğlandı,  nə qız, nə kişiydi, nə arvat, görən qalmışdı  mat. Burda... 
Dəlilərə cirə məlum eliir, [deyir:]  
Minin atın alasunu, gögini, 
Göz görmüyə qannı meydan yegini, 
Hər vəxtədə altmış batman dügini, 
Yeyin, dəlilərim, ta mən gəlincək
83

– Qurban, elə dügi yeyək?  
[Dedi:] 
Minin atın alasını, bozunu, 
Göz görmüyə qannı meydan tozunu, 
Hər dəfədə əlli yeddi quzunu, 
Yeyin, dəlilərim, ta mən gəlincə.  
– Qurban, elə quzuynan o dügünü yeyək? 
Dedi: 
–Yoo...qulaq asın! 
                                                
83
 Aşıq misraya belə şərh verir:-Qəm tutmuyun. Yeddi min yetmiş yeddi dəlidi. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
206 
Başımda var Xan Eyvazın fərağı, 
Sinəmdə heç qoymam qala bu dağı, 
Çekin o taşlara Kirmanşah yağı, 
Yeyin, dəlilərim, ta mən gəlincə.  
– Qurban, yağı eləyək, dahi nə? 
Dedi: 
– Aha... 
Əynimə geymişəm qannı yarağı, 
Tuturam Eyvazdan xoşlux sorağı, 
Hər vəxtədə əlli xumra ərağı, 
İçin, dəlilərim, ta mən gəlincə. 
Qoş Koroğlu buları deyənnən sora, dedilər: «xub!» Qeyitdilər dedilər: 
–Xub, dəlilər amədədi, qaçır, durmur. Bu yolda getdi var, gəldi 
yox, xiyal eləməyin. Yazup yeddi ləşkər şəərin dövrün alup. Şux-
luğ işdi? Nə cür gedək ora, zoğnan, toy-bayrama getmirsiz ki?! Siz 
dayanın nəsihət eliyim beləyizə, deyir: 
Meydənə girənnər tatlar, 
Döyüş görən ürək çatlar, 
Boynu uzun ərəp atlar, 
Qaltaq qoyup minən gəlsin.  
 
Bu meydan yaxçı meydandı, 
Açılıpdur güləstandı, 
Diyərizin toy-bayramdı, 
Toy-bayrama gedən gəlsin. 
 
Yolda çəkin zəhmətini, 
Görün ondan nemətini, 
İçəriz qəm şərbətini, 
Qəm şərbətin içən gəlsin. 
 
Yaxçı-yamanı siz seçin, 
Öz boyuza xələt biçin, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə