Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə59/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   55   56   57   58   59   60   61   62   ...   96

 
 
241 
Koroğlu dəlilərnən ha gəlhagəl, gəldilər durna ovunnan.  
...Burda  Eyvaz  baxdı  Nigar  xanımın  rüxsarına  gördü  Nigar 
xanım  çox  pərişandı.  Üz  oldu  ki,  ana,  səni  mən  bu  halda  görmə-
mişdim, sən niyə bu cür pərişanay? 
Çox ağlıırdı Nigar xanım. Götürüp Eyvaza [Nigar xanım] deyiri: 

 
Gözlə atan bilməsin
90
.  
Sənə qurban, xan Eyvazım, 
Düşman bizə ayağ aldı. 
Yolda qaldı iki gözüm, 
Öz ellərim yada qaldı. 
 
Düşman girdi Çəmlibelə, 
Adım düşdü dildən-dilə, 
Dedim, bəlkə tez el gələ
Baxar gözüm yolda qaldı. 
 
Ərəp Reyhan pəs kim idi?! 
Ürəgimdə dügün idi, 
O gün deyən bu gün idi, 
Gedən aylar yildə qaldı. 
 
Gözəliy olmaz arxası, 
Üzünnən getsin həyası, 
Yar olsun başda xudası, 
Adım dildən-dilə qaldı. 
 
Çəmlibelin qarı çoxdı, 
Baxçasının barı yoxdı, 
Dövrünün düşmanı çoxdı, 
Dövrəmizi düşman aldı. 
 
Nigar xanım yol gözlədi, 
Cigər başını közlədi, 
                                                
90
 Aşıq belə izah verir: -Amma, atası ki, dəyildi, oğulluq eləmişdi özünə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
242 
Ərəp Reyhan iz izlədi, 
İzginçilər üzdə qaldı. 
Sözünü tamam eliyəndən sonra dedi: 
–Ərəp  Reyhan  çox  kömək  elədi  bizə.  Məllavəilla  düşman  bu-
ranı  qarət  elədi,  dəlilərdən  də  çoxu  beyinnən  getdi.  Xub,  kim  bi-
lirdi Koroğlu burdan gedib Toqat vəlayətinə?!  
[Eyvaz] dəlilərin sanın gördü. Gördü heç kəs çıxmıyıp çölə. Bildi 
o cəngi-cədəldə Bolu Sərdar yoxdi. Ağa, burdan[başa düşdü ki,] Bolu 
Sərdar  qaçup  gizləndi.  Harda?  İstanbulun  şəərində.  Koroğlu  dəliləri 
casusluq libasında çıxartdı şəərdən çölə. Dedi: 
–[Bolu Sərdar] hər yerdədi tapın gətirin. ...Qaçıbdı tutun gətirin. 
Əlimnən çəkər haşa
91

Çəkər özün başdan-başa, 
Qoymuyun gedə dəlikli daşa, 
Fəhratı tapın, çapın gətirin. 
 
(Eyvazım) Sözüm deyim Eyvaza, 
Kababı yatdırın közə, 
Malını çəkin Təbrizə,  
Dəyər dəyməzinə satın gətirin.  
 
Özün salıp daşu–dağa, 
Veripdi düşman dayağa, 
Eyvazadı o sadağa, 
Qolların çatın gətirin.  
 
Koroğlunun bəxti vardı,  
Göylündə bu bir qubardı, 
Çan ölmərəm Eyvaz vardı, 
Məslək* kimi satın gətirin. 
                                                
91
 Şeirin ilk bəndləri yoxdur 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
243 
Ağa, bu da [Bolu Sərdar] gedib üz qoymuşdu şəəri İstambulda 
Teymur paşaya. [Teymur paşa] şəəri İstambulun şahıydı. O zaman 
paşa deyərdilər. Teymur paşa da deyirdi:  «Koroğlunun sirrini  hər 
kəs mənə deyə, mən tovlu Koroğlunun evin yıxaram».  
Bolu Sərdar sirtabyaz buna dedi:  
–Koroğlunun  Eyvazın  tutay  çırağı  keçip,  Dəmirçioğlunu  tutay 
evi  yıxılıp.  Amma  onun  bir  bəd  səsi  var.  Qıratın  da  kı,  aparayız 
beli bükülüp. 
Buları tamam demişdi.  
...Baxdı, gördü dəlilərdən Bolu Sərdar yoxdu daa. Koroğlu dedi: 
– Gərək bunun özünü mən tapam. 
Ağa, Koroğlu da geyinip ayrı libasa, düşüp çöllərə Bolu Sərdarı 
tapa. Gəlirdi bir çən gördü çərçi yolınan gəlir. Dedi:  
– Qardaş, sən kimsən? 
Dedi: 
– Mən çərçiyəm. Bu kəndlə o kəndə çərçiliğ elərəm.  
Koroğlu  [öz-özünə]  dedi:  «Xub,  elə  mən  də  yaxçıdı  çərçiliğ 
eliyim. Bunu çərçilix libasında tapım».  
Dedi: 
– Çərçi qardaş, məni də şərik elərəy? 
Dedi: 
 – Çərçidən şərik çıxmaz. Özü də bir şey dəyil, bir xurcundu, bir 
az  nabatdan-  zaddan  götürəy.  Üzdənirax,  üzüyüzə  gülap,  yeddi 
mədaristən  uzax,  bir  ədəbanə  ulax  götürrəy.  Bəli,  bunu  yüklərəy, 
düşərən şəərə ollay çərçi.  
[Öz-özünə] dedi:  
– Bularınan mən başara bilməm, becərə bilməm.  
Götürüp çərçidən görək nə cür ulağı alur, üzdən irax, eşdənnər-
dən uzax.  
Deyər:  
Çərçim gəliray Həratdan,  
Çərçim, mənə nəyiy vardı? 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
244 
Noğuldan, qənddən, nabatdan,  
Çərçim, mənə payıy vardı? 
Çərçi dedi: 

 
Hər nə istiirəy xurcunumda var. 
Qoy bir gəzim xurcunuyu,  
Bilim, açım dügünüyü, 
Yeyim nabat yeginiyi, 
Çərçim, mənə nəyiy vardı? 
 
Çərçilərin daş, tarazı, 
Belə sənnən Alla razı,  
Ver mənə bir çər saqqızı, 
Çeyniyim gör əngim vardı?
92
  
 
Çərçilərə buğda verin
Buğda verin, uğda verin, 
Alın cinsin suda verin, 
Çərçiy, mənə nəyiy vardı? 
 
Mən çərçilik başarmanam, 
Başarsam da ki, becərmənəm, 
Bolu Sərdardan danışmanam, 
Çərçim, mənə xəbər vardı? 
Çərçi deyir: 
–Valla, mən Bolu Sərdar, Molu Sərdar tanımam. Bu kəntdən o 
kəndə [gedib mal sataram], mən bunuynan zindəgim dolandırram. 
Bir beş şaha tapam, alam.  
Ağa,  bu  söhbətdəydi,  Koroğlu  əlini  saldı  çərçinin  üzdən  irax 
ulağınnan.  Yəni  xurcunu  tuta.  Palanıyla  xurcunu  birdən  tutdu.  Ağa, 
vurdu  [ulağı]  qoltuğuna  gedirdi,  ulağı  da  qovzamışdı,  aparır.  Çərçi 
gördü vurup [ulağı] qoltuğuna bu, olax balası kimi aparır.  
                                                
92
 Aşıq misraya belə şərh verir:– Ver saqqız çeyniyim, görüm əngim tutar.. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə