Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə58/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   54   55   56   57   58   59   60   61   ...   96

 
 
236 
(Yollarda çəkirdi zəhmət.)  
Necə olup Yumuğ Əhməd?! 
 
Yumuğ Əhməd gəldi ora,  
Başımıza vurdu qara,  
Qəmimnən götdüm icara,  
Heç almadı Yumuğ Əhməd, 
Necə olup Yumuğ Əhməd?! 
 
Yumuğ Əhməd bəfası var,  
Bəfasının səfası var,  
Yol çəkməgin cəfası var, 
Necə olup Yumuğ Əhməd?! 
 
Dəlilərdən dəxi nə var,  
Tutup ürəgimi qübar,  
Məgər öldürüp Bolu Sərdar?  
Ölüp məgər Yumuğ Əhməd?! 
 
Gedip Bolu Sərdarınan,  
Gözdəri dolu qanınan,  
Gələ çiskin boranınan, 
Yumuğ Əhməd, Yumuğ Əhməd. 
 
Yumuğ Əhməd toyda olmaz,  
O, olmasa bu toy olmaz, 
Bulbulum ki, güldə qalmaz,  
Necə olupYumuğ Əhməd?! 
 
Eyvazı qəmnən qutardı, 
Sinəsində çalan tardı,  
Göylümnən getdi qubardı,  
Qubarlandı Yumuğ Əhməd, 
Toy çalındı Yumuğ Əhməd?! 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
237 
Yumuğ  Əhməd  bu  söhbətdə  gəldi  Arzurumda  bazarı  gəzirdi, 
birdən  gözü  sataşdı  bir  a  yannan  meyxanəyə.  Gördü  meyxanada 
Bolu  Sərdar  oturup  neçə  cavannar  dövründə.  Danışıllar:  “Bu  cür 
gecə  gedəyin,  dəlilərin  ikisini  alladayın,  başınnan  dağıdayın.  Ha-
mısının cəlalını dağıdagın“–Bolu Sərdar qərar qoyur. 
Yumuğ  Əhməd  üz  qoydi  Çəmlibelə.  Yetişdi  Koroğluya  bu 
sözləri deyir: 
Salam olsun, Qoş Koroğlu, 
Bolu Sərdar Arzurumda, 
Sözlərim deyirəm doğru, 
Bolu Sərdar Arzulumda.  
 
Bolu Sərdar orda gəzər,  
Bulbul kimi güldə gəzər,  
Siziy zülmiyizə dözər,  
Yatıp qalıp Arzulumda.  
 
Arzulum yolu uzaxdı,  
Bu yollar bizə fəraxdı, 
Yumuğ Əhməd də qonaxdı,  
Arzulumda, Arzulumda...  
[Koroğlu  dedi: -  Qoy toyu  yola  verək  sonra  Bolu Sərdarla  hesab-
laşarıq.] Rəsm idi toyda küştü qapardılar. Saldı bulardan küşdiyə ağa, 
birdənə-birdənə.  Dəmirçioğlunun  bədənində  yara  vardı.  Düşman  çox 
yara  vurmuşdu  buna.  Bədəni  zəxm  idi.  Dəmirçioğlu  hər  cavana  əlini 
keçirdirdi qaytarırdı pəncəsini dala. Amma, Koroğlu bir baxtı Dəmir-
çioğluna, baxdı Eyvaza, başın tikdi aşağa. Cavannarın birisi dedi: 
– Qoş Koroğlu, mərdi-meydandı gəlsin, pəncənərm qoyaq kəna-
ra, küştü tutak. 
Bu sözü eşitməkdə Koroğlunun gözdəri qanınan doldu. Saldı başını 
aşağa. Bir baxtı Eyvaza, bir baxtı Dəmirçioğluna. Dəmirçioğlunun bə-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
238 
dənində yara  yeri çox idi, yarası. Düşman şəkəncə vermişdi. Gözdəri 
doldu Dəmirçioğlunun qannan. Baxtı Eyvaza, dedi: 
– Nə fayda, o günümdə gəlmədiiz kəmərbəzəncir tutayk. Baxır 
Eyvaza:  
– Eyvaz, qənim gətirmişən məni xar eliyəy?  
Bu söz Eyvaza giran gəldi, dedi: 
–Dəmirçioğlu, ölməmişəm ki?! 
Eyvaz durdu ayağ üstünə, [dedi]: 
–Hər  cavan  ki,  istiir  pəncənərm  eliyə,  elə  gəlsin  mənimnən 
nəvərd  eləsin.[Eyvaz  Dəmirçioğlunu  göstərərək  deyir:]–Bu,  yox, 
bu  bizim  tamam  sərkərədəmizdi.  Bunnan  kimsə  nəvərd  eliyə 
bilməz, gördüyiz ki?! Bir bu cavannarın itiydi. Dedilər:  
–  Bu  küşdiyə  məlimin  əli  yox,  yıxarık  biz  bunu.  Amma  baxtı 
Dəmirçioğlu  Koroğluya,  Koroğlu  baxdı  Eyvaza.  Burda  beş  dənə 
Koroğlu Dəmirçioğluna deyə:  
Məlul-məlul mənə baxma, 
Dəmirçioğlu, Dəmirçioğlu, 
Ciyərimə xəncər taxma, 
Dəmiriçoğlu, Dəmirçioğlu.  
 
Sənəy dəlilərin başı,  
Durmuşdun düşmana qarşı,  
Səniynən vardır savaşı,  
Dəmiriçoğlu, Dəmirçioğlu.  
 
Eyvazın toyu bugündi, 
Yaralar canda dügindi,  
Mərdi meydan tez bilindi,  
Dəmiriçoğlu, Dəmirçioğlu.  
 
Dəmiriçoğlu, mənə baxma,  
Cigəriyə qəmlər atma,  
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
239 
Tutginan bir yerə basma,  
Dəmiriçoğlu, Dəmirçioğlu.  
 
Səniy toyun mən tutaram,  
Bəsatdarı mən quraram,  
Mey şərbəti dağıdaram,  
Məst elərəm, Dəmirçioğlu.  
Sözdəri  tamam  eliyənnən  sora,  ağa,  neçə  dənə  cavan  gəldi 
Dəmirçioğlı  Həsənnən  pəncə  eliyə  Dəmirçioğlu  götdü  qovzadı 
dolandırdı Eyvazın başına qoydu yerə. Dedilər: 
–Babacan, dilinə görə bunun dilçəyi var, əhsən... 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
240 
BU DASTAN KOROĞLUNUN BOLU SƏRDARI  
AXTARMAĞIDI 
 
... Koroğlunun dəlilərinin gözü yoldaydı. [Toqatdakı zindandan 
dəliləriy  azad  edib  qayıtmasını  gözlüyürdülər.]  Ağa,  sizə  kimnən 
xəbər  verək,  Bolu  Sərdardan.  Bolu  Sərdar  gedip  Arzuruma.  Nə 
xəbər verip? [Deyib:]–Koroğlunun dəliləri başında [gedib Toqata. 
Çünki  orda]  əsil  novça  dəlilərinnən  tutuplar.  Mən  də  ordaydum. 
Vəxtən  istifədə  eləmişəm,  qaçmışam.  Koroğlu  özü  Çəmlibeldə 
deyi. Hücum eliyin şəəri alın.  
Ağa, düşman bu tərəfdən üz qoyup [Çəmlibelə]. Hərat tərəfdən, 
Araz  tərəfindən,  Arzurum  tərəfindən,  ağa,  tökülüplər  Çəmlibelə. 
Dəlilər qappuşuplar, ağa, duşman çoxidi.  
Bağlanılan  sizə  kimnən  xəbər  verək,  Ərəp  Reyhannan.  Ərəp 
Reyhannan  Koroğlunun  əslən  sözü  bir  gəlməzdi,  siyi  bir  ərxə 
getməzdi Ərəp Reyhan. Mustafa xan Koroğlu dayısıydı. Musstafa 
xan qeyidip gəlmişdi daa. Mustafaxan nicat verdi burda. Bular da 
iş görələr. Mustafa xan getdi Təkətürkəmənə daa. 
Ərəp  Reyhan  çıxmışdı  dağ-daşdı  görə.  (Təngə  Quzyə  deyəllər) 
Təngədən  aşdı.  [Ərəp  Reyhanın]  bir  atının  adı  da  Quzyəydi.  Ağ-
təngədə  Ərəp  Reyhan  gördü  Çəmlibeldə  bir  qovqa  var,  şup.  Rikap 
basdı Quzyəyə, gördü xub dəvadı. Ama, Koroğlu özü yoxdi. Misli ki, 
hiş kis yox! Girdi şəərin içinə, gördü Bolu Sərdar dolanır tülki kimi. 
Ağa, qatıbdı düşməni-düşmənə özü dalda gülür. 
Ağa,  Ərəp  Reyhan  şeşpəri  çəkip,  gürzü  çəkip  qarışdı  düşmən 
içinə. Dedi: 
–Mən düşmənəm, Koroğluynan yamanam. Eyvaznan ki, yaman 
dəyiləm?!  Buna  görə  mən  işimə  əncam  verirəm.  Bir  vaxt  olar 
Koroğlunun  ruxuna  çəkərəm  ki,  bəli,  əgər  olmasaydım  şəərin 
talana  getmişdi.  Çəmlibel  qırana  getmişdi.  Ağa,  dəva-cida  eliyip-
lər, aralanıplar. Bəəd, aralanıp gedənnən sora, Ərəp Reyhan üş gün 
qaldı Çardaxlıda, Çəmlibeldə.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə