Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə54/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   50   51   52   53   54   55   56   57   ...   96

 
 
216 
Ağa, qırx dənə cəbə, tamam içində dəli yatıp, indi üstündə bir belə 
parça. Qoydular  şəərlərin  bir  guşasına.  Ağa,  dəlilərin  belində  xəncər. 
Elə qoydular cəbəni rədd oldular, birdən cəbədən çıxdılar dəlilər. Ağa, 
[səbətdəki dəlilər] hərənin [yəni hər kimin, hansı dükan sahibinin] ki, 
yanında  durmuşdu,  boynunu  qırtdı,  onun  özünü  basdı  cəbənin  içinə, 
onun libasın çıxardıb əyninə geydi. Ağa, onun ölüsünü basdı cəbənin 
içinə, tağəniə qoydu üstünə. Cəbəni qoydu dükana. Qırx dənə dəli elə 
bu cür elədi. Şəərin qırağını kəsdilər ki, qacanı olmuya, bir vəx şəəri 
görün  nə  toy-tiyəynən  istiir  mühasirə  eliyə.  Özü  [yəni  Koroğlu]  də 
gəldi meydana. Durdu meydanda bu cür. Koroğluya da ki, Mustafaxan 
demişdi: “Əl xətaya vermə, ta mənnən sənə xəbər“. 
Bəəd  dedilər:  “Xub,  indi  vəxti-vədədi.  Koroğlunun  dəliləri  gəlir 
dar ayağına, bir dənə aşıx tapıla burda beş dənə oxuya. Beş dənə söz 
diyə, Həsən paşanın tərifinnən eliyə dəliləri gətirək dara“.  
Gəldilər gördülər meydanda bir aşıx durup, sazı çiynində. 
[Dedilər:] 
–Ay aşığ əmi... 
[Dedi:] 
–Bəli. 
[Dedilər:] 
–Söz çağıra bilərsən? 
[Dedi:] 
–Bəli... 
[Dedilər:] 
–Gə  gedək  orda  Həsən  paşa  Koroğlunun  üş  dənə  dəlisin  tutup 
istiillər dara çəkələr, sən beş dənə orda söz çağıran neçə quruş alarsan? 
Dedi: 
–Valla,  mən  gəlləm  orda  Həsən  paşanın  tərifini  elərəm.  Neçə 
quruş  söhbəti  dəgil.  Bədəzin  onun  üçün  beş  kələmə  söhbət  eylə-
rəm. [Beş yüz tümən alaram.] 
[Dedilər:] 
–Babacan, sənin məgər ağzında maligən bir kəlməsi yüz tümən?  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
217 
[Dedi:] 
–Bəli. 
[Dedilər:] 
–Pəs, qoy Sulduz vəzirə deyək. 
Gəldilər [Sulduz vəzirə dedilər:] 
–Sulduz vəzir! 
[Dedi:] 
–Bəli! 
Deyir: 
–Bir  dənə  aşık  tapmuşuk.  [Deyir:]  «Gəlləm  Həsən  paşanı  tərif 
elərəm, kələməsi yüz tümən-beş yüz tümən allam». 
[Sulduz vəzir] üz oldu. [Deyir:]  
–Baba,  belə  zad  olmaz.  Bir  belə  camaat  tökülüp  gəlip  bura. 
Əgər,  bir  aşıx  tapmıyıp,  bunu  tərifləməsə  bu  çoxa  tamam  olar. 
Gedin, xub, götürün gəlin.  
Götdülər gəldilər meydənə. Eyvaz indi zindannan istiirlər çıxar-
dalar, darı bərpa eliyplər, gətirələr dar əyağına. Bəəd, Koroğlu bir 
baxdı sağa, bir  baxdı sola gördü camaət  movc  vurup. Hamı gəlip 
tamaşaya. Həsən paşa dedi: 
–Bir beş dənə burda söz çağıray, məni tərifliyəyn? Bəəd, nə ğat 
ənamıy verrəm gedərsən.  
Dedi: 
–Mən tey eləmişəm dünən, söb. 
Dedi: 
–Xub, deginən. 
Dedi: 
–Qurban, əvvəl pulumu allam, sora deyərəm. 
–Kişi, sən iştəməmişən muzd istiirəy? 
Dedi: 
–Sözdü də deyim, deyərən demirdiy. Şah adama mənim gücüm 
çatmaz ki, deyər «xoş gəldiy». 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
218 
–Baba, verin pulu. Verin pulu məni tərif eliyə. 
Dedi: 
–Bəçəşm: 
Sənə deyim, Hasan paşa, 
Neçə olar din o dinsiz? 
İlqarı etmiyəy haşa, 
Qaçay onda gecə-gündüz. 
 
Bulaxlarda olur yarpuz, 
Dayanmaz dinsiz o dinsiz, 
Misri qılıç biçər başlar, 
Neçə bostan tökər qarpuz. 
 
Şəəriyə düşəcək qıran, 
Daha olmaz hökmüy rəvan, 
Açay onda inan alan, 
Cigər yanar oddu, közsüz. 
 
 
Şəşpərlər başda pər açar, 
Pər açanda süpər açar, 
Şölə çəkər çox bərq açar, 
Deyən göydə yanır ulduz. 
 
Şəəriyə qovğa salallar, 
Talarıyda at çapallar, 
Atlar döşünə qatarlar, 
Heş bilmərən gecə-gündüz. 
 
Koroğlu şəəriyən gələr, 
Başıya gürzləri ələr, 
Bağlanır budu kilsələr, 
Yalvarar dilli o dilsiz. 
Sözlərin tamam eliyəndən sora, [Həsən paşa] dedi: 
–Baba, bu cür aşıxdan mənim heş dərdimə dəyməz.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
219 
Pulun  da  ki,  almışdı  [Koroğlu],  çıxdı  gəldi  meydanda  durdu. 
Duvara bir ağ libas geydi əyninə. 
 [Həsən paşa] dedi: 
–Baba, bir aşıx gəzin, tapın. Bəlkə bu beş dənə desin, bizim dər-
dimizə dəysin. Bu nəmənədi gəlip deyər. Heş bilmədin gecə-gün-
düz, cigərin yanar odsuz-közsüz. Bir məni tərif eliyə.  
Bəəd, gəldilər [dedilər:] 
–Ay aşıx əmi! 
 [Dedi:] 
–Bəli!  
[Dedi:] 
–Bu Koroğlu dəlilərindən  istiillər tutublar dara çəkələr. Sən də 
bilirəy? 
Dedi: 
–Bəli.  
Dedi: 
–Gələy  orda  bir  beş  kəlmə  deyəy?  Həsən  paşanı  tərif  eliyəy? 
Bir pulu allay, gedəy? Nə qədər allan?  
Dedi: 
–Min tümən.  
Dedi: 
–Baba, o dünənki beş yüz tümən alır, sən min tümən?  
Dedi: 
–Onıynan mənim fərqim var. O, həpirbaba aşıxlardandı. Mən o 
aşıxlardan dəyləm.  
Amma, indi saz da sinixdı.  
[Dedilər:] 
–Xub, elə gəl gedək, verrik.  
[Dedi:] 
–Yox, hələ gəl gedək verrik dəyil, mən allam sözümü deyərəm. 
Ağa, gətdilər Həsən paşanın yanına.  
[Dedi:] 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
220 
–Ay  aşıx,  mənim  bu  cəlalımı  tərifliyəy,  mənim  bu  şan-şovkə-
timi tərifliyəy, nə qədir allay? 
Dedi: 
–Demişəm ki, min tümən! 
[Dedi:] 
–Xub, baba, bunun min tümənini verin, qoyun tərif eliyə.  
Götürüp  burda  məsələn  bunu  tərifliir.  Nə  deyir  görək.  Aşıx 
pulun alıp, deyir: 
Sənə deyim, Cəfər
86
 paşa, 
Bu meydan yaxçı meydandı. 
Əlan ömrüy gedər başa, 
Bu dovran axır dovrandı.  
 
Əcəp qoyduy divanıyu, 
Yığdın xanı, sultanıyu, 
Tanımadıy düşmanıyu, 
Əcəp qəlbin güləstandı. 
 
Şəəriyə talan salallar, 
Dini-imanıyı alallar, 
Öziyi taxtan salallar, 
Yeriy səniy xamuşandı. 
 
Əlin üzülür dünyadan, 
Həmişə var nadan adam,  
Şeytandı səni alladan, 
Şeytanıy köynə düşmandı. 
 
Koroğlu yolları kəsir,  
Gahi kəsir, gahi əsir, 
Çiskin-boran kimi əsir,  
Deyən şəərin zimistandı. 
                                                
86
 Aşıq bura kimi Həsən paşadan söz açdığı halda sonra Cəfər paşa deməyə 
başlayır 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə