Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə50/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   46   47   48   49   50   51   52   53   ...   96

 
 
197 
–Əgər Mustafaxannan kömək götürməsin, əgər özü gəlsin, əgər 
burdan  bizi  çıxada  müşküldü.  On  dörd  kişvərin  cəmiyyətin  gəlib 
bura,  tamaşacıdı.  Xülasə.  Amma,  burda  götürüp  namə  yazır  Ey-
vaznən Dəmirçioğli. Görək nə naməsi  yazır?! Eyvaz əvvəl, sonda 
Dəmirçioğlu:  
Qoş Koroğlu, Çəmlibeldə, 
Dur görginən nə zamandı. 
Seyr eylədik dağı-daşı, 
Bilmədik çiskin-borandı. 
 
Qurulupdu təxti-divan, 
Yoxdu bizə heç ələman, 
Dəriyə basıllar saman, 
Zuva çəkir çox yamandı. 
 
İmdad olmaz dahi bizə, 
Cəng çixər dayanur dizə, 
Turpax dolar indi gözə, 
Deyərik axır zamandı. 
 
Dahi gələn-gedən olmaz, 
Bizə imdad edən olmaz, 
Öldürələr qızı qoymaz, 
Dəmirçioğlu pərişandı. 
 
Deməyin anam Nigara, 
Bağrın başı hizar para, 
Əcəb oldum şümsitara, 
Düşmanlarım şadımandı. 
 
Eyvaz baxur uzax yola, 
Həm sağa, həm də sola
Koroğluya həsrət qala, 
Gözlərim dolusu qandı.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
198 
Sözləri tamam elədi. Bəəd, tamam eliyənnən sora Dəmirçioğlu 
gəldi  qabağa.  Görək  Dəmirçioğlu  nə  yazırdı?  Ama,  Yumuğ  Əh-
mədə  dedilər,  yolu  gecə-gündüzə  sala,  qoymuya  yoldan  bir  zad 
qala. Götürüp Dəmirçioğlu bu sözdəri deyər:  
Qan ağlar gözdərim mənim, 
Qürbət eldə yaman qaldı. 
Düşüp tavannan dizlərim  
Yaxçı yerdə yaman qaldı. 
 
Bir qılıcımdı, bir atım, 
Harda qaldı məmləkətim, 
Geymişəm qannı xələtim, 
Dünyada bir iman qaldı. 
 
Məni çəkəcəklər dara, 
Nəşim olar para-para, 
Kim olur xəbər apara, 
Cəsət üstə canım qaldı.  
 
Ləl verənnər göhər alur, 
Səngi-məhək daşa çalur, 
Zərbab olur, zərgər alur
Dahi gözüm kanda qaldı. 
 
Dəmirçioğlu bu dünyada, 
Məni dahi salmaz yada, 
Qoş Koroğlu, gəl piyada
Qıratın ki, yolda qaldı.  
Sözü dedi ki, Koroğlu gələ. Yumuğ Əhməd düşdü yola, nə cür 
gəlirdi?!  Yetir,  ha  yetir,  tabi  tir  özünü  yetirdi  Çardaxlıya-Çəm-
libelə. Qapıda nigahban gəzirdi, [dedi:] 
–Ay Yumuğ Əhməd, nə xəbər gətdin? 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
199 
–Xəbər alma yaman dərtdi. 
[Dedi:] 
–Nə olup? 
Dedi: 
–Tutuplar! Öldürəcəklər. Amma mən bir cür eləmişəm, buların 
[öldürülməsini]  beş  gün  salalar  dala  edamların.  Dəmirçioğlunu 
indi dərisinnən soyullar gündə bir belə
78
, saman basıllar. 
[Dedi:] 
–Ay namərtdər. 
[Yumuq Əhməd dedi:] 
– Eyvazı qız qoymuyup da şəkəncə verə. Qız qoymur haa. Amma, 
pəs Koroğluya da mən naməni verəm, öldürür dəə. Mən nə cür eliyim? 
Dedi: 
– Gedip dəstəmaz ala, namaz qıla
79
. Naməni qoy canamazın dibi-
nə. [Koroğlu] namazın qıla qəzapnak olmaz, ta namaz üstə bağışlar.  
Yumuğ  Əhməd  naməni  qoydu  canamazın  dibinə.  Getdi  bu 
[Koroğlu] namazı qıldı, tükədənnən sonra istədi canamızı qətdiyə, 
gördü namə çıxdı. Baxdı naməyə dedi: 
–  Ay  Yumuğ  Əhməd,  bildigincək  çək!  Bura  qoymasaydın  na-
məni, öldürəcəgdim. 
[Koroğlu xəbər aldı:] 
 –Xub, nə cür? 
[Yumuğ Əhməd] dedi: 
–Namə də yazıp da, Mustafa xannan kömək götü.  
Ax,  Koroğlu  kəlləsi  qızıp,  coşa  gəlip,  ağzı  kəfliir.  Ala  nələr 
deyir. Burda götürüp namənin dalın yazır.  
Nə  vəxtidi?  Əvvəli  xirməndi,  biçinnər  vəxtidi.  Zəban  halı  de-
yər:  «Gedərəy  Türkmənsəhranın  çölünə,  xər-xərmən  böyükdü, 
çoxdu.  Onun  xərməni  çox  olur.  Ona ot  vurray,  daldalannan  qərm 
                                                
78
 Aşıq əl işarəsi ilə göstərir. 
79
 Aşıq belə izah verir: Namazınnan əl götürmürdü Koroğlu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
200 
olla. Ağ at minər Mustafaxan
80
, qara kürdü çalm başındadı, şeşpər 
həmişə  rast  tərəfdə  olar.  Boynunda  da  bir  qırmızı  çərğət  olar, 
bağlar  çəpraz.  Hər  kəs  mənə  bədi-bira  dedi  [bil  ki]  Mustafaxan 
odu. Naməni verəysən». Namədə də bunu yazır: 
Həsən paşa tutup Eyvazbalını, 
Yazıram Türkmənnən dayilər gəlsin. 
Neynirəm Eyvazsız dünya malını, 
Yazıram Türkmənnən dayilər gəlsin.  
 
Həsən paşa üstümüzə yegindi, 
Eyvaz dağı ürəgimdə dügündi, 
Desələr ki, ruzi-məşər bugündi, 
Yazıram Türkmənnən dayilər gəlsin. 
Dedilər: 
–Koroğlu, özün də bir vaxt gəllən, gedərən. 
Dedi: 
–Özüm 
Yomuşların at döşünə döşürrəm, 
Ucalarun o cür, o cür aşurram, 
Torpağını torba ilə daşırram, 
Yazıram, Türkmənnən dayılar gəlsin. 
 
Əynimə giyərəm ətləzdən tənə, 
Ceynərəm puladı pünkürrəm genə, 
Özüm çərxəkçiyəm düşərəm önə, 
Yazıram Türkmənnən dayilər gəlsin. 
Bu sözləri demaxda verdi naməni. Yumuğ Əhməd yetirdi özünü 
Türkmənsəhraya.  Dolandı-dolandı  xəlx  xərməndə.  Üç  yerdən 
xərmənə ot vurdu. Əh, bu...  
                                                
80
 Mustafaxanın  Türkmənnən  çağrılması  bizdə  bu  qənaəti  yaradır  ki,  o, 
Eyvazın dayısı ola bilər. Aşıq isə Mustafaxanla Ərəb Reyhanı bəzən qarışdırır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
201 
Hər kəs gəldi bir söz dedi, getdi. Hər kəs bir söz dedi, getdi. Bir 
çan gördü bir ağ atdı çıxıb gəldi. Həmin nəmı-nişanı Koroğlu vemişdi 
buna odi. Çatdı naməni verdi ona. Baxdı oxudı, dedi: 
–Koroğlu hər vaxt dəstəgi suya verəndə məni yada salar. İndi ge-
dərəy  deyərəy  sanıyı  görər.  Bu  gün  qoşun  hərəkət  elər.  Yəni,  tazə-
nəfəs çatak. Bir gün qabax o çatdı, bir gün daldan sora mən çataram. 
Çatdız da şəərə, cidaya, bir böyük cidadı şəərin qırağında. Ona şeşpər 
mən çatam vurram. Vurdum o cidanın ucu getdi siz hələ-hələ cəngi 
qatarız.  Deyirəm,  belə  sizə..  Koroğluya  de  nagüman  vurmasın.  Bu 
gün hərəkət eləsin, bir gün san görsün, səhər biri gün də mən.  
O,  gəldi  bu  cür  dedi.  İndi  dəlilər  durub  amədədi,  dana-dolux 
qaça suda o cür! Dedi: 
 –Oynu  mən  aparmam  cəngə  o  dəlini.  İmtahamnan  mən 
aparram dəli cəngə.  
Deyir  ki,  mənim  çörəyimi  yeyir,  burda  müftə  otururuuz. 
İmtahan elərəm biləgiizi apararam cəngə. 
[Dedilər:] 
–Xub, nə cür imtahan elərən, elə görək. 
Dedi: 
–Görün indi elərəm, ya yox! 
Deyir: 
–İndi qaçıllar.  
Dedi:  
–Mən mey verrəm o dəlilərə. Meyi içənnən sora əgə, o halda deyə 
“vurram-yıxaram“, söb durdu o halda oldu onu aparram. Deyir: 
İçin-için dəlilərim, məst olun, 
Saba-saba durandadı tamaşa. 
Mal sahabı gəlir malın istiyər, 
Məhşər günü olandadı tamaşa. 
 
Cahanda heş kəsə demədim «bəli», 
Meydanda özümnən görmədim dəli,  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə