Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə49/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   45   46   47   48   49   50   51   52   ...   96

 
 
193 
Yumuğ  Əhməd  də,
 
düşüp  yollara.  Amma,  nə  cür  yolu  kəsirdi. 
Özün yetirhayetir.  
İndi  o  yannan  tamamı  dəstur  veriplər,  elamiyə  dağıdıllar  tamamı 
şəərlərə, şəristanlara: «Koroğlunun üş dənə novçə dəlilərinən, dörd dənə 
tutuplar. Şəəri Toqatda öldürürlər. Hər kəs tamaşaya  istiir  gələ, gəlsin. 
Amma,  ayın  on  dördündə  on  beş  gecəlik  ayın  içində  buların  nəşi 
qanaraya  asıllar,  cidaya  vurullar,  gəlin  tamaşaya».  Ağa,  bunun  əyyarı 
namə  dağıdırdı tamami  məmləkətlərə. Yumuğ Əhməd  beş ağac  varıdı 
çata Toqata gördü bir nəfər ağa, qucağında namə pitliyip gəliri. Dedi: 
–Ay dadaş, bura gə görüm. 
Bu gəldi yovuğa, dedi: 
–Hara gedirsən? Hayannan gəlip hayana gedirsən? 
Dedi: 
–Bu yannan gəlip, bu yana gedirəm, elamiyə dağıdıram. 
Dedi: 
–Nə üçündü bu elamiyə? 
Dedi: 
–Sən bilmirsən? 
Dedi: 
–Xeyir, biz Bazırqandayık. Buralı dəyilik ki, bilək. 
Dedi: 
–Koroğlunun dörd dənə dəlisi var, bilirsiiz? 
Dedi: 
–Yox! Nə cürdü dəli? 
Dedi: 
–Eyvaz,  Dəmirçioğlu,  Bolu  Sərdar  (Bulu  Sərdar  deyillər),  İsa-
ballı,  tutmuşux  zindandandı.  İstiillər  öldürələr.  O  şəərlərə  ki,  Ko-
roğlu zülm eliyip, o Koroğlu tacirlərə ki, Koroğlu qarət verip, oları 
dəvət  eliyir  gələlər,  biz  tutmuşuk.  Oları  cidaya  vurak,  mərdum 
tamaşa eliyə gedə ahəstə yata gecə. Dükanı təxt eləmiyə. Yollarda 
həmişə gedə, qorxmaya yollardan. 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
194 
–Koroğlu  ki,  yolları  kəsirdi,  deyillər  Çardaxlıdadı,  o  Koroğlu-
nu? Evin tikilsin, onu nə cür tutmuşuyuz? Özünü? 
Dedi: 
–Dəlilərin! 
Dedi: 
–Onun dəliləri içində bir dənə var, Eyvaz adlı bir cavan var, çox 
xoşsima, xoşrux. Görənin əqlin alır. Onu da tutmuşuyuz? 
Dedi: 
– Əvvəl onun qolun  bağlamışıy. Elədi, duşmandı. Həsən paşa-
nın qızı Dona xanım  mail olup ona. Gündə gedir zindanbana tap-
şırır:  “Onun  qəzasını  yaxşı  elə.  Buna  sərt  baxmaginan».  Ama 
dədəsi bilmir. Onu da tutmuşuk.  
Dedi: 
–Haa...  Bəs  o  namərd  Eyvaz  deyilən,  bax,  mənim  bu  çəp  tərə-
fimə
76
 Burzi gədigində səkkiz il qabax, mənə bir dənə şeşpər, əmud 
üstünnən  hələ  vurdu.  Əmudi  şeşpərxam  elədi,  keşdi  kəttimə.  Gör 
yeri nə cür qaralup. Hənüz də yaxşı olmuyup, suzişi mənim kəlləm-
dən  xəbər  verir. Onu əgər tutmuşuyz, qaday  alım  sənin,  gözdəriyə 
qurban. Olar bu elamiyələri də bizim məmləkətə mən özüm aparam, 
nökəriy də varam. Sən gəlmə bir belə  yolu. Sən gedək o zindanı
77
 
mənə görsət. Mən görüm onu. Belə gələ yavuğa, deyim: 
–Han...  nənəsi  oğlu,  quluncum  görsədim,  deyim:–yadındadı 
Burzu  gədigində  şeşpərnən  mənə  vurdiy,  dediy:  “Şans  elə  çəp 
əlimnən  vurdum,  sağ  əlimnən  vuraydım  gedərdin  böyük  babayn 
yanına.“ Mən o sedenin nənəsi oğlu. Dur burda, gör öldürən gün, 
mən sənə şeşpər vurram, neçə şeşpərlərdən. 
Dedi:  
–Olsana, buları aparay dağıdan. 
Dedi: 
                                                
76
 Aşıq  belə  izah  verir.  Quluncunu  bu  tərəf  eliyəndə  çox  bilirdi,  bu  bir  az 
qara rəng sürtmüşdü bu çəttinə 
77
 Aşıq belə şərh verir: Olar qazamat deyirdi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
195 
– Gözüm üstə. Sən də bir belə yolu gəlmə, mən aparram dağıdaram. 
Sən də paşayıza deyəy,  mən də gəlləm mərufluk eliyəm salalar bunun 
beş-altı gün ölümünü dala. Bizim tamam şəər gəlsə, burda Həsən paşa-
nın, bu qət tərifini elər, tamam borcunu-xərcini bizim tacirlər verər.  
[Əyyar] dedi: 
–Gedək  əvvəl  Həsən  paşa  yananı.  Ondan  sora  zindana,  rüsxət 
alım, gedək.  
Gəldi, Həsən paşa üz oldu.  
–Əyyar, niyə pəs qəyitdin? Namələri aparmadın? 
Dedi: 
–  Qurban,  əyyardan  əğyadı.  Hər  kəsdən  bir  rəfik  kömək,  imdad 
istər.  Hər  kəs  öz  babıynan.  Bu  da  mənim  babımdı.  Bu  Bazırqannan 
gəlip. Tacırmışlar. Yolları ayrı yerdən düşüp. Gəlip bu şəərdə görə cins 
nirxi  örgənə,  görə  neçiyədi,  yüklərini  bağlıyalar  gətirələr  bura.  Mən 
demişəm, biz tutmuşux Koroğlu dəlilərini. Bu deyər: “Evin yıxılsın, bu 
yollar neçə ildi bağlıdı, heş kisənə gələ bilmirdi, siz necə tutmuşuyuz?“ 
Dedim: 
– Tutmuşuy daa! İndi deyər: «Bu elamiyələri mən aparram vəla-
yətimizdə dağıdaram, sən gəlmə dahi. Onda da bizim tacirlər tamam 
Həsən paşanın xərcini verər. Mənim atam tacirdi. Tamam tacirlərin 
sərmayəsi  mənim  atamındı.  Amma,  bu  şərti  ki,  gedəyiz  mən  gö-
zümnən  görüm.  Bir  belə  yolu  gəlirik,  bica olmasun»,  inanım.  İndi 
rüsxət verəyin gedə qazamatda bu görə. Onda, buna da altı il əvvəl 
bir  şeşpər  vurup,  buların  malını  tamam  tarac  eliyip.  Bunun  böyük 
dayısı Burcu gədiyində vurup, ölüp orda.  
Dedi: 
–Xub,  duşman  duşmana  gərək  şəmadət  eliyə.  Götür,  getginən. 
Amma, qoyma çox danışa. Baxsın, şamadət eləsin getsin.  
Ağa,  bu  firqəni  vurup  gəldi,  bilə  bu  zindanın  yolu  hardandı, 
qapısı hardandı, bağı hardandı. Amma, burda bəəd, gələnnən sora, 
burda  baxdılar  zindanın  boyuna.  Bu  Şaa  Abbasın  gümbəzdəri  ki-
miydi, qədim. O da paca idi. Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
196 
–Budu, burda. 
Dedi: 
–Sən qardaş burda səsdən gələ qabağa de: “Eyvaz, Xan Eyvaz, 
didariyə gələn olup». Gələ bu qanşarda dura.  
[Əyyar] çağıranda:  
–Ay Eyvaz!  
Üş dəfə “Eyvaz xan, didariya gələn olup, gəl bir qanşara» dedi. 
Bu, [Yumuğ Əhməd] gəldi qanşara ruburu paca oldu, pacanı göt-
dü. Başın salladı aşağa. Eyvaz baxanda işarə elədi dedi: “Bilindir-
mə“. Başın çindiri, dedi:  
–Budu tutmuşuyuz? 
Dedi: 
– Bəli! Bax gör, sən tanıran tutmuşay? 
Həsən paşanın əyyarı dedi:  
–Bir qoy görüm dörd dənədi.  
Dedi: 
–Mən o Eyvazı istiirəm. 
Dedi: 
–Bax gör tanııran budı? 
O, elə başını təpdi içəri əyyar, [Yumuğ] Əhməd xəncəri çəkdi, 
dayadı başının gərdənəsına. Təkan verəndə kəllə xrıp üzüldü cəm-
dəkdən, gurupadan getdi zindanın içinə. Gedəndə tappıldadı. Tap-
pıldayanda Dəmirçioğlu əl sürtü, gördü turup düşdü. Əl atanda bu 
qulax gəldi əlinə. [Öz-özünə] dedi: «Labüd qarpızdı». Dedi: 
–Eyvaz  xan,  gəlin  bu  gün  cirəmizə  qarpuz  verirlər.  Amma 
qulaxlı qarpuzdu bu. Necə qarpuzdu, qulağu var? 
Amma, bular dedi: 
–Gəlin qabağa. 
Bular gəldi qanşara, baxanda gördülər, bəli, Yumuq Əhməd də 
gəlip.  Eyvaz  baxdı,  gözdəri  doldu  qannan.  Dəmirçioğlu  götürüp 
namə yazıp. Eyvaznan Dəmirçioğlu naməni... 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə