207
Cəngi-cədəl candan keçin,
Öz canından keçən gəlsin.
Eyvazim qalıp dardadı,
Baxınca gözü yoldadı,
Əyağı gedir gordadı,
Gor evinə gedən gəlsin.
Koroğlu gedir davaya,
Başını qatır qovğaya,
Miskin olmaz bu bəlaya,
Bəlaya tuş olan gəlsin.
Sözünü deyənnən sora, ağa, dəlilərnən düşdü yola. Düşdü yola,
bir qədir gəlmişdi ta beynirada bazırqan yük bağlamışdı, gedirdi.
Dəlilərin birisinə dedi:
– Rubut dəli, yeri bu bazırqannan xəbər al gör, hara yük bağlıyıp.
Yeridi [dedi:]
–Bazırqanbaşı?
Dedi:
–Bəli.
Dedi:
–Hara yük bağlamısan? Hansı şəərə?
Dedi:
–Valla, mən yük bağlamamışam. Gedirəm tamaşaya.
[Dedi:]
–Harda?
Dedi:
–Siz bilmiriyz?
Dedi:
–Yox.
Dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
208
–Koroğlunun dəlilərnən Toqatda tutuplar. İstiillər öldürələr beş
günnən sora. Gedişmüşük ora, gedirik tamaşaya.
Dedi:
–Gediriz tamaşaya? Qəm tamaşasına, şad tamaşasına?
Dedi:
–Xeer, şad daa! Oları öldürələr, bizə zülm eliyib o.
Dedi:
–Xub, dayanın, biz də ağamıza deyək, biz də gələk siznən.
Dedi:
–Kimiyiz?
Dedi:
–Odu haa...gediriz çatdı.
Bu qeyitdi gəldi dedi:
–Valla, Qoş Koroğlu, bu cür deyillər.
Koroğlu dedi:
–Bu cür deyillər, bəs yerişin qabağa.
Gəldilər qənşərə. [Dedi:]
–Ay, bazırqan.
[Dedi:]
–Bəli.
[Dedi:]
–Hara gedirəy?
[Dedi:]
–Valla, gedirən Qoş Koroğlunun deyirlər dəlilərinnən üş nəfər
tutuplar yolda. Toqatın şəərində öldürəcəkdilər. Gedərik tamaşaya.
Dedi:
–Bu tamaşada sizə bir zad var?
Dedi:
–Bəli. Biz şəmadət eliyəcəğık.
[Dedi:]
–Niyə?
[Dedi:]
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
209
–Buna görə ki, Koroğlu bizə zülm eliyip. Zülm təhid! Zülm
cinayət! Zülmü zilalət!
Dedi:
–Xub, neyniyip?
Dedi:
–Malımızı alıp, qarat eləyip, biçare eləyip.
Dedi:
–Xub, onda Koroğlu orda gələ qarışa sizin içiyizə siz ona nə no
eləriz?
Dedi:
–Daa Koroğlu gələ bilir, cürət var gələ? Pəs, bir belə ləşkər orda
mədatdı.
Dedi:
–Ha?!
Dedi:
–Mədatdı.
Dedi:
–Xub, əz. Siz mədat, mən kağız görək kim yazıla, kim pozula.
Dəstür verdi dəlilərə, şəmşirləri, çəkin şeşpərləri. Burda götürüp
bazırqana Koroğlu gör nə deyir:
Başına döndüyüm bazirgan başı,
Qoymaram yoldan bac alan gedə.
Maliyi-dövlətin tarac eylərəm
Əliynən rüxsəti az alam gedə.
Sərvətiy-dövlətiy əliynən allam,
Başıya türməni ciziynən sallam,
İndi İzrailəm canıyı allam,
Gərək bu dünyadan üzülən gedə.
Qara-qara uzax yollar kəsmişəm,
Meh yellərı kimin basıb əsmişəm,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
210
Dağ-təpəni bir-birinə tökmüşəm,
Malıyı bu yolda tökəsən gedə.
Qoymaram sən çatay Toqat şəhrinə,
Yeti qərəg onda fəndi-felinə,
Qarışmadın Koroğlunun qəhrinə,
Amma, şad olmay qəm alay gedə.
Ağa, tökülürlər bunnarın malini əlinnən alırlar. Qol qıçını bağ-
layıp, qoyan qaçıp, qoyan qalıp. Dedi:
– Buların nəmənə malı var, ənvalı var alin əllərinnən. Qırxa dəs
libası Toqat vəlayətinin tacir libası tikdirin, qoydurun kecavələrin
üstünə. Keçavələrinən götürün malı. Çatduzun Toqata deyin: “Tacirik,
gəlmişik. Bazırqanık. Bu firqəynən, nəbadə deyə-»biz tamaşaçıyıx».
Dedilər:
–Yox, Qoş Koroğlu.
Ağa, buların cannısını öldürüplər, cansızı qaçıp. Mallarını tarac
eliyiplər, qoyuplar qəcazəynən. Öz malları kimi düşüplər yola. Orda
da bir cisr varidi. Cisirban gözlərdi həmişə. Beş min, on min nəfər
gələrdi, çəkərdi körpünü [bir adam keçə bilməzdi]...
Gəldilər, zad elədilər, bir qoca kişi çöldə buğda dərir. Demə ki
buğda dərir?! Dedi:
–Yerişin bu qocanın halını bir soruşak, -Koroğlu dedi.
Atdarın əyağında dəm yeridi toz millənir. Çölü qubar götürüp.
Yeridilər [dedilər]:
–Ay qoca əmi, halıy necə əmi?
Dedi:
–Mənə demiyin qoca əmi. Mənə deyin gic əmi. Onda deyin halın
necə əmi? Qoy, ocağı kor olsun bu Koroğlunun. Onda deyim, nə olsun
gic oğlunun. Çox namərdimiş, çox biqəmimiş bu dünyada.
Koroğluya dedilər:
–Eeee...Buna nəmənə eləmişiz?
Dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
211
–Qoyun dərdi var desin.
[Koroğlu dedi:]
–Qoca əmi, sən neynəmişsəy? Sənə neyniyip Koroğlu? Səniy
ürək doluluğuy nədi, Koroğluynan bu cür coşmuşay?
Dedi:
–Ağa, mənim heş, Koroğlu mənə heş zad eləməyip. Nə malım
alıp, nə dükanım çapıp, nə zülm eliyip. Amma çox bibəfadı. Üş
dənə dəlsin namərd Həsən paşa zindanda, şəkəncə divində, qa-
zamatda bağlıyıpdı, döyüllər, söyüllər, dərilərin soyullar, Koroğlu
elə öz halında yatıb. İmdadına yetmir biçaraların. Mən də bir qoca
adam, ona görə narahat olmuşam. Deyər gərək “Ağa olan qul
qədrin bilə, nə sərraf ola, zər qədrin bilə.“
Dedilər:
–Qoş Koroğlu, söz bunundu, doğru deyər haa.
Dedi:
–Qoca əmi xub, Koroğlu zülm eliyif xəlxə, tutuplar dəlilərin
bağlıyıplar zindana, döyüllər, söyüllər, biz neyniyək? Zülm
eləmiyəydi xəlxə.
Dedi:
–Yox, Koroğlu zülm eliyip, o bicarələr neyniyip?
Dedi:
–Xub, Koroğlu oların hünəriynən xalxı çapır, yığır.
Dedi:
–Yox, o dəyi. Əqəllən gərək gedəydi onların imdadına. O biça-
raları sabanan, biri gün öldürələr.
Dedi:
–Xub, qoca əmi, bizim əlimizdən nə gələr? Əlimizdən elə bir iş
gələr de biz eliyək?
Dedi:
–İş gələr, necə gəlməz?! İş də olup gəlmiyə? Nə fayda, mənim
dəlim yox başımda, novça (o zaman qoşuna dəli deyirdi)... Əgər,
beş dənə mənim səniy dəlilərdən dəlim olardı qolumda, bir dənə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |