221
Sözlər ki, tamam olannan sora, dedi:
–Baba, bu aşığı da qovun, çıxa gedə peykanına. Bu nədi? Mən
gətirməmişəm boran sala şəərimə, talan sala şəərimə. Bir aşıx tapın
ki, məni tərif eləsin.
Dolandılar. Ağa, bu səfər [Koroğlu] gəldi gördü xeyir. Bu səfər
gedə meydənə tanırlar bunu. Sazı sınıp boğazdan, tanırlar.
Xəbər aldı:
–Ay mərdum, bu şəərdə sazbənd kimdi, sazqəyirən?
Dedilər:
–Bir usta Bulut var, bu küçənin ətəyindədi. Qoca sazqəyirəndi,
sazbənddi. Qəyirir, düzəldir, yengi sazı var.
Koroğlu yeridi dükanın qapısına. Gördü usta dükəni təxtəliir,
qıfl eliyə gələ.
[Dedi:]
–Ay usta.
[Dedi:]
–Bəli.
–Dükanıyı təxtələmə.
[Dedi:]
–Niyə?
Dedi:
–Mən aşığam, bax mənə.
Dedi:
–Bəli. Neyliim, sən aşığay?
Dedi:
–Mənim sazım sınıp, bunu bəntləginən, çağlaginan mən gedim.
Burda bir beş kərəm oxuyum. Misli ki, cəşni tutublar bir pənci dü
şaha qazanam dəs müydəyi də verrəm.
Dedi:
–Əlan mənim vəxtim yoxdu ki, mən də gedirəm tamaşaya. Ko-
roğlunun dəlilərin dara çəkillər. Mən də gedirəm bu tamaşaya,
görüm nə cür öldürüllər üş dənə dəlini. Deyillər üş nəfər adam
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
222
hücum eliyəndə şəəri çövürür. Mən bu sazı qayıramam. Qoy qala,
dəliləri öldürənnən sora gəli, sora oturram burda. Üş günnən sora
dükanı açaram. Onda sənin sazını qəyraram.
Dedi:
– Kişi, mən əlan istiirəm, üş gündən soranı neyliirəm. Ölünü
ölənnən sora tabut gətirirsən neynirəm. Ölü quyulanıp. Tabutu
hara aparran? Əlan qəyir mən gedim.
Dedi:
–Əlan vaxtım yoxdu.
Dedi:
–Usta, biləy nədi? Qəyirəy də qəyirtdirrəm, qəyirməsən də
qəyirtdirrəm.
[Koroğlu] tutdu ustanın boğazından təpdi içəri, qəytərdi dükana.
Dedi:
–Nə cür eləmişəy sındırmışan?
Dedi:
– Qulağ as, qoy sözdərnən deyim sözümü, deyir:
Baş götürüb əyağıya gəlmişəm,
Usta, sazım qəyir, yola sal məni.
Öziyi özümə usta bilmişəm.
Usta, sazım qəyir, yola sal məni.
Dağı əstim, daş üstünə mindirdim,
Dərə-təpə gəzdim, sərə dindirdim.
Sənilərdə sazım saldım sindirdim,
(Ay) Usta, sazım qəyir, yola sal məni.
[Usta dedi:]
–Baba, axı bu saz pis sınıb, bu, boğazdan qırılıpdı. Bu, olan dəyi.
Dedi:
–Bilmirəm, gərək oldurasan.
Ustaların sözü olur özündə,
İşin eybi olmaz, baxa gözündə,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
223
Dürdənəvşə vardı sazın üzündə,
Usta, sazım qəyir, yola sal məni.
Dedi:
–Əcəp, valla, dürdənəsı da düşür itip. Mən bunu hardan tapım?
Dedi:
Usta sazın yaxçı olur yaxçısı,
Olmaz məgər səlmanının qəyçisi?
87
,
Gedərmi turşamış qızın elçisi,
Usta, sazım qəyir, yola sal məni.
Dedi:
–Ay aşıx, saz sınar, belə ki, sınmaz saz? Buu nə cür sındırmısay?
[Dedi:]
–Bilmirəm.
Usta, məni bədovluyuf tovlama,
Tovluyupda daş təkin bilovlama,
Koroğluyam, dəliləri yovlama,
Usta, sazım qəyir yola sal məni.
Usta elə min-min eliirdi, gördü ustanın dükanında bir cürə saz var.
Necə sazdı qəlbə yapışır. Tutdu ustanın bir əlini boğazınnan, bir əlini
iki ucunnan. Dizin dayadı, ağac sındırantəki basdı ikiqat elədi. Vurdu
ustanı getdi micətin dibinə. Dükanından iki dənə saz götdü. Birini
asdı bu çiyninə, birini asdı bu çiyninə. Gəldi meydanda durdi. Bir göy
livas geydi eyninə. [Həsən paşa dedi]:
–Baba, bir aşıx tapın, qoyun bunu diyə, tərifliyə.
Gəldilər, gəzdilər. Gənə aşıxlar meydanına gəldilər. Gördülər
bir dənə aşıx duruf meydanda, iki dənə saz salıf çiyninə.
[Dedilər:]
–Ay aşıx!
87
Aşıq misraya belə izah verir: yəni deyər usta, salmanı qeyçisiz olmaz.
Usta dəyilsən, qəyirrən
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
224
[Dedi:]
–Bəli.
[Dedilər:]
–Sən aşiğən?
[Dedi:]
–Bəli.
[Dedilər:]
–İki dənə sazıy var?
Dedi:
–Bəli. Birini gecə çallam, birini gündüz.
Dedi:
–Xub, olar ki, gələy bu Həsən paşanı tərif eliyəyn? Elə gündüz
bir pulu alayn gedəy.
Dedi:
–Necə olmaz!
[Dedilər:]
–Nə qədə allay?
Dedi:
–Bizimki qəralı dəyi. Nə mənə verip, verip.
[Dedilər:]
–Ay barikalla, bu aşıx yaxçı aşıxdı. Xub, gəl gedək, Cəfər
paşanın yanına.
Usta yeridi gəldi Cəfər paşanın yanına.
[Paşa dedi:]
–Bizim elə gəlmişəy?
[Dedi:]
–Bəli.
[Paşa dedi:]
–Xub, mənim şəni-şovkətimə, bu zəhmətimə bir beş dənə
söhbət eliyəy. Bu camaat gəlip. Ənamın da gözüm üstə, nə qədər
alasan, deyəsən verrəm.
Dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
225
–Qurban, bizlər ənam aşığı dəyilik. Beş dənə sənintəki ağalara
söhbət eylərik, nəmənə ənam eyləsə eliyip. Amma, qurban, mənim
sözümün amədi-nəyamədi var.
[Paşa dedi:]
–Necə?
Dedi:
–Mən elə bu sazda çalam amədi var sənə, bu sazda çalam yox.
Dedi:
–Amədi olan sazda...
Dedi:
–Yarı bunda çallık, yarı onda. Həm amədi ola, həm amədi
olmuya.
[Dedi:]
–Bu nə ola yani?
Dedi:
–Elə bu curə yaxçıdı dəə.
Dedi:
–Xub, pəs, usta, sən niyə göy rəng [geyibsən], belə səbsən, göyəy?
Dedi:
– Qurban, mən nənəmin qoynunda olanda anam mənim yerik-
liyip göy yoncaya. Çox yonca yeyip. Bu cür göy olmuşam daa.
[Dedi:]
–Xub, yaxçı keçibaşını yemiyip?
Dedi:
–Elə dəmdi keçibaşını yeyə. Əgər, keçi mənim başımı yeyə,
qurban, mən də adam başı yəərəm.
[Dedi:]
–Necə adam başı yəərəy?
Dedi:
–Qoy qurban, sözümü deyim daa.
Dedi:
–Xub ey, de görək.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |