Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə56/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   52   53   54   55   56   57   58   59   ...   96

 
 
226 
Deyər:  
Aşıxlar sazların çalar,  
Çalan yerdə ənam alar,  
Eşidi çox kimsələr,  
Başımız qova-qovdadı.  
 
Sənə deyim, Cəfər paşa
Mustafaxan yoldadı. 
Şirlər cəngələ ulaşa, 
Həm sağdadı, həm soldadı. 
 
Gürzü dəyər cidalara, 
Başlar dəyər qadalara, 
Cırğa sallık qadalara, 
Ləşkər tamam bu yoldadı.  
 
Çarcadanı bağlıyarık, 
Cigərləri dağlıyarık, 
Qız-gəlini bağlıyarık, 
Necə yollar adadadı.  
 
Bu şəərlərə qovğa sallık, 
Düşmannardan qəsas allık, 
İsgəndər kimi bac allık, 
Piyada dolhadoldadı. 
[Paşa dedi:] 
–Aşıx, sən bac allan xalxdan? Gəlmiyiflər bac verələr?  
Dedi: 
–Niyə? 
Dedi: 
–Bəli dəə.  
Koroğlu hayxurur sənə,  
Bulbul getməz yasəmənə, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
227 
İndi bax güllü çəmənə, 
Daşu dağlar nə dovdadı. 
Dedi: 
–Ay baba, sənnən də ki fayda olmadı mənə.  
Elə  bu  söhbətdəyidi,  ağa,  Mustafaxan  bir  cida  vurdu.  Xub, 
səsləndi cidanın başında şeşpər ki, bildi Mustafaxan gəlip. Koroğlu 
burda indi görək nə deyər: 
Hay deyəndə haya basar, 
Mustafaxan, cavan oğlan. 
Huy deyəndə huya basar, 
Mustafaxan, qəşəng oğlan. 
 
Dağıldı cəlalıy səniy, 
Ağ üzdə qoşa xal səniy, 
Dünyada ay çox var səniy, 
Mustafaxan, cavan oğlan. 
 
Türkmənnən sən yola düşdüy,  
Bazübənd idiy qola düşdüy, 
Ördək kimi gölə düşdüy, 
Mustafaxan, qəşəng oğlan.  
 
Toqatın dövrünü alın,  
Şəərinə qovqalar salın, 
Tacirlərin bacın alın,  
Mustafaxan, qəşəng oğlan.  
Ağa, Koroğlu səsi gəlip nəhrəyə. Dəlilər dört tərəfdən şəəri aldılar 
araya.  Çaphaçap  oldu,  qırhaqır  oldu,  ağa.  Dona  xanım  külafirəngi-
dəydi. Eyvazın qolu bağlı, özünü pəncərədən atup. Eyvazın qollarını 
açıp.  Ağa,  şəərdə  qaçan  qaçdı,  qalan  da  iman  gətdi.  Tarac  elədilər 
şəəri, yalan elədilər. Qoşun dayanup vədəsin gəliplər həmin durnalar 
tutan bağda məskən tutdular. Məskən tutannan sora Koroğlu üz oldu 
ki,  Mustafaxan,  əgər  sən  gəlməsəydin  mənim  Eyvazım  gözümdən 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
228 
getmişdi.  Amma  Dəmirçioğlu  divan  idi,  üzünnən  getmişdi,  halı 
pərişanıydı. Üzünnən getmişdi. Dərisin soymuşdular. Yaraları ət-qanı 
süzuşdaydı. Baxdı Koroğluya Dəmirçioğlunun gözdəri doldu yaşnan. 
Koroğlu  başın  qoyup  Dəmirçioğlunun  dizinin  üstünə  bu  sözdərdən 
görək nə deyir Dəmirçioğluna.  
Ağlama, ey mənim dəlim, 
İgidin qovğası olar.  
Yıxdın qələyi- Xeybəri,  
İgidin davası olar.  
 
İgidin davası başda,  
Qələm oynar qələm qaşda, 
Dava düşüpdü savaşda, 
İgidin arxası olar.  
 
İgit gəzər dağı-daşı, 
Durar düşmannara qarşı, 
Dostağa qatar savaşı, 
Savaşın qumaşı olar. 
 
Yaxçı-yaman bu dünyada,  
Keçən günü salan yada,  
Şəərlərə saldırrık cada, 
Get-gəlin fədası olar.  
 
Yaralı igit utanmaz, 
Canı yansa heç oyanmaz 
Koroğlu sənnən ovsanmaz, 
İgidin bəlası olar.  
Sözdəri  bəəd,  deyənnən  sora,  burdan,  ağa,  yükləri  bağlıyıplar, 
vəlayəti hara? Çəmlibelə! Həlbətdə Koroğlunun burda Durna das-
tanı tükənir payana çatır. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
229 
BU, EYVAZIN TÜRKƏMƏNƏ GETMƏGİDİ VƏ  
ATA-ANASINI TOYUNA DƏVƏT ETMƏGİDİ 
 
...Ağa,  qoşun  Çəmlibelə  gəlmişdi.  [Koroğlu  Eyvaznan  Dona 
xanımın  toyunu  eləməyə  hazırlaşırdı.]  Qoş  Koroğlu  gün  açulurdı 
söbhə  yaxunudu,  gözün  aşdı  gördü,  bəli,  havanın  rəngi  qızarup, 
dağlar bulutdan bozarup. Əslən bir haldadı  bu hal... Duman tutub 
dağı. (Dərbəndin arasıdı axı, bu Çardaxlıbel.) Dedi: 
– Nigar xanım, gör Eyvazım yerindədi? 
Nigar xanım getdi gəldi gördü Eyvaz yoxdi. Dedi: 
– Eyvaz yoxdi.  
Dedi: 
– Get gör Dəmirçioğlu hardadı?  
Gəldi gördü Dəmirçioğlu yatup. 
Dedi:  
– Dəmirçioğlu yatup. 
Dedi: 
– Get İsabalıya bax. 
Getdi gördü İsaballı da yatıp. 
Dedi: 
– Gəz dəliləri tap.  
Gəldi dedi:  
– Hamı dəlilər yatıb öz yerində.  
Dedi: 
– Yumuğ Əhmədi çağır gələ. 
Yumuğ Əhmədi çağırdı gəldi, dedi: 
– Yumuğ Əhmədi duş dağa gör Eyvaz hardadı!  
Yumuğ Əhməd də nənəsi uşaxlıda dizini ovcalamışdı. Bu dizi-
nin qurudu almışdı əlinnən. Buna görə ki, yol kəsərdi, düşərdi yola 
atdı çata bilməzdi. Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
230 
– Yumuğ Əhməd, gərək Eyvazı tapay. Söb açılıncak, gün çıxıb, 
əlan batıncak, gecə keçib gün açıncak Eyvazı görmüyəm özün də 
gəlmə.  
İndi Dona xanımı gətiriblər, Eyvaz qoyup hərəmsarasında. Yarı 
gecənin  başı  Eyvaz  üz  alıp,  gedir  Təkətürkəmən  elində  atası 
qəssab Əlini dəvət eliyə, gələ Koroğlunun yanına ki, bilə Koroğlu 
tərif  eliyə  atasına  ki,  bunun  Eyvazın  bu  cürüdü...[Eyvazn  Təkə-
türkmənə  getməsindən  xəbəri  olmayan  Koroğlu  Yumuğ  Əhmədə 
belə tapşırıq verir:] 
Sənə deyim, Yumuğ Əhmət, 
Eyvazım gedip əlimnən.  
Vurmuram üzüyə minnət, 
Bulbulum uçup gülünnən.  
 
Dağdan gələr kəklik səsi,  
Vardır Eyvazın havasi, 
Eyvaz əlimin əsası, 
Əsam düşüpdür əlimnən.  
 
Eyvazım pəs nə yerdədi,  
Bulbulun köylü güldədi,  
Adı danışur dildədi,  
Eyvazım düşmür dilimnən.  
 
Eyvazımı apardılar,  
Başımı qala saldılar,  
Daha əlimnən aldılar,  
Ayrı düşüpdü elimnən.  
 
Koroğlunun çırağıydı,  
Çırağıydı, sadağıydı,  
O, puştumun dayağıydı,  
Qəddi kəmandı belimnən.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə