231
Sözdəri tamam eliyənnən sora, Yumuğ Əhməd düşdü çölə. Ağa,
dağı-daşı şəərləri, Türkiyəni, ağa, gəzip Bulğarı, Laçını, vurdu bi-
ri-birinə. Yox idi ki [Eyvaz! Eyvaz] Türkəməndəydi dəə. [Yumuğ
Əhməd] gördü gedib Eyvaz yoxdi, tapulmur.
...Qəssab Əli Eyvazın dədəsiydi. Bəəd, Eyvaz çatup atasının ya-
nuna. Anası durup ayax üstə. Neçə dənə qurbannıx kəsiplər Eyvaza.
Cəşni tutuplar Eyvazın boynuna. Dəlilər
88
tamam gəlip dorinə ki, at
qovardılar. Eyvaz bir Ərəp at aparmışdı [Çəmlibeldən]. Deyillər
uşaxlarnan Türkəmənsəhrada at çapırdılar. Biistila müsabiğa qoymuş-
dular, öz dilimiz, Türkəman atdılarıynan. Deyər Eyvaz bularla, ca-
vannarınan at çapır Eyvaz bu sözdəri deyir:
Türkəmənin cavannarı,
Gəlin çöllərə at salak.
Gəzək dəşdi-biyabanı,
Düşmannardan qəsas alak.
Bu sözdəri Eyvaz deyir:
– Gərək at qovak çöldə, görək kim-kimdən yaxçı at qovar.
Eyvaz da bir Ərəp at aparmışdı Çardaxlıdan yerdə-göydə əyağı
durmazdı.
Dedilər:
– Axı, qəssab Əlı oğlu, bizdə ki, düşman yoxdi.
Dedi:
– Niyə, adamın düşmanı olmaz? Düşmansız heç adam olmaz!
Adam ki, çox nadan olmaz,
Nadanı alladan olmaz,
Məgər indi düşman olmaz?!
Yıxak dahı düşmannarı
89
.
Bu çöllərdə dava düşər,
Bulut keçər hava düşər,
88
Aşıq burada belə izah verir:-Olar cavana dəli deyərdilər, Təkətürkəmən elində.
89
Şeirin ilk bəndləri yoxdur
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
232
Saz çalınır, nəva düşər,
Yoray onda cavannarı.
Türkəmənədə toy quragun,
Toy üstündə oynuyagun,
Çox xannarı dannıyagun,
Yaxçı Türkəman cavannarı.
Türkəməndə bədov vardı,
Dünya göylümə qubardı,
Nigar anam intizardı,
Gəzirəm biyabannarı.
Sözdəri deyənnən sora gəldi anasının yanna. Əli qəssab dedi:
–Balacan, sən neçə müddətdə mənim tərkimi eylədin, getdiy
Koroğluynan çapa-çova, qarətə.
Dedi:
–Yox, atacan. Mən haram süt əmməmişəm haram yollara ge-
dəm. Mən getdim Toğat vəlayətinə.
Dedi:
–Toğat vəlayəti hardadı?
Dedi:
–Çox uzağıdı. Getmişdim Toğat vəlayətinnən durna gətirəm.
Gətirmişəm durna telinnən Nigar anam mənə döşək tikir, yorğan
tikir, toy eliyə.
Dedi:
–Balam, sənin məgər sövdügün var?
Dedi:
–Bəli.
Dedi:
– Kimdi sövdügin?
Dedi:
–Həsən paşanın qızı Dona xanım.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
233
Dedi:
–Xub, balam bu Dona xanım, hardan gətirmişəy?
Dedi:
–Toğat vəlayətinnən. Toğat vəlayətinnən Həsən paşanın qızıdı.
Baxan deyər söb ulduzudu. Anacan, dur gedək.
İstiir anasın gətirə Çəmlibeldə toya. Deyir bu sözdərnən: Ana-
can, dur əyağ üstə, gey toy libasını. Deyər:
Canım ana, gözüm ana,
Dur gedək, mənim toyumdı.
Yerə salma sözüm, ana,
Dur gedək, mənim toyumdı.
Toy otağımı bəzə sən,
Dovrəsinə gül düzəsən,
Gəlininən qız bəzə sən,
Dur gedək, mənim toyumdı.
Gül baxçada narım vardı,
Narım var, ilqarım vardı,
Dona xanım yarım vardı,
Dur gedək, mənim toyumdı.
Nigar gəlin başı bağlar,
Məni yada salıp ağlar,
Özü gəlin teli bağlar,
Dur gedək, mənim toyumdı.
Nigar Eyvazın anası,
Göllərdə çimər sonası,
Toya baxar cüt anası,
Dur gedək, mənim toyumdı.
Sözdərin tamam eliyəndən sonra, qəssab Əli dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
234
–Bala, mənim işim çoxdu. Hələ indi gəlmişəy Koroğlu sənə toy
tutupdu, toy bəsatı başlıyıp. Mən də neçə dənə qoyun burda qo-
şaram, götür getginən toyuya. Biz də gəllik.
Dedi:
– Anacan, atacan, mən sizsiz toyu necə eliyəcəyəm? Oğlu gərək
[ata, ana] bəy eliyə, bəy bəziyə. Mən necə dözüm.
...Amma, gəzdi Yumud Əhməd Eyvazı tapmadı. Gələ də bilmir
Çəmlibelə. Nigar qərar tutmur. Getdi gördü, bəli, Dona xanım
hiydəgahında, hərəmsarasında ağlıırı.
Dəmirçioğlu da tazə dərtdən ilaş tapmışdı. Yaraları çox axı bu-
nun, döyindirmişdilər. Bular üz oldu. Əgər, Eyvazdan soraq olma-
dı, pəs neyniyək? Qızı verək Dəmirçioğluna?! Dəmirçioğlu da zəh-
mət çəkip bu yollarda. Qız belə gəlip, belə qeyidip getməsin. Am-
ma, Dona xanım çox ağlıırdı. Necə yada salır, derdi:
– Mən orda bir elə düşman içində qoymadım Eyvazın başından bir
dənə tük kəm ola. Gəldi öz məmləkətində Eyvaz əldən getdi. “Qoş
Koroğlu, sənə nə deyəllər: Ağa! Ağa o cür qul saxlar“?!
Amma, Nigar xanım çox pərişan idi. Götürüp burda Dona
xanım dübara görək nə deyir:
Toqatın tərkini etdim,
Gəlmədi yarım, gəlmədi.
Elimin qəhrini etdim,
Gəlmədi gülüm gəlmədi.
Şeyda bulbul uçup güldən,
Adı dahı düşüp dildən,
Bir quçmadı incə beldən,
Gəlmədi yarım gəlmədi.
Gomanam düşdü ellərə,
Qanu döndərdi sellərə,
Yumuncu oldu yollara,
Gəlmədi Eyvaz gəlmədi.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
235
Çəmlibeldə çox qocaldum,
Saraldım gül kimi soldum,
Bilməmişdim munis oldum,
Gəlmədi Eyvaz gəlmədi.
İndə gedim qara salum,
Özüm tordan-tora salum,
Ya ki ölüm gora salum,
Gəlmədi Eyvaz gəlmədi.
Dona Eyvaz deyər ağlar,
Ağ üstündən qara bağlar,
Gül bağında gəzər zağlar,
Gəlmədi bulbul gəlmədi.
Sözdəri bəəd tamam eliyənnən sora, burda Dona xanım çox ağlıırdı...
[Atasınnan izin alıb] Eyvaz anasıynan, bəəd, neçə cavannarnan
gəlmişdilər toya. Gəldilər Çardaxlı Çəmlibelə. Neçə dənə ca-
vannardan tökülüp gəlip. Meydan idi. Koroğlu təxti qurdu, ca-
vannardan, dəlilərdən yığdı başına, toy eliyə.
Ağa, burda Türkəmənnən çox qonax gəlmişdi toya. Toy idi daa.
Bəzənmişdilər. Amma, Koroğlunun gözü yoldaydı kı, Yumuğ Əh-
məd də gələ. Neçə vaxtdı gedip gəzir Eyvazı. Nə Eyvazdan gəldi xə-
bər gətirə, nə Bolu Sərdardan. Qalıp çöldə. Bəəd birdən Eyvaz baxdı,
gördü Yumuğ Əhməd yoxdu dəlilər içində. Dedi:
–Qoş Koroğlu, bəs Yumuğ Əməd hayandadı?
Dedi:
–Valla, sən gedəli yollamışdun çölə. Gedib hələ neçə müddətdi
gəlmiyib. Bəəd, yoxdu daa.
Burda Eyvaz götürüp xəbər aldı:
–Bəs bu Yumuğ Əhməd necə olup?
Purcəlallı Qoş Koroğlı,
Necə olupdu Yumuğ Əhməd?!
Ağ üzündə qoşa xallı,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |