185
– Vəzir, axı, vəzirən qara xəbərin, sən bir casuz yolla bu bağa,
görək bu bağda kimdi.
O yannan ərz elədim, həmin adam o zaman ki, ərz elədim yeddi
asimanda bir ulduzu yox idi, doqquz dəyirmanda bir sıxım uni.
Əlli
71
xərabə kəndə bir arşın yeri yox idi. Əynindəki çuxaydı, əlin-
dəki əsa. Bu yeridi irəli, dedi:
– Qurban, əgər İsgəndər tipiynən gedə, oları tuta bilməz, gətirə
bilməz. Məgər mən gedəm oları gətirəm.
[Paşa dedi:]
– Sən nə cür gedirəy?
Dedi:
– Şərt varı! Dona xanımın əlini qoyan mənim əlimin içinə.
[Dedi:]
– Bərikalla, oğlan mən qızı ona verrəm ki, o, Koroğlunu tuta,
dəlilərinnən tuta.
Dedi:
– Mən də elə dəlilərinnən tutaram da. Əgər Koroğlu dəliləri olsa üçü-
nün də qolunug bağlaram bağda gəlləm xəbər verrəm, beləyə. Əgər də
bu işə əncam vermədim, qüdrətim olmadı, başaramadım, öldür biləmi.
Sulduz vəzir dedi:
– Qurban, bu sözün bimaliyətdi, deyir daa. Bunun bu bimaliyət
deməğinnən sən də bir bimaliyyət imza ver daa. Yaz verginən “çəşm!“
[Paşa dedi:]
– Deyəndə ki, qızı vermədin, deyəllər: “Paşanın, sultanın yala-
nın olmaz, gücü olar, sözündə yalan olmaz.“
[Sulduz vəzir] dedi:
– Qurban, burda bir iraddar tutarık, deyərik “qız gəlmir“. İş
yoxdi ki!
[Paşa] dedi:
71
Aşıq bir az öncə qırx xaraba kənd deyib
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
186
– Verdim qızı. Sən get tut üçündə.
Ağa, bu bihuşdarı bağladı belinə, bir şişə darıyi bihuşti, bir dənə
də sitarı
72
var idi. Əllərinə hənaladı, dırnaxları qırmızı, girdi bağın
içinə. Ağa, bir ringi tutdi. Girdi bağın içinə, çaldı, atıldı, düşdi,
oynadı. Amma bu məst adam aləti- musiqidən xoşu gələr, gedər
ona tərəf. Kar verdilər bağda bir tar səsi gəlir. Gördülər bir dənə
tərkə, şux cavan oğlandı düşüb xiyabana çalırı, oynuuru. Dedilər
onu çağırın gələ burda alaçığa. Dedilər:
– Ay cavan, ay tarçalan, gə bura görək!
Ağa, bunu istədilər meydana. Otdu, o bir tarını zınqıllatdı.
Bəəd, zınqılladannan sora, dedilər:
– Ay oğlan, sən nəçi karəsən?
Dedi:
– Qurban, mən də gəlləm sizintəkin ağaların yanına, beş pəncə
tar çallam. Mey içən gərək tarınan mey içə, sazınan, avazınan mey
içə. Xoş elərəm sizintəki ağaları. Pənci dü şaha verər, gedərəm xa-
nəvadəmi dolandırram.
[Dedilər:]
– Barəkalla, barəkalla. Xub, bir çal görək.
Bir az tıkkılatdı tarı, başını tovladı. Ağa, başı tovluyanda Eyvaz
üz oldu:
– Ay tarçalan, bə niyə başın tovladın?
Dedi:
– Qurban, o cür ki, siz mey içiriz, inqarı fil su içir!
[Dedilər:]
– Necə? Oğlan bizi fil elədin?
Dedi:
– Qurban, çox təşəkkür eliyəy? Xuda nəkardan, demədim siz
filsiz. Meyi qurban elə içməzlər. Meyi gərək belə verən heç işmə-
72
Aşıq əvvəl kamança, tar dediyi halda, indi sitar deyir. Sonra yenə tar
deyir. Bir sözlə musiqi alətlərinin adını qarışdırır.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
187
miş məst ola. Əgər, piyalənin ixtiyarın verəyiz bəndəyə bir mey
dolandırram siz ərşi seyr eləriz.
Eyvaz dedi:
– Piyaləni verin ona.
Piyaləni aldı əlinə. Amma, Dəmiriçoğlu bildi bunun firqəyi
varı. Dedi:
–Eyvaz can, fürsəti verrən düşmana?
Dedi:
–Bu nədi ki düşman ola?
Dedi:
–Əh, düşman qarışqa boyda ol yüz dənə fili yıxər.
Dedi:
–Necə?
Dedi:
–Fürsətinən! Qoy deyim:
Sənə qurban, xan Eyvazım,
Mey verən saqi dəgil bu.
Keçər çıraq, görməz gözün,
Çırağın yağı dəgil bu!
Meyini nə cür gəzdirir,
Tar çalır özün süzdirir,
Düşmannığın bilindirir,
Dosluxda bağı dəgil bu.
Tarını nə cür çaldurur,
Əğlimiz əldən aldurur,
Özün bizə dost bildirir,
Düşmannıxda bağudur bu.
Paşaynan danışupdu,
Eşk otuna alışupdu,
Özü bizə qarışupdu,
Əcəp düşman, yağudur bu.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
188
Çardaxlının uca dağı,
Dəmirçioğlunun fərağı,
Sinəmə çəkilər dağı,
Sinəmizin dağıdır bu
73
.
Söz ki, tükəndi. Ağa, meyi bir siri dolandırdı. Bəədəz ki, dolan-
dırandan sora dəmnən tökdü bihuşdarını şərap xumrasına, təkan
verdi. Dedilər:
– Ay tarçı, bəs niyə meyə təkan verrəy?
Dedi:
– Mey gərək bir siri töktün ardın ətəyində qaldı qarışdıran, bu
səfər siridə xoş gələ. Meyin həmişə çöhəri yatar dibə.
Ağa ki, siz ola buları bu cür alladıb [içirtdi. Elə bil dəlilər] hey
altı aydı bədbəxtlər bihuş düşüp.
Üz basdı Həsən paşanın yanına, [dedi]:
–Qiblə- ələm sağ olsun, ədiyə vəfa elə, mənim cövrumə cəfa
elə. Bax üçünündə qolun bağlamışam, dördünündə. İndi öldürür-
sən mənə nə, əfv eliirsən mənə nə, zindan eliirsən mənə nə. Dona
xanımın əlin ver əlimin içinə. Mən də mətləbimə çatum.
Dedi:
– Xub, qoy mən gedim-görüm bağda. Sən şəd gəlmisən yalan da-
nışıray? Görməmişdən mən qızın əlin verim ələ, daa nə dərddəndi.
Sulduz vəzir dedi:
–Oğlan, mən demişəm ki, mən zəmanət elərəm əgər, Həsən
paşa qızı verməsə mən qızı aldırram verrəm sənə. Heç fikir eləmə
bu sözdərdən. Onu xatırcam bilginən. Olar qismət sənə, olmaz
qismət sənə. Xülasə ki, işimizdə yalan yox.
...Ağa, bu tərlan quşu da kimin əlindəydi? Eyvazın! [Eyvaz] birdən
ayıldı, genə kəllə getdi yerə. Dəmirçioğlu az işmişdi. Bilirdi, əlan tökür-
dü yerə. Bir tikə içirdi qalanını tokürdü yerə. Dəmirçioğlu ayıldı. Dedi:
73
Şeirin birinci və ikinci bəndinin son misralarının rədif qafiyəsi son üç
bəndlə uyğun gəlmir
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |