177
[Eyvaz dedi:]
– Mən vurmuşam. Deməmişəm ki, mən Koroğlunun novçasıyəm.
[Dəmirçioğlu dedi:]
– Pəs neyniyək?
[Eyvaz dedi:]
– Qəyidin dala. Tamam bu bağda narınc ağaşdarını, turunc
ağaşdarını yarıbeldən ikiqat eliyin. Bir dənə ağac qoymuyun salim
qala. Nəmənə var qırın tökün yerə.
Bolu Sərdar dedi:
–Baba, bu böyüktərin cənayətdi. Xəlx ağac əkir, bəhrəsini xəlx
yeyir, biz qırək tökək yerə? Hər işi biz gəldik görək? Bu sözdərdən
dedin başımıza bəla gətdiy. Bu söhbətdər nədi? Rişədən çıxar.
Baba deyəllər bir ağac qət elə bir adam öldürmüşəy. Bizdə ağac
qırmaq adam öldürmək elə birdi, heş fərqimiz yox!
– Ağacın yenə mənim meydanımda quvru – Eyvaz dedi: –
adamnan çoxdu.
[ Dedilər:]
–Niyə?
[Eyvaz dedi:]
–Adəm ki, çörəyin yesin, suyun işsin, dünyada heş bir şey
eləməsin, o adam vəxti tükədip, o adam ölə yaxçıdı. Hələ bu narınc
gətirip, bar verir, bərainki mən bu cür eliirəm o birüza adamlara bir at
qoyam gedəm. Mən rişədən çıxartmıram genə göyərər.
Ağa, bular giriplər tamam bu bağın içində nəmənə, nəhal varidi
ikiqat elədilər. Bir dənə ağac salim qoymadılar qala. Dedi:
– Xub, indi oldu əhsən! [Gəlin qırdığınız ağaşlardan ocaq
qalıyıb durna ətindən kabab çəkək.]
[Bağda bir alaçıq qururlar] Keçiplər alaçığın içinə. Şərap tuluxları
dolıydı şərapnan. Asıplar şərap tuluxların, ağacdan töküplər yandı-
rıblar, durnalardan salıplar kabap, çırıkkıçırıkk qeyniirdi ətin kababı.
Durnanın qoxusu götürmüşdü. Bu bağı kabab qoxusu almışdı başına.
İki yüz qədəmlixdən gedəni kababın qoxusu həlak eliirdi.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
178
Ağa, bəd, Həsən paşanın bir dənə durnatutanı variydi. Adına
deyərdilər Babuluk. Bu Babuluk girdi [saraya Həsən paşa dedi:]
– Durna gəlip bağa?
Dedi:
–Bəli! Beş-on gündü durna qəyidipdi. Yaylaxdan gəlip bağa.
[Həsən paşa dedi:]
– Ay Babuluk, bu gün beş dənə mənə durna tutaray?
Babuluk Bayram dedi:
– Qurban, bu gün kəmənd ataram çox tutaram.
Ağa, Babluk Bayram gəldi girdi bağın içinə. Evin tikilməsin, gördü
ağaşdar tamam baş əgip. Yarı beldən xəm olup. [Öz-özünə dedi:] “Xu-
daya, bu gecə dolu gəlməyip bu bağa ki? Bə nə bu ağaşdarı iki qat olup:
– Ay bağban (Bular bağa girəndə bağban qorxudan qaçmışdı.
Bilinmirdi harda gizdənmişdi), Bağban?!
Bağbandan nəsə xəbər yox. Gördü belə səs gəlir, bağın içində.
Yavaş-yavaş gəldi alaçığın dalına. Gördü bular şərapları içillər,
qəx-qəx vurullar, gülüllər. Durna ətinnən yeyillər, çəkillər diş-
lərinə, sümüklərini atıllar çölə. Bir dənə də gəl salginən, İsaballı.
İsaballı biismila bulların aşpazıydı. Bolu Sərdar da gedirdi duzdan-
zaddan gətirirdi. Xəbər gətirirdi düşman nə dedi. Ama, bu biistila
sütunu pənc
65
təkiydi. Oyana deyirdi, bu yana deyirdi. Amma Ko-
roğlu da bunu tutar görək nə pis günə qoyar.
Amma, bu elə birdən girdi içəri. Gördü dörd nəfər oturuplar,
sibillər qulaxları dalında, eyni Lorustan kətxudası. Qızıl-qızıl vu-
rur, gözdərinnən qan damır. Bu hövl elədi gəldi, dedi:
– Salam! Bismilla.
Eyvaz harifidi, dedi:
– Əleykümə bismilla, buyur içəri, qardaş, görüm. Hardan gəlip
hara gedənəy? Hardan vurup haranı yıxana?
65
Cəsus kimi anlamını verən bu deyim ordudan alınıb. Beşinci sütun-şöbə
orduda informasiya toplamaqla məşğuldur
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
179
Dedi:
– Qurban mən yıxan dəyiləm, vuran dəyiləm. Gedənəm, amma
gələn dəyiləm.
Dedi:
– Xub, gedənən da bura gəlməy?
Dedi:
– Qurban bura gəlmişəy də, gedən dəyləm!
Dedi:
– Niyə?
Dedi:
–Bəraiki sizin sibilinizdən qan damır. Mən əyə burdan can
qurtaram gedəym əzrail can əlinnən qurtarmışam.
Eyvaz qəx vurdu gülməğa. Tutdu bunun belinnən, (bu cür)
66
qovzadı yuxarı, dolandırdı, dedi:
– Biçara, səniy canıy mən almam ki? Mən adam canı allam,
məni bu cür göydə dolandıra.
Qoydı yerə [dedi:]
– Sən nəçi karəyən?
Dedi:
– Qurban, mən durna tutaram.
[Dedi:]
– Kimə?
[Dedi:]
– Həsən paşaya.
[Dedi:]
– Həsən paşa sənə bir zad verər durna tutay?
Dedi:
– Ay baba, beş mənat.
[Dedi:]
– Elə beş mənat?
66
Aşıq əl işarəsilə göstərir
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
180
[Dedi:]
– Bəli.
[Dedi:]
– Onda tutmayan nə?
Dedi:
– Tutmuyay beş dənə bəmənək vurar başıma,-[deyər:]-»pəs niyə
tutmamışan bu gün». Misli ki, xanımı getmişimiş ayrı məmləkətə–
Burzustana, gəlip, indi istiillər bir az səfa eliyələr, qonaxlıx var. Mənə
dedi: “Get durna seyd elə.“ Durna da bağda heç yox. Bir dənə durna yox.
Dedi:
– Necə olup?
Dedi:
– Hamısını siz tutmuşuz.
Dedi:
– Biz bu bağda tutmamışıq, qardaş. Biz burda tutmamışık, Elçi
dağında tutmuşuk, biz bunu.
Elçi dağı da Həsən paşanın Bulqar şəərinin üstündəydi. Miski
əlan deyillər Bulqarıstan, o zaman Bulqarıymış da. Bəəd, dedi:
– İşim yox, yoxdu daa. Gedə bilməm əliboş.
Dedi:
– Yey hələ, bəlkə tapula bir dənə. Dörd-beş dənnən bir dənə
sənə tutarıy aparran.
Eyvaz dedi:
– Bir dənə durna qoyun bunun yanna. Sən bir belə aparmışay,
vermişəy bu Həsən paşa yeyə durnaları, sənə heç vermiib yemişəy?
Dedi:
– Qurban, əbəda. Mən bilmirəm, [durna əti] şor olur, turş olur,
şirin olur, əsla!
Dedi:
– Nəğar pul verər?
Dedi:
– Beş mənat.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |