Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə43/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   39   40   41   42   43   44   45   46   ...   96

 
 
169 
Bir dava düşdi [Eyvaz] 14 yaşında bir dənə şeşpər dəvənin üstündə 
vurdu bir nəfərə, dəvəsiynən özü qarışdı biri-birinə. Sənə görəy nə 
cür vurup, sən qalmışay indiyə. 
Dedi: 
–  Yox,  çoxçə  rəşid  oğlandı.  Eyni  sənin  şikliydə  cavandı.  Eyni 
səniy hüsnüydə cavandı.  
Dedi: 
– Xub, məni gör onu gör daa. Mənə bax, ona bax. Məni gör onu 
gör şeşpərdə. Mən şeşpər vuram, o şeşpər vura. Mən cida vuram, o 
cida vura. Heç fərqimiz yox. – dedi: – Bu meydan, bu siz, bu biz. 
Amma mən əgə, sizə kömək olam tutarık onu. 
Bu  pəlivanın  adına  ağa,  Bədiizaman  deyərdilər.  Bədiizaman 
dedi  ki,  ay  oğlan,  gə  bu  meydanda  bir  savaşak,  güləşək,  məzərat 
eliyək, görək kimin qüdrəti çoxdı. 
Bu sözdə Eyvaz güldü, dedi:  
– Axı, mən qəribəm. Siz qonağa bu cür eetiram qoyarız? 
Dedi: 
– Yox, demirəm ki, səniynə dava eliyək, vurak biri birin naqist 
eliyək... 
[Eyvaz dedi:] 
–...Elərəm, elə  bilin Eyvaz  mənəm. Eyvaz  Koroğlunun  həmişə 
sağ  tərəfində  gəzər.  Şeşpərdə  vuran  həmişə  adamın  kəttinnən  vu-
rar. Necə ki, baba deyər, mənə şeşpər vurup necə il bunnan qabax, 
mənim  hənuz  da  cəraəti  gəlir.  Qoy  Eyvazın  tərifin  müşəxxasatını 
eliyim görün nə cürdü. Deyər: 
Eşidən, xannar, paşalar, 
Elə bilin Eyvaz mənəm. 
Qannı kasa başa calar, 
Calar səsiyz Eyvaz mənəm.  
 
Eyvaz Koroğlu dayağı, 
Həm dayağı, həm oyağı, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
170 
Yolladı, gəlir əyağı, 
Görə bilsəyz Eyvaz mənəm. 
 
Eyvaz gələr bu meydana, 
Meydanı döndərər qana, 
Hərifnən cüt cövlana, 
Gəzə bilsəyz Eyvaz mənəm. 
 
Dayısıdı Ərəp Reyhan, 
Puştunda var yaz o bayram, 
Görən ona qalır heyran, 
Heyran olsayz Eyvaz mənəm. 
 
Eyvaz Türkəmən balası, 
Koroğlu Eyvaz arxası, 
Necə baxar Zileyxası 
Baxa bilsəyz Eyvaz mənəm. 
 
Nigar olup ona ana, 
Pərvanə şəmə dolana, 
And içəyiz andun inana, 
İnanasyız Eyvaz mənəm
62

Dedi: 
– Xub, əgər rüxsət verəyiz tamam şəərdə əziz, qoçax dayılarım-
nan,  qoçax  əmilərimnən  orda  kömək  götürəm.  Siziynən  gələm 
harda cür olak? Gedəyin  Koroğlunun qovğalarını, başınnan dava-
larını, dəlilərini dağıdagın, cəlalını yalan eliyək, xəlxi rahat eliyək 
ki,  gecələr  xəlx  göz  yuxuya  vermiri,  baş  yastığa  qoymuri,  xalxın 
ruzigarını qarannıx eliyip başına.  
Həsən paşa yeridi irəli: 
– Ay cəlallı oğlan, xoşsima oğlan yaxçı danışdın. Mərifətiyə görə 
gücün  var,  gücüyə  görə  əğlin  var.  Bizim  şəərdə  bir  belənçik  adam 
                                                
62
 Aşıq misraya belə şərh verir: Külbaşdara aşkar aşdı dedi, bular düşünmə-
dilər ki, bu Eyvazdı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
171 
yox. Deyillər, o Eyvaz bir cavandı ki, ona adam 500 qədəm qalanda 
dizinin dayanası yıxılır. Həmi şöörəti onu alır, həmi qüvvəti...  
[Həsən paşa dedi:] 
– İndi burda bir dənə cavan istərəm dura bu camı ala mənnən sərxoş 
eliyə.  Bu  cavanınan  pəncənərim  eliyə.  Əgər,  payıq  oldu  bu  cavana 
billik ki, biz də Koroğluya payiğik. Bu cavan deyər: “Elə bilin mənəm 
Eyvaz tuta bilsəyiz». Bu da ki, bu sözi deyir. Kimdi bu cavan? 
Üş  dəfə  dolandırdı  camı  səs  olmadı.  Dördmüncü  dəfədə  bir 
Bədiizaman varıdı, Bədiizaman dedi: 

 
Qurban, bəndə! O, camı içərəm bir şərtinən? 
[Dedi:] 

 
Nədi şərtin? 
Dedi: 
– Budu şərtim, mən bu cavana payığ oldum Dona xanımın əlin 
qoyay əlimin içinə. Ola mənim munisim. 
Dedi: 
– Ay cavan, mən dürüstü demişəm: “Mənim qızım Dona xanımı 
o  cavana  verrəm  ki,  Koroğlunun  dəlilərindən  bir  dənə  tuta,  ya 
özüni tuta. Özüni ki, heş kimin hünəri dəyi. Dəlilərinnən, əgər tuta, 
mənim  bu  qızım  onun  ənamıdı.  Mənim  bu  qızım  onun  caizəsidi. 
Əgər, bu cavanı ki, gəlir meydənə bu ki, Koroğlunun novçası dəyi. 
Bu  ki,  Koroğlu  dəlisi  dəyi.  Əgər  ki,  sən  bunu  payığ  olan,  yıxan, 
mən  Dona  xanımı  verim  sənə?  Bir  dənə  bu  cür  cavannan?!  (İndi 
Dona  xanım  kilafirəngidə  baxur.)  Xub,  əgə,  gəldi  bu  cavan  səni 
yıxdı,  səniynən  nəvərd  oldu,  gərək  mən  Dona  xanımı  verəm  bu 
cavana da? Bu söhbət nəydi deyrəy? Hər vəxt o deyili ki, Eyvaz, 
Eyvaz, o Eyvazı sən tutduyn o zaman mən bu qızı verrəm sənə. 
Amma Koroğlu Çəmlibeldəydi. Nigar xanımnan dolanırdı bağın 
içində, dedi: 
–Nigar, Eyvazımın gözü mənim gözümün içindədi deyə hərasan 
gəzir. Eyvazıma, toz qonmuyaydı üzünə. 
Nigar xanım dedi:  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
172 
– Yox, çünki adı-sannıdı, yadımızdan çıxmır. 
Bəli, Həsən paşa üz oldu ki, a Bədiizaman sən hələ biriynən nəvərd 
elə, əgər, payığ oldun ayrı ənam sənə mən peşkəş elərəm. Səniy adın 
çıxardaram  yuxarı, el  içində. Bu da ki deyir, bir belə mən gəlmişəm, 
sizə istəsəyiz kömək olak, Koroğlunun başınnan cəlalını dağıdak. 
Bular  istiirdilər  ki,  girələr  meydənə,  Eyvaz  baxdı-gördü  Dona 
xanım  pəncərədən  baxır,  eyni  maral  ovçuya  baxır.  Bunun  əğlin 
əldən alır, nə cür alır? Götürüb burda Eyvaz beş dənə deyir, görək 
bu dillərnən necə deyir: 
Dağda gələr maral səsi, 
Neçə maral dağa baxar. 
Budur ovçunun həvəsi, 
Necə ona kəmənd atar. 
 
Gözlərilə alır bizi, 
Deyən söbün Dan ulduzu, 
Kabab üstə odlu közü, 
Canımı otlara yaxar. 
 
Ucadur Çardaxlu dağı, 
Ürəgimdə var sorağı, 
Qurulur eyvanı, tağı, 
Necə ki, Kəsraya
63
 baxar. 
 
Gör, necələrin necəsi, 
Açılmaz gülün qonçası, 
Yetişdi çillə gecəsi, 
Necə ki, yəllaya baxar. 
 
Eyvaz gəlir bu meydana, 
Pərvanə şəmi dolana
64

                                                
63
 Kəsra-Sasani şahlarının sarayı tağı-kəsraya işarədir 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə