Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə44/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   40   41   42   43   44   45   46   47   ...   96

 
 
173 
Necə ki saldı zindana, 
Yusif -Zileyxaya baxar. 
Dolandurdu Eyvaz bunu meydanda, bu hərifi. İndi Dona xanım 
da kulafirəngidə baxır. Əlində qızıl alma oynadır. Vəxti ki, Eyvaz 
bunu [Bədiizamanı] vurdu qoltuğuna ki, bunu gətirə Həsən paşanın 
təxtinin  üstünə  qoya.  Ordan-kulafirəngidən  qızıl  almanı  pərtav 
elədi  Dona  xanım,  dəydi  Eyvazın  döşünnən.  Qız  da  demişdi 
dədəsinə “Hər vaxt mən bu qızıl almanı hər cavanın döşünnən vur-
dum, bil o cavanı istiirəm“. [Həsən paşa] bəxdi dedi: 
– Xub, əgər, mən qızı verim buna, bu mənə puşt ola, biz Koroğ-
lunun  cəlalını  dağıdarık.  Qız  da  ki,  bunu  istiir.  Pəs  buna  görə, 
budur  mən Sulduz vəzirindən səlah eliyək, bu  məsləhəti görək nə 
cür olur.  Bu  cavana  mən  vaxt  verim,  fürsət  verim  gedə  tayfasun, 
atasun, əmisin, dayısın yığa bir yerə, bəəd əzin biz bu bu familliği 
eliyənnən sora hücumu bağlıyak Koroğlu sorağına. 
İndi  Eyvaz  meydanda  durup  Həsən  paşa  söbət  eliyəndən  sora 
hay  ləpənd  vururdu,  gülürdü  “külbaşlar,  düşman  gəlip  öz  gözdə-
rinizin qənşərində durup“. 
[Hasan paşa dedi:] 
–Ay cavan, sən hardan gəlmişəy, nə məkannan gəlmişəy? Hansı 
məmləkətə gedirəy? 
Eyvaz üz oldu: 
– Qurban, mən əsliyətim Türkmənsəhralıdı, Təkətürkəmən elinnən 
gəlmişəm.  Türkəmənəm.  Amma,  mən  Turan  şəərində  böyümüşəm. 
İndi gəlmişəm, yol azmuşuk. Gəlmişəm bura. Gördüm bu şəərdə, bu 
cür  meydana  gedir  hər  kəs,  mən  də  gəldim  bura.  Xoşum  gəlir,  hər 
meydanda yığnağ ola, xoşum gəlir. İndi demə o Bədiizaman da uğda 
bağladı ürəgində, həlimdöyən küşküpu qaydasında. Dedi: 
– Mən bu cavanı pamal eləməsəm heş zadım dünyada yoxdu. 
                                                                                                         
64
 Misra əvvəlki şeirdə var 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
174 
Amma Dona xanım pəncərədən  baxırdı Eyvaza. Eyvaz baxırdı 
gülürdülər.  Bunun  misli  ki  [Bədiirzamanın]  cigərinə  çuvalduz 
vururdular. 
[Həsən paşa dedi:] 
–Bəəd, xub, biz hələ yığırık calaləşək. Mən şəərlərdən dəvət eli-
rəm gələlər gedək. Sən də get ataynan, anaynan rusxət al. Əgə, bu 
qızı  istəsən  verrəm  sənə.  Mən  də  gərək  biləm  səniy  atay  kimdi, 
anay kimdi? 
Eyvaz güldü, dedi: 
– Qurban, mən gəlməmişəm qız almaga. 
Dedi: 
–Dürüsti, elə hər cavan belə degər. Ama, qız səni istiir, sənin rə-
şitliğini görmüşəy, çox qabil cavanay. Gərək sən mənə puşt olay, 
dayaq olay. 
Eyvaz dedi: 
– Məsələ dəyi, pəs mən gedim, atamnan, ananman salah eliyim 
ta sizə xəbər. 
Ağa, Eyvaz istiirdi ki, yola düşə burdan gələ. Dona xanım baxırdı 
kulafirəngidən. Eyvaz burdan aralananda baxdı Dona xanıma, bir beş 
dənə də burda deyir ho gəlir. Hələ özünü büruzə vermir ki, deyir: 
Daldalardan baxan gözəl, 
Qəlbim sənnən dolanmadı. 
Sınıx köylüm yaxan gözəl,  
Ot tutup qəlbim yanmadı?! 
 
Pərvana dolanar şəmi, 
Munis gedə, yiyər qəmi, 
Saqlısan bağlı dükanı, 
Muştərilər dayanmadı?! 
 
Gedərəm burda qalmaram, 
Hər kimsəyə ovsanmaram, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
175 
Ta almasam mən qanmaram, 
Ləbim sənnən ki, qanmadı! 
 
Məkanımız Çəmlibeldə, 
Adım çox deyilir dildə, 
Nigar anam gözü yolda, 
Dahi yola dolanmadı. 
  
Eyvaz gedər bu məkannan, 
Eşq atəşi çıxmır cannan, 
Qorxmaram paşadan, xannan, 
Qəm kasəsi calanmadı.  
Sözü burda deyənnən sora düşdü yola. Gəldi də bağın içinə. 
[Yoldaşları Eyvazdan xəbər aldı:] 
–  Baba  sən  hardayan?  Biz  üç  gündü,  üç  gecədi  məətəlik,  səni 
tutdular. Sən bəs hara getmişəy? 
Dedi:  
–  Heç  qorxmuyun,  mən  haalə  getmişəm  bir  dənə  də  bu  dağda 
ov bəsləmişəm.  
[Dedilər:] 
– Necə ov bəsləmişəy? Burda ki, dağ yoxdu?! 
[Eyvaz] dedi: 
–  Niyə?  Elə  bir  dağıdı!  Həsən  paşanın  qızı  Dona  xanım  mənə 
alma vurupdı. O, da qızı verir mənə. 
[Yoldaşları xəbər aldı:] 
– Məgə sən dedin mən kiməy? 
Dedi: 
–  Yox,  əbəda!  Mən  divanəydim?!  Dedim,  elə  bilin  Eyvaz  mə-
nəm. Eyvazı görün mənəm. Düşünmədilər. 
[Yoldaşları dedilər:] 
– Xub, neyliyəgin durnalardan? 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
176 
Ağa, duzu saldılar hovuza gecə, düz əriyip. Bu durnalar çəmənnən 
yedi, durna çəmən çox yeyər. Yedi gəldi sudan işdi. Ağa, təşnəliğ üz 
verdi, gənə gəldi işdi. Pürvaz eliyə bilmədilər daha. Diyər dörd nəfəridi 
bular,  bavar  elə  bu  dörd  nəfər  300  durna  seyd  elədilər.  Hər  atdarın 
tərkinə bağladılar beş, on, iyirmi dənə. Nigar xanım da demişdi: “Mən 
Eyvaza  əgər,  toy  eləsəm  durnanın  telinnən,  tükünnən  yorqan-döşək 
tikdirrəm, durnanın ətinnən qonağa şam verdirrəm, durnanın sümüyün-
dən təxti hicrə qurdurram.“- bunu da Nigar demişdi, Eyvaz xana. 
Ağa, burda bular durnaları ki, tutdular bağladılar atdarın tərkinə 
bağdan çıxdilər, neçə mənzil gəlmişdilər Eyvaz atı saxladı, dedi:  
– Həsən! - Dəmirçioğluna, – mənim qardaşum. 
Dedi:  
–  Bəli,  Eyvaz  xan,  nəmənədi?  Nə  kəlami  düşdü  nəzəriyəy?  Nə 
oldı? Olmuya o qızı görmüşən qəlbin qalıp, əyax gedir, könül gəmir?  
Dedi: 
– Yox, o dəyi! O qız ki, mənə qismət ola o dəyil. Bir iş qaldı, 
xam elədik. Bizim bu durna aparmağımız bilirəy nəyə bənziir? 
Dedi: 
– Yox! Nəyə bənziir? 
Dedi: 
– Qoç Koroğlu deyirdi: “İsgəndər gedip qəyitməyip, kimlər gedip 
qəyitmiyip“ dürüstüdü. Dağları gördük, yolları gördük. Amma, bizim 
bu  durna  aparmağımız  inqar  ki,  bir  dənə  dul  arvadın  toyuğun  tülkü 
gedip ninnən çıxardıp aparıp. Eyni bu şikildi.  
[Dəmirçioğlu dedi:] 
– Neyniyək? 
[Eyvaz dedi:] 
–  Bir  at  qoymamışık.  Gəl  bir  at  qoyagın  bu  şəərdə.  Bir  nami-
nişanə qoyagın bu şəərdə.  
[Dəmirçioğlu dedi:] 
–  Neyniyək?  Bu  sən  nami-nişanə  qoymuşay?  O,  pəlivanı  vur-
muşay yerə.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə