Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə34/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   30   31   32   33   34   35   36   37   ...   96

 
 
132 
[Koroğlu dedi:] 
– Bə necə sən gəlin xanımay? 
Dedi: 
– Mənim ərim oğlan yarağannan ölipdi. Qəm tozi qonup üzümə. 
İndi odi dahi sindim əvəz olup, mənim rixsarım bəd olup. 
[Koroğlu dedi:] 
– Olsun hər nəyəy. 
Gecə oldu. O zaman şam yandırardılar, ya da balaca mişi çıraxlar-
dan. Qəri gətirip  surfa  saldı, çörək gətdi.  Koroğlu  yeyib  içib, durdu 
söb xırxasın zadın geyə, qəri indi qapını kəsdi. Dedi: 
– Oğlan, qoymam gedəy. Bizim ellərdə ev sahab ta qonağa nə 
qədir demiyip «gedəyin» haqqı yox getməy. Gərək qalay. Əğəllən, 
kəmi-kəmi gərək altı ayı burda qalayın. 
[Koroğlu dedi:] 
–  Başın  xoş  olsun,  ay  qəri!  Mənim  işim  əcələdi.  Gör  nə  qət 
əclədi  mənim  işim,  atım  yol  getmirdi,  nal  yox  idi.  Nallamışam, 
gərək gedəm, mətləbə çatam. 
[Qarı dedi:] 
– Daa hardı mətləbiy? Mətləbiyə çatdıy daa! Atı nalladıy daa?! 
[ Koroğlu] dedi: 
– Yox, qəri, əslikar mətləbim qalup, genə qayıdaram. 
[Qəri dedi:] 
–  Nə  üçün  genə?  Məyə  atının  neçə  qıçını  nallamışan,  neçə  qıçı 
qalup? 
[Koroğlu] dedi: 

 
Qışlarını nallamışam. Amma dəlilərdən birim qalıp. 
 Qarı qoymur Koroğlu gedə. Görək Koroğlu burda nə deer qəri-
yə. Deyər: 
Qonaq oldum bir qəriyə, 
Özgə xiyali olmasun. 
Pəniri basar dəriyə, 
Əgər, rəngi saralmasun. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
133 
Bu qərinin vardı işi, 
Bizimnən oldı gərdişi, 
Düşüp otuziki dişi, 
Birdə nişanu olmasun. 
 
Qərilərdən cavan qorxar, 
Ayran kimi onu çalxar, 
Gecə olsa onnan qorxar, 
Dərdə giriftar olmasun. 
 
Kamıl olan qarı almaz, 
Qarı alsa sonu olmaz, 
Sonu olsa dala qalmaz, 
İşi ahi–zar olmasun. 
 
Qarı tək qonax saxlamaz, 
Hər nə versən heç yoxlamaz, 
Gecə yatsa qucaxlamaz, 
Qəlbində xiyal olmasun. 
 
Koroğlu çıxdı gərdişə, 
Bax qəridəki təşvişə, 
Payızımız döndü qişə, 
Baharımız zay olmasun. 
Koroğlu  atı  mindi,  düşdü  yola.  Qəridən  xudafizlığ  elədi.  Gahı 
sağa, gahı çəprə, yetirhayetir özünü yetirdi Rum şəərinə. Rumun şəə-
rində də bir paşa deyərdilər, o zaman hər yerdə bir şah varumuş. Rum 
şəərində dolanırdı. Baxdı gördü burda bir böyük bağ var, içində də bir 
qəsr  var.  Amma  nə qəsirdi.  Gəlmişdi  yanı  bir qız tapa Eyvaz üçün. 
Eyvaz növcavan idi
42
. Dolanırdı bağın içini, bağban gəldi. 
 [Dedi:]  
                                                
42
 Aşıq  belə izah  verir:  Amma  buranın  qızı  Eyvazə  qismət  olmadı.  Eyvazə 
qismət harda oldu Dona xanım. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
134 
– Ay atdı əmi, yaxçı sən yaraxlısan, papaxlısan. Çıx bu bağdan. 
Bu bağ qədəğəndi. Hər kimsəni qoymazdar. 
Dedi: 
– Kimindi bu bağ? 
Dedi: 
– Meyti paşanındı. Meyti paşa hər kəs gələ bu şəərə, onu tutar. 
Xəbər  alar.  Görə  hardan  gəlib  hara  gedəndi.  Üş  gün  saxlar.  Əgə, 
düşman  dəy,  boşlar  gedə.  Əgər,  düşmandı  salar  zindənə.  Ona  bu 
qədr rənci verər, gəldi yola peşman olur. 
Dedi: 
– Bə niyə? 
Dedi: 
– Qoymur şəərinə bir özgəsi gələ, heç kəsi qoymazdar. 
Dedi: 
– Belə? 
Dedi: 
– Bəli! 
Dedi: 
– Mən aşiqəm, dəm tutaram, söhbət edərəm. 
Koroğlunun  bir  dənə  cürə  sazı  var.  Həmişə  böyük  sərdarı  var, 
sərdarının dibindədi. 
Dedi: 
–  Qoy  mən  gedim  Meyti  paşadan  sual  eliyim,  əgər  Meyti  paşa 
buyursa ki, aşıx gələ dəm tuta, gedərik. Pəs, atın boşda bağın dalına. 
Koroğlu atdan ənib buraxdı bağın dalına. Atın buxovun vurdu. 
Meyti  paşaya  da  neçə  yerdən  tacirdan,  bazırqannan  gəliplər, 
qonaxdılar tamam Meyti paşanın qəsrində. [Qonaxlar da] dedilər: 
– Qurban burda indi bir dəmtutan olmyaydı, dəm tutaydı. 
[Məclisdəkilərdən biri] dedi: 
– Bir dənə aşıx gəzirdi, xiyavanda, sazı əlində. 
Dedi:  
– Gediy, onu götürün gətirin bura. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
135 
[Gəldilər Koroğlunun yanına dedilər:] 
– Ay aşıx, səni Meyti paşa istiir. Gedəy orada bir dəm tutay. 
Dedi: 
– Göz üstə. 
Amma  Koroğlu  qədəm  yetirə-yetirə  girdi  məclisin  içinə.  Göz 
dolandırdı mərdumə. Olan, baxdi gördü, bular eyni dəvə nalbəndə 
baxan  kimi  baxıllar  bu  Koroğluya.  Amma  bu  aşıxlıx  libasındadı. 
Bir  dənə  tirmə  variydı,  onu  həmişə  əyninə  geyərdi.  Giyəndə  xir-
qəsini əvəz elərdi Koroğlunun. 
Dedilər: 
– Dünyada adam adama çox oxşarmış. Çəmlibeldə bir Koroğlu 
addı var, tamam paşaları zadı talıyıp, bu elə ona oxşuur. 
Koroğlu dedi: 
– Məgər, elə hər dədəsi gözün çıxadan Koroğlu olur? Koroğlu-
nun adı-sanı  bizlərdə də deyilər.  Koroğlu  bir cəvandı ki,  hər  belə 
yerlərə çıxmaz. Tənha o heç vaxt çölə getməz. Onun dəliləri başın-
dadı.  Hər  yerə  istiyə  gedə  yedi  min  yeddi  yüz  yetmiş  yeddi  dəli-
siynən [gedər]. 
Meydi paşa dedi: 
– Ey, evin tikilsin, olara onda ta mal çatmaz ki?! 
[Koroğluya dedilər:] 
–Bir az oxu, qulaq asaq. 
[Koroğlu aldı görək nə dedi:]  
Əcəmnən bura gəlmişəm, 
Buradı məkanım mənim. 
Sizi görüb baş əymişəm, 
Töküləcək qanım mənim. 
 
Bu dünyada adam olur, 
Adam olsa nadan olur, 
Adamı alladan olur, 
Yoxumuş ərkanım mənim. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə