120
Güldü, qəssab Əli dedi:
– Qoş Koroğlu bu sözü sən burda dediy, daha demə. Biz dullara
toy tutarık, qızdara xeyr.
[Koroğlu dedi:]
– Bə necə?
Dedi:
– Buna görə ki, dul iş başarur, amma qız başarmaz, qız becərməz.
Qızı elə-belə aparırık. Buna görə ki, toy tutmarık. Apar, Eyvaza hələ
tezdi qız almağa. Bunu biz nişannamışık, demişik, amma hələ yox.
Ağa, bu yannan anası gətirib Eyvazın boynuna heykəl
37
salır.
Anası bu sözləri deyiidi:
Xoş camallı, boyli oğum,
Heykəlbağı sənə hördüm.
Baxar qıza toylu oğlum,
Toy içində səni gördüm.
Sən gedirəy uzax yola,
Dahı baxan sağ o sola,
Bulbul kimi qızılgülə,
Gül içində xarı gördüm.
(Eyvaz canum...) Balam göydə arı vardı,
Tutub göylümü qubardı,
Şan içində balu vardı,
Bal içində şanı gördüm.
Sora anası belə dedi:
Qoyginan qızdar oynasın,
Danışıb sözdər dinnasın,
Sənnən sora kim oynasın,
Eyvaz xanın toyu vardu.
37
Aşıq burda belə izah verir:Türkmənnər arasında hər kəs gedə bir uzax
səfərə, heykəl deyərlər. Heykəl də odu ki, uşağa qurşax bağlallar, ona dua ya-
zallar, muncux düzərlər dorünə. Heykəl bağı deyəllər. Heykəl sala boynuna.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
121
(Bala) Adun yapuşup dilimə,
Süsənimə, sümbülümə,
Özüm gələm görmiyə,
Nərgiz xanım toyu vardu.
Eyvaz dedi:
– Anacan, hərdən gedip qeyidərəm, gəlləm. Qalmam ki mən
Çəmlibeldə.
Ağa, Koroğluynan Eyvaz düşüplər yola. Dərələri, təpələri
aşıblar, yoğunnarı-yomuşları çıxıblar. Koroğlu Eyvaza göstərirdi bu
şəər haradı, bu yol haradı. Tamam bu yolları görsədirdi. Koroğlu
istədi Eyvazı imtahan eliyə yolda. Görə nə cürdi. Dedi:
– Eyvaz, sən bu yol gəl, mən də aşım bu yol gəlim. Görək bu
yolların ucu hara çıxır?
Eyvaz da indi bir dənə at götürüb Türkəmənnən. Koroğlu Qıratı
saldı Eyvazdan qanşar, yetişdi Çəmlibelə. Dedi:
– Dəlilərim, Eyvaz gəlir. Bu yolnan gedin Eyvazı imtahan eliyin.
Beş dənə qoçax dəli yolladı. Dedi:
– Gedin yolunu kəsin deyin: «Biz qoymarıx gedəyn. Ya gərək
bac verəyn, ya atını verəyn, ya da qoymarıx gedəy». Orda dindirin,
danışdırın görün bunun şokəti-şanı nədi.
Ağa, beş dənə nami dəlilərinnən, pəhlivanlarınnan, qoçaxlarınnan
seçip (bilirdi da, tutmuşdu Eyvazın qolunu) yolladı Eyvazın yolu üstünə.
Eyvaz gəlirdi. Gəlib bir gərdanəyə çıxdı. Gördü, beş dənə atdı qanşardan
gəlir. Hey baxır dala, Koroğlu görək nə cür oldu? Ta atdılar yetişdi.
Atdıların biri qaldı yolda, ikisi keşdi bu taya, ikisi o taya, [dedilər:]
– Ay cavan oğlan, atıynan düş aşaağa.
[Dedi:]
– Niyə?
Dedilər:
– Niyə yox! Ədə, atdan düş aşağa, başın şeşbər yeməmiş.
Dedi:
– Yəni nə ola? Məgər siz yol kəsəsniz?
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
122
[Dedilər:]
– Bilmirəy çöllərin bəlası var?! Ya atıy ver qoy get, ya livasıy
soy get. Daa qoymay keçəy.
Eyvaz dedi:
– Çəkilin dala.
Bular deməkdə, Eyvaz deməkdə. Eyvaz dedi:
– Olsun daa. Siz də siznən, mən də mənnən. Görək kimiynən olar.
Ağa, Eyvaz atdan enib aşağa. Bular indi at üstə.
Dedi:
– Enin aşağı, enin atı alın daa.
Bular dedi:
– Xeyir, atı özün boşda, get.
Eyvaz dedi:
Bular gəlip nə məkannan?
Tülkülər əslana gəlip.
Davalar çıxmır cannan,
Gör kimlər meydənə gəlip.
At çapannar yollar yorar,
Duşmən üstə bığın burar,
Şeşbər atar, qılıc vurar,
Gör kimlər covlana gəlip.
Girmiyin qannı meydənə,
Ağ bədəniiz batar qana,
Hər biriyiz hər bir yana,
Başlarız dovrana gəlip.
Başdan ataram şeşpəri,
Baxın belə, dönün gəri,
Köynə bazara müşdəri,
Müşdəri dükana gəlip.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
123
Eyvazbalı yolda durup,
Duşmannarun qovup-yorup,
Eşidənnər ölüp, durup,
Ölülər nə cana gəlip.
Ağa, bularnan qoçax-qoçağa düşdülər. Elə hər birinə Eyvaz bir dənə
yavaş şeşbər qoydü-qulucunnan yatırtdı dəliləri. Beşini də qol-qoluna
bağladı, üzüqoylu saldı dərənin içinə. İstiirdi gedə, bular güldü.
[Eyvaz dedi:]
– Bə necə gülürüz oğlan, işiyzə?
Dedilər:
– Eyvazxan gə! Gəl, imtahanı pəs verdin. Bizi Qoş Koroğlu
yollamışdı. Buna görə ki, səni imtahannan çıxadak. Amma, sən
dərvaqən imtahanı pəs verdiy. Belə boyda, bu şokətdə biz atlı-san-
nı görməmişdik. Dəlilərdə bu qüdrət heş vaxt yoxdu, Eyvaz xan.
Dərvağən Alla çox görməsin səni anaya.
Eyvaz qəydib dala buların qollarını aşdı, dayandı bir az, dedi:
– Xub, bu orda da mənə bir lətmək vurdi, çərəkə. Burda da mənə bir
çərəkə vurdu. İndi mən qoy bunu imtahan eliyim, bu yollarda.
Eyvaz atı qeytardı dala. Ağa, dəlilər dedi:
– Pəs hara gedirəy?
Dedi:
– Gediy, əlan mən də gedirəm bu bulağın üstündə, çeşmədə su
içim, atın gözdərin yuum, gedərik.
Dəlilər dedi:
– Qoy biz də gələk.
Dedi:
– Yox, siz gedin.
Dəlilər nə mənə dedi, Eyvaz dedi: «Gedin!» Amma, burda gö-
türüp Eyvaz Koroğluya peyman yollurı:
– Nənəsi oğlu, hələ indi məni imtahan elirəy. Götürüp görək bu
dillərnən Eyvaz nə deyir. Dəlilərdən peyam yollur Koroğluya:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |