Kulliyyat-14. esas doc


BU, KOROĞLUNUN EYVAZ DASTANIYDI Kİ



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə26/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   22   23   24   25   26   27   28   29   ...   96

 
 
97 
BU, KOROĞLUNUN EYVAZ DASTANIYDI Kİ,  
GETDİ EYVAZI GƏTİRDİ 
 
...Neçə illər, neçə günnər, neçə aylar keşdi aradan. Yaddı [Nigar 
xanım], yuxusunda gördü bir yuxu gəldi gözünə, [ona deyirlər]:  
– Nigar xanım, sən evlad üzünə həsrət ollan, sonsuz ollan. İndi 
görsən əgər sənə bir ilac olsa, ilacın var, ilacında əlacın var. 
Amma, Nigar xanım yuxudan durub gözdəri doldu yaşnan, çox 
ağlıırdı... 
Koroğlu çıxdı Çardaxlının dağının üstünə. Dəlilərdən xəbər aldı:  
– Dəlilərim, gələn yoxdi, gedən yoxdi?  
Dedilər:  
– Qoş Koroğlu, heş kəs gəlmii. Nə bir tacir, nə bazırqan. 
Dedi:  
– Dəlilərim, gedin Çəmlibelin dovrəsinə. Tamam baxun, görün, 
hansı səmtə, səfərə bulud durub?
30
 
Dəlilərdən gəldilər, dedilər:  
– Qoş Koroğlu, Nigar xanım çox ağlıırı, çox pərişandı.  
Koroğlu gəldi, üz oldı:  
– Nigar, nədən ötrü sən ağlııran? Nə olıpdı? 
Koroğlu burda xəbər alır: 
– Niyə ağlııran?  
Görək Nigar xanım cavap verə buna. Söznən Koroğlu xəbər alı: 
Ala gözlü Nigar xanım, 
Ağlama, Nigar, ağlama. 
Sənnən ötrü çıxar canım, 
Sinəmi çəp-ras dağlama. 
 
Gözəllər ki ağlamazlar, 
Sinə, cigər dağlamazlar, 
                                                
30
 Aşıq burada belə bir izahat verir: Hər yana bulud tutsaydı Koroğlu səfərini 
gözdərdi o tərəfə. Qurd dumannı günü gözdüür. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
98 
Axı qəmi saxlamazlar, 
Belə qəmi sən saxlama. 
 
Əlləriyi qucaxladuy, 
Barmaxların taraxladuy. 
Qulubəgi qonaxladuy, 
Ağlama, Nigar, ağlama. 
 
Çəmlibeldə əzizəy sən, 
Gün içində xoş güzəy sən, 
Danışmaxda bir qızəy sən,  
Ağlama, gəlin, ağlama. 
 
Koroğluyam, lafı vurram, 
Əcəmi, ərəbi yorram. 
Duşmannardan bacı allam, 
Ağlama, xərac, ağlama. 
Sözdəri deyənnən sonra Nigar xanım götürüb deyər:  
–  Ay  Koroğlu,  bir  belə  bac  alay,  bir  belə  xərac  alay,  bir  zada 
çatmaz. Heş dərdimizə dəyməz. Bir zərrə mənə Çəmlibel-Çardaxlı 
mənim qəlbimə əsər eliyə, eliyən dəgi.  
[Koroğlu xəbər aldı]: 
– Aa, nədən ötrü? Dərdiy nədi? 
Dedi:  
– Buna görə, insanın gərək dari-dünyada bir sonu ola. Özünnən sora 
bel bağlıya, el için el saxlıya. Nədən ötrü yalquz qala, yalquz gedə buna 
görə?  Dünyada  insanın  evladı  olmasa,  dünyadan  nabud  gedər.  Özü 
öldi, daha adı da öldi. Deyəllər ki, igid ölər adı qalar, siğir ölər gönü 
qalar. Biz də həmçinik. Götürüb Nigar bu cür ağlu-ur, deyər:  
Dad fələk, səniy əliynən, 
Əcəp mənim belim bükdüy. 
Aldıy şoukəti əlimnən, 
Qəddim əydiy, belim bükdüy. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
99 
Yurdumuzda son olmadı, 
Qızılgüllərim solmadı, 
Susən üstə gül olmadı, 
Əcəb mənim evim yıxdıy
31

 
Ardımızda uşax ağlar, 
Sinəmizi fələk dağlar, 
Bizdən sora kimlər ağlar? 
Soora ağlıyan olmadı. 
 
İnsanın bir adı qalur,  
Özü gedər, malı qalur, 
Mal üstə evladı qalur, 
Dağ oldu, şoukət olmadı. 
 
Mənim canım qurbət eldə, 
Qəmim yaxçı yatıb dildə, 
Sonum yoxdı Çəmlibeldə, 
Yurdumda bir son olmadı. 
 
Nigar indi genə ağlar, 
Sinəsin çəp-rast dağlar. 
Oğul-qızdar mənə ağlar, 
Sora ağlıyan olmadı. 
Bu sözdəri dedi.  Amma  nəmə? Burada götürüb görək Koroğlu 
bu Nigarın dərd alıb sinəsinə nə cür olub?
32
  
Amma, istədi çıxa çölə. Hər vaxt bir yana pur xətər səfər olaydı 
Qırat  şeyhə  çəkərdi  getməzdi.  Üş  dəfə  Qıratı  mindi  Çəmlibeldən 
çıxa. Qırat şeyhə çəkdi qeyitdi dala.  
                                                
31
 Bundan  sonrakı  bəndlər  də  gəraylı  olsa  da  qafiyə  dəyişir.  Görünür,  aşıq 
çaşaraq iki gəraylını birləşdirib 
32
 Aşıq burada belə izah verir: – Həlbəttə o dastanda deyir: Bunun bir aşıx 
Cünu  vardı.  O  getdi,  Eyvazı  gördü.  Amma,  xeyir,  bizim  dastanlarda  budu: 
Koroğlu özü çıxır çölə, gəzə. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
100 
Dedi:  
– Bu səfə mənə yorğundu, bu səfər mənə puzğundu. Mən gedə 
bilməm bu yolları. Ay, niyə Qulubəgi yola salmam?! Dedi:  
– Qulubəgim! 
Dedi:  
– Bəli, Qoş Koroğlu.  
Dedi:  
–  Minnəy  Ərəb  atı,  üz  qoyay  hər  məmələkətə  dolangınan.  Bir 
şani-şoukət  oğullu  gördüy,  bir  cavanı  xoşsima  gördüy,  öz  qüd-
rətiydə, öz şoukətiy də gör. Mənə gəl de, gedək onu gətirək. Gö-
rək, bizim sovdamız harada olur? 
Amma Qulubəgi  minib Ərəb ata, yollar kəsib, dağlar aşub, təbbə 
çıxıb, dərə yıxıb, üz qoyub hara? Təkə-Türkəmən elinə. Yolu basub 
çatdı Təkə-Türkəmənə. Baxdı gördü Təkə-Türkəmən  içində tutuplar 
halay. Nə cür çalıllar, nə cür deyillər, nə cür oxullar. Ağa, Qulubəgi 
atdan əndi, qarışdı bular içinə. Misli halay gedilər. Bu da bir dəsmal 
aldı ələ, [başladı] oynamağa. Toyudu daa.  
Dedilər:  
– Bu cavan hardan gəlip, belə qəşəng oynur? Oğlan, sən hardan 
gəlib, hara gedənay?  
Dedi:  
– Valla, mən də çıxmışam çölə, düşmüşəm elə, gəlmişəm bu öl-
kəyə. Mən Kişmir elinnən gəlmişəm. 
[Dedilər:] 
– Kişmirdən bura gəlmişəy? 
[Dedi:] 
– Bəli. 
[Dedilər:] 
– Çox əziz, mootərəm qonaxsan. Oğlan, nə dindəsən? Təsənnü-
sən, şiəsən, kimsən? 
Dedi:  
–Bəli, mən müsəlmanam, mən də tabei-Quranam. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə