Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə23/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   19   20   21   22   23   24   25   26   ...   96

 
 
84 
Qıratım, dur düş yollara,  
Bu çöldə yalquz qalmuşam. 
Uzax-uzax mənzillərə,  
Daldalanıp mən dolmuşam.  
 
Nigar mənim belim büküp,  
Qəddi kamın olup yıxıp,  
Dağlara ordular çıxıp,  
Yollar üstə tək qalmışam.  
 
Gəlmir dəlilərin səsi, 
Gülə var, bulbul həvəsi, 
Yaman olur yar təhnəsi,  
Dahi indi qocalmışam
27

 
Dağ üstündə duman qaldı, 
Göylümdə arzuman qaldı,  
Yardan mənə nişan qaldı, 
Qəmə şaduman olmuşam.  
 
Koroğlu, dəlilər gülər,  
Təhnəli söz qəddin bükər,  
Dahi məgər, Nigar gələr,  
Qəmə mən düçar olmuşam.  
Burda  Koroğlu  Qıratı  minip  düştü  şəərin  kinarına.  Gəzə-gəzə 
gəldi ta şəərin vəsətində dayandı. Nəzər saldı bir şəərin içinə, gör-
dü bir vəlvələ-di, bir qovğadı, [dedi:] 
– Ay cavannar, ay xannar, nə aləmdi, nə sovdadı? 
Dedilər: 
–  Nigar  xanum  gedip  dünən  söb  şikara  neçə  dənə  qulamnan. 
Dağdan gəlmiyip hələ. Cəfər paşanın gözü yoldadı. İndi istiiri san 
görə, qoşun çıxara dağa, görələr Nigar hardadı.  
                                                
27
 Aşıq  Koroğlunun  qocalığından  bəhs  edən  şeiri  də  cavanlığında,  sev-
gilisinin arxasınca gəldiyi zaman söylədiyi şeirlərə qatıb. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
85 
Koroğlu dedi:  
–  Ay  bəxtim  yatdı,  heey...  Kaş  mən  o  yerə  ki,  nişan  vermişdi 
gəlmiyirdi,  mən dedim Nigar  xanım gəlməz. Mən belə bilmədim. 
Əcəp işlər gəldi başıma, zəhrləri qatdım aşıma.  
Durup Qıratı qəytərdi dala, gəldigi yerə. Baxdı gördü çığ təkin 
bu  çölü  qoşun  tutup,  eyni  nigan  kimi.  Saldı  bu  kinaraynan  Qı-
ratnan gedirdi, qoşun kəsdi bunun qabağını: 
– Ay oğlan, hardan gəlip, hara gedirəy? 
Dedi: 
– Yolum düşüp Hindustana. 
Dedi: 
– Bu çöldə neçə dənə atlıynan qız görmədiy? 
Dedi: 
– Xeyir, məgər o qız kimdi? 
Dedilər: 
– Cəfər paşanın qızı Nigar xanım çıxıpdı dağda şikara, iki gün-
dü tapılmırı.  
Dedi: 
– Gələr baba, şirin ərkək dişisi olmaz. Gələr hər yerdə olsa.  
Dedilər: 
–  Xeyir,  deyillər  mümkündü  Çəmlibeldə  bir  Qoş  Koroğlu  var, 
olmuya  gəlip  o  aparıp?  Neçə  gün  bunnan  qabax  bir  bağban 
deyirdi:  «Bir  cavan  gəldi  bağ  içinə.  Nigarnan  danışdı,  peyman 
bağladı, əhd eylədi, ilqar verdi, ilqarın belə bağladı. İndi olmuya o 
Koroğluymuş gəlipdi? Neçə dana qızdardan da xəbər alıpdı. 
Dedi: 
– Şayət də Koroğlu olmuş ola.  
Dedi: 
– Koroğluyu görsəyiz tanuruz? 
Dedilər: 
–  Görməmişik.  Deyillər  Koroğlu  bu  cür  rəşid,  dilavər  oğlandı. 
Bir dəli nəhrəsi var, çəkəndə yer o göy titirər.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
86 
Dedi: 
– Baba, belə zad olmaz.  
Dedi: 
– Belə deyillər.  
Koroğlu dedi:  
– Bəs olar kimdi gəlir? 
Bu  qoşun  belə  baxanda  bir  nəhrə  çəkəndə  qoşun  tamam  huşdan 
getdi. Ağa, Koroğlu Qıratı salıb dağlara, təpələrə, daşlara. Ağa, vurup 
dağı  biri-birinə.  Qırat  şeyhə  çəkir,  Koroğlu  nəhrə  çəkir.  Götürüp 
dağlarda səsliir, Nigarı gəzir görək dağlara nə deyir:  
Qarşı yatan qarlı dağlar,  
Yarım bu yerə gəldi mi? 
Başın çatıp qoşa dağlar,  
Yarım bu yerə gəldimi? 
 
Dağa gələn{ağrımasın} ayaxları,  
Coşqun-coşqu bulaxları,  
Nigar xanum dodaxları,  
Dəydi bu suya gördümi? 
 
Bu dağlarda çiçək vardı,  
Çiçək üstə gərçək vardı,  
Yardan görən göyçək vardı?  
Göyçək bu yerə gəldimi?  
 
Axtarıllar o Nigarı,  
Getdi göylümün qubarı,  
Siz biləysiz xuda, tarı,  
İman bu yerə gəldimi?  
 
Koroğlu yalquz qalupdı,  
Saralup gülü solupdı,  
Nigarım necə olupdı?  
Sonalar çölə gəldimi?  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
87 
Sözdəri  tamam  eliyənnən  sora,  ağa,  [Koroğlu]  hey  dağları  gəzirdi, 
daşları gəzirdi. Gəldi dağın kəlləsinə baxdı, dəmanədən gördü, bəli, bir 
çeşmənin ustündə bir at yayluur, otuşur. Qıratı saldı, gəldi çeşmənin ba-
şına, gördü Nigar xanımdı. Atın hörügün vurup bulağın başına. O çağın 
qızı Misri qılış belində, tiri-xətəng çiynində başın qoyup atın  yəhərinin 
üstünə, qoyup ayağını yerə, atın dəhnəsi biləgindədi, gedib xurəyi-xaba. 
Koroğlu geşdi sağa, geşdi sola, baxdı gördi şirin yuxudadı. Dedi: 
– Xub, gedim kami-busəyi alım, görüm nə cür ləzzət verər
28
 
Bəəd, Koroğlu gəldi qızın başı üstə. Gördü, bəli, qız yatıp, necə cey-
ran bu cür yuxlamaz. Yuxudadı. Amma, Nigar xanım gözünün dibin-
nən (baxırdı). Bir gözü yuxudaydı, bir gözü ayıx. (Gördü) Koroğlu başı 
üstə  durup.  Götürüp  burda  görək  Koroğlu  nə  deyir  Nigar  xanıma, 
Nigar xanım görək nə deyəcək?! Aya, durar yuxudan, ya yox! 
Bulağ üstə yatan yarum,  
Aşnalıx sənnən istiirəm.  
Qızılgülə batan yarum,  
Aşnalıx sənnən istiirəm.  
 
İncə beldən qucun mənə,  
Danışam-dilləşəm sənə, 
Bir sarmaşam busa mənə,  
Ögməlik sənnən istərəm.  
 
Tutam əldən, qucam beldən,  
Ayrı düştüy sən də eldən, 
                                                
28
 Aşıq burada mətndən kənara çıxaraq deyir: «Ağa, deyər:  
  
 
 
Yaman olur yar görümü,  
İstəməzdər bir-birini. 
Yuxu sövər tez ölümü. 
  
 
 
Ölümnən yuxu qardaş.  
 Belə çoşmaz, belə aşmaz,  
 Sərçeşmələr belə daşmaz.  
Belə olur gülüm yaşmax, üzə vurulur yaşmaxlar.-burda Koroğlu hələ istiirdi 
bu iki kəlməni lətifə deyir. Biistilahi öz sözümüz kuçəbağısıdı. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə