Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə19/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

37
Kurikulum. 2013. №3
Qloballaşma, modernlәşmә: yeni insan vә tәhsil problemlәri
çәtinliklәrlә üzlәşmәli olur. 
Köhnә tәhsil sistemini dirçәlt mәk  cәhd -
lә rinin heç bir mәnası yoxdur. «Ən yaxşı nü -
mu  nә lәri  kor-koranә  şәkildә  tәkrarla ma ğa»
da lüzum yoxdur! Tәhsil böhranı, xüsusәn or -
ta mәktәb tәhsili böhranı  inkişaf etmiş bü tün
ölkәlәrdә tәzahür edir. Üstәlik istәnilәn su rәt
hәmişә orijinaldan pisdir.
Yaxşı tәhsil almış adam, bir qayda olaraq,
hәyatda daha uğurlu olur. Bu tezisi çox az
say  da adam inkar edә bilәr. Lakin başqa bir
de  yim: «ziyalı cәmiyyәt  daha uğurludur» te -
zi si  min dәfә tutarlı vә dürüstdür. O, daha
çox ixtira edir, daha yaxşı tәtbiq edir, az
sındırır vә oğurlayır, insanlarla dil tapmağı,
ünsiyyәt qurmağı vә paylaşmağı bacarır.
Uğurlu olma ğın konkret amillәri hәddәn artıq
çox dur.
«Yüksәk әyarlı» gәlәcәyә yalnız o öl 
-
kәlәr nail olacaqlar ki, hәmin dövlәtin vә ic -
timai tәsisatların birgә sәylәri tәhsilә yeni ya -
 naş  ma nın  formalaşmasına  gәtirib  çıxara caq.
Di gәrlәri keçmişdә qalacaqdır. Hәtta baş qala -
rı  nın kәşflәrinә söykәnәrәk özgәlәrin sxem lә -
ri әsasında yaxşı vә ağıllı şeylәrin is teh sa lı nı
tәşkil etsәlәr belә.
Dәyişmә vә müqavimәtin vәhdәti qanu nu.
Hәr bir yeni dәyişiklik müqavimәt qüv -
vә 
si ilә rastlaşır, toqquşur. Lenin vә Luna 
-
çarski nin dövründәn  başlanan tәhsil islahatı
hәr dә 
fә sona çatmadan uğursuzluga düçar
olub. Ha 
zır 
da kurikulum islahatı hәyata
keçirilir, bura da da müәyyәn problemlәr var.
Kurikulum is 
lahatı cәmiyyәtdә birmәnalı
qarşılanmadı. Be lә ki, hamı möcüzә gözlәyir,
ancaq prosesin iştirakçısı olmaq lazımdır.
Burada obyek tiv vә subyektiv amillәr özünü
büruzә verir. Hәm müәllimlәr, hәm dә
valideynlәr islahatlara ha 
zır olduqlarını nü 
-
ma yiş etdirmәlidirlәr. O za man uğur qazan -
maq olar. İslahatın mәq 
sә 
di tәlim yükünün
azaldılmasına  vә  nәticә yö nüm lülüyә  istiqa -
mәt lәnmişdir.  Dәyişmә  vә  müqa vi  mә tin
vәhdәti qanunu sosial sistemlәr dә 
yişdik 

tamamilә aşkar şәkildә tәzahür edir. Mәsәlәn,
Le-Şatelye prinsipinin tәbiәtdә tә 
za 
hürü,
mexanikada Nyutonun üçüncü qa 
nu 
nu,
elektrodinamikada Lens qanunu, vә s. Ener -
jinin saxlanması qanunu ilә müqayisәdә bu
formulda ümumilәşdirmә gücü daha çox dur.
Hәtta vaxtı çoxdan çatmış vә mütә rәqqi liyi
göz qabağında olan sosial islahatlar da mü -
qavimәtlә qarşılaşır. Rusiyada tәhkimçilik
hü ququnun lәğv edilmәsi buna parlaq misal-
dır.
İslahatlar insan maraqlarına vә müqavi -
mә 
ti 
nә zor gücünә üstün  gәlmәk yolu ilә
yeri di lirsә,  onda «xәstәlikdәn betәr dәrman»
әldә olunur. Mәqsәd vә vәsaitin olduğu, lakin
mü 
qa 
vimәtin, әks-tәsirin, qarşı hәrәkәtin
nәzәrә alınmadığı planların heç bir qiymәti
yoxdur. Bax, problemlәri bir-birinә zidd olan
tәlәblәri eyni bir formulda cәmlәmәyә imkan
verәn zid 
diyyәtlәr formasında tәsvir etmәk
buna gö 
 
rә faydalıdır. Dәyişmә vә müqa 
-
vimәtin  vәh   dә ti qanunu ziddiyyәtlәr formu -
lunda  giz lә nir.
Tәhsildә ziddiyyәtlәr vә paradiqma.
Üç ziddiyyәti tәqdim edәk:

Tәhsilin  keyfiyyәtli olması üçün bahalı,
kütlәviliyi üçün isә ucuz (yaxud, ümumiyyәt -
lә, pulsuz...) olmalıdır. Xalq dili ilә desәk:
«ucuz әtin şorbası olmaz».

Verilәn tәhsil dar ixtisaslı olmalıdır, çün -
 
ki «nәhayәtsiz olanı әhatә etmәk» müm 
kün
deyildir. Tәhsil dәrin olmalıdır, çünki dar ix -
tisaslı mütәxәssis yeniliklәri pis qavrayır, fәn -
lәrarası biliklәrdәn çәtinliklә baş çıxarır,  ümu -
mi bir mәsәlәnin hәllindә digәr profilli mü 
-
tәxәssislәrlә ünsiyyәt qurmaqda әziyyәt  çә  kir.

Tәhsil könüllü olmalıdır, yalnız bu hal -
da maksimum sәmәrәlidir, hәmçinin  mәcburi
olmalıdır, çünki savadsızlıq sosial baxımdan
tәhlükәli bәladır. Bu ziddiyyәtlәri hәll etmә -
dәn yeni tәhsil sisteminә keçmәyi düşünmәk
çox çәtindir.
Yaxşı vә keyfiyyәtli tәhsil nә üçün baha -
lı dır? Bunun bir çox sәbәblәri vardır. Daha
әsaslı iki sәbәbi misal gәtirәk:
1.
Çoxlu sayda yüksәk mәvacibli peşәkar
müәllim tәlәb olunur.
2.
Tәdrisin faydalı iş әmsalı (FİƏ) aşağı -
dır, çünki müasir tәdrisә (kurikulum islahatı)
qarşı müqavimәt  böyükdür.


38
Kurikulum. 2013. №3
Humeyir Əhmәdov
Mәktәbdә fizika, biologiya vә kimya kur -
su 
nu keçmiş şagirdlәrin yalnız 10%-i onu
«kafi» sәviyyәdә mәnimsәyir. Qalan 90%-i
dәr 
sә passiv (әn yaxşı halda), yaxud aktiv
mü  qavimәt göstәrir, müәllimin bu fәnnә hә -
qiqәtәn maraq göstәrәn şagirdlәrlә işlәmә si nә
mane olurlar. Bir növ müәllimin işlәmәk hә -
vәsini öldürürlәr. Sәylәrinin 90%-nin bo 
şa
çıx 
dığını görәndә kim işlәmәk istәyәr ki?
Mәn qәsdәn vәziyyәti sadәlәşdirirәm. Lakin
әsaslı vә dürüst  tәhlil daha xoşagәlmәz  real -
lı ğı üzә çıxarır. Riyaziyyat, fizika, biologiya,
kimya vә s. kursunu tamamilә sadәlәşdirmәk -
mi? Olar, lakin bunun da hәmin fәnnә ehtiya -
cı olan, gәlәcәkdә elm sahәsinin vә mühәn -
dis  lik işinin elitasını (qaymağını) tәşkil edә -
cәk hәmin o 10% üçün ziyanı çoxdur. Er kәn
ix ti saslaşma? Biri 7-ci sinifdәn biologiya, di -
gә ri fizika sahәsinә getsin, başqa birisi isә bә -
dәn tәrbiyәsi ilә mәşğul olsun. Belә bir qәra -
rın vurduğu ziyan ayrıca  geniş şәrh tәlәb edir.
Bernard Şounun fikrincә, «dar ixtisas 
laş 
 
ma
küt lәvi sәfehliyә» gәtirib çıxarır. Bәs şa gird -
lәr dәn biri dәrinlәşdirilmiş fizika, kim ya vә
ri ya ziyyat kurslarının öhdәsindәn eyni dәrә -
cә dә mәharәtlә gәlirsә, digәri isә  teatr sә nә ti,
yaxud elә hәmin biologiya fәnni, üs 
tәlik,
onun hansısa bir istiqamәti üzrә ixtisas laşmaq
istәyirsә  necә hәrәkәt edәcәyik?
Nәyi necә etmәli? 
Ənәnәvi sinif-dәrs sistemi çәrçivәsindә
heç necә, istәr texniki, istәrsә dә sosial olsun,
istәnilәn sistem üçün bәzi fundamental zid -
diy  yәt lәr mövcuddur vә bu ziddiyyәtlәrin hәl -
 li sistemin varlığının sözügedәn paradiq ma sı
çәrçivәsindә mümkün deyildir. Belә bir
ziddiyyәti «suda üzәn gәmi» texniki sistemi
timsalında izah edim. Hәrәkәt zamanı suyun
müqavimәtinin az olması üçün gәmi ensiz  ol -
malıdır. Lәpәyә vә dalğalara davamlı olma sı
üçün isә gәmi enli olmalıdır. Yәni ensiz gәmi
sü 
rәtlә üzmәk baxımından yaxşıdır, la 
kin
kön dәlәn yırğalanma vә çevrilmә ehtimalı sә -
bәbindәn pisdir. Demәli, gәminin enli olma sı
yaxşıdır, lәpәlәrә çox davamlıdır, am ma pis
olan budur ki, suyun yüksәk müqavi mә ti onun
sürәt götürmәsinә imkan vermir. 
Çıxılmaz vәziyyәtdir? Elәdir ki var, lakin
ya lnız gәmi konstruksiyasının vә onun hәrә -
kәt prinsipinin köhnә paradiqmasında. Hava
yastığı üzәrindәki gәmi üçün belә bir ziddiy -
yәt yoxdur. Bu gәmi nә qәdәr enli olursa-
olsun, onun gövdәsi suyun müqavimәtini hiss
etmir. Eyni sözlәri tәhsil sistemi haqqında da
de 
mәk olar. Sözügedәn ziddiyyәtlәri yalnız
pa 
 
ra 
diqmanı dәyişdirmәklә hәll etmәk olar
[6].
İnnovasiyalı tәhsil sistemindә paradiqma.
Pedaqoji bir aksiom ifadә etmәk istәyi -
rәm: sәrbәstlik verilәn uşaq maraq hiss et mә -
yә vә öz şәxsi idrak trayektoriyasını  hә yata
keçirmәyә qadirdir. Əlbәttә, böyüklәr ona be -
lә bir imkan  versәlәr.
Aksiomları sübuta yetirmirlәr. Onları hiss
edir,  duyur,  tәxmin edirlәr.  Onlara ya inanır,
ya da inanmırlar. Aksiomların nәticәlәrini
yox    layırlar. Əgәr hәyata keçirsә, etibar da ço -
xa lır. Ənәnәvi sovet mәktәbindә müәllim iş -
lә yәr kәn  mәn müxtәlif intellektual oyunlar
düşünürdüm ki, yeniyetmәlәr öz öyrәnmә tra -
yek  to  ri ya sı nı  müәyyәn  mәnada  özlәri  seçә
bil sin lәr. Biliklәrә ciddi vә dürüst nәzarәtlә
bir 
 
likdә bu üsul hәmişә müsbәt nәticә ver 
-
mişdir
([3]-dә bu «azad seçim prinsipi» ad -
lan  dı rıl mış dır).  Valideynlik  vә  pedaqoji  tәc rü -
bәm, әn yaxşı pedaqoq vә filosofların әn yax -
şı mәtnlәri mәni bu aksiomun doğru 
lu 
ğu 
na
inan dırmışdır.
Əgәr bu aksiom doğrudursa, onda biz bә -
şәr cәmiyyәtinin nәhәng kreativ potensialını
inkişaf etdirәn tәhsil sistemi qura bilәrik.  Gә -
lin tәxәyyülümüzü işә salıb ideal tәhsil siste-
minin, heç olmazsa, ümumi cizgilәrini cız ma -
ğa çalışaq. Əsas anlayışlar bunlardır: qlobal -
laş ma, modernlәşdirmә, innovasiya, paradiq -
ma, müqavimәt qüvvәsi, fәrdi tәhsil trayekto -
riyası, şagird, müәllim, dövlәt vә iqtisadiyyat.
Uşaqlar istedad, maraq dairәsi, bu vә ya
digәr qabiliyyәtin vә marağın nә zaman üzә
çıxacağı, әn yaxşı qavrama kanalları vә yad -
daş baxımından çox müxtәlifdirlәr. Gәlin uşa -
ğın fәrdi qabiliyyәt vә maraqlarını hәlle dici
dәrәcәdә nәzәrә almaq iqtidarında olan tәh sil


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə