Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə63/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   59   60   61   62   63   64   65   66   67

136
Kurikulum. 2013. №3
Nüşabә Əmirova
Yeddi:    Göydә yeddi qardaş ulduz,
Ağ işıqda yeddi rәng.
Not әlifbası – yeddi sәs, 
yeddi ahәng.
Do, re, mi, fa, sol, lya, si.
Yeddi gün – hәftә,
Yeddi – müqәddәs rәqәm.
Yeddi möcüzә
Hәr birisi bir nağıl,
Hәr birisi bir alәm.
Sәkkiz: Üst-üstә iki sıfır,
Sәkkizguşәli ulduz.
Dörd oğlan, dörd qız –
Bir yerә toplansalar,
Olar sәkkiz.
Doqquz: Bu da doqquzdu,
Altının başayağı.
Ağacı әyri, başı yumru –
Çoban çomağı.
Qarı nәnәnin 
Sapı qaçmış yumağı.
Sıfır:    İçi boş dairә
Şar, çevrә.
İçi boş olsa da,
Ağırlığı, hökmü var.
Sol yanına bir yazılsa,
On olar.
II aparıcı: Dostum, gәl şagird yoldaşla-
rımızı riyazi tapmacalarla sınayaq:
I aparıcı: Kubda, ya prizmada,
Rast gәlәrsәn bu ada.
Birinci hәrfi әgәr,
Poza bilsәn birtәhәr
Vaxt ölçüsü alarsan.
Tapsan razı qalarsan.
II aparıcı: Onun böyük teoremi
Hәndәsәdә mәşhurdur.
İlk hecası irrasional әdәddir,
İkincisi musiqidә notdur.
Tapın görәk, o kimdir?
I aparıcı: Qabaq hecam ölçüdür
Musiqi alәtiyәm.
Notdur sonrakı hecam,
Tapın görәk, mәn nәyәm?
II aparıcı:  Beş hәrf var adında.
Yaxşı saxla yadında.
İki hәrfi saitdir,
Ondakı «C» hәrfini
«J» ilә әvәz etsәn,
Sәrin bir su içәrsәn.
Tapmacanı taparsan.
I aparıcı:  Vaxt ölçüsüdür özü,
Yaşı haqlayıb yüzü.
Adına bir «K» hәrfi
Əlavә etsәniz siz,
Tam olmayan bir әdәd
Alarsınız, şübhәsiz.
Tapmacanı taparsız,
Çox da razı qalarsız.
II aparıcı: Uşaqlar, indi isә şeir-mәsәlә -
lәrlә sizi sınağa çәkәcәyik. Diqqәtli olun:
Azәrbaycanda bir alim vardı,
On üçüncü әsrdә yaşayardı.
Bir çox elmlәrә nәzәr salardı,
Rübai, şeir, qoşma da yazardı.
Riyaziyyatla arası sazdı,
Çoxlu riyazi kitablar yazdı.
Bütün ömrünü  elmә hәsr etdi
Yetmiş üç yaşında vәfat etdi.
I aparıcı: Onun anadan olduğu ilin,
Birinci rәqәmi bir sağdan.
Bir dә vәfat etdiyi ilin
Tәkliyi üç azdır, onluğundan,
Alim doğuldu neçәnci ildә?
Vәfat etdi bәs o, hansı ildә?
II aparıcı: Daha bir şeir-mәsәlә: 
Fikrimdә neçәni tutdum?
Bütün hәr şeyi unutdum,
Fikrimdә bir әdәd tutdum.
Vurdum bu әdәdә beşi,
Əlavә etdim on beşi
Böldüm dördә, çıxdım üçü
Axır ki, aldım on üçü.
Bәsdir, şәrti çox uzatdım.
Fikrimdә neçәni tutdum?
I aparıcı: İnsana arxadır onun kamalı,
Ağıldır hәr kәsin dövlәti, malı.
II aparıcı: Bağlı bir qıfılı açmaq istәsәn,
Əvvәlcә sınaqdan keçir, onu sәn.
I aparıcı: İndi isә tәdbirimizin sonuncu
vә әn maraqlı «Viktorina» hissәsinә keçirik.
(Şagirdlәrdәn hәr birindә eyni sayda ol -
maq la iki komanda seçilir. Münsiflәr heyәti
müәllimlәrdir).


137
Kurikulum. 2013. №3
Tәdbir vә sәhnәcik ssenarilәri
II aparıcı: Suallara tez vә dәqiq cavab
verәn komanda qalib hesab olunacaq.
I aparıcı: 1-ci sual. 2 vә 3 әdәdlәri ara -
sında hansı işarәni qoymaq lazımdır ki, 2-dәn
böyük, lakin 3-dәn kiçik әdәd alınsın.?
II aparıcı: 2-ci sual. 7-dәn 81-ә qәdәr
olan bütün natural әdәdlәrin hasilinin
sonunda hansı rәqәm olar?
I aparıcı: 3-cü sual. 10 lampanı 5 sırada
necә düzmәk lazımdır ki, hәr sırada 4 lampa
yerlәşsin?
II aparıcı: 4-cü sual. Hesablama aparma-
dan 8+72+780+7781+77782+777783 cәmini
7-yә böldükdә qalıqda neçә alındığını tapın.
I aparıcı: 5-ci sual. 27 dәmir puldan 1-i
qәlp dir. Görünüşә görә onu qalanlarından fәrq -
lәn 
dirmәk mümkün deyildir. Qәlp pulun
hәqiqi pul 
dan ağır olduğunu bilәrәk, gözlü
tәrәzidә daş  sız 3 dәfә çәkmәklә qәlp pulu necә
müәy yәn etmәk olar?
II aparıcı: 6-cı sual. 20 şәhәr hava xәtti
ilә birbaşa bir-biri ilә birlәşdirilmişdir. Neçә
hava xәtti vardır?
I aparıcı: 7-ci sual. 45 dovşanı 9 qәfәsә
ne 
cә yerlәşdirmәk lazımdır ki, bütün
qәfәslәr dә dov şanların sayı müxtәlif olsun?
II aparıcı: 8-ci sual. Yoxlama yazı işi
yaz mış şagirdlәrdәn Əli, Azәr vә Cavid evdә
belә dedilәr:
Əli: «Mәnim işim 5-ә layiqdir».
Azәr: «Mәnim işim 3-ә layiqdir».
Cavid: «Mәnim işim 5-ә layiq deyil».
Mәlum oldu ki, uşaqlar 3, 4 vә 5 qiymәti
almışlar vә onların evdә dediklәrindәn biri
yalan, ikisi doğrudur.
Hәr uşaq hansı qiymәti almışdır?
I aparıcı: 10-cu sual. Pәrgara bәnzәrik
sә  nin lә,  ey  yar!
Başımız ikidir, bir canımız var.
Əvvәl dairә tәk nöqtәlәr keçib,
Sonra birlәşәrik, ey gözәl nigar. 
Rübai hansı şair, astronom vә riya ziy yat -
çı ya  mәxsusdur?
Qalib komanda mükafatlandırılır.
I aparıcı: Ucalmaq istәsәn, bir kamala çat,
Kamala ehtiram göstәrir hәyat.
II aparıcı: Sәadәt kamalla yetişir başa,
Xalqa hörmәt elә, әdәblә yaşa!
I vә II aparıcı: Elm insanlara zinәtdir, bil.
Elm, nuri-bәşәriyyәtdir, bil! 
«Mәn Azәrbaycanlıyam» mahnısı ilә tәd -
bir başa çatır.
* * *


138
Ümumtәhsil mәktәblәrinin 2013-2014-cü dәrs ilinә aid 
tәdris planlarının tәsdiqi haqqında 
Azәrbaycan Respublikası tәhsil nazirinin әmri
Azәrbaycan Respublikasının tәdris Azәrbaycan, rus, gürcü dillәrindә apa -
rılan, lәzgi dili vә azsaylı xalqların dillәri öyrәdilәn ümumtәhsil mәktәblәri üçün
2013-2014-cü dәrs ilinә aid aşağıdakı tәdris planları tәsdiq edilsin: 
1.
Ümumtәhsil mәktәblәrinin I-VI siniflәri üçün tәdris planları (1, 2, 3 nöm -
rә li  әlavәlәr).
2.
Lәzgi dili öyrәdilәn ümumtәhsil mәktәblәrinin I-VI siniflәri üçün tәdris
planları (4, 5 nömrәli әlavәlәr).
3.
Ümumtәhsil mәktәblәrinin VII-XI siniflәri üçün tәdris planları (6, 7, 8
nöm rәli  әlavәlәr).
4. 
Lәzgi dili öyrәdilәn ümumtәhsil mәktәblәrinin VII-XI siniflәri üçün tәdris
planları (9, 10 nömrәli әlavәlәr).
5.
Azsaylı xalqların dillәri öyrәdilәn ümumtәhsil mәktәblәrinin I-IV siniflәri
üçün tәdris planları (11, 12 nömrәli әlavәlәr).
6. 
Tәdris planlarına dair «Qeydlәr» (13 nömrәli әlavә).
7.
Aparatın rәhbәri C.Bayramov, Kәnd rayonları üzrә ümumi tәhsil şöbәsi
(A.Əhmәdov), İqtisadiyyat şöbәsi (R.Orucov), Dәrslik vә nәşriyyat şöbәsi
(F.Şahbazlı) tәdris planlarının çap olunub vaxtında yerlәrә çatdırılmasını tәmin
etsinlәr.
8.
İctimaiyyәtlә әlaqә şöbәsi (B.Hüseynzadә) bu әmrin әlavәlәrlә birlikdә
«Azәrbaycan müәllimi» qәzetindә vә «Tәhsil xәbәrlәri» mәcmuәsindә dәrc
olunmasını tәmin etsin.
9.
Əmrin icrasına nәzarәt Aparatın rәhbәri C.Bayramova hәvalә olunsun.
Mikayıl CABBAROV,
Azәrbaycan Respublikasının tәhsil naziri
15 iyul 2013-cü il
№732
Kurikulum. 2013. №3
RƏSMİ SƏNƏDLƏR
III. İNFORMASİYA


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə