86
Fitnə bir illik öküzü tövlədən dama çıxarmaqla Bəhram şaha
bunun idman, məşq etmək sayəsində olduğunu sübut edir və kinayə ilə
deyir:
«Öküz qaldırmağım bir idman olur,
Maral vuran isə qəhrəman olur».
(«Yeddi gözəl»)
N.Tusi «Əxlaqi nasir», H.B.Zərdabi «Gigiyena» əsərlərində təbii
amillər və fiziki hərəkətlərdən istifadə etməklə
fiziki cəhətdən kamil
olmağı vacib sayır, naxoşluq haqqında nalə çəkməkdənsə, sağlamlığın
qaydasına qalmağı lazım bilir, təmiz havada gəzməyi tövsiyə edir.
Rus və Azərbaycanın maarifpərvər alim və şairlərindən
V.Q.Velinski, P.F.Lesqaft, A.S.Makarenko, S.Ə.Şirvani, A.Səhhət,
M.F.Axundov, Q.Zakir, H.Cavid, S.Vurğun və bir çoxları
fiziki tərbiyənin təmizliklə bərabər, nəciblik,
əhval-ruhiyyəni
yüksəldən, bədən üzvlərini, habelə hərəki keyfiyyətləri
ahəngdar inkişaf etdirən, qamətin və bədənin bütün hərəkətlərini daha
incə, daha zərif edən, təlimə şüurlu münasibət yaradan mühüm tərbiyə
vasitəsi kimi qiymətləndirmiş, bu sahədə millətin qayğısına qalmağı
tövsiyə etmişlər.
Yuxarıda deyilənlərdən, məktəb
təcrübəsindən və indi
qarşılaşdığımız həyati faktlardan görünür ki, hazırda gənclərin fiziki
tərbiyəsinin qayğıya daha böyük ehtiyacı vardır.
Onun düzgün təşkili
üzrə xüsusi tədqiqatlar aparılması olduqca vacibdir. Bu həm də təhsildə
milli zəminin və bölgə komponentinin gücləndirilməsi, təhsilin
demokratik-ləşdirilməsi, humanistləşdirilməsi, fərdiləşdirilməsi, və
differensiallaşdırılması və humanitarlaşdırılması, təhsilin məzmununun
inteqrasiya edilməsi kimi təhsil prinsipləri ilə sıx əlaqədardır.
Həmin
prinsiplər
baxımından
araşdırmalar
aparılmış,
araşdırmalar
məktəblilərin gümragh, sağlam, əməyə və ölkənin müdafiəsinə hazır
olması üçün nələri və necə öyrətmək istiqamətində olmuşdur. Bu
mənada fiziki təhsilin məzmunu və təlimi üsulları tədqiq edilmişdir.
Deməliyik ki, fiziki tərbiyə bütün dövrlərdə aktual olsa da, bəzi
pedaqoji-psixoloji
tədqiqatların obyektinə çevrilsə də,
insan
təfəkkürünün daimi axtarışda olduğu kimi bu sahədə də gələcəkdə
tədqiqatların dərinləşdirilməsinə ehtiyac vardır.