L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə226/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   219   220   221   222   223   224   225   226   227
Muteherrik ve eylenceli oyunlar

 
«Azərbaycan müəllimi» qəzeti 
 
Azərbaycan SSR maarif nazirliyinin və maarif, ali məktəb,
elmi idarə işçiləri həmkarlar ittifaqı respublika komitəsinin
orqanı 1 yanvar 1980-ci il 
ZİRVƏ YOLU 
Baloğlan müəllim ilk dəfə 
Ümumiittifaq 
konfransında 
iştirak edəndə aspirant idi. 
Mövzusu 
bədən 
tərbiyəsi 
dərslərində nəzəri məlumatların 
verilməsi 
məsələsinə 
həsr 
olunmuşdu. Pis qarşılanmadı. 
Amma bu barədə heç kimə bir 
kəlmə də olsun demədi. Axı, ilk 
müvəffəqiyyət hələ çox şeyi 
doğrultmur...Bir ildən sonra 
professor Nurəddin Kazımov 
Baloğlanı yanına çağırıb dedi: 
- Səni Rostova çağırıblar, uşaq və yeniyetmələrin fiziki tərbiyəsinə
həsr olunmuş V Ümumittaf konfransına, Tezislərin bəyənilib. 
Düzü, həyəcanlandı, xeyli götür-qoy etdi. Məruzə 
ətrafında düşündü, müddəalarını nəzərdən keçirdi. Problemin 
qoyuluşu və eksperimantal həlli onda şübhə doğurmurdu. Lakin elmi 
məclisin, necə dəyərlər, öz “zəhmi” var. Bir də konfransda Sovet 
İttifaqının demək olar ki, ali və elmi-tədqiqat institutlarından
yüzdən artıq mütəxəssis iştirak edəcəkdi. Demək, mülahizələr 
haçalana bilərdi... 
Hər şey yaxşı keçdi. Bir neçə gündən sonra professor H. 
Kazımovla görüçdü. Ətraflı söhbət edir məsləhət aldı. Hər şey
Baloğlan müəllimin istəyincə oldu. “I-III siniflərdə bədən tərbiyəsi 


426 
dərslərində nəzəri məlumatların yeri və rolu” mövzusunda çıxışı
diqqəti cəlb etdi.
Ümumittifaq konfransları Baloğlan Quliyevi daha inamla 
tədqiqat aparmağa ruhlandırdı. 
Minsk şəhərində keçirilmiş II Ümumittaf elmi konfransı 
da B.Quliyev üçün uğur gətirdi. Şagirdlərin ƏMH kompleksinin 
yerinə yetirilməsində məktəb və ailənin birgə işindən bəhs edən 
şıxışı konfrans iştirakşılarını qənaətləndirdi. Məruzə tezis şəklində 
nəşr olundu. Minsk konfransı B.Quliyevin həyatında izsiz qalmadı. 
300-dən artıq məruzə işərisində Baloğlan müəllimin xüsusi təqdir 
olunması onun müvəffəqiyyətləri idi. “Fiziçeskaə kultura v şkole” 
jurnalında (1976) bu haqda ətraflı yazıldı.
Ümumittaq “Pedaqoji mühazirələr” də o, aktual bir 
məsələ ilə əlaqədar iştirak etdi. “Şagirdlərin fiziki tərbiyəsində 
məktəb və ailənin birgə işi” adlı məruzəsi müvəffəqiyyət qazandı. 
Ümumittaq konfransları Baloğlan müəllimin yolunu elmin 
zirvəsinə doğru aparır. İlkin müvəffəqiyyətlər məsuliyyətini artırdı, 
tədqiqat dairəsini daha genişləndirdi.
Baloğlan müəllim həqiqi mənada inadkar tədqiqatçıdır.
O, fizik tərbiyə sahəsində ən məhsuldar alim-metodistdir. “Ibtidai 
siniflərdə bədən tərbiyəsi dərsləri”, “Bədən tərbiyəsinin tədrisi 
təcrübəsindən”, “Uşaqların məktəbə hazırlanması” kitablarının, 
tədris proqramlarının və 50-dən artıq elmi əsərin müəllifidir. Bu isə 
elə-belə yaranmır. Axtarışların, zəngin məktəb təcrübəsinin 
öyrənilməsi və ümumiləşdirilməsi nəticəsində meydana gəlir. Bir 
faktı da deyək ki, Baloğlan Quliyev “Məktəbdə bədən
tərbiyəsi” məcmuəsinin redaktor müavinidir, Azərbaycan ETPEİ-nin 
elmi şurasının, respublika fənn komissiyası və metodik şurasının, 
proqram komissiyasının, pedaqoji və psixoloji (Azərbaycan) 
tədqiqatlar üzrə şagird və tələbələrin fiziki tərbiyəsi problem 
şurasının üzvüdür. Bütün bu işlər ondan gərgin yaradıcılıq tələb edir.
Baloğlan müəllim apardığı tədqiqatın nəticəsi olaraq 
“Fiziki tərbiyə üzrə nəzəri məlumatların mənumsənilməsinin şagird
şəxsiyyətinə təsiri” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə 
müdafiə etdi. Əsər haqqında pedaqoji elmlər doktorlarından Yusif 
Talıbov, Yəhya Kərimov, dosentlərdən İsa Musayev Hidayət 
Məmmədov və başqaları müsbət fikir söyləmişlər.


427 
Baloğlan Quliyevin elmi nailiyyətlərində görkəmli 
alimimiz professor H.Kazımovun ayrıca xidməti olmuşdur. Bu 
tələbkar və həssas alim dissertasiyanın sanballığına təkcə bir elmi 
rəhbər kimi yox, həm də qayğıkeş pedaqoq kimi əmək sərf etmişlər. 
H.Kazımov: “Dissertasiyanın mən yalnız üç cəhətini qeyd etmək 
istəyirəm. 1. Dissertasiyada olan yenilik. 2. Onun mənasını və 
əhəmiyyəti. 3. Dissertantın şəxsiyyəti – fikri çox şeyi aydınlaşdırır.. 
Baloğlan müəllim sevincini dost-tanışla, xeyirxahı ilə 
bölüşdürməyi xoşlayır. (Axı, sevinc təkcə sənin deyil) Mənə zəng 
vurdu və kövrək səslə dedi: “Moskavadan şad xəbər gəlib
Dissertasiyamı təsdiq ediblər...” 
Bəli, bu dost sevinc idi, elmi yaradıcılığa verilən qiymət 
idi. Baloğlan müəllimin dissertasiyası SSRİ Nazirlər Soveti yanında 
AAK-sı tərəfindən təsdiq edilimişdir. 
Elmin zirvə yolu genişdir. Bu yola öz əməyi öz səsi ilə 
çıxan gənc alımımızə müvəffəqiyyətlər arzulayıram. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə