L Dərslik komplektinin ümumi prinsipləri


Dərs 31. NEFT DAŞLARI (4 saat)



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə43/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

Dərs 31. NEFT DAŞLARI (4 saat)
Motivasiya
Motivasiya BİBÖ cədvəli üzərində qurulur.
“Neft daşları”nın əks olunduğu görüntülər nümayiş etdirilir. Bu, şəraitdən
asılı olaraq şəkil və ya videogörüntü də ola bilər. Müəllim eyni zamanda BİBÖ
cədvəlindən də istifadə edir. Görüntülər haqqında nə bildiklərini soruşur.
Alınan cavablar BİBÖ-nün birinci sütununda qeyd edilir. Görüntülərin “Neft
daş ları”na aid olduğu, onun nadir estakada-şəhər kimi Xəzər dənizində yer -
ləş diyi qeyd olunur. Şagirdlərin öyrənmək istədikləri  ikinci sütunda qeyd edilir.
Müəllim şagirdləri aşağıdakı suallarla istiqamətləndirə bilər:
• Xəzərdə neftin mövcud lu ğu nə vaxtdan məlum idi?
• Nə zaman dənizdən neft çıxarılması reallaşmağa başladı?
• Dənizdə ilk estakadalar nə vaxt quruldu?
• Başqa ölkələrdə də dəniz üzərində neft şəhəri varmı?
Standartlar
Təlim nəticələri
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsas -
landırılmış olub-olmamasını müəy yən -
ləşdirir.
Dinlədiyi mətndəki məlu matla rın əvvəl
əldə etdiyi biliklərə nə dərəcədə uyğun
gəldiyini müəy yənləşdirir.
2.2.3. Mətndəki fikrə münasibətini əlavə
fakt və məlumatlarla əsaslandırır.
Əlavə məlumatlardan istifadə etməklə
mətndəki qaranlıq məqamlara aydın -
lıq gətirir.
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə
edir.
Müzakirə və ya debat zamanı fik rini
əsaslan dı rarkən fakt və məlumatlardan
məntiqi ardı cıl lıqla istifadə edir.
2.1.1. Tanış olmadığı sözlərin kontek s -
tə uyğun mənasını dəqiqləşdirir.
Kontekstdən çıxış edərək çoxmənalı
sö zün mətndə hansı mənada işlən 
-
diyini müəyyən edir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
formalarında (ifadə, inşa, esse, heka -
yə) ifadə edir.
Müxtəlif mənbə lərdən fakt və məlu mat -
lar toplayaraq verilmiş mövzunu inşa,
esse, he ka yə formasında ifadə edir.
4.1.2. Sözləri ümumi qrammatik məna -
la rına görə fərqləndirir.
Nidaların ümumi qrammatik mənasını
müəyyənləşdirir.
4.1.3. Köməkçi nitq hissələrinin işlən -
mə məqamından asılı olaraq durğu
işa rələrindən istifadə edir.
Nidaların işlənmə məqamından asılı
olaraq durğu işarələrindən istifadə edir.
NEFT DAŞLARI HAQQINDA NƏ BİLİRSİNİZ?
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
128

BÖLMƏ 
Çap üçün deyil


Oxu
Fəndaxili şaquli inteqrasiya (VI sinif. 2.2.1. Mətndəki əsas fikri nəzərə
çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır). Mətn Cütlüklərdə
oxu – cütlüklərdə ümumi ləşdirmə texnikası ilə oxu nur. “Neft daşları” mətni
mətn  daxili tapşırıqlarla bitkin hissələrə bölünmüşdür. Şagirdlər cütlüklərdə
qruplaş dırıldıqdan sonra hər cütlüyə suallar qoymaq və ümumiləşdirmələr
aparmaq üçün bir hissə verilir. Mətnin oxusu üçün ayrılmış vaxt bitdikdən sonra
cütlüklər təqdimat edir. Mətni dinləyən digər cütlüklər öz suallarını verə,
ümumiləşdirmələri korrektə edə bilərlər. Hər bir hissənin təqdimatından sonra
yeni məlumatlar BİBÖ cədvəlinin üçüncü sütununa yazılır. 
Fəndaxili üfüqi inteqrasiya
(St. 1.1.2; 2.2.3)
. Mətndəki əsas mə lumatlar
şagirdlər tərəfindən tam qavranıldıqdan sonra müəllim Aleksandr Dümanın
“Qafqaz səfəri” kitabından aşağıdakı parçanı səs lən dirir. Müəllim şagirdlərə
aşağıdakı suallara cavab vermək üçün qeydlər götürməyi tapşırır.
Suallar:
1. Dinləyəcəyiniz mətn “Neft daşları” mətnindəki hansı hissəyə uyğun gəlir?
2. Dərslikdəki “Neft daşları” mətnindən çıxış edərək “su qaynayan yer”
deyəndə nəyin nəzərdə tutulduğunu izah edin. 
3. “Neft daşları” mətninə verilmiş hansı suala dinləyəcəyiniz mətndə cavab
var?
...Bizi gözləyən qayığa minib Bayıl burnuna yollandıq. Sakit, zil qa ranlıq
bir gecə idi. Kiçik bir dalğa vardı. Bu, küləyin yenidən baş la ya ca ğından xəbər
verirdi. Biz tələsməli idik. Külək güclənsə, möcüzəni gör mək imkanını əldən
verərdik. Su qaynayan yeri axtarmağa başla dı lar. Oranı tapmaq çox da
çətin olmadı. Neft və mazutun iyi elə bil bizə yol göstərirdi. Tezliklə
dənizçilərdən biri kapitana dedi:
– Kapitan, elə buradır. Gəlib çıxmışıq.
– Lap yaxşı. Məharətini göstər!
Dənizçi əlindəki kağızları alışdırıb qayığın hər iki tərəfinə atdı. O saat
ətrafımızda 250 metrə qədər məsafəni alov bürüdü. Buradan keçən na bələd
adam təsadüfən dənizə yanan bir şey atsa, dəniz dərhal alov la nar. Onun
qorxudan düşdüyü halı gözlərimin önünə gətirirəm.
Biz alovun içində irəliləyirdik. Xoşbəxtlikdən alov zəif idi. Onun istili yi ni
zorla hiss edirdik. Bizi çulğayan həyəcan azaldıqdan sonra bu qə ribə mən -
zə rəni daha diqqətlə izləyə bildik. Dəniz ala-tala yanırdı. Bu od lu talacıqların
bəzisi ətrafında on iki nəfər otura biləcək dəyirmi masa, o birilər nohur boyda
idi. Biz talacıqların arasından ötüb-keçirdik. Avar çəkənlər kapitanın əmri ilə
hərdən bizi alov nohurunun içi ilə aparırdılar. Məncə, bu maraqlı və sehrli
mənzərəyə dünyanın heç bir yerində rast gəl mək mümkün deyil. Küləyin və
ləpələrin get-gedə gücləndiyini duy ma saydıq, bəlkə də, bütün gecəni burada
keçirərdik... Külək güc 
lən dikcə əvvəlcə xırda alov adacıqları, sonra isə
böyükləri sönməyə başladı...
129
DƏYƏRLƏRİMİZ
Çap üçün deyil


1-ci mətndaxili sualla dinləmə mətni üçün nəzərdə tutulan suallar bir-birinə
yardımçı olaraq həmin hissəni zənginləşdirir və daha dərindən qavramağa
imkan verir. “Su qaynayan yer” dənizin dibindən çıxan qaz qabarcıqlarına
işarədir. Dinləmə mətninə diqqətlə qulaq asanlar isə 1-ci sualın cavabını tapa
biləcəklər.
2-ci hissəni diqqətlə oxuduqdan sonra bu hissəyə qoyulmuş suala da 
(2-ci mətndaxili sual) cavab vermək mümkündür: Bibiheybət quyuları quruda
qazılsa da, əvvəllər həmin yer dəniz olmuşdur. Bu isə dənizin dibində neft
yataqlarının olduğunu göstərirdi. Buna görə də Bibiheybət neft quyuları
dənizdə neft hasilatı üçün sınaq meydançası hesab edilirdi.
8-ci tapşırıq da əlavə faktları mətnin müvafiq hissələrinə artırmaqla mətni
zənginləşdirməyi nəzərdə tutur. Burada verilmiş məlumat mətnin 4-cü his sə -
sinə əlavə edilməlidir. Mətn parçası üzərində işi tamamlamaq üçün müəllim
aşağıdakı sualı şagirdlərə ünvanlaya bilər: 
– Sizcə, nə üçün bu tankeri dənizin dibindən çıxarmaq istəyirdilər?
Müəllimin nəzərinə!
“Zərdüşt” tankeri dünyada ilk neft tankeri olduğuna görə tarixi əhəmiy -
yətə malik idi.
Danışma
(St. 1.2.2) 
3-cü hissədə altından xətt çəkilmiş cümlələrin şərhi (3-cü
tapşırıq) şagirdlərdə şifahi nitq bacarıqlarının inkişafına xidmət edir.
1. Dənizin qurudulması hesabına neft çıxarılması bir təcrübə idi. Dövlət bu
sınaq nəticəsində müəyyən etdi ki, bu neftdən əldə ediləcək gəlir çəkilən
xərcdən qat-qat çoxdur.
2. II Dünya müharibəsi nəhəng bir sobaya bənzədilir. Toplardan, tanklardan
atılan mərmilərin, təyyarələrdən tökülən bombaların sayəsində dünya alışıb-
yanırdı. Sovet tank və təyyarələrinin böyük qismi isə Bakı neftinin hesabına
işləyirdi.
3. Müharibə illərində alman faşistlərinə müqavimət göstərən, qəhrə man -
lıqla döyüşən bir çox sovet şəhərlərinə “Qəh rəman şəhər” adı verildi. Lakin
onların bu qəhrəmanlığı Bakı neftinin hesabına olmuşdu. Təəssüf ki, Bakının
adı bu şəhərlər siyahısına düşmədi. 
4. Müharibəni yanacaqla təmin etmək üçün mədənlər vəhşicəsinə istismar
edilirdi. Neft hasilatı zamanı müxtəlif texnoloji standartlar möv cud dur. Ətraf
mühitin korlanması, neft hasilatı zamanı quyuların neft ver mə gücünün nəzərə
alınmaması sayəsində neft quyularının bir çoxu sıradan çıxdı.
Söz ehtiyatı
(St. 2.1.1) 
4-cü tapşırıqda “istismar” sözünün həmin abzasda verilmiş mə -
nasını digər mənaları ilə müqayisə etmək tələb olunur. Həmin söz lüğətlərdə
aşağıdakı kimi şərh edilib:
130

BÖLMƏ 
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə