L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

 
202 
keçirilib.  Ondan  sonra  üsul  ABŞ  və  Avropada  daha  da  təkmilləşdirilərək  indiki 
səviyyəsinə çatdırılıb. Müasir tibbdə hemodializ (və ya süni börək aparatı), periton 
dializi  (qarın  boşluğunun  xüsusi  kateterlə  hazır  məhlul  ilə  yuyulması)  və  böyrək 
köçürülməsi  kimi  böyrəkəvəzləyici  müalicə  metodları  mövcüddur.  terminal 
mərhələdir.  Yumaqcıq  filtrasiyası  endogen  kreatininə  görə  10-15  ml/dəq 
səviyyəsinə  qədər  enir.  Sidik  cövhəri  16  mmol/l-dən  çoxdur  və  getdikcə 
artır. Oliqouriya periodları yaranır, sonradan böyük,  ardınca isə kiçik qan 
dövranında  pozğunluqlar  qeyd  edilir.  AT  yüksəlir.  Mayenin  orqanizmdə 
ləngiməsi kifayət qədər böyük ödemlərə gətirib çıxarır.  
KlinikaUşaqlarda XBÇ-in əsas gediş xüsusiyəti ondan ibarətdir ki, xəstəliyin ilk  
mərhələləri vaxtında aşkar olunmur. Buna da səbəb psixoloji olaraq uşaqlardan bir 
sıra  əlamətləri  (tez  yorulma,  ürəkbulanma,  zəiflik)  öz  həmuaşıdlarına  və  ətrafda 
kılara biruzə verməməsidir
.
 Olaraq heç bir nəzərə çarpan simptom olmur və yalniz 
qanda kreatinin və ya sidikdə zülalın artması ilə simtomlar tədricən özünü birüzə 
verir. Böyrəklərin funksiyası getdikcə pozulduqca: 

 
qan  təzyiqi artır  -  bədəndə  mayenin  və  vazoaktiv  hormonların  artımı 
nəticəsidir  və  bu  hipertoniya  və  ürək  durğunluq  çatmamazlığ  kimi 
xəstəliklərinin əmələ gəlməsinin təhlükəsinin artırır. 

 
Sidik  cövhərin qanda  yığılması  azotemiyanın  simptomlarının  əmələ 
gəlməsinə səbəb olur (letarqiya, perikardit və ya ensefalopatiya və s.kimi.) 

 
Kalium  qanda  yığılmasın  (hiperkalemiyanın)  simptomları  (  halsızlıq 
başlayaraq - ürək aritmiyası kimi ciddi bir simptomlar ) 

 
Eritropoetinin sintezi azalması, bunun nəticısi olaraq anemia əmələ gəlir. 

 
Hiperfosfatemiya  -  qanda  fosfatın  miqdarın  artması.  Bu  fosfatın  böyrəklə 
ixracının azaltmasının əlaqalidir. 

 
Hipokalsemiya - qanda kalsiumun azalması. Bu simptom böyrəkdə yaranan 
vitamin  D3  (vitamin  D  aktiv  forması)  miqdarının  azlamasından  irəli  gəlir. 
Getdikcə  hiperkalsemiya  vəhiperparatiroidizm,  böyrək  osteodistrofiya  və 
damarlarların kalsifikasiyası simptomların yarana bilər. 


 
203 

 
Metabolik  asidoz -  sulfatların,  phosphatların  və  sidik  turşusunun  qanda 
yığılması  nəticəsində  yaranır.  Metabolik  asidoz  qan  fermentlərin  aktivliyini 
poza bilər. Eyni zamanda asidoz hiperkalemiyanı artırır, bu da öz yerində ürək 
və sinir membranaların həssaslığın artırır. 
Ümmumiyyətlə  XBÇ  olan  xəstələrdə  aterosklerozun  yaranmasında  ehtimal 
böyükdür. Bu ürək-damar xəstəliklərinə səbəb olur və xəstəliyin gələcək gedişini 
daha da pisləşdirir. 
XBÇ-nın  ağırlıq  dərəcəsi  kreatinin  qandakı  miqdarına  görə  təyin  edilir. 
XBÇ aşağıdakı mərhələləri var: 
I  mərhələ  -  sidik  ritminin  pozulması  mərhələsi  6  ay  müddətində  böyrəyin 
funksiyasının  davamlı  pozulması  müşahidə  olunur.  Ən  çox  konsentrasiya 
funksiyası  pozulur.  Izostenuriya  uzun  müddət  galırsa,  bu  XBÇ-dır. 
Kreatinin miqdarı normanın yuxarı həddindədir. 
II mərhələdə II-A və II-B mərhələri ayırd edilir: 
 –  II-A  –  kompensə  olunmuş  və  ya  subkompensə  mərhələsi.  Xəstənin 
vəziyyəti çox dəyişmir. Azot mübadiləsi pozulur. Kreatinin miqdarı 150-350 
mkmol/l olur. Bu mərhələdə XBÇ  inkişaf edir. 
 –  II-B  –  dekompensə  mərhələsi.  Kreatinin  350-500  mkmol/l  olur.  Dövrü 
olaraq ödemlər əmələ gəlir, intoksikasiya artır, sonra azalır, dalğavarı gedir. 
Bu stadiya intermitiruyuşaya stadiya adlanır və illərlə davam edə bilər. 
 III mərhələ - terminal mərhələsi. Kreatinin 500 mkmol/l-dən  çox olur. 
Xəstənin  vəziyyəti  həddən  artıq  ağır  olur.  Qan  təzyiqi  artır.  Ürək 
damar  sistemi  tərəfindən  dəyişiklik olur.  Hemorragik  sindrom  ola  bilər.  Bu 
sidik  cövhəri  ilə  əlaqədardır.  Anemiya  inkişaf  edir.  Bu  hal  qanaxma  və 
eritropoyetinin  azalması  ilə  əlaqədardır.  Kreatinin  təsiri  ilə  eritrositlər  tez 
parçalanır.
 
 
XBÇ-nın simptomatikası böyrək funksiyalarının hansı dərəcədə azalması və 
xüsusi vacib orqan və sistemlərin zədələnmə xarakteri ilə müəyyən olunur. 
 


 
204 
Yumaqcıq filtrasiyasını kanalcıqlarda reabsorbsiya və sekresiya olunmayan, 
eyni  ancaq  yumaqcıq  filtrasiyası  yolu  ilə  xaric  edilən  maddələrin  köməyi  ilə 
hesablamaq  olar.  Bunun  üçün  təmizlənmə  əmsalı  –  klirens  adlanan  analiz  daxil 
edilmişdir.  Klirens  dedikdə  plazmanın  ml-lərlə  elə  bir  həcmi  başa  düşülür  ki,  o 
vahid zaman ərzində bu və ya digər maddədən tamamilə təmizlənsin.  
Yumaqcıq filtrasiyasının hesablanması. 
 İstənilən substansiyanın klirensi (C) Van-Slayk düsturuna görə hesablanır: 
                                       C =  U ∙ V  
 
                                                                                    

burada  U – müayinə olunan maddənin sidikdə miqdarı, P – həmin maddənin 
qanda miqdarı, V – 1 dəqiqə ərzində xaric olunan sidiyin həcmidir.  
Yumaqcıq  filtrasiyasını  müəyyən  etmək  üçün  endogen  kreatinin  klirensini 
hesablamaq    praktiki  cəhətdən  daha  əlverişlidir.  Endogen  kreatinin  klirensini  iki 
üsulla hesablamaq olar: 
1)  ortasutkalıq  klirens  (Reberq  sınağı)  sidiyin  sutka  boyu  yığılması  ilə 
müəyyənləşir, bu zaman qan sutkada bir dəfə müayinə olunur
2)  ikisaatlıq  klirens  zamanı  sidiyi  2  saat  ərzində  toplayırlar,  qan  bu 
müddətin ortasında müayinə olunur.  
Klirensin daha dəqiq ölçülərini diurezin 2 ml/dəq. yaxın olduğu zaman əldə 
etmək olur. Kreatinin birdəfə müayinəsi onun qanda sutka ərzində sabit qalması ilə 
əlaqədardır.  
Son illər  yumaqcıq  filtrasiyasının sutkalıq  ritminin  ölçülməsi  kifayət  qədər 
geniş yayılmışdır: bu məqsədlə sutka ərzində sidiyi hər üç saatdan bir toplayırlar. 
Nəticədə yumaqcıq filtrasiyasının sutkalıq səkkiz ayrı-ayrı göstəricisi əldə olunur. 
Sonra  bu  göstəricilərdən  maksimal,  minimal  və  orta  olanları  qiymətləndirilir, 
həmçinin  maksimal  və  minimal  göstəri  arasındakı  fərq  böyrəklərdə  filtrasiya 
funksiyasının  dəyişkənliyini  xarakterizə  etmək  məqsədilə  əsas  götürülür. 
Dəyişkənlik göstəricisinə görə yumaqcıq filtrasiyasının azalma mənşəyi haqda fikir 
yürütmək olar. Üzvi pozğunluqlar zamanı filtrasiya dəyişkənliyi sutka ərzində orta 
göstəriciyə  paralel  olaraq  azalır.  Filtrasiyanın  funksional  olaraq  azalması  zamanı  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə