L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

 
196 
Asidozla  mübarizə:  soda  ilə  mədə-bağırsağın  yuyulması.  Venaya  4% 
5-7  mq/kq  natrii  bikarbonat  yeridilir.  Metabolik  proseslərin  yaxşılanması 
üçün vit. C, B1, B6, Cocarboxilasa, Essensiale – forte, ATF təyin edilir. 
Sonra isə simptamotik terapiya aparılır. 
KBÇ vəziyyətindən çıxandan sonra KBÇ gətirən əsas xəstəlik müalicə 
olunmalıdır. 
Bütün  dərmanların  və  antibiotiklərın  dozalanması    1-  2  ci  mərhələdə  
azaldılır. Diurez artdıqca dozalar da  yaş  görə artırılır. Əgər müalicə effekt 
verməsə: kalii 7,5 mmol/l, sidik cövhəri 24 mmol/l-dən çox olsa, onda xəstə 
hemodializə göndərilir. Bəzən 1-2 hemodializ kifayətdir ki, xəstə sağalsın. 
Dispanser    qeydiyyat  1  ildir.  Əgər  QN-dən  sonra  KBÇ  əmələ  gələrsə 
dispanser qeydiyyat 5 ildir. 
Proqnoz və nəticə. Müasir müalicə metodlarının olmasına baxmayaraq KBÇ 
zamanı  letal  sonluq  yüksək  qalır  –  akuşer-ginekoloji  formada  20%,  dərman 
zədələnmələri  zamanı  50%,  travma  və  cərrahi  müdaxilələrdən  sonra  70%, 
poliorqan  çatışmamazlığı  zamanı  80-100%  .  Ümumiyyətlə,  prerenal  və  postrenal 
mənşəli  KBÇ-nın  proqnozu  renal  mənşəli  KBÇ-dan  daha  yaxşıdır.  Proqnostik 
baxımdan  oliqourik  və  xüsusilə,  anurik  renal  KBÇ-ı  (qeyri-oliqouriklə 
müqayisədə)  daha  əlverişsiz  sayılır.  Qabarıq  hiperkatobolizmlə  müşahidə  edilən 
KBÇ-ı  haqda  da  eyni  sözləri  demək  olar.  KBÇ-nın  proqnozunu  infeksiyanın 
(sepsis) qoşulması pisləşdirə bilər.  
KBÇ-nın  sağalma  ilə  sona  çatması  xəstələrin  əksər  hissəsində  müşahidə 
edilir:  tam  sağalma  (35-45%  halda)  və  ya  hissəli  sağalma  –  deffektlə  (10-15% 
halda).  Letal  sonluq  isə  nisbətən  aşağı  tezliklə  müşahidə  edilir  (40-45%  halda). 
Xəstələrin xroniki HD keçirilməsi ilə nəticələnən xronikləşmə  halı çox nadir rast 
gəlir  (1-3%  halda):  KBÇ-nın  bilateral  kortikal  nekroz,  bədxassəli  hipertoniya 
sindromu,  hemolitiko-uremik  sindrom,  nekrotik  vaskulit  formaları  daha  çox 
xroniki gedişə çevrilir. Son illər rentgenokontrast maddələrin istifadəsi nəticəsində 
yaranan KBÇ-dan sonra prosesin xronikləşməsi halları çoxalmışdır (15-18%). 


 
197 
KBÇ-ı  keçirmiş  xəstələrin  bir  çoxunda  sidik  yollarının  infeksiyası  və 
pielonefrit  kimi  ağırlaşmalar  qeyd  edilə  bilər  ki,  bunlar  da  sonradan  prosesin 
xroniki formaya keçməsinə səbəb ola bilər.  
 
Xroniki böyrək çatmamazlığı (18) 
Təsnifat.    XBT-10  :  -  N18.0  Böyrək  zədələnmələrinin  terminal 
mərhələsi;  N18.8  Xroniki  böyrək  çatmamazlığının  digər  təzahürləri;  N18.9 
Dəqiqləşdirilməmiş  xroniki böyrək  çatmamazlığı;  I12.0  Əsasən  böyrəklərin 
zədələnməsi  və  böyrək  çatmamazlığı  ilə  gedən  hipertenzion  (hipertoniya) 
xəstəlik; 
Xroniki  böyrək  çatmamazlığı  (XBÇ)  –  xarakterik  kliniko-laborator 
kompleksi ilə səciyyələnən  xəstəlik olub,  böyrəklərin bütün  funksiyalarının 
proqressivləşən  itkisi  nəticəsində  yaranır.  Uzun  müddətdir  ki,  XBÇ 
problemi  bu  ağırlaşmanın  xeyli  dərəcədə  yayılması,  onun  müayinə  və 
müalicəsinin  bahalılığı  və  latal  sonluğun  yüksəl  olması  ilə  əlaqədar  diqqət 
mərkəzindədir. Belə ki, hətta Avropa, ABŞ və Yaponiya  kimi inkişaf etmiş 
ölkələrdə  XBÇ  xəstələrinin  sayı  hər  1  mln.  nəfər  əhaliyə  157-dən  443-ə 
qədər  dəyişə  bilər.  Bizim  ölkədə  bu  göstərici  15  yaşdan  yuxarı  əhali 
arasında təqribən 212 nəfər təşkil edir. Problemin aktuallığı onu göstərir ki, 
XBÇ  nəinki  nefroloqların,  hətta  digər  ixtisas  həkimlərinin  də  diqqət 
mərkəzində olmalıdır. 
 
Bu  xəstəlik  böyrəyin  hər  hansı  bir  xəstəliyi  fonunda  inkişaf edə 
bilər.  Qeyd  etdiyimiz  kimi   XBÇ  total  və  parsial  olmaqla  iki  formada  
müşahidə  edilir.
 
Etiologiya. Uşaqlarda xroniki böyrək çatımamazlığı əsasən anadangəlmə və 
irsi  nefropatiyalar  nəticəsində  inkişaf  edir.  Belə  ki,  3  yaşa  qədər  uşaqlarda 
uremiya  ailəvi  nefrotik  sindrom  zamanı  daha  çox  rast  gəlinir.  Bundan  başqa  
diffuz  xroniki  qlomerulonefrit,  obstruktiv  pielonefrit,  sidik  yollarının  müxtəlif 
anomaliyaları,  böyrək  displaziyaları  da  kiçik  yaşlı  uşaqlarda  böyrək 


 
198 
çatmamazlığına  səbəb  ola  bilər.  Böyük  yaşlı  uşaqlarda  isə  XBÇ-ya  Fankoni  və 
Alport sindromları, periodik xəstəlik və poliartrit nəticəsində yaranan amiloidost, 
böyrəklərin immun-iltihabi  xəstəlikləri, sisitem  xəstəliklər səbəb olur. Uşaqlarda 
kəskin böyrək çatmamazlığının xroniki formaya keçməsi  nadir hallarda  təsadüf 
olunur. Bu əsasən kəskin qlomerulonefritin  xronizasiya zamanı qeyd olunur. 
Xroniki  böyrək  çatmamazlığını  yaradan  səbəblər  arasında  birinci  yeri 
xronik  qlomerulonefrit,  ikinci  yeri  xronik  pielonefrit  tutur.  Diabetik 
qlomeruloskleroz, amiloidoz, böyrək polisistozu, sidik yolları keçiriciliyinin 
pozğunluğu  və  sidik  yollarının      ikincili    pielonefritlə  gedən    bir  çox  
xəstəlikləri    (böyrəkdaşı  xəstəliyi,  prostat  vəzinin  adenoması  və  xərçəngi) 
də  xronik  böyrək  çatmamazlığının  meydana  çıxmasına  səbəb  ola  biləcək 
patoloji  vəziyyətlərdir.  Hipertoniya  xəstəliyi  nadir  hallarda  böyrək 
çatmamazlığının səbəbi ola bilir. 
Patogenez.  
Xronik  böyrək  çatmamazlığı  zamanı  böyrək  parenximasında  struktur 
dəyişiklikləri  əmələ  gəlməklə  nefronun  atrofiyası  və  büzüşməsi  baş  verir. 
Bu  proses  ücün  səciyyəvi  xüsusiyyət  –  parenxima  regenerasiyasının  
olmamasıdır.  Bu  zaman  eyni  zamanda  immunoloji  dəyişikliklər  və 
hemokoaqulyasiyanin pozğunluğu müşahidə olunur. 
Nəticədə,  böyrəyin  ifrazedici,  qanı  təmizləyici  və  yaxud  hemostatik 
funksiyaları pozulur. 
XBÇ  patogenezində  əsas  diqqəti  “trade    off”  (artıq  hasilat)  adlanan 
nəzəriyyə  cəlb  edir.  Bu  nəzəriyyəyə  görə  böyrəklərin  pozulmuş 
funksiyalarının  kompensasiyası  prosesi  zamanı  orqanizmdə  həddən  artıq 
müxtəlif hormonlar hasil edilir ki, bunlar da çox olduğu zaman toksiki  təsir 
göstərirlər.  Böyrək  xəstəliyi  proqressivləşdikcə,  qlomerulo-tubulyar 
disbalans  yaranır  ki,  bu  da  ya  əsasən  kanalcıq,  ya  da  qlomerulyar 
çatmamazlığa  tərəf  meyl  edə  bilər.  Yumaqcıq  çatmamazlığı  zamanı 
böyrəyin filtrasion qabiliyyəti zəifləyir ki, bu da azotemiya səbəb olur. Azot 
mübadiləsi  məhsulu  olan  kreatininə  xüsusi  diqqət  verilir.  Çünki  onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə