L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

 
187 
Etiologiya 
Səbəbləri:  
I. Prerenal faktorlar: 
2) qan  itirmədə,  şok  və  reanimasiya  tədbirləri  apararkan  qan 
təzyiginin kəskin düşməsi. 
3) Hemolizdə  yumşaq  toxumaların  sıxılmasında  uyğun  gəlməyən  qan 
köçürəndə. 
4) Bağırsaq  infeksiyalarında  diuretiklər  uzun  müddətli,  nəzarətsiz 
işlədilməsində su-duz mybadiləsinin pozulması. 
5) Endokren  intoksikasiyalar,  kəskin  pankreatit,  perikardit,  bağırsaq 
keçməməzliyi, hepatorenal sindromda. 
II. Renal faktorlar: 
1) nefrotoksinlərin təsirindən: göbələk, ağır metal duzları və xlorofos 
zəhərlənməsində 
2) toksiko-allergik  vəziyyətdə  uşaqlarda  çox  vaxt  antibiotik  və 
sulfanilamidlərin  həddən  artıq  yüksək  dozaları  və  bədənin  onları 
qəbul etməsində 
3) bəzi  infeksiyalarda:  anayerob  cepsisdə,  pnevmoniyada,  virus 
infeksiyasında 
4) 
böyrək  xəstəliklərində  kəskin  qlimerulonefrit, kapilyarotoksik  
nefrit. 
III.  Postrenal    faktorlar:  sidik  yollarının  obturasiyası  nəticəsində 
törənir  (daşlarla).  Ona  görədə  obstruktiv  uropatiyası  olan  olan 
uşarlarda  KBÇ-nın  vaxtında  qarşısını  almaq  üçün  böyrəklərin 
funksiyaları ciddi yoxlanılmalıdır. 
IV.  Arenal  faktorlar:  böyrəyn  carrahi  və  travmatik  çıxarılması 
nəticəsində əmələ gəlir. 
Patogenez. 
KBÇ-nın  inkişafında  əsas  patogeneik  mexanizm  –  böyrəklərin 
işemiyasıdır. 
Böyrək 
qan 
dövranın 
qəfil 
dəyişməsi 
– 
qanın 


 
188 
yukstaqlomerulyar sistemdən keçməklə böyrəkdaxili şuntlanmsı baş verir ki, 
bu  da  qlomerulyar  afferent  arteriolada  təzyiqin  60-70  mm  c.  s.-dan  aşağı 
düşməsinə  gətirib  çıxarar.  Nəticədə  qabıq  maddənin  işemiyası  baş  verir, 
katexolaminlərin  xaric  olması  artır,  renin-aldosteron  sistemi  aktivləşir, 
renin, antidiuretik hormonun sintezi artır və bununla da böyrəklərin afferent 
vazokonstriksiyasına,  sonradan  isə  YSS-nin  azalmasına  gətirib  çıxarır. 
Qıvrım  kanalcıqların  epitelinin  işemik  zədələnməsi  orada  kalsiumun 
konsentrasiyasının və sərbəst radikalların artmasına səbəb olur. 
KBÇ-ı  zamanı  böyrək  kanalcıqlarının  işemik  zədələnməsi  çox  zaman 
onların  eyni  vaxtda  birbaşa  endotoksinlərlə  toksiki  zədələnməsinə  gətirib 
çıxarır.  Qıvrım  kanalcıqların  epitelinin  nekrozundan  sonra  zədələnmiş 
kanalcıqlardan interstisial  toxumaya  qlomerulyar  filtratın sızması  baş  verir. 
Bu  infiltrat  hüceyrə  detriti  və  böyrək  toxumasının  interstisial  ödemi  ilə 
blokadaya  alınır.  İnterstisial  ödem  böyrəyin  işemiyasını  bir  qədər  də  artırır 
və yumaqcıq filtrasiyasının sonradan azalmasına səbəb olur.    
Bu  günə  qədər  toplanmış  çoxlu  sayda  eksperimental  və  kliniki 
nəticələr  onu  göstərir  ki,  KBÇ-ı  zamanı  böyrək  damarlarına  vazokontriktiv 
stimulların təsiri kalsiumun hüceyrədaxili konsentrasiyasının dəyişməsindən 
sonra  yaranır.  Kalsium  əvvəlcə  sitoplazmaya  keçir,  sonra  xüsusi  keçirici 
vasitəsi  ilə  mitoxondriə  daşınır.  Keçiriciyə  sərf  olunan  enerji  həmçinin 
ATF-in başlanğıc sintezi üçün də istifadə oluna bilər. Buna görə də yaranan 
enerji  defisiti  hüceyrələrin  nefrozuna  gətirib  çıxarır,  əmələ  gələn  hüceyrə 
detriti kanalcıqları obturasiya edir və anuriyanı bir qədər də dərinləşdirir.  
Kalsium kanalı blokatorlarının işemiya zamanı və ya ondan bilavasitə əvvəl 
yeridilməsi  kalsiumun  hüceyrə  daxilinə  keçməsinin  qarşısını  alır ki,  bu  da  KBÇ-
nın ya əmələ gəlməsinə əngəl olur, ya da onun gedişini yüngülləşdirir.  
Digər  bir  nəzəriyyə  görə  böyrəklərdə  bioloji  aktiv  maddə  –  serotonin 
toplanır.  O,  preqlomerulyar  və  postqlomerulyar  vazokonstriksiya  törədir  və 
yumaqcıq  filtrasiyasının  azalmasına  gətirib  çıxarır.  Həmçinin  kanalcıqların 
sıxılmasını  törədir,  böyrəyin  şişməsi  nəticəsində  rearbsorbsiya  prosesi 


 
189 
pozulur.  Qanda  azot  mübadiləsi  məhsulları:  sidik  cövhəri,  sidik  turşusu,  
ammonyak,  aminturşular,  kreatinin,  quanidin  çoxalır  ki,  bunları  orqanizm 
böyrəkdən kənar yollarla ifraz edə bilmir. Plazmada və hüceyrəarası mayedə 
kaliumun  səviyyəsi  yüksəlir.  Nəticədə,  hələ  zədələnməmiş  nefronların 
fəaliyyətinin göstəricisi kimi məcburi  poliuriya və sidikdə sidik cövhərinin 
konsentrasiyasının azlığı hesabına izostenuriya  meydana çıxır. Kəskin BÇ-
da  metabolik  pozğunlug  müşahidə  edilir,  turş  məhsullar,  kalium,  fosfor, 
maqnezium  toplanır.  Limfatik  drenaj  pozulur,  toksiki  məhsulların 
çıxarılması pozulur.  
KBÇ  zamanı  böyrəklərin    qanyaratma    funksiyasında  iştirakı  pozula 
bilər.  Belə  ki,  böyrəklərdə    sintez  olunan  eritropoetinin    miqdarının  
hipoksiyaya cavab olaraq, sağlam  adamların  qanında  və sidiyində artması 
müşahidə  olunur.  O,  eritrositlərdə    RNT-nin    sintezini    sürətlənləndirir. 
Böyrəklər  eritropoetini  sintez  etmək  qabiliyyətini  itirdikdə,  azotemik  
anemiya  meydana  çıxır.  Anemiyanın  başqa    səbəblərindən    damardaxili 
hemolizi  və azot şlaklarının mielotoksik təsirini göstərmək olar.   
KBÇ-nın  inkişafına  gətirib  çıxaran  səbəblər  müxtəlif  olsa  da,  onların 
hamısı  ya  böyrəklərə  işemik  təsir  göstərir,  ya  da  böyrək  parenximasına 
spesifik  nefrotoksik  təsir  göstərir.  Hər  bir  qrup  toksiki  maddə  nefronun 
müəyyən sahəsini zədələyir. Nefrotoksinlərin təsiri nəticəsində tubulonekroz 
yaranır,  proksimal  kanalcıqlar  zədələnir.  Bazal  memebranların  tamlığı 
sirkulyator  pozğunluqlar  yaranmaya  qədər  dəyişmir.  İşemiya  üçün  isə 
böyrəklərin distal kanalcıqlarında bazal membranın dağılması xarakterikdir.  
KBÇ zamanı kanalcıq apparatının zədələnməsi yumaqcıqların zədələnməsini 
dəfələrlə üstələyir.  
Uzun  müddət  KBÇ-nın  genezində  kanalcıq  reabsorbsiyasının 
pozulamsının  durması  güman  edilirdi.  Böyrəyin  yumaqcıq  apparatının 
morfoloji  zədələnmə  substratının  olmamasına  baxmayaraq  oliqoanuriya 
müşahidə  etmək  olar.  Bunu  preqlomerulyar  və  postqlomerulyar 
vazokonstriksiya  ilə  əlaqədar  filtrasion  təzyiqin  aşağı  düşməsi  kimi  izah 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə