L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

 
176 
dəmləmələrinə  (qatırquyruğu,  şüyüd,  tozağacı  yarpağı,  mərsin  yarpağı, 
yonca  və  s.),  yulaf  dəmləməsinə  üstünlük  verilir.  Sidiyin  optimal 
turşuluğunu  saxlamaqdan  ötəri  sitrat  qarışıqlardan  (uralit-U,  blemaren, 
maqurlit,  allopurinol,  solimok  və  s.)  istifadə  edilir.  Orqanizmdə  sidik 
turşusunun sintezini azalmaq üçün – allapurinol (0,2-0,3q/sut x 2-3 dəfə, 2-3 
həftə;  dəri,  qaraciyər,  qan  tərəfdən  ağırlaşmalar  ola  bilər),    nikotinamid 
(daha zəifdir, lakin əlavə təsirləri azdır, 0,005-0,025q/sut x 2-3 dəfə 1-2 ay; 
təkrar kurslarla). Uralitin-urat əleyhinə çay. Qəbul müddəti 2-4 həftə. 
Fosfat  nefropatiyasının  müalicəsi  əsasən  sidiyi  turşulaşdırmağa 
yönəldilib (mineral sular: narzan, arzni, zau-suar və s.; preparatlar: sistenal, 
askorbin  turşusu,  metionin),  Fosfalitin  –fosfat  əleyhinə  çay.  Qidadan 
fosforla  zəngin  olan  ərzaq  məhsulları  çıxarılır  (pendir,  qaraciyər,  kürü, 
toyuq, paxlalılar, şokolad və s.). 
Sistinuriya  və  sistinozun  müalicəsində  dietoterapiyanın  məqsədi  – 
uşaq  orqanizminə  sistinin  sələfinin  –  metioninin  və  digər  sulfidtərkibli 
turşuların daxil olmasının  qarşısını almaqdır. Buna görə rasiondan metionin 
tərkibli  ərzaq  –  kəsmik,  balıq,  yumurta,  ət  və s.  çıxarılır. Belə  ki,  metionin 
böyüməkdə  olan  orqanizm  üçün  zəruri  olduğu  üçün  dieta  uzun  müddət 
davam  edə  bilməz.(4  həftə)  Sutkalıq  maye  2  litrdən  az  olmamaqla  əsasən 
yatmazdan  qabaq  qəbul  edilməlidir.  Sistinin  həll  olmasını  artırmaq  və 
kristallaşmasının  qarşısını  almaq  üçün  penisillamin  təyin  olunur.  Müəyyən 
toksinliyə malik olduğu üçün terapiyanın  əvvəlində yüksək olmayan doza – 
10mq/kq/sut  x  4-5  qəbula,  sonradan  doza  həftə  ərzində  qaldırılaraq 
30mq/kq/sut, sistinozda isə 50mq/kq/sut çatdırılır. Paralel olaraq piridoksin 
(vit B6), vit A və vit E təyin edilir. 
Kompleks 
terapiyada 
medikamentoz 
preparatlarla 
yanaşı 
fitoterapiyadan da geniş istifadə edilir. Bitki mənşəli kombinə preparat olan 
Kanefron  spazmolitik,  sidikqovucu,  zəif  iltihaəleyhinə  və  bakterioçid  təsir 
göstərir.  Preparat  həmçinin  antioksidant  təsirə  malikdir  və  sidiklə  uratların 


 
177 
xaric  olmasını  sürətləndirir.  Gündə  3  dəfə  10-25  damcı  və  ya  1  draje 
olmaqla 6-8 həftə qəbul edilməlidir. 
Sistenal  –  kompleks  preparat,  hər  kvartalın  1  ayı  boyunca  gündə  2-3 
dəfə yeməkdən 30 dəq. qabaq qənd parçası ilə 2-4 damcı qəbul edilməlidir. 
Fitolizin  –    kompleks  preparat  olub,  sidikqovucu,  spazmolitik  və 
iltihabəleyhinə təsirə malikdir. 
Ev  şəraitində  2-3  otun  tinkturası  və  dəmləməsindən  istifadə  edilə 
bilər.  Məsələn,  oksaluriya  zamanı  –  şüyüd,  çiyələk,  qatırquyruğu,  ayrıq, 
qarğıdalı saçağı və s.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
178 
Böyrəklərin vərəmi 
Böyrəklərin 
vərəmi 
– 
böyrək 
toxumasına 
vərəm 
mikrobakteriyalarının  daxil  olması  nəticəsində  yaranır  ki,  bu  zaman 
mikobakteriyalar  böyrəklərə  hematogen  yolla  ağciyər,  sümük,  oynaqlardakı 
birincili  ocaqdan  gəlir.  Böyrək  vərəmi  bəzən  səpələnmiş  vərəmin 
nəticəsində yarana bilər. 
Patogenez.  Böyrəyin  birincili  vərəm  ocağı  onun  qabıq  maddəsində 
yerləşir  və  tədricən  inkişaf  edir.  Sonradan  proses  kasacıq,  ləyən,  sidik 
axarlarına  sirayət  edir.  Vərəm  prosesinin  inkişafı  zamanı  böyrək 
toxumasının nekrozu başlayır, kazeoz zədələnmə və kavernaların yaranması 
müşahidə  edilir.  Kasacıq,  ləyən,  sidik  axarı  divarlarında  çapıq  toxuması 
inkişaf  edir,  strikturalar  yaranar  ki,  bunlar  da  sonradan  birincili 
hidronefroza səbəb olur. 
Vərəm  prosesinin  böyrəkdə  inkişaf  etməsi  üçün,  mikobakteriyaların  
böyrək  toxumasına  sirayət  etməsindən  əlavə,  onlar  üçün  əlverişli  şərait 
yaranmalıdır,  xüsusən  orqanizmin  və  böyrək  toxumasının  immunopatoloji 
vəziyyəti  nəzərə  alınmalıdır.  Patoloji  prosesin  sidik  yollarına  yayılması 
limfatik yolla baş verir.  
Patoloqoanatomik  şəkli  müxtəlifliyi  ilə  seçilir:  spesifik  eksudativ  və  
proliferativ    prosesdən,  spesifik  qabarcıqların  yaranmasından  tutmuş 
kavernaların yaranmasına, böyrək məməcikləri və sidik yollarında xoraların 
əmələ gəlməsinə qədər. Vərəm ocağının  ətrafında isə  interstisial toxumanın 
qeyri-spesifik iltihabi prosesi inkişaf edir (şəkil 11). 
Böyrəyin  vərəm  prosesi  zamanı  zədələnməsinin  aşağıdakı  təsnifatı  qəbul 
edilmişdir: 
I mərhələ - infiltrativ vərəm; 
II mərhələ - vərəm papilliti və ya böyük olmayan tək-tük kavernalar; 
III mərhələ - böyrək seqmentlərinin birində polikavernoz vərəm; 
IV mərhələ - böyrəyin polikavernoz vərəmi; 


 
179 
 
 
                                          
 
 
Şəkil 11. Vərəmlə zədələnmiş böyrək. 
 
Simptomlar.  Xəstəliyin  başlanğıcında  heç  bir  xarakterik  əlamət  olmur. 
Şikayətlər  əsasən  ümumi  zəiflik,  tez  yorulma,  subfebril  temperatur,  qurşaq 
nahiyəsində küt ağrılarla əlaqədardır.  
Xroniki piuriya – böyrək vərəminin daha çox rast gəlinən əlamətidir, lakin 
mikrohematuriya da xəstəliyin erkən simptomlarından biri ola bilər. Sidik demək 
olar ki, həmişə turş reaksiyalı, çoxlu sayda leykosit olur, proteinuriya isə zəif qeyd 
edilir. Sidiyin adi mühitdə əkilməsi zamanı o steril qalır, belə ki, mikobakteriyalar 
digər floranı sıxışdırıb çıxarır, özləri isə adi mühitdə çoxalmırlar.  
Piuriya  özü,  nadir  hallarda  xəstəni  həkimə  müraciət  etməyə  vadar  edir, 
xəstəni çox vaxt sidikdə qan kütləsi və ya böyrək sancısı tutması narahat edə bilər. 
Patoloji  prosesin  sidik  yollarına  yayılması  qurşaq  nahiyəsində  ağrıların 
kəskinləşməsi  və  əzabverici  dizuriya  ilə  müşayiət  olunur.    Bəzən,  xəstəliyin 
gecikmiş diaqnostikası zamanı prosesə uretra, prostat vəzi və xayalar əlavələri ilə 
qoşula bilər.  
Diaqnoz.  Xəstəliyə  diaqnoz  uroloji  müayinənin  nəticəsinə  görə  qoyulur, 
lakin yadda saxlamaq lazımdır ki, erkən aşkarlanma da mümkündür. Çünki, böyrək  
vərəmi  çox  vaxt  xroniki  pielonefrit  maskası  altında  gedir  və  aseptiki  piuriya 
sidikdə mikobakteriyaların olması zamanı ola bilər. Xroniki sistitin səbəblərindən 
biri  də  vərəm  hesab  olunur.  Təkcə  piuriya  deyil,  həmçinin  mikrohematuriya  da 
Kaverna 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə