L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

 
173 
proteinuriya, müxtəlif dərəcədə hematuriya ilə müşahidə edilir. Urat duzları 
həddən artıq çox olarsa sidik kərpic rəngini alır.   
Fosfaturiya 
Birincili  və  ya  həqiqi  fosfaturiya  fosfor  və  kalsium  mübadiləsi 
pozğunluğu  ilə  gedən  xəstəliklərdə  rast  gəlinir.  İkincili  fosfaturiyanın  əsas 
səbəbi  isə  sidik  sisteminin  xroniki  infeksiyalarıdır.  Burda  əsas  rolu  ureaza 
aktivliyi  olan  mikroorqanizmlər  oynayır.  Ureaza  sidik  cövhərini 
parçalamaqla sidiyi qələviləşdirir ki, bu da sidiyə maqnezium və ammonium 
(struvit) fosfat duzlarının hopmasına gətirir. Sidikdə tripelfosfatlar, kalsium 
fosfat  və  ya  struvit  duzları  aşkar  edilir.  Paralel  olaraq  sidiyin  qələvi 
reaksiyası qeydə  alınır.  Fosfatlara  çox zaman  qarışıq  daşların tərkib hissəsi 
kimi,  xüsusi  ilə  sidik  sisteminin  infeksiyaları,  kalkulyoz  pielonefrit  zamanı 
rast gəlmək olar.  
Fosfatların  artan  ekskresiyası  bir  sıra  xəstəliklər  zamanı,  məsələn 
birincili  və  ikincili  hiperparatireodizm,  tubulopatiyalarda,  böyrək 
transplantasiyasından  sonra  yaranan  kəskin  kanalcıq  nekrozunun  diuretik 
fazasında, həmçinin D vitamini metabolizminin pozulması ilə əlaqədar olan 
bəzi hallarda müşahidə edilir.  
Sistinuriya 
Sistin  metionin  aminturşusu  metabolizminin  məhsulu  hesab  olunur. 
Sidikdə  sistin  konsentrasiyasının  artmasında  iki  əsas  səbəbi  ayırmaq  olar: 
sistinin  böyrək  hüceyrələrində  həddən  artıq  toplanması  və    onun  böyrək 
kanalcıqlarda  geriyə  sorulmasının  pozulması.  Hüceyrələrdə  sistinin 
toplanması  sistinreduktaza  fermentinin  genetik  defekti  ilə  əlaqədardır. 
Mübadilənin  bu  pozğunluğu  sistem  xarakter  daşıyır  və  sistinoz  adlanır. 
Sistin kristallarının hüceyrədaxili və hüceyrəxarici toplanması təkcə böyrək 
kanalcığı  və  interstitsial  toxumasında  deyil,  həmçinin  qaraciyər,  dalaq, 
limfa  düyünləri,  sümük  iliyi,  periferik  qan  hüceyrələrində,  sinir  və  əzələ 
toxuması,  başqa  toxumalarda  rast  gəlinir.  Sistinin  böyrək  kanalcıqlarında 
geriyə  sorulmasının  pozulması  bir  sıra  aminturşuları  –  sistin,  arginin,  lizin 


 
174 
və  ornitinin  hüceyrə  divarından  transportunun  genetik  defekti  ilə 
əlaqədardır.  Xəstəlik  proqressivləşdikcə  böyrəkdaşı  xəstəliyinin  əlamətləri, 
infeksiyanın qoşulması zamanı isə - böyrəklərin iltihabı müşahidə edilir. 
Dismetabolik nefropatiyaların diaqnostikası   
Laborator-instrumental  diaqnostika  sidiyin  ümumi  müayinəsi  zamanı 
duz  kristallarının  aşkarlanmasına,  sidiyin  biokimyəvi  müayinəsi  zamanı  bu 
və ya digər duzların konsentrasiyasının artmasına, sidiyin antikristalyaratma 
xassəsinin  öyrənilməsinə,  sidikdə  kalsifilaksiya  və  peroksidlərə  görə 
testlərin  aparılmasına,  böyrəklərin  USM-nə  əsaslanır.  Yalnız  duz 
kristallarının  ümumi  müayinədə  aşkar  edilməsi  dismetabolik  nefropatiya 
diaqnozunu  təstiq  etməyə  əsas  vermir.  Nəzərə  almaq  lazımdır  ki,  uşaqlar 
arasında sidiklə kristalların xaric edilməsi çox vaxt keçici xarakterli olur və 
mübadilə pozğunluğu ilə heç bir əlaqəsi olmur. Diaqnozu təsdiq etmək üçün 
sidiyin  biokimyəvi  müayinəsi  aparılır.  Kalsifilaksiya  testinin  aparılması 
kalsiumun  hüceyrə  mübadiləsi  pozğunluğunu  aşkar  etməyə  kömək  edir. 
Sidikdə  peroksid  testi  isə  hüceyrə  membranı  peroksid  oksidləşməsi 
aktivliyini əks etdirir.  
Böyrəklərin  USM  zamanı  aşkar  edilən  dəyişikliklər  bir  qayda  olaraq 
az spesifikdir.  
Müalicə.  Dismetabolik  nefropatiya  terapiyasının  ümumi  prinsiplərinə 
aiddir:  dietoterapiya,  yüksəkmayeli  rejim,  membranotrop  maddələr 
(membranostabilizator və antioksidantlar). 
Müalicəvi  pəhrizin  əsasını  səmərəli  qarışıq  qidalanma  təşkil  edir  ki, 
bu  da  nefronun  aktiv  hissəsi  -  tubulyar  aparatın  üzərinə  düşən  funksional 
yükü azaldır. 
Oksalat  nefropatiyası  zamanı  pəhrizə  (kartof-kələm  pəhrizi)  kartof, 
kələm  və  başqa  tərəvəzlər  daxil  edilir.  Bu  zaman  ekstraktiv  maddələr, 
tərkibində çoxlu miqdarda vitamin C və kalsium olan ərzaqlar ixtisar edilir. 
Göyərti  və  səbzəvat  –  turşəng,  kahı,  ravənd,  ispanaq,  cəfəri,  quşüzümü, 
çuğundur, yerkökü, həmçinin kakao və şokolad gündəlik rasiondan çıxarılır.  


 
175 
Orqanizmi  qələviləşdirmək,  hipokaliemiya  və  hipomaqniemiyanın  qarşısını 
almaq  üçün  çoxlu  miqdarda  şirin  olmayan  meyvələr  (armud,  qara  gavalı, 
qaysı qurusu) daxil edilir. Mineral sulardan Slavyanskaya və Smirnovskaya, 
3-5ml/kq/sut, gündə 3 dəfə, 1 aylıq kurslarla ildə 2-3 dəfə istifadə edilir.  
Membranotrop  və  antioksidant  terapiyası  uzun  müddət  aparılır: 
Piridoksin (vit B6) 1-3mq/kq/sut, 1 ay ərzində, hər kvartal üzrə təyin edilir. 
Vit  B6  yağ  mübadiləsində  antioksidant  kimi  və  aminturşu  mübadiləsində 
iştirak  etməklə  membranstabilləşdirici  təsir  göstərir.  MaqneB6  preparatının   
ildə  3  dəfə  2  ay  müddətinə  sutkada  5-10mq/kq  təyini  daha 
məqsədəuyğundur.  Vit.A  sutkalıq  doza  hər  yaşa  1000ME  –  hər  kvartalda  1 
ay; vitamin E (tokoferol asetat) həm xaricdən orqanizmə daxil olan, həm də 
daxildə  yaranan  çox  güclü  antioksodantdır.  Vit.A  ilə  bir  yerdə  sutkada  1-
1,5mq/kq təyin olunur. Membranstabilləşdirici kimi dimefosfon və ksidifon 
tətbiq edilir. Dimefosfon  – sutkada 3 dəfə hər 5 kq çəkiyə 1  ml 15%  məh.; 
Ksidifon  həll  olmayan  kalsium  duzlarının  çökməsinin  qarşısını  alır  – 
10mq/kq/sut  2% məh. x 3dəfə, kurs- 1ay;  
Siston  kristalluriya  zamanı  yüksək  effektə  malikdir  –  gündə  2-3  dəfə 
1-2  tab.;    kurs  3-6  ay.  Lepidium  complex  8-25  damcı  gündə  3  dəfə  yaşına 
görə  3-6  ay,  Sancol-  eyni  dozada.  Okcalitin  əleyhinə  çay  litllitik, 
spazmolitik,  diuretik,  uroseptik,  iltihabəleyhinə  təsir  göstərir,  oksalat 
daşlarını 
demineralizasiya 
edərək, 
onları 
əridir.Sidikdə 
müdafiə 
kolloidlərini  bərpa  edir  və  mineral  komponentlərin  duzlar  şəklində 
çökməsinin qarşısını alır. Böyrəkləyəni və sidik yolları  əzələrinin tonusunu 
azaldır,  peristaltik  yığılmalarını  artıraraq  kiçik  ölçülüdaşların  və  oksalat 
duzlarının xaric olmasını təmin edir. 
Urat  nefropatiyası    zamanı  rasiondan  purin  əsasları  ilə  zəngin qidalar 
(qaraciyər,  böyrək,  ət  bulyonu,  ət  və  balıq  konservaları,  göbələk,  şoraba, 
noxud,  lobya,  fındıq,  kakao  və  s.)  çıxarılır.  Üstünlük  süd  və  bitki  mənşəli 
məhsullara verilir. Terapiyanın əsas şərti kimi kifayət qədər mayenin qəbulu 
–  sutkada  1-2  litr.  Zəifqələvi  və  zəifminerallaşdırılmış  sulara,  ot 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə