Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) İnsanların vərəmlə yoluxmasını müəyyən etmək üçün hansı sınaq qoyulur?



Yüklə 2,31 Mb.
səhifə19/26
tarix10.11.2017
ölçüsü2,31 Mb.
#9241
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

714) İnsanların vərəmlə yoluxmasını müəyyən etmək üçün hansı sınaq qoyulur?
A) Bürne

B) Şik


C) Dik

D) Pizu


E) Mantu

Tuberkulinlə dəridaxili Mantu sınağı aparılır. Mantu sınağı, insanların vərəm mikrobakteriyaları ilə yoluxmasını müəyyənləşdirmək məqsədilə qoyulur. Saidin ön üçdə bir hissəsinin dərisi içərisinə 0,1 ml tuberkulin yeridilir və 48-72 saatdan sonra nəticə qeyd olunur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 225
715) Patogen anaerobların klostridium cinsinə hansı törədicilər aiddir?
A) Tulyaremiya

B) Tetanus

C) Vərəm

D) Taun


E) Difteriya

Patogen anaerobların klostridium cinsinə tetanus törədicisi aiddir.

Klostridium cinsinə aid bakteriyalar böyük ölçülü qram müsbət çöplər olub,dairəvi və ya oval formal sporlar əmələ gətirir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 274
716) Tetanus çöpü hansı formadadır?
A) Sancaqşəkilli

B) Sporu mərkəzdə yerləşən çöp

C) Düz, nazik çöp `

D) Təbil çubuğu

E) Streptobasil

Tetanus çöpləri xarici mühitdə şarabənzər spor əmələ gətirir. Spor hüceyrənin bir ucunda yerləşərək onu təbil çubuğuna bənzədir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”Bakı.1995. Səh. 275
717) Tənəffüsünə görə tetanus törədiciləri hansı qrupa aiddir?
A) Anaerob

B) Obliqat anaerob

C) Obliqat aerob

D) Fakultativ anaerob

E) Aerob
Tetanus çöpləri obliqat anaerobdur. Obliqat anaeroblar yalnız oksigensiz mühitdə yaşaya bilir.Oksigen onlara məhvedici təsir göstərir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 275
718) Obliqat anaeroblara hansı törədicilər aiddir?
A) Tetanus klostridiumu

B) Göyöskürək

C) Qarın yatalağı

D) Vəba


E) Dizenteriya törədicisi

Obliqat anaeroblara tetanus klostridiumu aiddir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı. 1995. Səh. 275
719) Patogen anaerobların klostiridium cinsinə hansı törədicilər aiddir?
A) Qazlı qanqrena

B) Difteriya

C) Vərəm

D) Taun


E) Tulyaremiya

Patogen anaerobların klostridium cinsinə qazlı qanqrena törədicisi aiddir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 278
720) Qazlı qanqrena törədicisi hansı formadadır?
A) Sancaqşəkilli

B) Streptobatsil

C) Təbil çubuğu

D) İri, polimorf çöplərdir

E) Düz, nazik çöplərdir

İri, ucları girdə polimorf çöplərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 278
721) Qazlı qanqrena törədiciləri qidalı mühitdə necə koloniyalar əmələ gətirir?
A) Xırda buzcuqlar kimi

B) Böyük yastı

C) Civə damcısı kimi

D) Sütunlu aqarın dərinliyində mərciyəbənzər diskşəkilli

E) Şir başına oxşar

Sütunlu aqarın dərinliyində mərciyəbənzər koloniyalar əmələ gətirir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 282
722) Aşağıdakı törədicilərdən hansılar spor əmələ gətirir?
A) Salmonellalar

B) Bağırsaq çöpü

C) Şigellalar

D) Vəba


E) Botulizm

Botulizm törədicisi ucları girdə polimorf çöplərdir. Oval formalı spor əmələ gətirir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 285
723) Botulizm törədicisinin morfoloji quruluşu necədir?
A) Düz, nazik çöplər

B) Ucları girdə, polimorf çöplərdir

C) Təbil çubuğu

D) Streptobatsil

E) Sancaqşəkilli

Ucları girdə polimorf çöplərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 285
724) Obliqat anaeroblara hansı törədicilər aiddir?
A) Göyöskürək

B) Qarın yatalağı

C) Dizenteriya

D) Vəba


E) Botulizm

Botulizm törədicisi obliqat anaerobdur, ucları dəyirmi polimorf, iri Qram müsbət çöplərdir, zəif hərəkətlidir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı .1995. Səh. 285
725) Patogen spiroxetlərə hansı törədicilər aiddir?
A) Dizenteriya

B) Botulizm

C) Vəba

D) Sifilis törədicisi



E) Qarın yatalağı

Patogen spiroxetlərə sifilisin törədicisi aiddir. Sifilisin törədicisi-Treponema pallidum F.Şaudin tərəfindən kəşf edilmişdir. Siflis törədicisi kiçik spiral şəkillidir.Qıvrımların sayı 8-12-dir,hərəkətlidir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 311
726) Sifilis törədicisinə nə üçün solğun spiroxeta deyilir?
A) Metilen abısı ilə göy rəngə boyandığına görə

B) Romanovski-Gimza üsulu ilə solğun boyandığına görə

C) Qram üsulu ilə solğun boyandığına görə

D) Romanovski-Gimza üsulu ilə göy-bənövşəyi boyandığına görə

E) Qram üsulu ilə çəhrayı rəngə boyandığına görə

Romanovski-Gimza üsulu ilə solğun çəhrayı rəngdə boyandığından onları solğun spiroxetlər adlandırırlar.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 312
727) Sifilisin seroloji müayinəsində hansı reaksiya tətbiq edilir?
A) Pirket

B) Vidal


C) Rayt

D) Vasserman

E) Xeddelson

Sifilisin seroloji diaqnostikasında Vasserman reaksiyası daha geniş tətbiq olunur. Bu məqsədlə xəstəliyin ikinci və üçüncü dövrlərində xəstənin qan zərdabından istifadə edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 235
728) Qayıdan yatalaq törədicisi hansı cinsə aiddir?
A) Klostridiya

B) Treponema

C) Borrellia

D) Salmonella

E) Mikobakteriya

Qayıdan yatalaq törədiciləri Borrelia cinsinə daxildir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı. 1995. Səh. 314
729) Rikketsiyaların morfoloji quruluşu necədir?
A) Qıvrım spiralşəkillidir

B) Nazik, düz çöplərdir

C) Bir qədər əyilmiş çöplərdir

D) Polimorf, kokşəkilli mikroblardır

E) Sancaqşəkillidir

Rikketsiyalar polimorf, kökşəkilli mikroorqanizmlərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı .1995. Səh. 319
730) Virusları hansı mühitlərdə yetişdirirlər?
A) Serumlu mühitdə

B) Ətli-Peptonlu Aqar

C) Şəkərli bulyonda

D) Toxuma kulturasında

E) Qanlı aqarda

Virusların müvəffəqiyyətlə becərilməsinin əsas şərtlərindən biri həssas toxuma kulturasının seçilməsidir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 258
731) Suyun qiymətləndirilməsinin sanitar göstəricisi nədir?
A) Bağırsaq çöpü

B) Protey

C) Meninqokok

D) Stafilokok

E) Difteriya çöpü

Sularda patogen mikrobları hər zaman tapmaq mümkün olmur. Odur ki, suyun 1 litrinə olan bakteriyaların ümumi miqdarı və suyun koli-titrinə əsaslanaraq suya gigiyenik cəhətdən qiymət verilir. Koli-titr bağırsaq çöpləri təsadüf edilən suyun ən az miqdarına deyilir.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская . «Микробиология» «Медицина» Москва. 1987. Səh. 476
732) Bu antigenlərdən hansı biri hüceyrənin qamçısı ilə əlaqədardır?
A) Protektiv antigen

B) O- antigen

C) H-antigen

D) K- antigen

E) Vi- antigen

H-antigen zülal təbiətli olub termolabildir-yəni 1000C qızdırıldıqda təsirdən düşür.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”Bakı .1995. Səh. 124
733) Aşağıdakilardan hansı ərzaq məhsullarının sanitar göstərici mikrobudur?
A) Qonokok

B) Sarsin

C) Bağırsaq çöpü

D) Meninqokok

E) Difteriya çöpü

Ət və kolbasa məhsullarının sanitar bakterioloji müayinəsində 1 q məhsulda bağırsaq çöpləri təyin edilir.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. « Микробиология» «Медицина» Москва .1987. Səh. 492
734) Əllərin yuyuntu suyunun sanitar bakterioloji müayinəsində nəyi aşkar etmək olar?
A) Pnevmokok

B) Meninqokok

C) Qızılı stafilokok

D) Qonokok

E) Difteriya çöpü

Qızılı stafilokoku.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская. « Микробиология» «Медицина» Москва. 1987. Səh. 500
735) Patogen ibtidailərə aşağıdakı törədicilərdən hansılar aiddir?
A) Spiroxet

B) Vəba


C) Malyariya plazmodisi

D) Qrip


E) Mikobakteriya

Malyariyanın törədiciləri patogen ibtidailər tipinin sporlular sinifinə aiddir. Malyariya plazmodiləri qeyri-cinsi və cinsi inkişaf dövrü keçirirlr.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 403
736) Malyariya plazmodisinin cinsi inkişaf dövrü harada gedir?
A) Havada

B) İnsan orqanizmində

C) Dişi ağcaqanadın bədənində

D) Suda


E) Quşlarda

Cinsi inkişaf dövrü Anapheles cinsindən olan dişi ağcaqanadın bədənində gedir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı. 1995. Səh. 403
737) Malyariya zamanı qandan hazırlanmış qalın damla hansı üsulla boyanır?
A) Ojeşko

B) Sil-Nilsen

C) Burri

D) Qram


E) Romanovski-Gimza

Romanovski-Gimza üsulu ilə qan yaxması 50 dəqiqə müddətində boyadılır, sonra su ilə yuyulur və havada qurudulur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 309
738) Malyariya zamanı müayinə ücün hansı material götürülür?
A) Sidik

B) Əsnəkdən selik

C) İrin

D) Qan


E) Qusuntu kütləsi

Malyaryanın laboratoriya diaqnostikasında mikroskopik və seroloji üsullardan istifadə edilir. Bu məqsədlə xəstədən qan götürülür. Mikroskopik müayinələr üçün qalın damla və nazik yaxma preparatları hazırlanır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 309
739) Leyşmaniyalar hansı xəstəlikləri törədir?
A) Lyamblioz

B) Qarayara

C) Qara azar (visseral leyşmanioz)

D) Dermatomikoz

E) Trixomonoz
Qara azar (visseral leyşmanioz).
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 393
740) Toksoplazmozda infeksiya mənbəyi nədir?
A) Ağcaqanadlar

B) Pişiklər

C) Birələr

D) Bitlər

E) Gənələr

İnfeksiya mənbəyi pişiklər və digər heyvanlardır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı .1995. Səh. 402
741) Toksoplazmoz törədicisinin morfoloji quruluşu necədir?
A) Oval ucları burulmuş

B) Uzun çöp

C) Aypara və ya portağal dilimi şəklində

D) Oval ucları şiş

E) Ulduz forması

Parazitin vegetativ forması aypara və ya portağal dilimi şəklindədir.

.

Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 400


742) Bu xüsusiyyətlərdən hansı anticismə aiddir?
A) Spesifiklik

B) Toksigenlik

C) Virulentlik

D) Antigen qıcıqlandırması nəticəsində anticism əmələ gəlməsi

E) Patogenlik

Bir antigenə qarşı orqnizmdə ancaq bir cür anticisim əmələ gəlir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı .1995. Səh. 128
743) Patogen göbələklər insanlarda hansı xəstəlikləri törədir?
A) Lyambliyoz

B) Toksoplazmoz

C) Leyşmanioz

D) Trixofitiya

E) Brüselloz

Trixofitiya-saçqıran, dərinin tüklü, həm də tüksüz yerlərində baş verə bilər.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 378
744) Təmiz kultura nədir?
A) Bir və ya bir neçə mənbələrdən alınmış eyni növlü mikrob kulturasıdır

B) Bərk qidalı mühitdə mikrobların əmələ gətirdiyi populyasiyadır

C) Qidalı mühitdə becərilən mikroorqanizmlərdir

D) Bir mikrob hüceyrəsindən inkişaf edən mikrob populyasiyasıdır

E) Yalnız bir növ mikrob olan kulturadır

Təmiz mikrob kulturası-hər hansı bir növə mənsub olan mikrobun qidalı mühitdə populyasiyadır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 12
745) Dermatomikoz zamanı müayinə ücün hansı material götürülür?
A) Qusuntu

B) Zədələnmiş dırnaq qırıntıları

C) Qan

D) İrin


E) Bəlğəm

Prosesin gedişindən asılı olaraq zədələnmiş dırnağın qırıntıları və s. müayinə edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair”Bakı. 1998. Səh. 292
746) Qazanılmış immunçatışmazlıq sindromu virusların hansı fəsiləsinə aiddir?
A) Rabdoviruslar

B) Adenoviruslar

C) Retroviruslar

D) Papoviruslar

E) Herpes viruslar

Retroviruslar fəsiləsinə aiddir və immun sistemin T-hissəsini zədələyən virus infeksiyasıdır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 364
747) Əkin zamanı nə üçün aseptik şərait yaradılır?
A) Mikrobların böyüməsini zəiflətmək üçün

B) Mikrobları məhv etmək üçün

C) Qidalı mühitin səthinə havadan əlavə mikrobların düşməməsi üçün

D) Mikrobların yetişməsini sürətləndirmək üçün

E) Mikrobları saxlamaq üçün

Əkmə əməliyyatı bokslarda və ya gediş-gəliş az olan laboratoriyalarda aparılır. Əkin zamanı danışmaq olmaz. İşi tez görmək lazımdır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 76
748) Havanın sanitar bakterioloji müayinəsi hansı üsulla aparılır?
A) Bioloji

B) Faqotipaj üsulu

C) Membran filtirlər üsulu

D) Brodil

E) Sedimentasiya

Havanın sanitar bakterioloji müayinəsi sedimentasiya üsulu ilə aparılır və 1 m3 havada olan mikrobların ümumi miqdarı təyin edilir.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская Микробиология «Медицина» Москва 1987. Səh. 485
749) Nazik qan yaxması necə fiksasiya olunur?
A) 96%-li etil spirtində

B) Turşu buxarı ilə

C) Formalinlə

D) Alov üzərində

E) Asetonla

Qan yaxmaları havada quruduqdan sonra 96%-li etil spirtində və ya Nikiforov məhlulunda (etil spirti ilə efirin bərabər miqdarda qarışığı) 15 dəqiqə, metil spirtində 3 dəqiqə müddətində təsbit edilir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 309
750) Qaynatmaqla sterilizasiya hansı aparatda aparılır?
A) Sterilizatorda

B) Şamberlan süzgəcində

C) Paster peçində

D) Avtoklavda

E) Kox aparatında

Qaynatmaqla sterilizasiya sterilizatorlarda aparılır. Çirklənmə dərəcəsindən asılı olaraq 15-40 dəqiqə qaynadırlar. Sterilizasiya qurtardıqdan sonra ləvazimatı steril pinsetlə götürürlər.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 55
751) Hansı bakteriyalara basillər deyilir?
A) Spor əmələ gətirməyən mikroorqanizmlərə

B) Spiralvarilərə

C) Sarsinlərə

D) Spor əmələ gətirən anaerob bakteriyalara

E) Spor əmələ gətirən aerob bakteriyalara

Spor əmələ gətirən aerob bakteriyalar basillər adlanır. Qarayara törədicisi buna misaldır. Oval formalı spor əmələ gətirir aerobdur.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 15
752) Seroloji müayinə aparmaq üçün venadan nə qədər qan götürülür?
A) 0,5ml

B) 1ml


C) 2-3ml

D) 5ml


E) 0,3ml

Seroloji müayinə aparmaq üçün şprislə dirsək venasından, bəzən barmaqdan 2-3 ml qan götürülür, sonra onun zərdab hissəsi ayrılır. Bunun üçün qan yığılmış steril sınaq şüşəsinin ağzı tıxacla bağlanır, ya 370-li termostatda, ya da su hamamında 20-30 dəqiqə saxlanılır ki, qan laxtalansın.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
753) Bakterioloji müayinə üçün venadan nə qədər qan götürülür?
A) 2ml

B) 4ml


C) 5-10ml

D) 1ml


E) 3ml

Bakterioloji müayinə üçün qan dirsək venasından 5-10ml həcmində götürülməlidir. Bunun üçün steril şpislə qan götürüb içərisində steril şəkərli bulyon, 10%-li ödlü bulyon və ya Rappoport mühiti olan flakona tökürlər.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
754) Pambıq-tənzif tıxacların və tamponların sterilizasiyası hansı aparatda aparılır?
A) Aftoklavda 1 atm təzyiqdə 20 dəqiqə

B) Avtoklavda 0,5 atm təzyiqdə 15 dəqiqə

C) Su hamamında

D) Qızdırıcı şkafda

E) Termostatda

Sterilizasiya olunacaq ləvazimat əvvəlcə təmiz yuyulur, qurudulur. Pipetkalar 4-5sm enində uzun kağıza bükülür. Pipetkaların yuxarı ucuna pambıq tıxanır ki, material ağıza getməsin. Sınaq şüşələri və kolbaların ağzına pambıq-tənzif tıxaclar taxılır. Tıxaclar çox sıx və çox da boş olmamalıdır.


Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская Микробиология «Медицина» Москва 1987. Səh. 76
755) Mikrob koloniyası nədir?
A) Bir mikrob hüceyrəsindən inkişaf edən mikrob populyasiyasıdır

B) Qidalı mühit səthində eyni növlü mikrobun bir yerə yığılmış formasıdır (populyasiyası)

C) Qidalı mühitdə becərilən mikroorqanizmlərdir

D) Qidalı mühitdə hər hansı bir növə mənsub mikrobun yığılmasıdır

E) Bir neçə mənbədən alınmış eyni növlü mikrob kulturasıdır

Qidalı mühit səthində eyni növlü mikrobun bir yerə yığılmış forması (populyasiyası) mikrob koloniyası adlanır. Koloniyalar ölçüsünə görə 4 cür olur: Böyük (diametri 4-5mm), orta (2-4mm), kiçik (1-2mm) və cırtdan (diametri 1mm-dən kiçik). Koloniyanın forması – dairəvi, yarpaqşəkilli, girintili-çıxıntılı, nəlbəkişəkilli ola bilər. Səthinin xarakteri – hamar, qırışıq, quru, nəm, parlaq və s. olur. Hamar formalar “S” formalı, qırışıqlar “R” formalı koloniyalar adlanır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 81
756) Bakterioloji müayinə üçün götürülən müayinə materialı götürülən andan laboratoriyaya hansı müddətdə çatdırılmalıdır?
A) 1 saat

B) 5 saat

C) 2 saat

D) 4 saat

E) 3 saat

Müayinə materilarının seçilməsi, hansı orqanın zədələnməsindən, törədicinin bioloji xüsusiyyətlərindən asılıdır. Müayinə materialı steril alətlə götürülür, steril qablara yığılır. Hər bir qaba yalnız bir xəstənin hər hansı bir materialı götürülməli, üstündə günün tarixi, materialın adı və xəstənin familiyası qeyd olunmalıdır. Materialın düzgün yığılması və çatdırılması mikrobioloji müayinənin effektliyini təmin edir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
757) Yaxmalar nə üçün fiksasiya edilir?
A) Basma yaxma hazırlamaq üçün

B) Asılan damla hazırlamaq üçün

C) Mikrobları diri halda öyrənmək üçün

D) Yuma və rəngləmə zamanı mikrob axıb getməsin

E) Mikrobları qurutmaq üçün

Yaxmaların tam qurumasına əmin olduqdan sonra onlar fiksasiya edilməlidir. Yaxma əşya şüşəsinə möhkəm yapışdırılır ki, yuma və rəngləmə zamanı axıb getməsin. Yaxmalar əsasən fiziki və ya termiki üsulla fiksasiya edilir. Ən çox termiki fiksasiya işlənir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 21
758) İmmunpreparatlar harada saxlanılır?
A) Termostatda

B) Quru yerdə

C) Ayrıca, xüsusi yerdə

D) Soyuducuda

E) Qaranlıq yerdə

Hazırda əksər vaksinlər immonogenlik xassəsini itirmədən uzun müddət saxlanmaq məqsədi ilə qurudulmuş formada buraxılır. Vaksinlər alcaq temperaturda vakuum şəraitində qurudulur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 164
759) “Mirvari boyunbağı” testinin qoyuluşunda hansı antibiotikdən istifadə edilir?
A) Ampisillin

B) Streptomisin

C) Tetrasiklin

D) Penisillin

E) Bisillin

Penisillin qatılmış aqar səthindəki “R”formalı koloniyadan yaxma hazırlayıb, Qram üsulu ilə rənglədikdə həqiqi qarayara çöplərinin öz formasını dəyişərək dəyirmiləşdiyi və muncuq şəklində bir-birinin ardınca düzülməsi müşahidə olunur. (Mirvari boyunbağı sindromu).


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 201
760) Bakteriyaların proteolitik xassələrinin təyini üçün hansı qidalı mühitdən istifadə edilir?
A) Öd bulyonu

B) Ətli peptonlu bulyon

C) Saburo mühiti

D) Peptonlu su

E) Kozein kömür aqarı

Mikroorqanizmilərin proteolitik xüsusiyyətini təyin etmək üçün mikrobioloji təcrübədə differensial-diaqnostik qidalı mühitlərdən istifadə edilir. Bu mühitlər konsistensiyasına görə bərk və maye halında olur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 71
761) Maye qidalı mühitləri bərkitmək üçün ona nə əlavə edilir?
A) Öd

B) Şəkər


C) Qan

D) Pepton

E) Aqar-aqar

Aqar-aqar polisaxarid təbiətli maddə olub dəniz yosunlarından alınır. O, 450C temperaturda maye, ondan aşağı temperaturda isə bərk olur. Aqardan bərkidici, yəni mühitə forma verici maddə kimi istifadə edirlər. Patogen mikrobların əksəriyyəti üçün optimal temperatur olan 370C aqar-aqar bərk halda olur. Bu xassə onun səthində mikroorqanizmləri becərməyə imkan verir ki, ondan da bakterioloji təcrübədə geniş istifadə edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 65
762) Mikroorqanizmlərin morfologiyasını öyrənmək üçün hansı müayinə üsulu tətbiq edilir?
A) Mikroskopik

B) Mikrobioloji

C) Seroloji

D) Bioloji

E) Allergik

Mikroskopik üsulun köməyi ilə patoloji materialdan yaxma hazırlanır, boyanır, mikroskopiya edilir. Mikrobların morfologiyası müəyyən edilir. Eyni zamanda əlavə elementlər (məsələn: kapsula, spor, qamçı və s.) mikroskopik üsulla aşkar edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 8
763) Qaynatmaqla sterilizasiya zamanı nə üçün distillə suyundan istifadə edilir?
A) Sporları məhv etmək üçün

B) Suyun codluğunu aradan qaldırmaq üçün

C) Vegetativ mikrobları məhv etmək üçün

D) Qaynatmanı sürətləndirmək üçün

E) Qaynatmanı zəiflətmək üçün

Sterilizasiya olunacaq ləvazımatı yaxşı yuyur və sterilizatora qoyurlar, üzərinə distillə olunmuş su tökürlər. Qaynama başladıqda vaxtı qeyd edirlər. Çirklənmə dərəcəsindən asılı olaraq 15-40 dəqiqə qaynadırlar.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 55
764) Alovda qızdırmaqla nəyi sterilizasiya etmək olar?
A) Şprislər

B) Kolba


C) Sınaq şüşəsi

D) Petri fincanı

E) İlgəklər

Alovda əsasən ilgəkləri, iynələri və yüksək hərarətə davamlı digər əşyaları sterilizasiya edirlər. Sterilizasiynın bu növü əlverişlidir. Ancaq alətlər alovda tez xarab olduğuna görə ondan geniş istifadə etmirlər. Bu üsulla sterilizasiyada əşyanın ancaq alovda olan hissəsi mikrobsuzlaşır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 52
Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə