Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Sinir toxuması hansı komponentlərdən ibarətdir?



Yüklə 2,31 Mb.
səhifə22/26
tarix10.11.2017
ölçüsü2,31 Mb.
#9241
1   ...   18   19   20   21   22   23   24   25   26

844) Sinir toxuması hansı komponentlərdən ibarətdir?
A) Sinir düyünlərdən və sinirlərdən

B) Sinirlərdən

C) Liflərdən və sinirlərdən

D) Sinir hüceyrələrdən, neyroqliyadan

E) Limflərdən

Sinir toxuması oyanmaq, oyanmanı sinir impulslarına çevirmək və bu impulsu nəql etmək qabiliyyətinə malikdir. Sinir toxuması orqanizmin bütün orqan və toxumalarını vahid sistemdə birləşdirir, onların arasında əlaqə yaradır. Sinir sistemi eyni zamanda bütün orqan və sistemlərin işini nizama salır. Sinir toxuması sinir hüceyrələrindən və qliya, ya neyroqliya adlanan elementdən ibarətdir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 80-81 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 102-103
845) Sinir toxumasının hansı komponenti qıcıqlanır və sinir impulslarını keçirir?
A) Neyroqliya

B) Sinir lifləri

C) Neyrositlər

D) Sinirlər və liflər

E) Sinirlər

Sinir toxuması oyanmaq, oyanmanı sinir impulslarına çevirmək və bu impulsu nəql etmək qabiliyyətinə malik olması ilə başqa toxumalardan fərqlənir. Sinir toxuması, sinir hüceyrələrindən və qliya ya neyroqliya adlanan elementlərdən ibarətdir. Sinir hüceyrələri çıxıntılı hüceyrələrdir neyron və ya neyrosit adlanır, oyanmaq, oyanmanı sinir impulsuna çevirmək qabiliyyətinə malikdir. Neyroqliya isə sinir hüceyrələri ilə sıx rabitədə olur, onlar üçün istinad, trofiki, mühafizə və ayırıcı funksiya yerinə yetirir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 80 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 102-103
846) Sinir toxumasının hansı komponenti dayaq, trofiki, sekretor və qoruyucu funksiyaları yerinə yetirir?
A) Neyrositlər

B) Neyroqliya

C) Sinir duyünləri

D) Neyrofibrilyar

E) Sinir ucları

Neyroqliya 2 növə ayrılır: makroqliya ya qliositlər, mikroqliya və ya qliyamakrofaqları


Ədəbiyyat: M.Abdullayev, H.Abiyev. Ümumi histologiya.1975 səh 268 О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 80-81 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 104-105
847) Dendritlə neyrit birləşəndə neyrosit necə adlanır?
A) Biopolyar və unipolyar

B) Multipolyar

C) Unipolyar

D) Yalançı unipolyar

E) Bipolyar

Sinir hüceyrələrinin çıxıntılarının miqdarından asılı olaraq, aşağıdakı növləri vardır: 1.Unipolyar – birçıxıntılı neyrosit, 2. Bipolyar – ikiçıxıntılı neyrosit, 3. Multipolyar – çoxçıxıntılı neyrosit. Lakin bunlardan əlavə psevdounipolyar – yalançı birçıxıntılı hüceyrələr də vardır. Belə neyrositlərin cismindən bir çıxıntı ayrılır, sonra isə iki çıxıntıya ayrılır, bunlar yalançı unipolyar neyrosit adlanır.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 81 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 102
848) Neyroqliyanın hansı növündə kirpikcikli hüceyrələr var?
A) Ependemqliya

B) Astroqliya

C) Mikroqliya

D) Mikroqliya və astroqliya

E) Oliqodentdroqliya

Ependemqliya onurğa beyni kanalını və beyin mədəciklərinin daxili divarını örtən sıx hüceyrələr qatıdır. Embrional dövrdə ependemqliya hüceyrələrinin kanal boşluğuna baxan səthində kirpiklər olur. Ehtimal ki, bu kirpiklər onurğa beyni mayesini hərəkətə gətirir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 85 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 104-105
849) Neyroqliyanın hansı növü trofiki funksiyaya malikdir?
A) Mikroqliya və astroqliya

B) Mikroqliya

C) Astroqliya

D) Ependimqliya

E) Oliqodentroqliya

Oliqodentroqliya – neyroqliyanın ən çox yayılmış növüdür. Bunlar mərkəzi və periferik sinir sistemi neyronlarının cismini əhatə edir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 85 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 106
850) Miokardın hüceyrələri necə adlanır?
A) Fibroblastlar

B) Astrositlər

C) Makrofaqlar

D) Histositlər

E) Miositlər

Miokard mürəkkəb quruluşlu çox toxumalı qatdır. Bu qatın əsasını ürək əzələsi təşkil edir. Ürək əzələ hüceyrələri miositlər və ya kardiomiositlər adlanır. Ürəyin keçiricilik sistemində əsas yer tuturlar. Miokard qan kapilyarları ilə zəngindir. Miositlərdə mitoxondrilər zəif inkişaf edir, əksinə qlikogenlə zəngindir. Miokardda iki növ miositlər var: tipik və atipik.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 95 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 174-175
851) Damarların divarı neçə qatdan təşkil olunub?
A) Orta və xarici qatdan

B) Daxili, xarici qatdan

C) Daxili və orta qatdan

D) Daxili, orta, xarici qatdan

E) Orta qatdan

Qan-damar sisteminə arteriyalar, venalar, kapilyarlar, venulalar, arteriolovenulyar anastomozlar aiddir. Divarları 3 qatdan (qişadan) təşkil olunmuşdur.

1. Daxili qat 2. Orta qat 3. Xarici qat
Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 95-96 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 164-169
852) Əsasən hansı qanyaradıcı üzvlərdə eritrositlər, qranulositlər və trombositlər yaranır?
A) Timus vəzində

B) Sümük iliyində

C) Limfa düyünlərində

D) Dalaqda

E) Qara ciyərdə

Qanyaradıcı orqanlara qırmızı sümük iliyi, dalaq, timus (çəngələbənzər vəzi), limfa düyünləri və həmçinin həzm traktının və s. orqanlarındakı limfotik follikullar aiddir. Qanyaradıcı və immunolji müdafiə orqanları mərkəzi və periferik orqanlarına ayrılır. Mərkəzi orqanlara: qırmızı sümük iliyi, timus vəzi; periferik orqanlara: dalaq, limfa düyünləri və s. aiddir. Sümük iliyində eritrositlər, qranulositlər, trombositlər, B-limfositlərin və T-limfositlərin sələfləri yaranır.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 98-99 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 198-199
853) Aşağıda göstərilən qanyaradıcı orqanlardan hansı əsas üzv hesab olunur?
A) Dalaq

B) Limfatik düyünlər

C) Dalaq və timus vəzi

D) Sümük iliyi

E) Timus vəzi

Qanyaradıcı orqanlar qan yaratmaqdan başqa orqanizmdə müdafiə funksiyasını da yerinə yetirirlər. Bu proses faqosit hüceyrələrinin və antitellərin haesabına olur. Ən çox qanyaradan orqan qırmızı sümük iliyidir. Buna görə də mərkəzi orqan sayılır.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 98-99 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 198-199
854) Hansı toxuma növü qanyarıdıcı üzvləri təşkil edir?
A) Kövşək birləşdirici toxuma

B) Epitel toxuması

C) Lifli birləşdirici toxuma

D) Retikulyar toxuması

E) Əsil birləşdirici toxuma

Bütün qanyaradıcı orqanların stromasını retikulyar toxuma təşkil edir. Yalnız timusda stroma epitel hüceyrələrindən təşkil olunmuşdur.


Ədəbiyyat: M.Abdullayev, H.Abiyev. Ümumi histologiya.1975 səh 229-230 О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 98-99 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 198
855) Hansı halda sümük iliyindən qana nüvəli eritrositlər daxil olur?
A) Patolojı proseslərdə

B) Regenerasiya prosesində

C) Boy artımında

D) Fizioloji proseslərdə

E) Qocalma proseslərində
Yetişmiş eritrositlərdə nüvə olmur. Normal halda qırmızı sümük iliyindən qana yalnız yetişmiş nüvəsiz eritrositlər keçirlər. Lakin patoloji hallarda qana sümük iliyindən nüvəli yetişməmiş eritrositlər daxil olur.
Ədəbiyyat: M.Abdullayev, H.Abiyev. Ümumi histologiya.1975 səh 171 О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 101-102
856) Hansı qanyaradıcı üzvü bioloji filtir adlandırırlar?
A) Dalaq və timus vəzi

B) Timus vəzini

C) Sümük iliyini

D) Dalağı

E) Limfatik düyünləri

Limfa düyünləri – limfa damarlarının gedişi boyu yerləşir və bioloji filtir rolunu oynayırlar. Burada yerləşən limfasitlər antigendən asılı differensiasiyaya uğrayaraq, faqasitoz prosesində iştirak edirlər. Onlarda həmçinin immun cisimciklər əmələ gəlir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 104-105
857) Dalağın əsas funksiyası nədən ibarətdir?
A) Qan hüceyrələrini parçalamaq

B) Qan hüceyrələrini yaratmaq

C) Qan hüceyrələrini toplamaq (depo)

D) Qan hüceyrələrini udmaq

E) Qan hüceyrələrini qorumaq

Dalaq qanyaradıcı orqanlardan biridir. İnsanda dalaq mürəkkəb quruluşlu qanyaradıcı orqanlardan olmaqla əsasını retikulyar toxuma təşkil edir. Dalaq qan deposu kimi fəaliyyət göstərir, qoruyucu funksiyanı da yerinə yetirir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 104-105
858) Orqanizmdə hansı vəzi ən iri vəzidir və orqan kimi fəaliyyət göstərir?
A) Hipofiz

B) Dilaltı

C) Çənəaltı

D) Mədəaltı

E) Qaraciyər

Qaraciyər ən böyük vəzilərdəndir, piramidaya bənzər hüceyrələrdən təşkil olunmuşdur, paycıqlardan ibarətdir. Qaraciyər öd hasil edir, zülal, yağ və karbohidratların mübadiləsində iştirak edir. Qoruyucu funksiya yerinə yetirir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 114
859) Hansı endokrin vəzi beyin və qabiq qatlarından təşkil olunub?
A) Hipofiz vəzi

B) Qalxanabənzər vəzi

C) Epifiz vəzi

D) Qalxanabənzər ətraf vəzi

E) Böyrəküstü vəzi

Böyrəküstü vəzin funksiyası müxtəlifdir. Bu vəzin ifraz etdiyi hormon duz, su, karbohidrat mübadiləsini nizama salır. Böyrəküstü vəzi 2 maddədən ibarətdir:

1. Qabıq maddə 2. Beyin maddə
Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 118
860) Mədəaltı vəzinin hansı hüceyrəsi vəzidəki bütün hüceyrələrin 70 % -ni təşkil edir və insulin hormonu hasil edir?
A) D-hüceyrələr

B) PP-hüceyrələr

C) B-hüceyrələr

D) A və D-hüceyrələr

E) A-hüceyrələr

Mədəaltı vəzi həzm traktının ən böyük vəzilərindəndir. Bu qarışıq vəzidir, ekzokrin və endokrin şöbələr vardır. Mədəaltı vəzinin bir neçə növ endokrin hüceyrələri vardır: A, B, D, PP. Mədəaltı vəzin B hüceyrələri 70% olur və insulin hormonu hasil edir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 122 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 253-254
861) Mədəaltı vəzinin hansı hüceyrəsi bütün hüceyrələrin 22 % təşkil edir və qlukaqon hormnu hasil edir?
A) A-hüceyrələr

B) PP və D hüceyrələr

C) D-hüceyrələr

D) PP-hüceyrələr

E) B-hüceyrələr

Mədəaltı vəzi həzm traktının ən böyük vəzilərindəndir. Bu qarışıq vəzidir, ekzokrin və endokrin şöbələr vardır. Mədəaltı vəzinin bir neçə növ endokrin hüceyrələri vardır: A, B, D, PP. Mədəaltı vəzin A hüceyrələri 22% olur və qlukaqon hormonu hasil edir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 122 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 253-254
862) Mədəaltı vəzinin hansı hüceyrəsi digər hüceyrələrin 8 %-ni təşkil edir və samostatin hormonu hasil edir?
A) PP-hüceyrələr

B) B-hüceyrələr

C) A-hüceyrələr

D) B və A-hüceyrələr

E) D-hüceyrələr

Mədəaltı vəzi həzm traktının ən böyük vəzilərindəndir. Bu qarışıq vəzidir, ekzokrin və endokrin şöbələr vardır. Mədəaltı vəzinin bir neçə növ endokrin hüceyrələri vardır: A, B, D, PP. Mədəaltı vəzin D hüceyrələri 8% olur və somostatin hormonu hasil edir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 122
863) Böyrək nefronlarını hansı toxuma təşkil edir?
A) Əzələ toxuması

B) Sümük toxuması

C) Birləşdirici toxuma

D) Sinir toxuması

E) Epitel toxuması

Böyrəklərdə əsas iş nefronların üzərinə düşür. Böyrəklərin parenximasını epitelial borucuqlar sistemi təşkil edir. Bunlar da öz növbəsində bir-biri ilə birləşərək nefronu əmələ gətirir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 124
864) Hansı epitel növü sidik kisəsi və sidik axarlarının epitelini təşkil edir?
A) Çoxqatlı buynuz

B) Təkqatlı

C) Təksıralı

D) Çoxsıralı

E) Keçid

Sidik axarları və sidik kisəsi keçid epiteli ilə əhatə olunmuşdur. Onun altında bitləşdirici toxuma yerləşir. Əzələ qatı isə saya əzələdən və birləşdirici toxumadan ibarətdir.


Ədəbiyyat: M.Abdullayev, H.Abiyev. Ümumi histologiya.1975 səh 150-151 О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 127
865) Hansı toxuma toxumluğu əhatə edir?
A) Əzələ toxuması

B) Sümük toxuması

C) Epitel toxuması

D) Sinir toxuması

E) Birləşdirici toxuma

Kişi cinsiyyət sistemi toxumluqdan, onun əlavələrindən və toxumdaşıyıcı kanaldan ibarətdir. Toxumluq xaricdən bir neçə qat birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Toxumluq paylara bölünür və birləşdirici toxuma arakəsmələri ilə bir-birindən ayrılır (septalar).


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 134
866) Yumurtalığı hansı toxuma növü təşkil edir?
A) Sinir toxuması

B) Birləşdirici toxuma

C) Əzələ toxuması

D) Qığırdaq toxuması

E) Epitel və birləşdirici toxuma

Qadın cinsiyyət orqanlarına yumurtalıq, balalıq, balalıq boruları, balalıq yolu və xarici cinsiyyət orqanları daxildir. Yumurtalıq xaricdən indifferent epitel qatı ilə örtülmüşdür, əsası isə birləşdirici toxumadan təşkil olunub, qan damarları və hüceyrəvi elementlərlə zəngindir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 135-136
867) Selikli qişa hansı toxumadan təşkil olunmuşdur?
A) Epitel əzələ toxumasından

B) Əzələ toxumasından

C) Epitel, birləşdirici toxuma

D) Epitel qatından

E) Epitel, birləşdirici və əzələ qatıdan

Həzm üzvlərinin divarı 4 qişadan ibarətdir.

1. Selikli qişa 2. Selikaltı qişa 3. Əzələ qişası 4. Xarici seroz adventisiya qişası

Selikli qişa yastı epiteldən, birləşdirici toxumanın lövhəsindən və əzələ qatından ibarətdir. Selikli qişanın funksiyası çox mürəkkəbdir, belə ki, həzm prosesinin fəaliyyəti bu qişada daha yüksəkdir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 105-106
868) Selikaltı qatı hansı toxuma təşkil edir?
A) Əzələ toxuması

B) Qığırdaq toxuması

C) Sinir toxuması

D) Kövşək birləşdirici toxuma

E) Əsl birləşdirici toxuma

Selikaltı qişaya selikli qişanın əsası da deyilir. Bu qişa kövşək birləşdirici toxumadan təşkil olunmuşdur. Burada çoxlu miqdarda qan damarları və sinirlər yerləşir, bu isə selikli qişanın hərəkətini nizama salır.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 106
869) Həzm sisteminin əzələ qatını hansı əzələ təşkil edir?
A) Saya əzələ və xüsusiləşmiş növlər

B) Saya əzələ

C) Eninə-zolaqlı əzələ

D) Eninə-zolaqlı və saya əzələ

E) Ürək əzələsi

Əzələ qişa düz və köndələn keçən eninə zolaqlı və saya əzələ qatlarından ibarətdir. (Diafraqmaüstü şöbə eninə zolaqlı və saya, diafraqmaaltı isə saya əzələ toxumasından ibarətdir). Bu qatın hesabına mədə-bağırsaq, peristaltik və çalxalanma hərəkəti edir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 105-106
870) Hansı vəzili hüceyrələr mədənin epitelini regenerasiyasını təmin edir?
A) Əsas hüceyrələr

B) Ara hüceyrələr

C) Oksifil endokrin hüceyrələr

D) Endokrin funksialı hüceyrələr

E) Oksifil-pariental hüceyrələr

Mədənin selikli qişası təkqatlı (birqatlı), prizmatik, selik ifraz edən vəzili epiteldən ibarətdir.Selik ,qişanı sürüşkən edir və mədənin selikli qişasını mühafizə edir. Birləşdirici toxuma qatında çoxlu miqdarda boruşəkilli vəzilər yerləşir. Bu vəzilər 4 növ hüceyrələrdən təşkil olunmuşdur.

1. Əsas hüceyrələr

2. Oksifik (parietal) hüceyrələr

3. Ara hüceyrələr

4. Endokrin hüceyrələr

Ara hüceyrələrin nüvəsi yastılaşmış şəkildə olur, bu hüceyrələrdən vəzilərin boyuncuğu əmələ gəlir və regenerasiyada iştirak edirlər.
Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 107
871) Mədədə hansı vəzi hüceyrəsi zülal şirəsi - pepsinogen ifraz edir?
A) Ara və endokrin hüceyrələr

B) Endokrin funksialı hüceyrələr

C) Əsas hüceyrələr

D) Ara hüceyrələr

E) Pariental-okifil hüceyrələr

Mədənin əsas hüceyrələri bazofil sitoplazmalı, zülalı parçalayan hüceyrələrdir, pepsinogen fermenti ifraz edirlər, pepsinogen turş mühitdə pepsinə çevrilir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 107 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 244-245
872) Dərinin epidermis qatını hansi toxuma növü təşkil edir?
A) Keçid epiteli

B) Təkqatlı epitel

C) Təksiralı epitel

D) Çoxsıralı epitel

E) Çoxqatlı buynuzlaşmış

Dəri iki qatdan – xarici epidermis və daxili derma qatından ibarətdir. Epidermis – çoxqatlı yastı buynuzlaşan epiteldən təşkil olunmuşdur. Birinci örtük qatı təşkil edən hüceyrələr buynuzlaşır və qabıqlaşır.


Ədəbiyyat: M.Abdullayev, H.Abiyev. Ümumi histologiya.1975 səh 149-150 О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 123
873) Dərinin derma qatını hansı toxuma növü təşkil edir?
A) Sümük toxuması

B) Birləşdirici toxuma

C) Sinir toxuması

D) Epitel toxuması

E) Əzələ toxuması

Dəri orqanizmi xaricdən əhatə edərək onu müxtəlif təsirlərdən mühafizə edir. Dəri iki qatdan - xarici epidermis və daxili derma qatından ibarətdir. Epidermis – çoxqatlı yastı buynuzlaşan epiteldən təşkil olunmuşdur. Derma qatı birləşdirici toxumadan təşkil olunmuşdur. Bu qatı təşkil edən toxumada çoxlu kollogen və elastiki liflər var.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 123 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 220-221
874) Dəri törəmələri: tər, piy vəziləri, tüklər, dırnaqlar dərinin hansı qatında yerləşir?
A) Sinirlərdə

B) Əzələlərdə

C) Epidermisdə

D) Dermada

E) Birləşdirici toxumada

Derma qatı – epidermis qatının altında yerləşir. Birləşdirici toxumadan təşkil olunmuşdur. Burada çoxlu kollogen və elastiki liflər var. Bu qat iki hissəyə bölünür. 1. Torlu 2. Məməcikli qatlar. Bu qatlarda bütün dəri törəmələri yerləşir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 124
875) Traxeyanın selikli qişası hansı epitel növü təşkil edir?
A) Çoxqatlı epitel

B) Çoxsıralı kirpikcikli epitel

C) Təkqatlı epitel

D) Vəzili epitel

E) Təksıralı epitel

Traxeyanın selikli qişasını çoxsıralı kirpikli epitel örtür. Həmçinin traxeyada birləşdirici toxuma əsasları yerləşir, burada vəzilər də vardır. Traxeyada həlqəvari qığırdaqlar vardır. Traxeyanın arxa divarı saya əzələ ilə örtülmüşdür.


Ədəbiyyat: M.Abdullayev, H.Abiyev. Ümumi histologiya.1975 səh 146-147 О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 127
876) Alveolların divarında hansı liflər yerləşir?
A) Kollogen lifləri

B) Osseyn lifləri

C) Elastiki liflər

D) Retikulyar liflər

E) Xondrin lifləri

Alveollar xüsusi respirator yastı epiteldən təşkil olunmuşdur. Bu epiteldə 3 növ hüceyrə var. Alveollar elastiki liflərlə zəngindir, nazik birləşdirici toxuma ilə əhatə olunmuşdur. Alveollarda makrofaqlar vardır, onlar qoruyucu funksiya daşıyır.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 127-128 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 214-215
877) Müayinə üçün götürülmüş materialın kəsiyinin qalınlığı neçə mm olmalıdır?
A) 11mm

B) 12mm


C) 10 mm

D) 15mm


E) 5 mm

Toxumalar orqanizmdən təcrid edildikdə tez bir zamanda tərkib hissəsini dəyişir, orqanizmdən kənar toxuma tərkibini dəyişməsin deyə kəsik fiksə edilməlidir. Fiksəedilən kəsik nazik olmalıdır ki, fiksəedici məhlul kəsiyə yaxşı hopsun. Standart kəsiyin (materialın) qalınlığı 5 mm olmalıdır. (Fiksəedici məhlulun növündən asılıdır).


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 158 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 5-6
878) Fiksasiya nədir?
A) Kəsiklərin əşya şüşəsinə yapışdırılması

B) Toxuma strukturlarının bütövlüklə saxlanması

C) Kəsiklərin susuzlaşdırılması

D) Materialın donan mühitə salınması

E) Kəsiklərin parafindən azad edməsi

Toxumalar orqanizmdən təcrid edildikdə tez bir zamanda tərkib hissəsini dəyişir, orqanizmdən kənar toxuma tərkibini dəyişməsin deyə kəsik fiksə edilməlidir. Fiksə etdikdə kəsik, toxuma öz tərkib hissəsini canlı orqanizmdə olduğu kimi saxlayır, uzun müddət xarab olmur.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 156-158 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 4
879) Fiksəedici məhlul, fiksə olunan materialın həcmindən neçə dəfə çox olmalıdır?
A) 25 dəfə

B) 20 dəfə

C) 30 dəfə

D) 15 dəfə

E) 10 dəfə

Fiksəetməni düzgün aparmaq və alınan nəticənin düzgün olması üçün fiksəedici məhlulun həcmi, fiksə edilən materialın həcmindən 20 dəfə çox olmalıdır. Əks halda məhlul kəsiyin hər yerini örtmür.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 158
880) Sadə fiksəedicilər hansılardır?
A) Novasin-Krılov məhlulu

B) Maksimov, Buen, Karnua

C) Senker, Müller məhlulu

D) Senker, Maksimov məhlulları

E) Formalin, etil, metil, aseton

Fiksəedici məhlullar əsas 2 qrupa bölünür. 1. Sadə fiksəedicilər 2. Mürəkkəb fiksəedici məhlullar

Sadə fiksəedicilər bir maddədən hazırlanmışdır. Sadə fiksəedici məhlullara etil spirit, metal spirit, formalin, aseton aiddir. Formalin toxumaların dərinliyinə tez keçir.
Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 161-163
881) Mürəkkəb fiksəedici məhlul hansıdır?
A) Bouin məhlulu

B) Formalin

C) Metil spirit

D) Aseton

E) Etil spirti

Mürəkkəb fiksəedicilərə bir neçə məhlulların qarışığı aiddir. Mürəkkəb fiksəedicilərə Müller məhlulu, Bouin məhlulu, Maksimov məhlulu, Novaşin-Krılov məhlulu, Buen məhlulu, Karnua məhlulu aiddir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 166-168
882) Xüsusi histoloji kəsikləri hazırlayan cihaz necə adlanır?
A) Termostat

B) Sentrifuqa

C) Kriosat

D) Mikroskop

E) Mikrotom

Nazik histoloji kəsiklər hazırlayan xüsusi mexaniki cihaz mikrotomdur. Mikrotomlar iki cür olurlar. 1. Xizəkli mikrotom 2. Dondurucu mikrotom

Xizəkli və dondurucu mikrotomlar istənilən qalınlıqda kəsik kəsmək üçün istifadə edilən bir cihazdır.
Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 189-190 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 4-5
883) Materialı nədən azad etmək üçün yuyurlar?
A) Zəhərli maddələrdən

B) Selluloiddən

C) Qliserindən

D) Fiksəedicilərin qalıqların çöküntülərindən

E) Parafindən
Fiksə olunan materialın tərkibində fiksəedici məhlulların qalıqları və çöküntüləri qalır. Materialdan bunları azad etmək üçün yuyurlar.
Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 168-169 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 4-5


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə