Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Preparatları nə üçün rəngləyirlər?



Yüklə 2,31 Mb.
səhifə23/26
tarix10.11.2017
ölçüsü2,31 Mb.
#9241
1   ...   18   19   20   21   22   23   24   25   26

884) Preparatları nə üçün rəngləyirlər?
A) Toxuma və hüceyrə quruluşunun mikroskopda yaxşı görünməsi üçün

B) Donan mühitdə saxlamaq üçün

C) Dekansizlətmək üçün

D) Toxuma kəsiyini susuzlaşdırmaq üçün

E) Kəsiklərdən donan məhlulları çıxartmaq üçün

Orqanizmin quruluşunu daha yaxşı seçmək üçün kəsiklər (preparatlar) rənglənməlidir. Rənglənmiş kəsiklərdə hüceyrənin quruluşu, forması daha yaxşı görünür. Kəsikləri rəngləmək üçün xüsusi boyaq maddələrdən istifadə edilir.


Ədəbiyyat: О.В.Волкова, Ю.К.Елецкий. Основы гистологии с гистологической техникой.1982 səh 215 B.Qorxmazov, S.Əliyev. Histologiya. 1995 səh 4-5

Bölmə 5. Parazitologiya

885) Nəcisin Flotasiya üsulu ilə müayinəsi zamanı hansı helmint yumurtaları məhlulun səthində üzmür?
A) Tükbaş qurdun yumurtaları

B) Bizquyruğun yumurtaları

C) Trematod yumurtaları və tenid onkosferləri

D) Askarid yumurtaları

E) Ankilostom və Nekator yumurtaları

Bu üsuldanistifadə edilən zaman bəzi helmint yumurtaları çöküntüdə qalır. Uzun müddət saxlandıqda isə məhlulun səthində olan yumurtalar şişir və yenidən çökür. Səthə qalxan yumurtalar çox vaxt yumru qurdlara aid olur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 175
886) Analətrafı nahiyyənin müayinəsi üçün hazırlanmış pambıq tampon hansı məhlulda isladılır?
A) Yuyucu toz məhlulu

B) MgSO4


C) 10 %-li HCl

D) ZnSO4


E) 50 %-li qliserin, 1%-li çay sodası

Bəzi helmint yumurtalarını aşkar etmək üçün anal ətrafı nahiyə müayinə edilir. Bunun müxtəlif üsulları vardır ki, biri də tampon vasitəsi ilədir. Lakin tampon isladılmalıdır. Bu 1%-li çay sodası və qliserin ola bilər.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 182
887) Plazmodium falciparumun (tropik malyariya) qamontları hansı formadadır?
A) Kiçik dairəvi

B) Aypara şəkilli

C) Kiçik oval

D) Parçalanmış

E) İri dairəvi

Plazmodium növlərinin hamısında qamontlar müəyyən bir quruluşda olur. Bəziləri dairəvi, oval, tropik malyariya törədicisinin qamontları aypara formasındadır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 44
888) Adı çəkilən qurd yumurtalarından hansının örtüyü rəngsizdir?
A) Fasiola

B) Klonorx

C) Enli-lent qurdu

D) Ankilostom

E) Paraqonim

Helmint yumurtalarının bəziləri rəngli, bəziləri rəngsiz olur. Laborant bu xüsusiyyətinə görə onları ayırd edə bilir. Məsələn, ankilostom yumurtaları oval və rəngsiz olub, içərisində 4-8 blostomer yerləşir. Yumurtanın ölçüsü 55-70 mkmdir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 301
889) Laboratoriyaya müayinə üçün bir neçə material çatdırılıb. Laborant hansı materialın müayinəsindən başlamalıdır?
A) Yarım formalaşmış

B) Duru patoloji qarışığı olmayan

C) Duru,qanlı-selikli

D) Formalaşmış

E) İrinli

Laboratoriyaya çatdırılmış təzə xaric olunmuş (nəcis) material nəzərdən keçirilir. Tərkibində qanın, seliyin olub-olmaması və konsistensiya qeyd edilir. Xəstəliyin kəskin dövründə nəcis həmişə duru halda olur və tərkibində patoloji qarışığı olur. Belə materialda hər şeydən əvvəl patogen ibtidailərin hərəkətli formaları olur. Belə material gec tədqiq edildikdə ibtidailər tez deformasiyaya uğrayır. Onları tapmaq çətinləşir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 161
890) Bütün helmintlərin yumurtalarını aşkar etmək üçün yararlı olan, hidrofilli sallofon parçalarından istifadə etməklə yerinə yetirilən üsul hansıdır?
A) Kalantaryan

B) Kato üzrə qalın yaxma

C) Qoryaçev

D) Fülleborn

E) Berman

Bu metod notiv yaxmaya nisbətən daha effektlidir və bütün helmintlərin yumurtalarının nəcis yaxmasında aşkar edilməsinə əsaslanır. Əvvəlcədən hidrofilli sallofan parçaları 2x4 sm ölçüdə kəsilir və xüsusi bir qarışığın içərisinə salınır. Qarışığın tərkibi: yaşıl malaxitin 3%-li sulu məhlulu, qliserin, 6%-li fenoldan ibarətdir. Malaxit və fenol olmadıqda 50%-li qliserindən də istifadə edilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 172.
891) Uşaq müalicə olunmasına baxmayaraq daimi olaraq enterobioza yoluxur.Nə üçün?
A) Çirkli oyuncaqlarla oynayır

B) Torpaqla oynayır

C) Çiy su içir

D) Yaxşı yuyulmamış meyvə-tərəvəzlə qidalanır

E) Autoinvaziya baş verir

Enterobioz bizquyruğun əmələ gətirdiyi xəstəlikdir. Yetkin dişi fərdlər çox vaxt gecə vaxtı düz bağırsaqdan sürünüb xaricə çıxır və yumurta qoyur. Uşaq analətrafı nahiyyəni qaşıdıqda belə invazion yumurtalar onun dırnaqları arasına düşür. Gigiyena qaydalarına riayət etmədikdə insan özü-özünü daima olaraq yoluxdurur. Çünki bu kontak helmintidir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 98
892) Kato üsulu ilə müayinə zamanı bozumtul-sarı,uzunsov,bir ucunda qabarıq digər ucunda qapaqcıq, içərisində ankosfer olmayan, 75 mkm ölçüdə yumurta aşkar olunub.Bu hansı parazitə məxsusdur?
A) Enli-lent qurdu

B) Exinokokk

C) Kiçik lent qurdu

D) Donuz soliteri

E) Öküz soliteri
Yumurtanın içərisində onkosferin olması lentşəkillilərə məxsusdur. Lakin uzunluğu 10 metrdən çox olan, Difillobatrioz xəstəliyini əmələ gətirən qurdun yumurtasında onkosfer olmur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 76
893) Laborant müayinə zmanı 7 nəfərlik ailədə 3 uşaqda bizquyruq aşkar edib. Necə etməli?
A) Ailənin bütün üzvlərini müalicəyə cəlb etmək

B) Digər 4 nəfəri müayinə etmək

C) Uşaqların paltarını dezinfeksiya etmək

D) Uşaqları müalicə etmək

E) Uşaqları ailədən ayırmaq

Bizquyruqla daha çox uşaqlar yoluxur. Çünki onlar gigiyena qaydalarına düzgün əməl edə bilmirlər. Lakin buna baxmayaraq ailədə valideynlər və ailənin digər üzvləri də bu qurda asanlıqla yoluxa bilirlər. Qurdun kontakt helminti olduğunu nəzərə alan laborant müayinəni dayandırır və ailə üzvlərini həkim infeksionestə göndərir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 99
894) Xəstədə tenioz aşkar edilib. Laborant hansı müayinə üsulunu seçir?
A) Xarad və More

B) İsupov-Proxorov

C) Şurman

D) Berman

E) Nativ yaxma

Tenioz donuz teniyasının əmələ gətirdiyi xəstəlikdir. Tenia nazik bağırsaqda parazitlik edir və yumurta qoyur. Hər yetkin buğumdada 50000-qədər yumurta əmələ gəlir. Yetkin buğumlar ancaq defekasiya aktı zamanı xaric olur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 84.
895) Laborant müayinə zamanı limonabənzər sarı-qəhvəyi, hər iki qütbündə açıq rəngli cisimciyi olan yumurtaya rast gəlib. Yumurta hansı qurda məxsusdur?
A) Şistasom

B) Metaqonim

C) Askarid

D) Tükbaşqurd

E) Paraqonim

Tükbaşqurd insanın yoğun bağırsağında parazitlik edir və yumurtaları nəcislə xaric olur. Ancaq rütubətli torpaqda, yumurtaların içərisində invazion sürfələr əmələ gəlir. Insan çirkli meyvə-tərəvəzlə bu sürfələrə yoluxur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 70.
896) Kütləvi müayinələr zamanı nəcisdə strongiolid sürfələrini aşkar etmək üçün hansı üsuldan istifadə olunur?
A) Qoryaçev

B) İsupov və Proxorov

C) Fülleborn

D) Şulman

E) Karto

Bu üsul çox sadədir. Tədqiq ediləcək materialın üzərinə su tökülür və 30 dəqiqədən sonra material çıxarılır və məhlul sentrifuqlaşdırıldıqdan sonra alınan çöküntü tədqiq edilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 178.
897) İşlədici qəbul etdikdən sonra xaric olunmuş qurdun öküz teniyası olduğunu laborant necə təyin edə bilir?
A) Uzunluğu 3 metrə qədərdir

B) Başcığın üzərində 22-32 ədəd qarmaqcıq var

C) Başcığın üzərində çoxsaylı qarmaqcıqlar yoxdur

D) Hər yetkin buğumda balalığın 8-12 yan şaxəsi var

E) Buğumlar passivdir

Sestodlara aid olan öküz və donuz teniyaları bir-birinə həm çox oxşayır, həm də fərqlənir. Öküz teniyasında balalığın 18-32 yan şaxələri olur. Buğumları aktivdir və düz bağırsaqdan sərbəst çəxa bilir. Uzunluğu 5-6 metrdir. Başın üzərində qarmaqcıqlar olmur, 4 sormac olur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 80
898) Duodenal möhtəviyyatın və ödün götürülməsi zamanı hansı məhluldan istifadə olunur?
A) HCl

B) ZnSO4


C) 33%-li MgSO4

D) NaOH


E) NaCl

Qaraciyərdə, öd kisəsində, 12 barmaq bağırsaqda, mədəaltı vəzdə parazitlik edən qurdları aşkar etmək üçün duodenal möhtəviyyat və öd götürülür. Bunun üçün “B” porsiyası götürülməlidir. Bu məqsədlə öd kisəsinə qıcıqlandırıcı və onu büzücü kimi maddələr yeridilməlidir. Belə maddələrə pepton məhlulu, mineral sular, Natrium duzunun məhlulu və s. aiddir. Nəticədə yığılan öd sınaq şüşələrinə toplanır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 183
899) Dizenteriya amöbünün böyük vegetativ formasının xarakterik xüsusiyyəti hansıdır?
A) Sitoplazmada bakteriaların olması

B) Formalaşmış nəcisdə aşkar edilməsi

C) Yalançı ayaqların əmələ gəlməməsi

D) Endoplazmasında eritrositin olması

E) 30-40 mkm ölçüdə olması

Böyük vegetativ forma 20-60 mkm ölçüdə olub, sitoplazması 2 qata ayrılır. Endoplazmasında bir neçə eritrosit olur. Buna görə də onu eritrofaq və ya hematofaq adlandırırlar. Yalançı ayaqlar təkanla əmələ gəlir. Yeni xaric olunmuş duru nəcisdə aşkar edilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 16.
900) Dizenteriyanın diaqnozu zamanı yaxmalardan biri nəyə görə lüqol məhlulunda hazırlanır?
A) Toxuma formasını aşkar etmək üçün

B) Parazitin nüvəsini müəyyən etmək üçün

C) Böyük vegetativ formanı aşkar etmək üçün

D) Amöbü hava qabarcıqlarından fərqləndirmək üçün

E) Sistaları aşkar etmək üçün

Bir çox ibtidailərin həm aktiv-vegetativ, həm də qeyri-aktiv, yəni hərəkətsiz mərhələləri vardır. Diaqnostika zamanı bunların hər ikisi aşkar edilməlidir. Qeyri-aktiv formalarla yəni, sistalarla bilavasitə yoluxma baş verdiyi üçün onları aşkar etmək çox vacibdir. Sistalar lüqolun təsirindən sarımtıl qəhvəyi rəngə boyanır, asanlıqla aşkar edilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 16
901) Leyşmaniyozun keçiricisi hansı buğumayaqlıdır?
A) Trakan

B) Mığmığa

C) Bitlər

D) Milçək

E) Birə

Leşmaniozlar transmisiv infeksiyalar qrupuna aiddir ki, bunların keçiricisi kiçik qansoran həşəratlar-mığmığalardır. Mığmığa xəstə heyvanı və ya insanı dişlədikdə leşmaniozun törədicisinin qamçısız formalarını udur. Sonra isə sağlam insanı dişlədikdə ağız suyu vasitəsi ilə törədiciləri insanın bədəninə keçirir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 27
902) Lyambliyanın vegetativ formaları hansı materialda aşkar edilir?
A) Qanda

B) Duodeal möhtəviyyatda

C) Bəlğəmdə

D) Limfa mayesində

E) Sidikdə

Lyamblya vegetativ və sista formalarda təsadüf edilir. Vegetativ forma armudvari olub, hərəkətlidir. Iki nüvəsi 4 cüt qamçısı vardır. Adətən bu forma nəcislə xaric olmur. Lakin isal zamanı bu formalara duru nəcisdə rast gəlinir

Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 27
903) Bağırsaq trixomonadının cinsiyyət yollarında patogenlik edə bilməməsinə səbəb nədir?
A) Hərəkəti zəif olduğu üçün

B) Sista əmələ gətirmədiyi üçün

C) 5 qamçılı olduğu üçün

D) Kiçik ölçüdə olduğu üçün

E) Müxtəlif növlər olduğu və müxtəlif qidalanma şəraitinə uyğunlaşdığı üçün

Trixomonadın 3 növü vardır. Ağız, bağırsaq və cinsiyyət yollarının trixomonadı. Hər bir növ fərqli quruluşa, yaşama, qidalanma mühitinə malikdir.

Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 38.
904) Dördgünlük malyariya zamanı bir eritrositin içərisinə neçə parazit düşür ?
A) Altı, səkkiz

B) Beş, altı

C) Bir

D) Dörd


E) Üç

Malyariya xəstəliyinin bütün növləri zamanı sağlam eritrositlərə iki-üç parazit düşdüyü halda, dördgünlük malyariya növündə eritrositlərə ancaq bir plazmodium düşür.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 43
905) Hansı qida vasitəsi ilə opistorxla yoluxma baş verir?
A) Balıq əti ilə

B) Yumurta ilə

C) Meyvə-tərəvəz ilə

D) Mal əti ilə

E) Su bitkiləri ilə

Opistorx sorucu qurdlar sinfinin nümayəndəsidir. Biohelmintdir. Onun yumurtaları aralıq sahibin bədənində inkişaf edir. Sürfə mərhələsi balıqların əzələsində invazion mərhələyə çatır. Yumurtalarla insanın yoluxması baş vermir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 62.
906) Romanovski üsulu ilə boyanmış preparatda plazmodiumun nüvəsi hansı rəngə boyanır?
A) Tünd qəhvəyi

B) Qara


C) Sarı

D) Tünd boz

E) Qırmızı albalı

Eritrositə daxil olmuş merozoid üzükvari trofozoidə çevrilir və eritrositin üçdə bir hissəsini təşkil edir. Romanovski üsulu ilə boyama zamanı parazitin nüvəsi qirmizi albalı rəngi alır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 71.
907) Hansı materialın müayinəsi malyariyanın diaqnozunu təsdiqləyir ?
A) Mədə möhtəviyyatı

B) Limfa mayesi

C) Bronxial selik

D) Qan


E) Sidik

Malyariyanın dəqiq diaqnozu qanın müayinəsinə əsasən qoyulur. Bu məqsədlə qan yaxması və qalın qan damlası preparatları hazırlanır. Malyariya plazmodiumunun bütün növlərinin müxtəlif inkişaf mərhələləri malyariya tutmalarının bütün fazaları zamanı qan yaxmasında müşahidə edilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 76.
908) Berman üsulu zamanı stronqiloid sürfələrinin hərəkəti nəyə əsaslanır?
A) NaCl məhlulunda aşkar edilməsinə

B) Askarid yumurtalarının məhlulun səthində üzməsinə

C) Sürfələrin həyatilik qabiliyyətinin təyin edilməsinə

D) Stronqiloid sürfələrinin istiliyə doğru hərəkət etmə qabiliyyətinə

E) NaNO3 məhlulunda aşkar edilməsinə

Bu üsulu yerinə yetirərkən şüşə qıfın içərisinə 40-450 qızdırılmış su tökülür. Tədqiqat materialı (nəcis) qıfın ağzına yerləşdirilmiş metal torun üzərinə qoyulur. Dörd saatdan sonra nəcisdə olan stronqiloid sürfələri qıfın içərisindəki isti suya doğru hərəkət edir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 177.
909) Aşağıdakılardan hansılar öküz teniyalasının fərqləndirici cəhətləridir?
A) Uzunluğu 10 m,buğumları çox enli

B) Balalığın 35-40 yan şaxəsi

C) Başın diametri 4m, buğumları qısa

D) Baş iri, buğumların sayı 300-500

E) Uzunluğu 5-6 m, buğumları aktiv, balalığın 18-36 yan şaxəsi

Öküz teniyası insanın nazik bağırsağında parazitlik edir. Aralıq sahibi iri buynuzlu maldır. Öküz teniyasının yetkin buğumları vaxtaşırı insanın düz bağırsağından xaric olur, ətrafa tökülərkən torpağın, otun, yem və əkin sahələrinin onkosferlərlə kütləvi çirklənməsi baş verir. Donuz teniyasından uzundur, lakin enli lentşəkilli qurddan qısadır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 80.
910) Xəstə sərbəst olaraq qurd buğumlarının düz bağırsaqdan çıxdığını müşahidə edir. Hansı helmintozdan şübhələnmək olar?
A) Teniozdan

B) Humenolepidozdan

C) Teniarinxozdan

D) Askaridozdan

E) Enterebiozdan

Buğumların aktivliyi öküz teniyasına məxsusdur. Bu helmintlə insanlar mal ətini tam bişirilməmiş halda yedikdə yoluxur. Ətdə qurdun sürfəsi – finnası əmələ gəlir. ət yaxşı bişməmiş halda yeyildikdə finnalar sağ qalır və insanın mədə-bağırsaq sisteminə düşür


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 80
911) Xəstənin laboratoriyaya çatdırdığı qurd buğumunun uzunluğu 10-12 mm, eni 5-6 mm, balalığın 8-12 yan şaxəsi olub, içərisində 50 minə qədər yumurta vardır. Buğum hansı helmintə aiddir?
A) Exinokokk

B) Alveokokk

C) Öküz teniyası

D) Donuz teniyası

E) Kiçik lent qurdu

Buğumlu qurdlar lentşəkillilərə aiddir. Insanın bağırsağında olan iri buğumlara malik qurdlar öküz və donuz soliterləridir. Onların buğumlarında balalığın yan şaxəsini saymaq olur. Donuz soliterinin hər yetkin buğumunda 50 min yumurta olur. Bu qurdun buğumları qeyri-aktivdir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 84.
912) Öd və duodenal möhtəviyyat selikli və irinli olarsa, onlara nə əlavə edilməklə sentrifuqlaşdırılır?
A) NaCl ilə

B) Spirt ilə

C) Kükürd efiri ilə

D) Süd turşusu ilə

E) ZnSO4 ilə

Bəzən öd və duodenal möhtəviyyata selik, irin və s. hissəciklər qarışır. Bu məqsədlə ona efir əlavə edilir və sentrifuqlaşdırılır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 184
913) Bəlğəmin Lüqol məhlulu ilə boyanmış nativ yaxmasında laborant hansı ibtidailəri aşkar edir?
A) Plazmodiumlar

B) Lyambliya

C) Sarkosista

D) Pnevmosista, trixomonad, amöb

E) Leyşmaniya

Pnevmasista – pnevmasistoz xəstəlyini əmələ gətirir. Parazit ağciyər alveolalarında lakolizə edir. Alveola və bronxiollar köpüklü kütlə ilə dolur və nəticədə qaz mübadiləsi pozulur və oksigen çatmamazlığı əmələ gəlir.

Ağız boşluğunda ağız trixomonadı və ağız amöbü qidalanır. Bu ibtidai parazitlər bəlğəmin, ağız suyunun, bronxial seliyin müayinəsi zamanı aşkar edilir.
Ədəbiyyat: D.E.Qenis “Tibbi parazitologiya”. Səh 160.
914) Nəcisin müayinəsində yumurtasına rast gəlinmir. Ancaq qurdun düz bağırsağından çıxması, qaşınma əmələ gətirməsi müşahidə edilmişdir. Söhbət hansı helmintdən gedir?
A) Bizquyruq

B) Tükbaş qurd

C) Ankilostom

D) Strongiloid

E) Askarid

Bizquyruq qurdu bağırsaqda yumurta qoymur. Yumurtalar analətrafı dəri büküşləri üzərinə qoyulur. Bu qurd kontakt helmintidir. Ətrafdakılar asanlıqla yoluxa bilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 98.
915) Dəri üzərində olan “qoturluq” elementlərinin qaşınıb götürülməsi üçün hansı vasitələrdən istifadə edilir?
A) Pambıq

B) Kibrit çöpü

C) Skalpel, Folkman qaşığı, ülgüc

D) Tənzif

E) Pipet
Qoturluq gənəsi dəri daxilində müəyyən nahiyələri zədələyir. Bu zaman epidermislə qidalanır. Nəticədə dəri üzərində 5-8 mm-ə qədər ölçüdə cığır açır. Bu cığırın sonunda gənə özü yerləşir. Gənəni buradan çıxarmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Onlardan skalpel, folkman qaşığı, ülgüc, iynə və s.göstərmək olar.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 207
916) Amöb dizenteriyası olan xəstənin əşyaları və yataq dəsti necə zərərsizləşdirilir?
A) Spirt

B) 3%-li lizol məhlulu ilə

C) KMnO 4 məhlulu ilə

D) HCl məhlulu ilə

E) NaCl məhlulu ilə

Amöb dezinderiyasının aşkar edildiyi xəstələrin nəcisi ilə çirklənmiş yerlər, əşyaları və yatağı 3%-li lizol məhlulu ilə zərərsizləşdirilir. Adi xlorlu su təsir etmir. Bəzən qaynatma üsulundan istifadə edirlər.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 27
917) İbtidailərə görə nativ yaxmanın hazırlanmasında hansı məhluldan istifadə olunur?
A) Metanol

B) Sirkə turşusu

C) NaCl

D) Etanol



E) Qliserin

NaCl insan orqanizmi üçün çox əhəmiyyətli olan bir məhluldur. Bunun tibbdə istifadəsi genişdir. NaCl-in izotonik və doymuş məhlullarından istifadə etməklə ibtidai parazitlər və helmint yumurtalar aşkar olunur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 161
918) Variantlarda göstərilən sistalardan hansı bağırsaq amöbünə (Entamoeba Coli) aiddir?
A) 6 nüvəli

B) 4 nüvəli

C) 8 nüvəli

D) 3 nüvəli

E) 5-6 nüvəli
Bağırsaq amöbünə də sista və vegetativ halında rast gəlinir. Yetkin sista iridir və 8 nüvəlidir. Preparatı lüqol məhlulu ilə boyadıqda sista sarı-qəhvəyi rəng alır. Nüvələr sistanın kənarlarına doğru sıxlaşmış kimi görünür. Diaqnostika zamanı bu tipik sistaları aşkar etmək əhəmiyyətlidir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 21.
919) Dəri leyşmaniozuna görə hazırlanmış nativ yaxmanın boyanması hansı üsulla aparılır?
A) Lüqol ilə

B) Romanovski üsulu ilə

C) Heydenhayn üsulu ilə

D) Metilen göyü ilə

E) Sil Nilson üsulu ilə

Bu üsulla həmçinin qan damlası və bir çox digər yaxmalar boyanır. Ibtidai parazitlərin müayinəsi zamanı bu boyaqdan geniş istifadə olunur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 161
920) İki nüvəsi və 4 cüt qamçısı olan ibtidai hansıdır?
A) Trixomonad

B) Triponosom

C) Balantidiya

D) Leyşmaniya

E) Lyambliya

Lyambliyanın qidalandığı yer əsasən onikibarmaq bağırsaqdır. Vegetativ və sista forması vardır. Yetkin sistasının 4 nüvəsi olur ki, buda insan üçün patogen hesab edilir. Bu sistalar nəcislə ətrafa tökülür.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 34.
921) Cinsiyyət yollarının trixomonozu zamanı hansı material müayinə edilir?
A) Qan

B) Uşaqlıq yolu ifrazatı

C) Limfa düyünləri punktatı

D) Bəlğəm

E) Nəcis
Cinsiyyət yolları trixomonuzu cinsi yollarla keçir. Müayinə üçün uşaqlıq yolu ifrazatından nativ və rəngli preparat hazırlanır. Bundan əlavə müayinə materialı qidalı mühitdə əkilir. Diaqnostika üçün seroloji üsuldan da istifadə olunur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 39
922) Qan yaxması preparatında laborant Plazmodium-falsiparum (tropik) növünün morula mərhələsində neçə merazoid aşkar edir?
A) 12-24

B) 10-13


C) 8-10

D) 2-4


E) 5-6
Plazmodium növlərinin morula mərhələsində cavan merazoidlərin sayı müxtəlifdir. Ən çox merazoid tropik növün morulasında olur. Morulanın dağılması nəticəsində merazoidlər-cavan parazitlər azad olaraq yeni eritrositlərə daxil olur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 42.
923) Qoryaçev üsulunu hansı məhluldan istifadə etməklə tətbiq edirlər?
A) NaCl-doymuş məhlulu və su

B) 50%-li qliserin

C) Efir və spirt

D) NaSO4-məhlulu

E) HCl-məhlulu

Qoryaçev üsulu ilə trematod yumurtaları aşkar edilir. Məs.: opistorx, klonorx, metaqonium. Bu üsul yumurtaların çökməsi prinsipinə əsaslanır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 176.
924) Hansı xəstəliklər zamanı duodenal möhtəviyyatın müayinəsi aparılır?
A) Askaridoz

B) Enterobioz

C) Şistosomoz

D) Opistarxoz

E) Trixosefalyoz

Bu müayinə qara ciyərdə, 12-barmaq bağırsaqda, öd kişəsində yaşayan parazitləri aşkar etmək üçün aparılır. Bu zaman iri parazitlərin hissəcikləri, kiçik ölçülülərin isə həm özləri, həm də yumurtaları aşkar edilir. Opistarx 1 sm ölçüdədir. Duodenal möhtəviyyatda parazitin özünə və yumurtalarına rast gəlinir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 62.
925) Bu helmintlərdən hansı qara ciyərin öd yollarında parazitlik edir?
A) Fassiola

B) Paraqonium

C) Şistosom

D) Nanotiet

E) Bizquyruq

Fassiolanın 2 növü vardır: nəhəng və adi. Nəhəng 7 sm, adi növü isə 3 sm-dir. Yastı yarpaq formasındadır. Fassiola biohelmintdir, xaric olmuş yumurtaların sonrakı inkişafı suda gedir. Yoluxma invazion sürfələrlə baş verir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 67.
926) Hansı zənginləşdirmə üsulunun tətbiqi zamanı helmint yumurtalarını aşkar etmək üçün həm məhlul, həm də çöküntü tədqiq edilir?
A) Çökdürmə

B) Flotasiya

C) Fülleborn

D) Berman

E) Kato

Adları çəkilən üsullardan helmint yumurtalarını aşkar etmək üçün istifadə olunur. Fülleborn üsulunun yerinə yetirilməsi əlverişlidir və ucuz başa gəlir. Məhlul olaraq-doymuş NaCl məhlulu götürülür. Müayinə zamanı dördü məhlulun üst səthindən, ikisi çöküntüdən olmaqla üç əşya şüşəsi üzərində 6 preparat hazırlanır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 174.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə