Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Buğumunun eni uzunluğundan çox olan, ölçüsü 10-12 metr olan helmint hansıdır?



Yüklə 2,31 Mb.
səhifə24/26
tarix10.11.2017
ölçüsü2,31 Mb.
#9241
1   ...   18   19   20   21   22   23   24   25   26

927) Buğumunun eni uzunluğundan çox olan, ölçüsü 10-12 metr olan helmint hansıdır?
A) Enli lent qurdu

B) Kiçik lent qurdu

C) Donuz teniyası

D) Exinokokk

E) Öküz teniyası
Enli lent qurdu lentşəkillilərin ən irisidir. Xərçənglər və balıqlar qurdun aralıq sahibidir. İnsan baliq ətini yaxşı bişirməmiş halda yedikdə qurdun sürfələri ilə yoluxur. Insanın bağırsağında yetkin mərhələsi qidalanır. Qurd 10-12 m-dir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 76.
928) Teniarinxozun diaqnostik üsullarından biri hansıdır?
A) Duodenal zondlama

B) Anusətrafı nahiyədə qaşıntı materialının götürülməsi

C) Berman

D) Şulınan fırlatma

E) Qoryaçev

Teniarinxoz öküz teniyasının əmələ gətirdiyi xəstəlikdir. Bu qurdun yetkin buğumları aktiv-hərəkətli olub, düz bağırsaqdan çıxır. Buğumların içərisi yumurtalarla doludur. Buğumlar çıxarkən dağıla bilir. Çoxsaylı yumurtalar anusətrafı nahiyyədə yapışaraq qalır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 80.
929) Romanovski boyağının tərkibi hansıdır?
A) Efir,metil spirti

B) Lüqol məhlulu,eozin

C) NaCl və qliserin

D) Azur, eozin, etanol, qliserin

E) Azur,metien göyü

Tərkibi rəngləyici maddələrdən ibarət olan quru boyaq çini həvənglə əzilir və üzərinə qliserin və 96%-li etanol əlavə edilir, çalxalanır və termostata qoyulur. 3-5 gündən sonra hazır olur. Belə boyağı distillə suyuna əlavə edərək onu işçi məhlul halına salır və preparatların boyanmasında istifadə edirlər.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 156.
930) İnsanın opistorla yoluxması hecə baş verir?
A) Donuz əti

B) Çiy mal əti ilə

C) Torpaqdan,çirkli əllərlə

D) Krab və xərçənglə

E) Çiy və yaxşı duzlanmamış balıq əti ilə

Opistorxoz Rusiyanın çaylarında və hövzələrində rast gəlinir. Bu qurd biohelmintdir. Aralıq sahibi suda yaşayır. Aralıq sahibləri su ilbizləri və balıqlardır. Balığın əzələsində metaserkari adlanan yoluxucu sürfələr əmələ gəlir. Tam duzlanmamış və bişməmiş balıq əti ilə insan yoluxur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 62.
931) Askaridin sürfələrinin ağciyərdə inkişaf mərhələsinın diaqnozu hansı materialın müayinəsinə əsasən qoyulur?
A) Bəlğəm

B) Qan


C) Sidik

D) Limfa mayesi

E) Nəcis

Bir çox helmintlər həmçinin askarid ilk inkişafını yəni sürfə mərhələsini ağciyər alveolalarında keçirir. Burada sürfələr oksigenlə qidalanır. Invazion hala keçərək yenidən ağıza düşür, udulur və inkişaf edir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 102.
932) Entomoeba Coli-nin vegetativ formasını xarakterizə edən əlamətlər:
A) Sista əmələ gətirmir

B) Sitoplazmasında göbələk, mikroorqanizmlər, qida hissəcikləri olur, eritrositlər olmur

C) Ölçüsü 40-80 mkm-dir

D) 12 barmaq bağırsaqla qidalanır

E) Nüvəsi görünmür

Entomoeba Coli yoğun bağırsaqda qidalanır. Ölçüsü 20-40 mkm-dir. Sitoplazmasında mikroorqanizmlər, göbələklər, qida hissəcikləri olur. Lakin eritrosit olmur. Canlı amöbün nüvəsi yaxşı görünür. Sistaları iridir və yetkin sistada 8 nüvə olur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 21.
933) Laborant fassiolanın yumurtasını aşkar edib. Lakin şəxs fassialyoza yoluxmayıb. Bu nə deməkdir?
A) Yumurtalar orqanizmə meyvə-tərəvəz ilə daxil olub

B) Bitki hüceyrələridir

C) Toxuma heceyrələridir

D) Yumurtalar tranzit olaraq insan orqanizmə keçə bilib

E) Qida hissəcikləridir

Fassiolanın yumurtaları nəcislə xaric olaraq suya düşərsə, sonrakı inkişafı davam edir. Suda sürfələr əmələ gəlir. Insan bu sürfələrlə yoluxur. Yumurtalarla yoluxma baş vermir. Əgər insan fassiolyaza yoluxmayıbsa, deməli yumurtalar tranzit olaraq orqanizmə düşmüşdür. Məsələn, malın qara ciyərini yaxşı bişməmiş halda yedikdə.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 67.
934) Nə üçün himenolepidozun laborator diaqnostikası zamanı xəstəyə fenasol və purgen təyin edilir, sonra müayinə aparılır?
A) Işlədici kimi

B) Bütün cavablar düzdür

C) Yumurtaların çoxlu miqdarda aşkar olunması üçün

D) Müayinənin effekliliyini artırmaq üçün

E) Qurdun strobilasını dağıtmaq üçün

Kiçik lent qurdun yumurtaları çox iri olsa da şəffafdır. Nəcisdə onların sayı az olduqda çətin aşkar olunurlar. Buna görə də tədqiqat ərəfəsində xəstəyə aşağı dözada fenasol və purgen təyin edilir. Səhər isə xəstənin nəcisi xüsusi bir qaba toplanır. Nəcisin miqdarı çox olduqda yumurtaları tapmaq asan olar.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 89.
935) Vegetativ formasının uzunluğu 30-150 mkm, eni 30-100 mkm olan və insanın ən iri ibtidai paraziti aşağıdakılardan hansı ola bilər?
A) Leyşmaniya

B) Balantidiya

C) Trixomonad

D) Lyambliya

E) Bağırsaq amöbü

Balantidiya parazit yumurta formasında olub, xırda kirpikciklərlə örtülmüşdür. Bakteriyalar, göbələklər qanın formalı elementləri və s.ilə qidalanır. Balantidiya donuzların bağırsağında yaşayır və sista əmələ gətirir. Insan gigiyena qaydalarına əməl etmədikdə bu sistalarla yoluxur və onun yoğun bağırsağında yeni vegetativ formalar əmələ gəlir. Sistasının ölçüsü 50-60 mkm-dir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 25.
936) Dəri leyşmaniyozunun tədqiqi zamanı yalnız deformasiyaya uğramış və dağılmış törədicilərin aşkar edilməsi nəyi göstərir?
A) Xəstəliyin ilk stadiyası zamanı götürülməsini

B) Sağlam toxumadan götürülməsini

C) Materialın irinli nahiyədən götürülməsini

D) Materialın sağalma dövründə götürülməsini

E) Materialın xoranın üzərindən götürülməsini

Bildiyimiz kimi dəri leyşmaniyozu zamanı dərinin üzərində ağcaqanadın dişlədiyi yerdə kiçik qabarıqlar əmələ gəlir. Antroponoz forma zamanı 3-6, zoonoz forma zamanı isə 1-3 həftədən sonra bu düyünlər tədricən böyüyür və irinli xoralara çevrilirlər. Ətraf toxumalarda şişkinliklər əmələ gəlir. Diaqnostika üçün dağılmamış (partlamamış) qabarcıqlardan qanlı-serozlu qaşıntı materialı götürülür.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 30.
937) Cinsiyyət yolları trixomonadının ölçüsü nə qədərdir?
A) 8-15 mkm

B) 14-30 mkm

C) 10-15 mkm

D) 30-430 mkm

E) 25-35 mkm

Cinsiyyət yolları trixomonadı armudvari formada olub, 14-30 mkm ölçüdədir. Bədənin ön hissəsində 4 qamçı və dalğavari membran yerləşir. Sitoplazmasında vanuollar yerləşir. Sista əmələ gətirmir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 39.
938) Öd və duodenal möhtəviyyatda hansı ibtidai parazitin vegetativ mərhələsi aşkar edilir?
A) Leyşmaniya

B) Lyambliya

C) Balantidiya

D) Amöb


E) Trixomonad

Öd və 12 barmaq bağırsaq möhtəviyyatı duodenal zondlama zamanı alınır və sentrifuqalaşdırıldıqdan sonra çöküntü mikroskopla tədqiq edilir. Bu üsulla lyambliyanın vegetativ - qamçılı forması aşkar edilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 160.
939) Lyambliyanın hansı mərhələsi insan üçün invazion hesab edilir?
A) 4 nüvəli sistası

B) 2 nüvəli sistası

C) Vegetativ forması

D) 3 nüvəli sistası

E) 1 nüvəli sistası

Lyambliya armudvari formada, 9-18 mkm ölçüdə olan ibtidai qamçılı parazitdir. Onun 2 nüvəsi 4 cüt qamçısı vardır. Onun hərəkətsiz forması sistadır. 10-14 mkm ölçüdədir. 4 növəli yetkin sistalar insan üçün yoluxucudur. Çirkli su, meyvə-tərəvəzlə sistalar insan orqanizminə düşür. Bölünərək vegetativ formalar əmələ gətirir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 34.
940) Kontakt helmintozuna yoluxmuş uşaqların dırnaqları altında yumurtalarına rast gəlinən helmint hansıdır?
A) Askarid

B) Enli lent qurdu

C) Tükbaş qurd

D) Nekator

E) Bizquyruq

Helmintozlara daha çox uşaqlar yoluxur. Çünki, onlar gigiyena qaydalarına düzgün riayət edə bilmirlər. İnsanın helmintlərlə yoluxma yolları müxtəlifdir. Geohelmintozlara və kantakt helmintozlarına yoluxma daha çox olur. Kontakt helmintozları zamanı analətrafı nahiyəni qaşıyarkən uşağın dırnaqları altına minlərlə yumurta düşə bilir və nəticədə təkrar yoluxmalar baş verir. Müalicə edilmədikdə illərlə autoinvaziya baş verir. Bizquyruq kontakt helmintidir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 101.
941) Hansı helmintozun diaqnozu üçün anal ətrafı müayinə üsulu tətbiq edilir?
A) Ankilostomoz

B) Askaridoz

C) Stronqiloidoz

D) Teniorinxoz

E) Trixosefalyoz

Bəzi helmintozlar zamanı müxtəlif müayinə üsullar ilə yanaşı, eyni zamanda analətrafı müayinə üsulu da yerinə yetirilir. Bəzi helmintlərin yumurtaları bu nahiyədə aşkar edilir. Öküz teniyasını buğumları bağırsaqdan çıxarkən dağılır və yumurtalar analətrafı dəri qatları arasına düşür. Bəzi qurdlar isə bu nahiyədə yumurta qoyur. Müayinənin bir neçə üsulu var. Məsələn, Yapışqanlı lent, tampom və taxta şpatellə materialın götürülməsi.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 80.
942) Bu əlamətlərdən hansı opistorxun yumurtasına aiddir?
A) 100 mkm, qızılı-qəhvəyi rəngli, qapaqlı

B) 26-30 mkm, asimmetrik, sarımtıl-bozumtul rəngli

C) 25-35 mkm, asimmetrik, qəhvəyi rəngli

D) 130-145 mkm, simmetrik, qapaqlı

E) 75 mkm, simmetrik, sarı rəngli

Opistorx insanın qara ciyərinin öd yollarında, öd kisəsində, mədəaltı vəzində parazitlik edir. Yetkin parazit yumurta qoyur ki, bunun sonrakı inkişafı mütləq su hövzələrində getməlidir. Insan aralıq sahibin (balığın) orqanizmində əmələ gələn metaserkarilə yoluxur. Parazitin yumurtası kiçik və asimmetrikdir. Yaxşı görünən örtüyü vardır. Klonorxun və metaqoniumun yumurtalarına oxşayır. Ölçüsü 26-30 mkm-dir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 62.
943) Hansı canlılar alveokokun əsas sahibidir?
A) Donuz

B) Ev quşları

C) At

D) Tülkü, canavar



E) Dövşan

Alveokokk biohelmintdir. Əsas və aralıq sahibləri vardır. Tülkü, canavar, it, bəzi gəmiricilər əsas sahib hesab edilir. Bu canlıların bağırsağında parazitin yetkin mərhələsi qidalanır. Insan isə aralıq sahibdir. Insanın əsasən qaraciyərini zədələyərək üzərində qovuq əmələ gətirir. Müalicəsi ancaq cərrahi yolladır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 94.
944) Kato üsulu ilə müayinə apararkən kiçik lentqurdunun yumurtalarını aşkar etmək üçün laborant diqqətli olmalıdır. Nə üçün?
A) Yumurtalar kiçik olduğu üçün

B) İçərisində onkosfer olduğu üçün

C) Yumurtalar rəngsiz və şəffaf olduğu üçün

D) Çoxqatlı örtüyü olduğu üçün

E) Yumurtalar tünd rəngli olduğu üçün

Kiçik lent qurdu insanın nazik bağırsağında yaşayır və humenolepidot xəstəliyi əmələ gətirir. Kontakt helmintidir. Yumurtaları iri olmasına baxmayaraq, çox şəffafdır. Ona görə də yumurtaları aşkar etmək üçün laborant çox diqqətli olmalı və müayinəni təkrar etməlidir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 87.
945) Uşaq düz bağırsağından bizquyruqların çıxdığını görüb, lakin analətrafı müayinədə yumurtalar aşkar edilmir. Nə üçün?
A) Digər helmint ola bilər

B) Nəcisin müayinəsinə ehtiyac var

C) Uşaq səhv edib

D) Müayinə düzgün aparılmayıb

E) Bağırsaqda ancaq erkən fərdlərdir

Bir çox helmintlər nəcislə xaric ola bilir. Lakin bizquyruq sərbəst olaraq bağırsaqdan çıxır və analətrafı dəri qırışlarında 5-15 minə qədər yumurta qoyur. Bizquyruq ayrı cinslidir. Yumurtalar dişi bizquyruq tərəfindən qoyulur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 98.
946) Iri 130-145 mkm, oval, qapaqcıqlı, qəhvəyi və ya sarı, içərisi yumurta sarısı hüceyrələri ilə dolu olan yumurta hansı helmintə məxsusdur?
A) Klonorx

B) Opistorx

C) Bizquyruq

D) Fassiola

E) Askarid

Bu yumurta bir sorucu qurda, fassiola aiddir. Respublikamızda çox rast gəlinir. İnsandan başqa iri və xırda buynuzlu mal-qara da bu parazitə yoluxur. Qurd hermofroditdir və biohelmintdir. Yumurtanın inkişafı üçün su hövzəsinin olması mütləqdir. Parazitin adi və qiqant formaları vardır. Parazit fasiolyoz xəstəliyini əmələ gətirir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 67.
947) Hansı helmintoz zamanı diaqnostika məqsədi ilə “sorğu üsulu” tətbiq edilir?
A) Exinokokkoz

B) Teniarinxoz

C) Trixosefalyoz

D) Difillobotsioz

E) Himenolepidoz

Öküz teniyasının yetkin buğumları vaxtaşırı düz bağırsaqdan çıxır. Xəstə bu halları görür. Lakin açıqlamağa utanır. Buna görə də bu helmintoz zamanı mütləq “sorğu üsulu” yerinə yetirilir. Buğumların sərbəst xaric olub-olmaması öyrənilir. Daha sonra buğumların quruluşu da öyrənilir. Söhbət teniarinxozdan gedir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 80.
948) Qızılı – qəhvəyi, oval, 100 mkm ölçüdə, daxilə doğru basılmış qapaqcıqlı iri yumurta hansı helmintə aiddir?
A) Paraqonium

B) Metaqonium

C) Sistosom

D) Enlilent qurdu

E) Stranqiloid

Paraqonium uzaq Şərqdə yayılmışdır. Insanın, itin, pişiyin və s. ağ ciyərində parazitlik edir. Qurdun sürfələri suda inkişaf edir. Aralıq sahibləri şirin su ilbizləri, çay xərçəngi, krablardır. Qurdun yumurtası 100 mkm olub, qızılı-qəhvəyi rənglidir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 70.
949) Aşağıdakı qurdların hansının yumurtasında onkosfer olmur?
A) Kiçik lent qurdu

B) Öküz teniyası

C) Donuz teniyası

D) Klonorx

E) Exinokokk

Onkosfer mayalanmış yumurtanın mərkəzində yerləşir və üzərində rüşeym qarmaqcıqları olur. Onkosferli yumurtalar adətən lentşəkillilərə aiddir. Sorucu və yumru qurdların yumurtalarında onkosfer olmur. Klonorx soorucudur. Yumurtası opistorxun və metaqoniumun yumurtasına oxşayır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 66.
950) Laborant nativ preparatda müxtəlif ölçülü, qara örtüklü, daxili struktursuz və şəffaf törəmələr aşkar etmişdir. Bu törəmələr nədir?
A) Onkosfer

B) Tenid yumurtası

C) Hava qabarcıqları

D) Bizquyruq yumurtası

E) Amöb sistası

Helmint yumurtaları quruluşuna görə çox müxtəlifdir. Bunları bir-birindən və digər kənar törəmə və cisimciklərdən fərqləndirmək çətindir. Laborant nəzərə almalıdır ki, bir çox kənar cisimciklər və preparatın düzgün hazırlanmaması nəticəsində örtük şüşəsinin altında hava qabarcıqları ola bilər. Laborant çox diqqətli olmalıdır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 180.
951) Ağız trixomonadini müəyyən etmək üçün laborant hansı materialı müayinə etməlidir?
A) Mədə şirəsi

B) Bronxial selik, bəlğəm

C) Limfa mayesi

D) Qan


E) Öd

Trixomonadın 3 növü var. Bağırsaq, ağız, sidik-cinsiyyət yolları trixomonadı. Bunları müəyyən etmək üçün müxtəlif materiallar tədqiq edilir. Ağız trixomonadı müxtəlif ağciyər xəstəlikləri və ağız boşluğu xəstəlikləri zamanı aşkar edilir. Tədqiqat materialı bronxial selik, bəlğəm, ağız suyu və s.dir


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 39.
952) Preparatda aşkar olunmuş ölçüsü 50-60 mkm, bir tərəfi qabarıq, digər tərəfi yastı, içərisində rüşeym olan, şəffaf yumurtalar hansı helmintə aiddir?
A) Klonorx

B) Ankilostom

C) Opistorx

D) Askarid

E) Bizquyruq

Helmint yumurtaları çox müxtəlifdir. Laborant onların hamısının quruluşunu dəqiq bilməlidir. Bizquyruq kiçik ölçülü olub, anal ətrafı nahiyədə beş mindən on beş minə qədər yumurta qoyur. Qurd kontakt helmintlərinə aiddir. Yumurtaları aşkar etmək üçün xüsusi müayinə üsulları vardır. Bu helmint enterobioz xəstəliyini əmələ gətirir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 98.
953) Bu məhsulların hansı ilə tenioza yoluxma baş verir?
A) Mal əti

B) Meyvə-tərəvəz

C) Balıq əti

D) Konservlər

E) Donuz əti

Helmintlərlə yoluxma çox müxtəlif yollarla baş verir. Bunun üçün qurdun hansı qrupa aid olması məsələn, biohelmint, geohelmint və kontakt helmint olmasını bilmək vacibdir. Donuz teniyası ilə yoluxma yaxşı bişməmiş donuz əti ilə baş verir. Bu qurdun aralıq sahibi donuzlardır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 84.
954) Toplanmış zərərli materiallar hansı xüsusi vəsaitlərlə laboratoriyaya çatdırılır?
A) Əl çantaları ilə

B) İri polietilen torbalarla

C) Səbətlərlə

D) Metal futlyar, biks

E) Yol çantaları ilə

Müayinələr zamanı əhalidən götürülmüş tədqiqat materialı laboratoriyaya çatdırılması xüsusi şəraitdə və tibbdə istifadə olunan müəyyən qablarla yerinə yetirilməlidir. Bu məqsədlə metal futlyar və biksdən istifadə olunur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 217.
955) Laboratoriyada material tədqiqata qədər hansı şəraitdə saxlanılmalıdır?
A) Pəncərə qarşısında

B) Adı temperaturda sorucu şkafda

C) Soyuducuda aşağı temperaturda

D) Masa üzərində

E) Dolabda

Laboratoriyaya çatdırılmış sınaq materialı mütləq düzgün şəraitdə tədqiqata qədər saxlanmalıdır. Material düzgün saxlanarsa, onun tərkibində mikroorqanizmlərin çoxalması və axtarılacaq parazitin deformasiyası baş verməz. Bu məqsədlə laboratoriyalarda sorucu şkafdalar qurulmuşdur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 217.
956) Laborator müayinə zamanı zərərli material gözə düşərsə onu nə ilə yumalı?
A) NaCl məlulu ilə

B) Kalium-permanqanat məhlulu ilə

C) Lüqol məhlulu ilə

D) Adi su ilə

E) 70%-li etanolla

Parazitoloji materialla iş zamanı xüsusi rejim və gigiyena qaydalarına əməl edilməlidir. Çünki, laboratoriyada daxili yoluxmalara daha çox rast gəlinir. Bəzən dəridən və selikli qişadan da yoluxma baş verə bilir. Odur ki, selikli qişanın zədələnməsinə yol verilməməlidir. Gözə düşmüş zərərli material kalium-permanqanat məhlulu ilə yuyulur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 216.
957) Hansı helmintoza görə müayinə apararkən laborant özü yoluxa bilər?
A) Difillobotrioz

B) Opistorxoz

C) Teniarinxoz

D) Klonorxoz

E) Himenolepidoz

İnsan bəzi qurdlara yumurtaları, bəzilərinin sürfələri ilə yoluxa bilir. Lakin yumurtalar həmişə invazion olmur. Bildiyimiz kimi kantakt helmintlərinin yumurtaları ilə birbaşa yoluxma baş verə bilir. Məsələn, Himenolepidozla kontakt yolu ilə yoluxma baş verə bilir. Himenolepidoz kiçik lent qurdunun əmələ gətirdiyi xəstəliyidir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 87.
958) Laboratoriyada olan xloramin, spirt, karbol turşusu məhlulları nə üçün tətbiq edilir?
A) Helmint yumurtaları aşkar etmək üçün

B) Yaxma hazırlamaq üçün

C) İbtidailəri aşkar etmək üçün

D) Zərərsizləşdirici və dezinfeksiyaedici kimi

E) Dərini təmizləmək üçün

Laboratoriya işləri zamanı həm tədqiqatdan əvvəl, həm də sonra bütün gigiyenik qaydalara əməl olunmalıdır. Hətta tədqiqatdan sonra sınaq materialları zərərsizləşdirildikdən sonra kanalizasiyaya axıdılmalıdır. Masalar, avadanlıqlar mütləq təmizlənməlidir.Laboratoriyada zərərsizləşdirici kimi xloramin, spirt, karbol turşusundan istifadə olunur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 215.
959) Insanın orqanizminə exinokokk onkosferləri hansı yollarla düşür?
A) Bütün cavablar düzdür

B) Su ilə

C) Heyvanların tükləri üzərindən

D) Meyvə-tərəvəz

E) Çirkli əllərlə

Exinokokk biohelmintdir. Digər helmintlərdən fərqli olaraq insan və mal-qara onun aralıq sahibi hesab edilir. Lakin onun yumurtaları əsas sahibin (itin, pişiyin, çaqqal və canavar, ayı və s.) nəcisi ilə ətrafa tökülür və ətraf mühitin kütləvi çirklənməsi baş verir. Yumurtanın içərisində isə onkosfer yerləşir. Odur ki, bütün cavablar düzgündür.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 91.
960) Öküz teniyası ilə insanın yoluxması necə baş verir?
A) Yaxşı bişməmiş balıq əti ilə

B) Yaxşı bişməmiş donuz əti ilə

C) Çirkli meyvə-tərəvəzlə

D) Yaxşı bişməmiş mal əti ilə

E) Çirkli əllərdən

Öküz teniyası biohelmintlərə aiddir. Onun ilk inkişaf mərhələsi iri buynuzlu malın bədənində gedir. Insan bu yoluxmuş heyvanın ətini yaxşı bişməmiş halda yedikdə teniorinxoza yoluxur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 80.
961) Miozlar nədir?
A) Sarkosistanın əmələ gətirdiyi xəstəlikdir

B) Amöbün əmələ gətirdiyi xəstəlikdir

C) Milçək və mozalan sürfələrinin insan orqanizmində əmələ gətirdiyi xəstəliklərdir

D) Pnevmasistanın əmələ gətirdiyi xəstəlikdir

E) Gənələrin keçirdiyi xəstəlikdir

Insan təsadüfən içərisində milçək sürfələri olan qida qəbul etdikdə, sürfələr insanın bağırsağına düşür. Orada sağ qalaraq, hətta inkişaf edir. Bu isə bağırsağın iltihabına səbəb olur. Qarında ağrılar, qusma, ishal baş verir. Sürfələr nəcislə xaric olur. Laborant bunları aşkar edə bilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 148.
962) Bu əlamətlərdən hansı exinokokka aiddir?
A) Bədən 100-120 buğumdan ibarətdir

B) Sürfəsi qovuq şəkillidir

C) Yetkin buğumda 1500-ə qədər yumurta olur

D) Uzunluğu 5 sm

E) Ayrı cinslidir

Exinokokun bədəni çox kiçik yastı və ağ rənglidir. Onkosferi kənd təsərrüfatı heyvanlarının və insanın bağırsağına düşür. Burada əmələ gələn sürfə venoz yolla qaraciyər, ağciyər və digər daxili orqanlara keçir və inkişaf edir. Orqanların üzərində qovuq əmələ gətirir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 92.
963) Yumurtaları xüsusi baramacığın içərisində yerləşən qurd aşağıdakılardan hansıdır?
A) Kiçik lent qurdu

B) Alveokokk

C) Donuz teniyası

D) Öküz teniyası

E) Balqabaqvari qurd

Bu qurd lentşəkillilərin nümayəndəsidir. 20-70 sm ölçüdədir. İnsan təsadüfən it birəsini udarsa yoluxa bilər. Nazik bağırsağa düşən parazit dipilidioz xəstəliyini əmələ gətirir. Diaqnoz məqsədi ilə xaric olmuş buğumlar öyrənilir və içərisində yumurtalar olan baramacıqlar aşkar edilir. Bu balqabaqvari lent qurdudur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 98.
964) Qadın cinsiyyət orqanlarına sürünərək daxil olan və orada iltihab prosesinə səbəb olan qurd hansıdır?
A) Atronqiloid

B) Tükbaş qurd

C) Bizquyruq

D) Askarid

E) Ankilostom

Bizquyruq hər yerdə, həmdə çox yayılmışdır. Yumru qurdlardandır. Nazik və yoğun bağırsaqda qidalanır, bağırsağın normal mikroflorasını pozur və öz növbəsində bağırsaq disfunksiyasına və infeksiyasına səbəb olur. Bu qurdla yoluxmuş insanın ailə üzvlərinin hamısı müayinədən keçirilir. Qurd enterobioz xəstəliyi əmələ gətirir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 98.
965) Sürfələri aktiv hərəkətlə dəridən keçərək orqanizmə daxil olan helmint hansıdır?
A) Paraqonim

B) Fassida

C) Bizquyruq

D) Nekator

E) Askarid

Nekator 1- 2 sm açıq-çəhrayı rəngdədir. Baş hissəsində ağız kapsulası yerləşir ki, bu da 2 kəsici plastinkadan ibarətdir. Bu qurdun yeni xaric olmuş yumurtasında 4-8 blastomer olur. Isti rütubətli torpağa düşən yumurtaların içərisində sürfə əmələ gəlir və torpaqda bir neçə ay sağ qala bilir. Meyvə-tərəvəzlə, çirkli əllərlə yumurtalar ağıza düşür. Yoluxmanın digər yolu isə ayaqyalın gəzərkən dəri vasitəsilədir. Qurdun əmələ gətirdiyi xəstəlik nekatoroz adlanır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 109.
966) Sidiyin müayinəsi zamanı helmint yumurtasını aşkar etmək üçün sidik çöküntüsünün üzərinə hansı məhlul tökülür?
A) ZnSO4

B) MgSO4


C) Malaxit yaşılı

D) NaCl


E) Lüqol və ya Metilen abısı

Bəzi helmintlərin yumurtaları sidikdə aşkar edilir. Sidiyin müayinəsi zamanı həm öz-özünə çökdürmə ilə, həm də sentrifuqlaşdırmaqla çöküntü alınır və tədqiq edilir. Öz-özünə çökdürmə zamanı çöküntüyə 50%-li qliserin əlavə edilir. Sentrifuqlaşdırma zamanı isə rəngli məhlullar əlavə edilir. Bunlar lüqol və metilen abısı məhlullarıdır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 184.
Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə