Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Bu üsullardan hansı toksoplazmozun diaqnozu zamanı tətbiq edilir?



Yüklə 2,31 Mb.
səhifə25/26
tarix10.11.2017
ölçüsü2,31 Mb.
#9241
1   ...   18   19   20   21   22   23   24   25   26

967) Bu üsullardan hansı toksoplazmozun diaqnozu zamanı tətbiq edilir?
A) Analətrafı müayinə

B) Zənginləşdirmə üsulları

C) Qanda İg G vəİg M anticismlərinin aşkar edilməsi

D) Nəcisin müayinəsi

E) Bəlğəm müayinəsi

Toksoplazma hüceyrədaxili parazitdir. Onun həqiqi və yalançı sistaları müxtəlif daxili orqanlarda və limfada əmələ gəlir Qanda İg G vəİg M anticismlərinin aşkar edilməsi toksoplazmozun əsas diaqnostik göstəricisidir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 234.
968) Tükbaş qurdun diaqnozu zamanı tətbiq edilən üsullar bunlardan hansı ola bilər?
A) Kato üsulu, zənginləşdirmə üsulları

B) Berman üsulu

C) Qoryaçev üsulu

D) Şulman-fırlatma

E) Yapışqanlı lent üsulu

Tükbaş qurd yoğun bağırsaqda yaşayır. Trixosefalyoz xəstəliyini əmələ gətirir. Diaqnozu ancaq nəcisin müayinəsinə əsasən qoyulur. Preparatın hazırlanması zamanı qliserindən doymuş duz məhlullarından və s. istifadə olunur. Əsas müayinə üsulu Kato və zənginləşdirmə üsullarıdır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 238
969) Tünd sarı zülal təbəqəli, mayalanmış, düzgün dalğavari kontura malik yumurta hansı helmintə məxsusdur?
A) Klanorx

B) Nekator

C) Şistosom

D) Askarid

E) Kiçik lent qurdu

Askaridin yumurtaları müxtəlif quruluşa malikdir. Yumurtalar zülal qatlı olmaqla, mayalanmış və mayalanmamış olur. Zülal qatın olmasına görə də yumurtalar tünd sarı və qonur rəng alır. Zülal təbəqəsiz yumurtalar rəngsiz-şəffaf olur. Bir dişi fərd sutka ərzində 200000 yumurta qoyur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 103
970) Helmintozlara görə qanın müayinəsi zamanı hansı qan elementinin normadan artıq olduğu müşahidə edilir?
A) Eritrosit

B) Eozinofil

C) Monosit

D) Trombosit

E) Limfosit

Əksər helmintozlar zaman müxtəlif klinik əlamətlərlə yanaşı qanın yüksək eozinofilliyi müşahidə edilir. Bu xüsusiyyətin dianostikada çox böyük əhəmiyyəti vardır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 238
971) Askaridozun bağırsaq stadiyasını aşkar etmək üçün hansı materialın müayinəsi aparılır?
A) Sidik

B) Limfa mayesi

C) Nəcis

D) Mədə möhtəviyyatı

E) Qan

Askarid askaridoz xəstəliyini əmələ gətirir. Xəstəliyin ilk mərhələsi-ağciyər fazası adlanır.Bu zaman parazitin sürfələri ağciyərə miqrasiya edərək alveolalara daxil olur və orada O2 –lə qidalanaraq inbazion mərhələyə keçir. Inbazion sürfələr tənəffüs yolları ilə hərəkət edərək insanın udlağına çatır. Xəstə tərəfindən udularaq mədəyə, sonra bağırsağa düşür. Bu andan onun bağırsaq stadiyası başlayır. Sürfə inkişaf edərək yetkin parazitə çevrilir və yumurta qoyur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 106
972) Stronqiloidin miqrasiya etmiş sürfələri hansı materialın müayinəsinə əsasən qoyulur?
A) Bəlğəmin

B) Nəcisin

C) Ödün

D) Sidiyin



E) Mədə şirəsinin

Stonqiloid stonqiloidoz xəstəliyini əmələ gətirir. Qurdun sürfələri ayaqyalın gəzərkən dəridən və çirkli meyvə-tərəvəzlə ağızdan insan orqanizminə düşür. Qan vasitəsilə sürfələr ağ ciyərlərə miqrasiya edir. Daha sonra bronxlara və ağıza, sonra isə bağırsağa düşür. Stronqiloidozun ağ ciyər stadiyasını aşkar etmək üçün bəlğəmin müayinəsi aparılır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 113
973) Filyariozlara görə diaqnoz nəyə əsasən qoyulur:
A) Sidiyin müayinəsinə

B) Nəcisin müayinəsinə

C) Qanda yumurtaların tapılmasına

D) Qan yaxması və qalın qan damlası preparatında sürfələrin tapılmasına

E) Ödün müayinəsinə

Filyariozların bütün növlərinin diaqnozu üçün Romanovski üzrə boyanmış qan yaxması və qalın qan damlası preparatları mikroskoplaşdırılır, filyarint sürfələri aşkar olunur. Analiz üçün qanı həm gündüz, həm də gecə götürmək lazımdır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 120
974) Şistosomun çökdürmə üsulu ilə müayinəsində istifadə olunan həlledici hansı maddələrdən ibarətdir?
A) NaN O3, su

B) CaCO3


C) Fenol, spirt

D) Qliserin, H2SO4

E) Qliserin, NaCl

Şistosoma görə çökdürmə üsulunu yerinə yetirərkən, 200 ml-lik bankaya 1 qr nəcis qoyulur, üzərinə 1-2 ml həlledici tökülür. Həlledicinin tərkibi 50% -Lİ qliserin və NaCl –in izotonik məhlulundan ibarətdir (1:1). Qarışdırdıqdan sonra bankanın ağzına qədər həlledici ilə doldururlar. 20-30 dəqiqədən sonra çöküntü üstü maye atılır. Çöküntü mikroskoplaşdırılır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 179
975) Brumpt üsulu ilə stronqiloid sürfələrini aşkar edərkən nəcisin üzərinə hansı maddə əlavə edilir?
A) Su

B) Fenol


C) HCl

D) NaCl


E) Qliserin

Şulmanın modifikasiyasında Brumpt üsulunu yerinə yetirərkən şüşə bankaya 5 qr nəcis qoyulur və üzərinə 10-15 ml adi su tökülür. 20 dəqiqədən sonra su Petri fincanına tökülür və mikroskoplaşdırılır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 178
976) Nəcisin Qoryaçev üsulu ilə tədqiqi zamanı sınaq şüşəsində olan NaCl məhlulunun üzərinə hansı qarışıq tökülür?
A) Su və efir qarışığı

B) Su və nəcis qarışığı

C) NCl və su

D) NaHCO3 və su

E) Su və qliserin

Qoryaçev üsulunu yerinə yetirərkən sınaq şüşəsinə 3-4 ml doymuş NaCl tökülür. Sonra onunda üzərinə su ilə nəcis qarışığından 3-4 ml əlavə edilir. Bu zaman iki müxtəlif təbəqə əmələ gəlir. 15-20 saatdan sonra Trematod yumurtaları çöküntüdə toplanır. Çöküntü mikroskop altında tədqiq edilir.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 176
977) Zənginləşdirmə üsullarını yerinə yetirərkən preparatın qurumaması üçün üzərinə hansı maddə əlavə olunur?
A) Fenol

B) Efir


C) Spirt

D) 50%-li qliserin

E) Na-bikarbonat

Zənginləşdirmə üsullarının (Füllübora və flotasiya) yerinə yetirərkən preparatın qurumaması üçün üzərinə 50%-li qliserin məhlulu əlavə edilir.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 175
978) Fülleborn üsulu ilə nəcisin tədqiqi zamanı məhlulun səthinə toplanmış helmint yumurtalarını yığmaq üçün nədən istifadə edilir?
A) Spiral şəkilli ilmək

B) Qasıq


C) Pipet

D) Taxta şpatel

E) Şüşə çubuq

Fülleborn üsulu ilə nəcisin müayinəsi zamanı içərisində nəcis və NaCl qarışığı olan bankalar 45 dəqiqədən sonra sorucu şkafdan çıxarılır və məhlulun səthi spiralşəkilli ilməklə yığılır, əşya şüşəsi üzərindəki 50%-li qliserin məhlulun mərkəzinə yerləşdirilir, tədqiq edilir.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 174
979) Əşya şüşəsi üzərində hazırlanmış qalın qan damlasının diametri nə qədər olmalıdır?
A) 1,5 sm

B) 4 sm


C) 3 sm

D) 5 sm


E) 2 sm

Qalın qan damlası preparatı hazırlanarkən damla əşya şüşəsi üzərində 1,5 sm diametrdə yayılmalıdır. Əşya şüşəsinin digər kənarında daha bir qalın qan damlası hazırlamaq olar


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 156
980) Quru Romanovski boyağını əzdikdən sonra hansı maddələrlə qarışdırılmalıdır?
A) Qliserin , etanol

B) Fenol, su

C) Efir, farmalin

D) Sirkə turşusu

E) MgSO4, su

Quru halda olan Romanovski boyağı əzilir və üzərinə qliserin əlavə edilir. Daha sonra 96%-li etanol tökülərək qarışdırırlar və çalxalanır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 156
981) Romanovski boyağının tam yetişməsi üçün onu hansı temperaturda və neçə gün müddətinə termostata yerləşdirirlər?BAX
A) 500C T-da 12-15gün

B) 370C T-da 3-5 gün

C) 450C T-da 12-15 gün

D) 600C T-da 15-20 gün

E) 400C T-da 6-8 gün

Romonovski boyağı çalxalandıqdan sonra tam yetişməsi üçün 370C temperaturda 3-5 gün müddətinə termostata qoyulmalıdır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 17
982) Uzun müddət yüksək temperaturda saxlanmış qalın qan damlası preparatı hansı rəng alır?
A) Qara

B) Göy


C) Mavi

D) Sarı


E) Açıq qırmızı

Hazırlanmış qalın qan damlası preparatı uzun müddət yüksək temperaturda qalırsa o rəngini dəyişir və qara rəng alır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 158
983) Ibtidailər aşkar etmək üçün “asılan damla” üsulunu yerinə yetirərkən istifadə olunan məhlul hansıdır?
A) Kapron turşusu

B) Efir


C) Spirt

D) Qliserin

E) NaCl –in izotonik məhlulu

Asılan damla” üsulunu yerinə yetirərkən NaCl –in izotonik məhlulu sınaq şüşəsində qızdırılır. Ondan bir damla örtük şüşəsinin üzərinə qoyulur. Tədqiq ediləcək materialdan kiçik bir hissə məhlulun mərkəzinə yerləşdirilir. Örtük şüşəsi çevrilir və ortası çökük əşya şüşəsi üzərinə qoyulur, mikroskopda tədqiq edilir.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 160
984) Dizenteriya amöbünün toxuma forması hansı materialda aşkar edilir?
A) Nazik bağırsağın selikli qişasında

B) Ağ ciyər toxumasında

C) Mədə şirəsində

D) Qara ciyər toxumasında

E) Yoğun bağırsaq xorasından hazırlanmış histoloji kəsikdə

Amöbün patogen toxuma forması yoğun bağırsağın selikli qişasında parazitlik edərək onu spesifik olaraq zədələyir. Nəticədə xoralar əmələ gəlir. Amöbün toxuma forması yoğun bağırsaq xorasından hazırlanmış histoloji kəsik preparatlarında aşkar olunur. Bundan əlavə xoraların dağılması nəticəsində toxuma formaları duru nəcisə qarışır ki, mikroskopiya zamanı onlar aşkar edilir.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 17
985) Qəhvəyi rəngli, içərisində iki dairəvi rüşeym hüceyrəsi olan, qapaqcığı ensiz qütbündə yerləşən yetkin yumurta hansı sorucuya məxsusdur?
A) Paraqonimə

B) Fassiolaya

C) Metaqonimə

D) Şistosoma

E) Lansetşəkilli iki ağızlı qurda

“Dicrocoelium lancentum” bir sm ölçüdədir. Yumurtası asimmetrik, qəhvəyi rəngli qalın örtüklüdür. Yetkin yumurtanın içərisində iki dairəvi rüşeym hüceyrəsi yerləşir. Yetkin yumurtanın qapaqcığı zəif görünür və yumurtanın nisbətən ensiz qütbündə yerləşir.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 66
986) Suyun yüksək qələvi reaksiyası (PH 7,3 və çox) zamanı yaxma hansı rəngə boyanır?
A) Bənövşəyi

B) Bozumtul-yaşıl, mavi

C) Tünd göy

D) Çəhrayı

E) Qırmızı

Boyağın keyfiyyətinə distillə suyu reaksiyası təsir göstərir. ən yaxşı reaksiya suyun zəif qələvi reaksiyasında (PH-7,1-7,2) alınır. Su yüksək qələvi reaksiyalı olarsa yaxmalar keyfiyyətsiz alınır və bozumtul –yaşıl və ya mavi rəngə boyanır. Yüksək qələvi reaksiyalı suya 10%-li sirkə turşusu məhlulu əlavə edilir və lazım olan reaksiya alınır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр.
987) Iri, sarımtıl, uzunsov-oval formalı və iri yan çıxıntısı olan yumurta hansı helmintə aiddir?
A) Manson şistomu

B) Askarid

C) Donuz teniyası

D) Opistarx

E) Bizquyruq

Şistosomunn üç növü vardır. Qan şistosomu - Manson şistosonu yoğun bağırsaq və qarın boşluğu venalarında parazitlik edir. Yumurtaları iri, sarımtıl rəngdə, uzunsov-oval formada olub, bir tərəfində iri yan çıxıntısı olur.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 73
988) Hansı müayinə materialında qan şistosomunun yumurtaları axtarılır?
A) Yoğun bağırsağın selikli qişasında

B) Öddə


C) Mədə şirəsində

D) Nazik bağırsağın selikli qişasında

E) Sidik çöküntüsündə

Qan şistosomu insanın sidik kisəsinin qan damarlarında parazitlik edir. Yumurtaları xəstənin sidiyi ilə xaric olur. Yumurtaları aşkar etmək üçün sidiyi sentrifuqlaşdırır və çöküntüsünü mikroskoplaşdırırlar. Bəzən sidiyi membranlı filtrdən keçirirlər.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 73
989) Nəcisin flotasiya üsulu ilə müayinəsi zamanı əşya şüşələri bankanın üzərində neçə dəqiqə saxlanılır?
A) 60-80

B) 20-30


C) 60-70

D) 40-50


E) 50-60

Flotasiya üsulunu yerinə yetirərkən tədqiqat materialı şüşə bankaya qoyulur, üzərinə doymuş NaNO3 məhlul tökülür. Bankanın ağzına əşya şüşəsi qoyulur. Bankalar bu vəziyyətdə 20-30 dəqiqə müddətinə sorucu şkafda saxlanılır. Bu müddətdən sonra oradan çıxarılır. Əşya şüşəsi qaldırılaraq çevrilir, üzərinə 2- 3 damla 50%-li qliserin əlavə edilir və mikroskoplus verilir.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 176
990) Aşağıdakılardan hansı qalın qan damlası preparatına aiddir?
A) Fiksə olunmur

B) Prepart çox nazik olmalıdır

C) Eritrositlər hemolizə uğrayır

D) Fiksə olunur

E) Kiçik böyüdücü ilə mikroskoplaşdırılır

Qan parazitlərini aşkar etmək üçün qan yaxması və qalın qan damlası preparatları hazırlanır. Preparatlar immersiya yağı ilə iri böyüdücü altında mikroskoplaşdırılır. Qalın qan damlası qan yaxmasından fərqli olaraq fiksə olunmur. Boyağın sulu məhlulunun təsirindən fiksə olunmamış eritrositlər hemolizə uğrayır, preparat şəffaflaşır. Bu isə parazitlərin tapılmasını asanlaşdırır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 154
991) Qalın qan yaxması preparatında orta hesabla hər görmə sahəsində neçə leykosit sayılmalıdır?
A) 40-50

B) 20-25


C) 25-30

D) 10-15


E) 30-40

Qalın qan damlası o zaman normal hesab olunur ki, quruduqdan sonra mikroskopiya zaman hər görmə sahəsində orta hesabla 10-15 leykosit nüvəsi görünsün.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 154
992) Romanovski boyağının hazırlanması zamanı suyun reaksiyasını təyin etmək üçün suya hansı maddə əlavə olunur?
A) Hematoksillin

B) NaCl


C) Efir

D) Formalin

E) H2SO4

Boyağın həll olunması zamanı suyun reaksiyasını əvvəlcədən öyrənmək üçün 5 ml suya hemotoksilinin spirtdə 10%-li məhlulundan 2-3 damla əlavə edilir. Əgər 2 dəqiqədən sonra su zəif bənövşəyi rəng alarsa bu su boyağı həll etmək üçün yararlı sayılır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 157
993) Romanovski işçi boyağını alarkən turş reaksiyalı suyu qələviləşdirmək üçün suya hansı maddə əlavə olunur?
A) HCl

B) 1 %-li natrium bikarbonat

C) Na 2SO 4

D) Spirt


E) H2S

Romanovski işçi boyağını hazırlamaq üçün onu suda həll edirlər. Əgər su turş reaksiyalı olarsa ona 1 %-li Na-bikarbonat məhlulu əlavə edərək, qələviləşdirmək lazımdır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 157
994) Cinsiyyət yolları trixonomozunun əlaməti aşağıdakılardan hansıdır?
A) İshal

B) Qarında ağrılar

C) Bəlğəm ifrazı

D) Ürək bulanması

E) İrinli-serozli ifrazat
Cinsiyyət yolları trixonomozu zamanı qaşınma, qıcıqlanma, cinsiyyət yollarında ağrı, irinli- serozlu ifrazat əsas klinik əlamətlərdəndir. Trixomonodin bu tipi cinsi yollarla keçirilir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991Səh: 39
995) Hansı helmintoz zamanı duodenal möhtəviyyat və nəcis müayinə edilir?
A) Difillobotrioz

B) Şistosomoz

C) Tenioz

D) Askaridoz

E) Fassialioz

Fassiola insanın qaraciyərinin öd yollarında parazitlik edir. yumurtaları nəcislə xaric olur. Diaqnoz məqsədilə nəcis duodenal möhtəviyyat və öd tədqiq edilir. Yumurtalar tranzit ola biləcəyi halda müayinə təkrarən aparılmalıdır.


Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 69
996) Toksoplazmozdan şübhələndikdə hansı materialın müayinəsi aparılır?
A) Sidik

B) Nəcis


C) Qan, onurğa beyin mayesi

D) Mədə möhtəviyyatı

E) Bəlğəm

Toksoplazmozdan şübhələndikdə qan, onurğa beyin mayesi döl örtüyünün qalıqları, biopsiya və antopsiya materialı müayinə edilir. Bundan başqa dəri daxili allergik sınaq qoyulur.


Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 53
997) İnsanın difillobotrioza yoluxması necə baş verir?
A) Sürfələrlə yoluxmuş balıq əti ilə

B) Mal əti ilə

C) Krab əti ilə

D) Çirkli əllərlə

E) Meyvə tərəvəzlə

Difillobotrioz enli-lent qurdunun əmələ gətirdiyi xəstəlikdir. İnsan pleroserkoid adlanan sürfələrlə yoluxmuş balıq ətinin yaxşı bişməmiş halda yedikdə yoluxur. Qurd nazik bağırsaqda parazitlik edir.


Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 79
998) Balıqçılar və su təsərrüfatı işçiləri arasında profilaktik tədbirlər hansı helmintoz zamanı aparılır?
A) Askaridoz

B) Enterobioz

C) Difillobotrioz

D) Trixinelloz

E) Nekatoroz

Balıqçılar və sahilyanı zonalarda yaşayan əhalinin əsas qida məhsulu balıq olduğu üçün onlar difillobotrioza daha çox yoluxur. Odurki, bu işçilər arasında profilaktik tədbirlər mütləq aparılmalıdır.


Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 76
999) Teniarinxozlu xəstə tibb məntəqəsinə müraciət edibsə, tibb işçisi diaqnoz məqsədilə hansı üsuldan istifadə etməlidir?
A) Berman

B) Sorğu üsulundan

C) İsupov və Broxorov

D) Qoryaçev

E) Sulman

Teniarinxozlu xəstə həm sərbəst olaraq, həm də defekasiya aktı zamanı öküz teniyasının buğumlarının çıxdığını görür. Buna görə də məntəqəyə müraciət edən xəstədən ilk növbədə qurdun yetkin buğumlarının sərbəst olaraq çıxması haqqında soruşur və xəstənin dediklərinə əsasən ilk diaqnozu qoyur.

Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 83
1000) Profilaktik tədbir olaraq hansı helmintoz zamanı otun, yem sahələrinin insanın nəcisi ilə çirklənməsinin qarşısı alınmalıdır?
A) Opistorxoz

B) Teniarinxoz

C) Paroqonimoz

D) Klonorxoz

E) Fassialyoz

Teniarinxozlu insan yaxşı bişməmiş mal ətini yedikdə yoluxduğuna görə, mal qaranın otlaq yerlərinin xəstə insanların nəcisi ilə çirklənməsinin qarşısı alınmalıdır. Bu məqsədlə yerlərdə qapalı ayaqyolular tikilməli və əhali arasında sanitar maarifi işi gücləndirilməlidir.


Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 84

Laborant ixtisası üzrə test suallarının cavabları.


1.D

101.C

201.E

301.B

401.C

501.C

601.D

701.A

801.E

901.B

2.D

102.C

202.B

302.E

402.A

502.A

602.E

702.E

802.D

902.B

3.E

103.B

203.C

303.A

403.C

503.C

603.C

703.D

803.A

903.E

4.D

104.D

204.D

304.E

404.B

504.A

604.B

704.A

804.E

904.C

5.D

105.C

205.D

305.B

405.C

505.B

605.B

705.B

805.E

905.A

6.B

106.E

206.D

306.E

406.D

506.D

606.C

706.A

806.D

906.E

7.D

107.B

207.D

307.C

407.C

507.E

607.C

707.E

807.C

907.D

8.E

108.E

208.E

308.B

408.B

508.C

608.D

708.E

808.A

908.D

9.B

109.D

209.E

309.A

409.E

509.B

609.E

709.B

809.E

909.E

10.A

110.A

210.B

310.B

410.A

510.A

610.A

710.E

810.E

910.C

11.D

111.E

211.C

311.C

411.A

511.D

611.A

711.A

811.B

911.D

12.C

112.A

212.A

312.E

412.A

512.A

612.B

712.C

812.B

912.C

13.D

113.A

213.D

313.E

413.D

513.D

613.C

713.E

813.C

913.D

14.B

114.E

214.E

314.D

414.D

514.A

614.D

714.E

814.B

914.A

15.A

115.D

215.D

315.A

415.B

515.E

615.A

715.B

815.C

915.C

16.C

116.E

216.E

316.B

416.A

516.B

616.E

716.D

816.B

916.B

17.D

117.C

217.A

317.C

417.A

517.D

617.C

717.B

817.B

917.C

18.B

118.B

218.A

318.B

418.E

518.A

618.A

718.A

818.C

918.C

19.B

119.D

219.B

319.D

419.C

519.A

619.B

719.A

819.E

919.B

20.C

120.B

220.D

320.E

420.B

520.B

620.B

720.D

820.A

920.E

21.D

121.B

221.C

321.B

421.E

521.B

621.C

721.D

821.B

921.B

22.C

122.C

222.E

322.A

422.D

522.C

622.C

722.E

822.E

922.A

23.D

123.D

223.D

323.A

423.B

523.E

623.E

723.B

823.B

923.A

24.C

124.E

224.B

324.D

424.B

524.B

624.E

724.E

824.A

924.D

25.E

125.A

225.E

325.A

425.C

525.D

625.A

725.D

825.A

925.A

26.C

126.B

226.E

326.C

426.E

526.E

626.E

726.D

826.E

926.C

27.E

127.C

227.E

327.E

427.A

527.B

627.A

727.D

827.E

927.A

28.D

128.D

228.B

328.C

428.D

528.B

628.B

728.C

828.E

928.B

29.B

129.B

229.A

329.B

429.D

529.B

629.E

729.D

829.A

929.D

30.E

130.E

230.D

330.D

430.D

530.B

630.C

730.D

830.B

930.E

31.B

131.B

231.C

331.E

431.B

531.A

631.C

731.A

831.E

931.A

32.D

132.E

232.E

332.C

432.E

532.E

632.A

732.C

832.A

932.B

33.A

133.D

233.B

333.A

433.A

533.A

633.B

733.C

833.E

933.D

34.B

134.B

234.D

334.C

434.D

534.B

634.A

734.C

834.B

934.B

35.D

135.B

235.E

335.C

435.D

535.D

635.E

735.C

835.A

935.B

36.B

136.A

236.C

336.E

436.A

536.D

636.E

736.C

836.B

936.C

37.E

137.A

237.C

337.A

437.B

537.A

637.A

737.E

837.E

937.B

38.C

138.B

238.D

338.D

438.E

538.C

638.A

738.D

838.E

938.B

39.A

139.C

239.A

339.A

439.A

539.D

639.C

739.C

839.E

939.A

40.D

140.D

240.B

340.B

440.D

540.E

640.E

740.B

840.E

940.E

41.A

141.D

241.A

341.A

441.C

541.B

641.A

741.C

841.C

941.D

42.E

142.A

242.B

342.A

442.C

542.B

642.D

742.D

842.A

942.B

43.D

143.B

243.E

343.D

443.E

543.B

643.D

743.D

843.D

943.D

44.B

144.E

244.A

344.B

444.E

544.B

644.E

744.E

844.D

944.C

45.D

145.C

245.A

345.B

445.E

545.B

645.B

745.B

845.C

945.E

46.B

146.B

246.A

346.E

446.E

546.B

646.D

746.C

846.B

946.D

Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə