Laboratoriya işi № Skanedici zond mikroskopu(szm) vasitəsilə nümu



Yüklə 187,65 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix30.03.2018
ölçüsü187,65 Kb.
#35511
1   2   3   4   5   6   7

“Nanotexnologiyadan laboratoriya  işləri”. Dərs vəsaiti  

 

menyusundan istifadə edərək Open və ya New və yaxud alətlər 



panelində uyğun düymələri seçməklə  işə başlamaq olar. File 

 New komandasını seçilməsi SZM də ölçmələrə keçməyi 

göstərir. File

⇒ Open komandasını seçmək isə əvvəllər alınmış 

şəkillərə baxılması  və  işlədilməsi başa düşülür. Proqram 

ölçmələrlə yanaşı  həmçinin verilənlərə baxılmasını  və  həmdə 

işlədilməsinə imkan verir. 

 

Şəkil 1-19. NanoEducator proqramının baş pəncərəsi 



 

File

⇒ New komandasının icra olunmasından sonra ekranda 

dialoq pəncərəsi yaranmış olur, işçi qovluğun seçilməsi və ya 

yaradılması imkanı yaranır və cari ölçmələrin nəticələri 

qovluğa yazılacağı nəzərdə tutulur. Ölçmə prosesini apararkən 

bütün alınmış verilənlər ardıcıl olaraq razılaşmaya görə 



ScanData+i.spm adlı fayla yazılacaq, burada i-indeksi proqram 

işə düşərkən sıfır qiymətini alır və  hər bir yeni ölçmələr üçün 

qiyməti artmış olur. ScanData+i.spm faylları  işçi qovluqda 

yerləşdirilir. Hər yeni ölçmələrə başlamazdan  əvvəl qərarlaş-

dırılır. Ölçmələr aparılan vaxtı başqa işçi qovluğun seçilməsi 

 

 



 

28



Skanedici zond mikroskopu (SZM) vasitəsilə nümunə  səthinin topoqrafiyasının 

alınması. Təcrübənin nəticələrinin işlənməsi  

 

 

 



imkanı mövcuddur. Bunun üçün proqramın baş  pəncərəsinin 

alətlər panelində yerləşən 

 düyməsini sıxmaq lazımdır.  

Skanetmə  pəncərəsində  Save Experiment düyməsini 

sıxmaqla cari ölçmələrin nəticələrini saxlamaq olar, yaranan 

dialoq pəncərəsində qovluğu seçmək və faylın adını göstərmək 

lazımdır, bu zaman ScanData+i.spm faylı ölçmələr aparılan 

proses vaxtı müvəqqəti fayl olub sizin göstərdiyiniz fayl adına 

dəyişəcək. Ölçmələrə başlamazdan  əvvəl fayl seçdiyiniz işçi 

qovluqda saxlanılacaq.  Əgər ölçmələrin nəticələrini saxlanıl-

mazsa onda yenidən proqramı  işlədərkən  ScanData+i.spm 

müvəqqəti fayla yazılmış  nəticələr ardıcıl olaraq yenidən 

yazılacaq(Əgər işçi qovluq dəyişməyibdirsə) proqramı bağla-

yarkən və yenidən işlədərkən işçi qovluqda ölçmələrin 

nəticələri olan müvəqqəti faylların mövcudluğu haqqında 

xəbərdaredici məlumat verilir. ScanData standart adını 

dəyişmək olar. Bunu işçi qovluğun seçilməsi pəncərəsində 

etmək olar. İşçi qovluğun seçilməsi pəncərəsi proqramın baş 

pəncərəsinin alətlər panelində yerləşən 

 düyməsini sıxmaqla 

həyata keçirilir. SPM File Explorer  pəncərəsində ölçmələrin 

nəticəsini saxlamaq olar. Lazımı faylları növbə ilə seçərək 

seçilmiş qovluqda onları saxlamaq lazımdır. 

NanoEducator cihazı ilə alınmış nəticələri ASCII formatı-

na çevirmək olar. Bunu NT MDT istifadə olunan Nova  və 

başqa proqramlarla da etmək olar. Skanedilmiş  şəkillər 

həmçinin onların kəsikləri olan verilənləri  ASCII formatına 

çevirmək olar. Verilənləri  ASCII formatına çevirmək üçün 

proqramın baş  pəncərəsindəki alətlər panelində yerləşmiş 



Export düyməsini 

 sıxmalı      və  ya File menyusunun 

Export

 ASCII rejimini seçmək lazımdır.  

Dialoq pəncərəsini bağladıqdan sonra ekranda cihazın idarə 



olunması paneli görünür(Şəkil 1-20). Cihazın idarə olunması 

 

 



 

29



“Nanotexnologiyadan laboratoriya  işləri”. Dərs vəsaiti  

 

panelinin sol hissəsində SZM-in konfiqurasiyasını seçmək üçün 



düymələr yerləşir. 

- skanedici qüvvə mikroskopu (SQM) 

- skanedici tunel mikroskopu (STM) 

 

Şəkil 1-20. Cihazın idarəetmə paneli 



 

SQM ölçmələrinə hazırlıq aşağıdakı  əməliyyatların yerinə 

yetirilməsindən ibarətdir:  

Nümunənin yerinə qoyulması 

Nümunəni qoymazdan əvvəl zond çeviricisini elə çıxarmalı 

ki, zond zədələnməsin

Nümunənin bərkidilməsinin iki üsuluna baxılır: 

- maqnit stolda (bu halda nümunə metal üzərinə  bərkidilməli-

dir); 


- ikitərəfli yapışqanlı lent vasitəsi ilə metal üzərində nümunə 

yerləşdirilməlidir. 

İkitərəfli lentdə olan nümunəni qoymaq üçün dirəkdən 

saxlayıcını burmaqla açmaq (skanedicinin zədələməmək üçün), 

sonra isə dayağa qədər onu yavaşca bağlamaq lazımdır. Maqnit 

bərkidilmə halında, nümunənin dəyişməsi altlığı açmadan və ya 

bağlamadan həyata keçirilir:  

Zond çeviricisinin yerinə qoyulması 

Zond çeviricisinin yerinə qoyulması  həmişə nümunənin 

altlığa qoyulmasından sonra yerinə yetirilməlidir. Çeviricini 1 

əl ilə  gətirmə burğusu ilə saat əqrəbinin istiqamətində 

fırlatmaqla yuxarı vəziyyətə gətirilir(Şəkil 1-21). Ölçü başlığı-

 

 



 

30



Skanedici zond mikroskopu (SZM) vasitəsilə nümunə  səthinin topoqrafiyasının 

alınması. Təcrübənin nəticələrinin işlənməsi  

 

 

 



nın qapağındakı 2 zond çeviricisinin burğusunu boşaldıb, zond 

saxlayıcının yuvasına qoymalı  və qeydedici vinti saat əqrəbi 

istiqamətində yüngülcə bərkitmək lazımdır (Şəkil  1-21). 

 

Şəkil 1-21. Zond çeviricinin yerinə qoyulması 

 

   Skanetmənin yerinin seçilməsi 



Nümunə üzərində  tədqiqat olunan yerin seçilməsi üçün, 

cihazın aşağı hissəsində yerləşmiş iki koordinatlı stoldakı 

yerdəyişmə burğulardan istifadə olunur. 

Əvvəlcədən zondun nümunəyə yaxınlaşması 

Hər bir ölçmə üçün zondun qabaqcadan yaxınlaşması 

əməliyyatı zəruri deyil. Onun zəruriliyi nümunə və zond arasın-

dakı  məsafənin qiymətindən asılı olaraq yerinə yetirilir. Əgər 

zondun ucu ilə nümunə  səthi arasındakı  məsafə 0,5-1mm-dən 

böyükdürsə, onda zondun nümunə  səthinə yaxınlaşması 

əməliyyatının aparılması  məqsədə uyğundur. Zondla nümunə 

arasındakı  məsafə böyük olarsa zondun nümunəyə avtomatik 

yaxınlaşması prosesinə çox vaxt tələb olunacaqdır. 

Zondu aşağıya salmaq üçün əllə  gətirmə burğusundan 

istifadə edilir. Bu zaman zond və nümunə  səthi arasındakı 

məsafəyə vizual olaraq lupa vasitəsilə nəzarət etmək lazımdır. 



Rezonans əyrisinin qurulması və işçi tezliyin daxil edilməsi 

Hər bir təcrübəni aparmazdan əvvəl bu əməliyyatın yerinə 

yetirilməsi zəruridir və bunu etmədən gələcək ölçmələrin 

mərhələlərinə keçid bağlıdır. Bundan başqa ölçmə prosesi 

 

 

 



31


“Nanotexnologiyadan laboratoriya  işləri”. Dərs vəsaiti  

 

zamanı elə  vəziyyət yaranır ki, bu əməliyyatın təkrar yerinə 



yetirilməsi tələb olunur (məsələn, kontakt itərkən). 

Rezonans axtarışı  ADJUST

RESONANCE  əmri ilə 

yerinə yetirilir. Bu əməliyyatın yerinə yetirilməsi, generator 

tərəfindən verilən məcburi rəqslərin tezlikləri dəyişərkən, 

zondun rəqs amplitudının ölçülməsi üçün nəzərdə tutulur. 

Bunun üçün  Run düyməsini sıxmalı. 

 

 



Şəkil 1-22. Rezonansın axtarışı rejimi pəncərəsi və  işçi tezliyin 

təyini: a) -avtomatik rejim; b) -əl rejimi 

                      

 

 

   

Avtomatik rejimində zondun rəqs amplitudunın müşahidə 

olunan maksimal qiymətinə  bərabər generatorun tezliyi 

avtomatik təyin olunur. Verilmiş tezlik diapazonunda zondun 

rəqs amplitudının dəyişməsinin göstərən qrafikdə rezonans 

pikinin formasını müşahidə etməyə imkan verir(Şəkil 1-22 a). 

Əgər rezonans piki aydın ifadə olunmayıbdırsa və ya rezonans 

tezliyində amplitud kiçikdirsə (1V aşağı), onda ölçmələri apar-

maq üçün parametrləri dəyişmək zəruridir və rezonans tezliyi 

təkrar təyin etmək lazımdır. 

   Bunun  üçün  Manual rejimi istifadə olunur. Bu rejimi 

seçərkən  Frequency Scaning  pəncərəsində  əlavə panel 

yaranır(Şəkil 1-22 b) və aşağıdakı parametrləri korrektə etməyə 

imkan verir: 

 

 

 



32


Skanedici zond mikroskopu (SZM) vasitəsilə nümunə  səthinin topoqrafiyasının 

alınması. Təcrübənin nəticələrinin işlənməsi  

 

 

 



-  Generator  tərəfindən verilən rəqs amplitudı  (Oscillation 

Amplitude). Bu kəmiyyətin qiymətinin minimal verilməsi 

təklif olunur(sıfıra kimi də olar) və 50 mv böyük olmasın. 

- Amplitudı gücləndirən əmsal (AM Gain). Zondun rəqs ampli-

tudının kifayət qədər böyük olmayan qiymətlərində (<1V) bu 

əmsalın qiymətinin artırılması məsləhətdir(təklif olunur). 

Rezonansın axtarışına başlamaq üçün Run  düyməsini 

sıxmaq lazımdır. 

Manual rejimi mışın köməyi ilə seçilmiş tezliyi qrafikdə 

yaşıl kursorun yerini dəyişməyə imkan verir, həmçinin seçilmiş 

tezliyin kiçik qiymətlərinin diapazonunda rəqslərin amplitudı-

nın dəyişmə xarakteri nəzərə alınır(bunun üçün Manual 



Regime Fine  vəziyyətini seçərək və  Run düyməsini sıxmaq 

lazımdır).   



Qarşılıqlı təsirin alınması 

      Qarşılıqlı təsirin alınması avtomatik gətirmə mexanizminin 

köməyi ilə zond və nümunə yaxınlaşmasının idarəetmə prose-

durası ilə yerinə yetirilir. Cihazın idarəetmə panelindəki 

düyməsini  sıxmaqla bu proseduranı çağırmaq 

olar. SQM-lə işləyərkən rezonans tezliyin axtarışı və qurulması 

əməliyyatından sonra bu düyməyə imkan yaranır.  Scaning 

Force MicroscopyLanding (Şəkil 1-23) pəncərəsində zondun 

yaxınlaşmasını idarəedən elementlər yerləşir, həmçinin 

proseduranın yerinə yetirilmə gedişini analiz etməyə imkan 

verən indikasiya parametrləri vardır.  



Landing  pəncərəsi istifadəçiyə  aşağıdakı  kəmiyyətləri 

müşahidə etməyə imkan verir:  

- Z oxu üzrə skanedicinin maksimal mümkün uzaqlaşmasını 

(yuxarıya qalxması) (Scanner Protraction) vahid qəbul 

olunmuşdur. Skanedicinin qalxmasının cari vəziyyəti uyğun 

sol indikatorun dolması  səviyyəsinin rəngi ilə xarakterizə 

olunur: yaşıl rəng-işçi zona, göy-iş zonasından kənar, qırmızı 

- skanedici nümunə səthinə xeyli yaxınına gəlib və bu zondun 

 

 

 



33


“Nanotexnologiyadan laboratoriya  işləri”. Dərs vəsaiti  

 

deformasiyasına (zədələnməsinə) gətirib çıxarar. Sonuncu 



halda proqram xəbərdaredici səs verir.  

- Qarşılıqlı  təsir qüvvəsinin olmamasına uyğun olaraq zondun 

rəqs amplitudının (Probe Oscillation Amplitude) vahid 

qəbul edilir.  Zondun rəqs amplitudının qiyməti sağ indikator-

da çəhrayı  rənglə dolması  səviyyəsi ilə göstərilir. Probe 

Oscillation Amplitude indikatorundakı üfüqi nişan skanedi-

cinin vəziyyətini analiz edilməsi və onun avtomatik işçi  

vəziyyətinə çıxmasını göstərir. 

 

Şəkil 1-23. Qarşılıqlı təsirin alınması rejiminin pəncərəsi 

      

-Verilmiş istiqamətdə  (Probe Moving) gedilmiş  (Steps



addımların sayıdır: Landing - yaxınlaşma,  Rising - uzaqlaşma.  

Zondun aşağı salınması prosesinə başlamazdan əvvəl zəruridir:  

1.

 

Prove Moving elementində Landing (yaxınlaşma) 



imkanının seçilməsinə əmin olmalı.  

2.

 



Yaxınlaşma parametrlərinin düzgün verilməsini yoxlamaq:  

- Əks əlaqə dövrəsində Feed Back Loop Gain - gücləndirmə 

əmsalı 3 qiymətinə bərabər götürülür.  

-  Set Interaction düyməsini sıxaraq və  Set  Interaction 

pəncərəsində Amplitude Suppression (Şəkil 1-24)  paramet-

rinin qiyməti 0,3 bərabər olmasını yoxlamaq.  

3. RUN düyməsini sıxmaq.  

 

 



 

34



Skanedici zond mikroskopu (SZM) vasitəsilə nümunə  səthinin topoqrafiyasının 

alınması. Təcrübənin nəticələrinin işlənməsi  

 

 

 



   Steps indikatoru keçilmiş addımları hesablamağa başlayır. 

Qarşılıqlı  təsirin  əmələ  gəlməsindən sonra ekranda Landing 



done  məlumatı yaranır.  

      Zondu  əks  əlaqədən çıxarmaq və zond-nümunə arasındakı 

məsafənin artırılması üçün zondun  uzaqlaşması rejimindən 

istifadə olunur(Probe Moving: Rising). Uzaqlaşma əməliyya-

tını yerinə yetirilməsi üçün Probe Moving: Rising  hərəkət 

istiqamətini seçmək zəruridir və RUN düyməsini sıxmalı. 

 

 

 



Şəkil 1-24. Zond və nümunə qarşılıqlı təsirinin 

kəmiyyətlərinin  verilməsi pəncərəsi 

      Skanetmə  

Yaxınlaşma (Landing) prosesinin yerinə yetirilməsindən 

sonra və qarşılıqlı  təsirin  əmələ  gəlməsindən sonra skanetmə 

mümkün olur (cihazın idarə olunması  pəncərəsində 

düyməsi). Bu düyməni sıxaraq (Şəkil 1-25 də skanetmə 

pəncərəsinin  şəkli verilmişdir) istifadəçi bilavasitə ölçmələrin 

aparılmasına və ölçmələrin nəticələrinin alınmasına başlayır.  

      Skanetmə rejimində skanetmənin parametrlərinin daxil 

edilməsi zəruridir: Bu parametrlər  Scanning pencərəsinin yu-

xarı sağ hissəsində qruplaşdırılıbdır.  

Proqramı birinci dəfə  işlədərkən bu kəmiyyətlərin 

qiymətləri razılaşmaya görə qəbul olunur:  

Skanetmə  sahəsi         Scan Area (Xnm*Ynm): 5000*5000; 

 

 



 

35



“Nanotexnologiyadan laboratoriya  işləri”. Dərs vəsaiti  

 

Oxlar  üzrə ölçmə          



nöqtələrin sayı             X,Y:  NX = 100, NY = 100; 

Skanetmənin sürəti     Velocity =1000 nm/s; 

Skanetmənin yolu        Path skanetmənin istiqamətini   

müəyyənləşdirir.  

Proqram sürətli skanetmənin  

ox istiqamətini seçməyə      

imkan verir(X və Y).    

Proqramla işə başlayan zaman  



Path =X+ qəbul olunur.  

Skanetmə parametrlərini verdikden sonra, daxil edilmiş 

parametrlərin qəbul olunması üçün Apply düyməsini  və 

skanetməyə başlamaq üçün Run düyməsini sıxmaq lazımdır.  

Cari ölçmələrin nəticələrinin saxlanması üçün skanetmə 

pəncərəsində 

 düyməsini sıxmaq lazımdır 

və bu zaman görünən dialoq pəncərəsində qovluğu seçməli və 

faylın adını göstərməli. 

Experiment

 

Save

  

1.3. Metodik göstərişlər 



NanoEducator skanedici zond mikroskopunda işləməyə 

başlamazdan  əvvəl cihazın istifadəçilərə  rəhbərlik sənədini 

öyrənmək zəruridir.  

 

1.4. Tapşırıq 

1.

 

Təcrübədə  NanoEducator cihazının ümumi   



     konstruksiyasını öyrənmək. 

2.

 



NanoEducator cihazını idarə edən proqramla tanışlıq.  

3.

 



Müəllimin nəzarəti altında SZM - lə birinci şəklin  

     alınması.  

4.

 

Alınmış şəklin araşdırılması.  



 

1.5. Yoxlama  sualları 

1.

 



SZM - in əsas hissələrinin adları və onların  təyinatı. 

2.

 



Sensorların  növləri və onların iş prinsipləri. 

 

 



 

36



Skanedici zond mikroskopu (SZM) vasitəsilə nümunə  səthinin topoqrafiyasının 

alınması. Təcrübənin nəticələrinin işlənməsi  

 

 

 



3.

 

Pyezoelektrik effekti və pyezoelektrik mühərrikinin iş prin-



sipini izah edin.    

     Müxtəlif skanedicilərin konstruksiyasını təsvir edin.  

4.

 

NanoEducator



 cihazının ümumi konstruksiyasını təsvir edin.    

5.

 



NanoEducator

 cihazının tunel cərəyanı  və qarşılıqlı  təsir 

qüvvəsinin zond çeviricinin konstruksiyasını və iş prinsipini 

izah edin. 

 

   


Şəkil 1-25.  AQM  skanetmə və nəticələrinin təsviri 

prosesinin idarə olunmasi pəncərəsi  

 

6.

 



NanoEducator cihazında zondun yaxınlaşması mexanizmi-

ni təsvir edin. Zondun nümunə ilə qarşılıqlı  təsir qüvvəsini 

təyin edən parametrləri  aydınlaşdırın.               

 

 



 

37



“Nanotexnologiyadan laboratoriya  işləri”. Dərs vəsaiti  

 

7.



 

Skanetmə prinsipini və  əks  əlaqə sisteminin işini aydınlaş-

dırın. Skanetmənin parametrlərinin seçilməsi kriteriyası haq-

qında danışın.  



 

 

 



38

Document Outline

  • Rezonans əyrisinin qurulması və işçi tezliyin daxil edilməsi 

Yüklə 187,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə