Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə71/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   67   68   69   70   71   72   73   74   ...   110

Hər pay üçün burada 0,75 q quru çay, 15 q şəkər yaxud 30

q   riçal   yaxud   da  0,75   q  çay,   15   q  şəkər   və   1/10   ədəd   limon

götürülür.

Dəmlənmiş   çay   bilavasitə   xırda   çini   çaynikdə   süfrəyə

verildiyi hallarda onun yanına iri çini çaynikdə qaynar su, armudu

stəkan   yaxud   fincan,   nəlbəki   və   qaşıq,   habelə   xırda   nəlbəkidə

şəkər   yaxud   konfet,   mürəbbə   və   limon   dilimi   qoyulur.   Bu

qaydada süfrəyə çay verilməsinə “cüt çay” deyilir.



Hər pay üçün burada 3 q çay və 20 q şəkər götürülür.

Limonlu çay

Adi qaydada dəmlənir. Stəkan qaynar su ilə yaxalanır, ona

təxminən 50 ml çay dəmi süzülüb, üstünə təzə qaynar su əlavə

edilir. Çay süfrəyə veriləndə ayrıca olaraq yanına qənd və xırda

nəlbəkidə doğranmış limon qoyulur.

1 stəkan çay üçün yarım çay qaşığı quru çay, 25 q qənd,

1/8 və ya 1/10 ədəd limon nəzərdə tutulur.

Südlü və ya qaymaqlı çay

272



Çayla birlikdə süfrəyə süd qabında ayrıca isti qaymaq   və

ya süd verilir.

1 stəkan çay üçün 50 ml çay dəmi, 50 ml süd və ya qaymaq,

16-24   q   şəkər   götürülür.   Stəkanın   qalan   həcmi   qaynar   su   ilə

doldurulur.

Bal ilə çay

Adi   qaydada   dəmlənir,   stəkanlara   süzülüb   nəlbəkidə

süfrəyə verilir, yanına çay qaşığı  qoyulur. Şəkər, bal, mürəbbə və

ya cem ayrıca qabda gətirilir.



1 stəkan çay üçün 50 ml çay dəmi, 16-24 q şəkər, 30-50 q

bal,  mürəbbə və ya cem götürülür.

 

Qəhvə

Qəhvə bir neçə növdə hazırlanıb süfrəyə  verilə bilər. Ən

çox yayılmış olan qara, südlü yaxud qaymaqlı, limonlu, konyaklı

yaxud   likörlu   və   süd   içində   bişirilən   qəhvə   növləridir;   qəhvə

soyuq halda da süfrəyə verilə bilər.

Bəzən qəhvə stoluna süfrə salınmır. Hər qonağın qabağına

kiçik rəngli dəsmal, onun üstünə qəhvə fincanı, sol tərəfə desert

boşqabı və qəhvə komplekti, fincanın arxasına konyak və likör

üçün   qədəh   düzülür.   Stolun   ortasına   vazada   tort,   pirojna,

qovrulmuş badam və ya fındıq qoyulur.

Qara qəhvə

Qara   qəhvə,   qəhvədan   içində   xüsusi   qəhvəbişirən   cihaz-

larda hazırlanır. Burada təbii qəhvəyə kasnı qatılıb xüsusi torun

üzərinə   yaxud   kətan   kisəciyə   tökülür   və   qəhvədana   salınaraq

üstünə qaynar su əlavə edilib 5-10 dəqiqə bişirilir. Külli miqdar

qəhvə   lazım   gəldikdə   o,   bilavasitə   qabda   bişirilir,   lakin   belə

olduqda süfrəyə verilən zaman qəhvə süzülür. 

273



Qəhvə   stəkanda   yaxud   fincanda   süfrəyə   verilir.   Ayrıca

olaraq  onun yanına  xırda nəlbəkidə şəkər, bəzən limon  dilimi,

konyak, yaxud likör və süd qabında süd yaxud qaymaq qoyulur. 

Qara qəhvə cütpaylıq qəhvədanda da süfrəyə verilə bilər.

burada qəhvə kasnı ilə qarışdırılıb xüsusi torun (metal yumurta)

içinə   tökülür   və   buxar   qəhvədanına   yerləşdirilərək   qaynar   su

əlavə  edilir,  qəhvədanın  altında  isə spirt  ocağı  yandırılır.  Eyni

zamanda süfrəyə qəhvə fincanları və ayrıca olaraq şəkər, limon

və s. gətirilir.

Hər pay üçün 6q təbii qəhvə, 2q kasnı, 25q şəkər, 1/10 ədəd

limon, habelə 20q likör yaxud konyak götürülür.

Südlü qəhvə

Südlü   qəhvə   hazırlanması   üçün   süzülmüş   (xıltsız)   hazır

qara   qəhvə   qaba   tökülüb   içinə   şəkər   və   süd   əlavə   edilir   və

qaynadılır.   Süfrəyə  verilən  zaman  bu  qəhvə   stənkanlara  və  ya

fincanlara tökülür. Burada qəhvənin yanına ayrıca olaraq pirojki

boşqabında pirojna yaxud tort qoyulur.



Hər pay üçün burada 6q döyülmüş təbii qəhvə, 2q kasnı,

25q şəkər, 75q süd yaxud 35q şəkərli qatı süd götürülür.

Südlü və ya qaymaqlı qəhvə

Qara   qəhvə   içkisi   hazırlanıb   süfrəyə   gətirilərkən   ayrıca

qabda isti süd və ya qaymaq, şəkər verilir.

Qara qəhvə içkisi – 100-150 ml, şəkər – 16-24 q, süd və ya

qaymaq 25-50 q.

Şərqsayağı qəhvə

Şərqsayağı qəhvə (xıltı içində qara

qəhvə)   hazırlananda   döyülmüş   qəhvə

274



şəkərlə   birlikdə   təkpaylıq   qazançaya   tökülüb   üstünə   qaynar   su

əlavə   edilir   və  3-5   dəqiqə   bişirilir.   Bu   qəhvə   xıltı   ilə   birlikdə

fincana   tökülüb   süfrəyə   verilir.   Bunun   yanına   ayrıca   olaraq

limon, likör və s. qoyula bilər.

Xüsusi təkpaylıq qazan olmadıqda qəhvəyə şəkər qatılıb adi

qabda bişirilir.



Hər pay üçün burada 10 q döyülmüş təbii qəhvə və 15 q

şəkər götürülür.

Soyuq qəhvə

Soyuq qəhvə soyudulmuş hazır qara qəhvədən ibarətdir ki,

bu da çalınmış (köpükvari vəziyyətə gətirilmiş) qaymaqla yaxud

dondurma ilə birlikdə bokallara tökülüb süfrəyə verilir.

Təzə   qovrulub   döyülmüş   qəhvə   dənlərindən   hazırlanan

zaman   bu,   xüsusilə   dadlı   və   aromatlı   olur.   Çiy   qəhvə   dənləri

qovrulan zaman tünd qəhvəyi rəngə çatdırılmalı və döyülüb qara

qəhvə kimi bişirilməlidir.

Dondurmalı qəhvə süfrəyə verilən zaman qabaqca stəkana

kürəcik  şəklində  qaymaqlı  dondurma  qoyulur,  onun üstünə  isə

soyudulmuş qəhvə tökülür.

Hər pay üçün burada 8 q təbii qəhvə, 2 q kasnı, 25 q şəkər

və 50 q qaymaqlı dondurma götürülür.

Kakao

Burada kakao tozu və şəkər qaba tökülüb üstünə qaynar süd

əlavə edilir və topaclanmasın deyə, qarışdıra-qarışdıra qaynadılır.

Kakao   stəkanda   yaxud   fincanda   süfrəyə   verilir.   Ayrıca

olaraq   bunun   yanına   boşqab   içində   pirojna   yaxud   tort   tikəsi

qoyula bilər.



Hər pay üçün burada 6q kakao tozu, 25q şəkər və 130q süd

götürülür.

275



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə