bişirilmiş kartofdan, göy noxuddan və habelə 3-4 növ tərəvəzdən
hazırlanmış mürəkkəb tərkibdən ibarət olur.
Hər pay üçün burada 165 q qoyun əti, yaxud 180 q dana
əti, 5 q yağ (qovurmaq üçün), 150 q hazır qarnir və 50 q ət şirəsi
götürülür.
File və qarnir
Burada hazırlanmış can ətinin tikələri tavada 140-150°
temperaturda qızdırılmış yağın içinə salınıb hər iki tərəfdən
lazımi dərəcəyə qədər, rostbif kimi qovrulur.
Həmin xörək isidilmiş buludda süfrəyə verilir və ətin ya-
nına kartof qızartmasından yaxud bol yağda qızardılmış kartofdan
ibarət qarnir qoyulur. Süfrəyə veriləndə bunun üstünə ət şirəsi
tökülür.
Hər pay üçün burada 161 q ət (can əti), 5 q kərə yağı, 150
q hazır qarnir və 5 q yağ götürülür.
Natural langet
Burada hazırlanmış yarımfab-
rikatdan hər pay üçün 2 tikə əsas
üsul üzrə hər iki tərəfdən hazır
olunca qovrulur.
Langet isidilmiş paylıq bu-
ludda süfrəyə verilir və ətin yanına
kartof qızartması yaxud suda bişi-
rilib qızardılmış kartofdan, yerkö-
kündən, göy noxuddan, çiçək kələmindən yaxud Brüssel kələ-
mindən, lobyadan və s. ibarət mürəkkəb tərkibli qarnir qoyulur.
Süfrəyə verilən zaman langetin üstünə ət şirəsindən tökülür.
177
Hər pay üçün burada 161 q can əti, 7 q ərinmiş piy, 150 q
hazır qarnir götürülür.
Soğanlı və kornişonlu langet və qırmızı sous
Burada hazırlanmış yarımfabrikat natural langet kimi qov-
rulur. Bu xörək dərin paylıq buludda süfrəyə verilir və ətin yanına
kartof püresindən yaxud kartof qızartmasından ibarət qarnir qo-
yulur. Ətin üstünə soğanlı və kornişonlu qırmızı sous tökülür.
Langet habelə tomat, madera və soğanlı xama sousu ilə də
süfrəyə verilə bilər.
Hər pay üçün burada 161 q can əti, 7 q ərinmiş piy və 150
q hazır qarnir və 75 q hazır sous götürülür.
Antrekot və kartof
Burada hazırlanmış yarımfab-
rikat hər iki tərəfdən əsas üsulla
qovrulub hazır vəziyyətə gətirilir.
Süfrəyə verilən zaman antrekot
isidilmiş paylıq buluda qoyulub yanı-
na bütün növlərdə qızardılmış kartof
və yonulmuş qıtıqotu əlavə edilir, üs-
tünə isə ət şirəsi tökülür. Antrekotun üzərinə həm də bir tikə yaşıl
yağ qoyulur. Burada qarnir süddə bişirilmiş kartofdan ibarət
olduqda, ayrıca qabda süfrəyə verilir.
178
Hər pay üçün burada 161 q birinci növ mal əti, 7 q ərinmiş
piy, 150 q hazır qarnir, 15 q qıtığotu (kökü) və 15 q yaşıl yağ
götürülür.
Qoyun ətindən yaxud dana ətindən natural kotlet
Burada hazırlanmış yarımfabrikat hər iki tərəfdən qazmaq
tutunca əsas üsul üzrə qovrulur.
Natural kotlet isidilmiş paylıq buludda süfrəyə verilir; kot-
letin yanına suda bişirilib qızardılmış kartof yaxud tir şəklində
bol yağda qızardılmış (fri) kartof, yaxud da müxtəlif tərəvəzdən
(qızardılmış) yaxud suda bişirilmiş kartof, süd sousunda bişi-
rilmiş tərəvəz, göy noxud, çiçək kələm, qınlı təzə lobya və s.)
ibarət gül dəstəsi şəklində düzülmüş qarnir qoyulur.
Süfrəyə verilən zaman kotletin üstünə ət şirəsi tökülür və
sümüyünə papilyotka (kağız borucuq) geydirilir.
Qoyun ətindən hazırlanmış natural kotletin yanında sous
qabında ayrıca olaraq soğanlı süd sousu da süfrəyə verilə bilər.
Hər pay üçün burada 180 q dana əti (bel hissəsi), yaxud
165 q qoyun əti (bel hissəsi), 7 q ərinmiş piy və 150 q hazır
qarnir götürülür.
Soğanlı süd sousu: burada baş soğan narın doğranıb kərə
yağında qazmaq tutmamaq şərtilə azacıq qızardılır və ət
bulyonuna salınıb qapağı örtülü qabda bişirilir. Sonra bişmiş baş
soğan qaynar, duru, əsas südlü sous ilə birləşdirilib qarışdırılır və
7-10 dəqiqə bişirildikdən sonra içinə duz və istiot qatılıb sıx
ələkdən keçirilir.
179
Həmin sous qoyun ətindən natural kotlet xörəyinin yanında
süfrəyə verilir.
Hər kq sous üçün 675 q süd, 40 q buğda unu, 40 q kərə
yağı və 238 q baş soğan götürülür.
Dana ətindən yaxud qoyun ətindən əzmə kotlet
Burada hazırlanmış yarımfabrikat qazmaq tutunca əsas üsul
üzrə qızardılır və sonra 5-10 dəqiqə qızdırıcı şkafa qoyulub əlavə
qızardılır.
Bu xörək paylıq buludlarda süfrəyə verilir və ətin yanına
gül dəstəsi şəklində sadə yaxud 3-4 növ tərəvəzdən ibarət (qızar-
dılmış yaxud suda bişirilmiş kartof, buğda bişirilmiş kələm, göy
noxud, çiçək kələm yaxud Brüssel kələmi və s.) qarnir qoyulur.
Süfrəyə verilən zaman kotletin üstünə kərə yağı tökülür və
sümüyünə papilyotka (kağız borucuq) geydirilir.
Hər pay üçün burada 169 q qoyun əti (bel hissəsi), yaxud
176 q dana əti (bel hissəsi), 15 q suxarı (urvalamaq üçün), 1/7
ədəd yumurta, 10 q yağ (qovurmaq üçün), 5 q kərə yağı və 150 q
hazır qarnir götürülür.
Döymə kotlet
Burada hazırlanmış və urvalanmış kotlet tavada 130-140°
temperaturda qızdırılmış yağın içinə salınır və 8-10 dəqiqə
ərzində qazmaq tutunca qızardılır. Sonra bu, 5-8 dəqiqəliyə
qızdırıcı şkafa qoyulub hazır vəziyyətə çatdırılır. Qızdırılmış
kotlet hazır olan kimi süfrəyə verilməlidir, çünki saxlandıqda
onun dadı pisləşir.
180
Dostları ilə paylaş: |