Lentali konveyerləRİn hesablanmasi


Mazutların sisternlərdən daşına bilən qızdırıcılar vasitəsilə qızdırılması ilə boşaldılması



Yüklə 400,41 Kb.
səhifə11/45
tarix05.02.2022
ölçüsü400,41 Kb.
#83477
1   ...   7   8   9   10   11   12   13   14   ...   45
İEQ. yanacaq.yan. nəz. v. təs.

Mazutların sisternlərdən daşına bilən qızdırıcılar vasitəsilə qızdırılması ilə boşaldılması.

Sisternlərin başlıq hissələrinin diametrinin kiçik olması bu metodda istifadə olunan qızdırıcılara məhdudiyyət qoyur.Bu məqsədlə istifadə olunan qızdırıcılar spiralvari və radiatorlu olurlar.

Mazuta batırılan qızdırıcı sisternin başlıq hissəsindən sisternin içərisinə salınır.Bu qızdırıcı 3 hissədən ibarətdir: mərkəzi və 2yanı.Həmin hissələr biri-birilə ardıcıl və mütəhər­rik qollar vasitəsilə birləşmişdir. Bu qollar vasitəsilə qızdırıcıya buxar daxil olur və həmin buxarın kondensatı xaric edilir.Qızdırıcının buxar xəttındən ayrılmaq üçün hər seksiya qapaqla (klapan) təchiz edilir.

Daçşna bilən,mayeyə batırılan, ilanvari qızdırıcının prinsipial sxemi şəkilk 10.15-də verilmisdir.



Şəkil.10.15.Daşına bilən,mayeyə batırılan,ilanvari qızdırıcının

prinsipial sxemi.

a)mərkəzi seksiya;b)yan seksiya;1-qoruyucu zolaqlar;2-boru;3-mufta(halqa);4-kondensatı buraxmaq üçün tıxaclar;5-möhkəmlik tilləri:6-buxarın giriş;7-kondensatın çıxışı.

Ətraf mühitin aşağı temperaturlarında,mazutun temperaturu donma tempe­ratu­rundan çox aşağı olduqda,sisternəəvvəlcə yan qızdırıcılar salınır.Mazutun yüksək temperaturlarda isə sisternə ardıcıl olaraq olaraq,sol,orta və sağ seksiyalar salınır.Şəkil 10.16-da qızdırıcının sisterndə yerləşdirilməsi göstərilmişdir.Qızdırıcıya daxil olan istilik daşıyıcının (buxarın) temperaturu 200 0C-yə qədər,təzyiqli isə 0,6-0,8MPa götürülür.

Məlumdur ki, sisternin başlıq hissəsinin ölçülərindən asılı ilaraq,bu tip qızdırıcıların qızma səthləri böyük olmur.Bu da mazutları sisterndə tam qızdırmağa imkan vermir.Belə ki, sisterndə (0,5-1,5 t) soyuq mazut mazut ki, bu da əl əməyi hesabına boşaldılır.

Mazutların boşaldılma müddətinə görə və sisterndən mazutların tam təmizlən­mədi­yinə görə bu metod az effektlidir.Ona görə də bu metod geniş tədbiq edilmir.

Şəkil 10.16. Daşına bilən ,mayeyə batırılan,ilanvari qızdırıcısının sisterndə

yerləşdirilməsi sxemi.

1-sistern (50 t);2-sistern (25 t); 3-kran;4-kondensatı buraxan şılanqlar;5-dayaq;6-birləşdirici qayka;7-buxar xətti;8-əl bucurğadı;9-buxar verən şlanqlar;10-qızdırııcının seksiyaları;11-seksiyaların sisterndə yerləşmə vəziyyəti.




Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə