Lentali konveyerləRİn hesablanmasi


Mazutların sisternlərdən eloktroinduksion metodla boşaldılması



Yüklə 400,41 Kb.
səhifə14/45
tarix05.02.2022
ölçüsü400,41 Kb.
#83477
1   ...   10   11   12   13   14   15   16   17   ...   45
İEQ. yanacaq.yan. nəz. v. təs.

Mazutların sisternlərdən eloktroinduksion metodla boşaldılması.

Bu metod elektrik enerjisindən istifadəyəəsaslanan metodların içərisindəən effektividir.Elektroinduksion metodla qızdırılma, dolağa dəyişən cərəyan verməklə,sisternətrafında elektromaqinit sahə yaratmağa əsaslanır.Bu zaman sisternin divarlarında cərəyan induk­tivləşir və istilik enerjisinəçevirilir.Oradan da sisterndəki mazuta ötürülür.Mazutların sisternlərdən elektroinduksion metodla boşaldılmasışəkil 10.19-da göstərilmişdir.

Qızdırıcı, metaldan hazırlanmış iki ədəd karkas tipli yarımsilindirlərdən(2) ibarətdir.Yarımsilindirlərin üzərində alüminium və yam is naqilli elektrik dolağı(4) bərkidilir.Yarımsilindirə bərkidilən elektrik dolağındakı hər bir naqilin uclarının şteker birləşməsi (5) olur.Yarımsilindirlər metal çərçivəyə (6) bərkidilir.Hər bir çərçivənin altında iki ədəd təkər olur ki,bunlar vasitəsilə yarmsilindirlər sisternə(1) yaxınlaşdırılır və oradan uzaqlaşdırılır.Dolaqlara 120;220;380V gərginlikdə birfazlıvə ya üçfazlı elektrik cərəyanı verilir.

Metodun üstün cəhətlərindən biri mazutun sisternlərdən tamamilə boşaldılması ilə yanaşı,sisternlərin təmizlənməsinə ehtiyacın olmamasıdır.Bu metodun maya dəyəri buxarla qızdırılma metodlarına nisbətən 3 dəfə azdır.Bu metodla mazutu soyuq halda da sisternlərdən boşaltmaq mümkündür.

Metodun mənfi cəhəti isəçoxlunsayda sökülə bilən birləşmələrinin olmasıdır.

Şəkil 10.19.Mazutların sisternlərdən elektroinduksion metodla boşaldılması

1-sistern; 2,3-karkas tipli yarımsilindirlər;4-elektrik dolağı;5-şteker birləşmə;6-metal çərçivə; a)qızdırıcının işlək olmayan vəziyyəti;b)qızdırıcının işlək vəziyyəti.


Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə