Lentali konveyerləRİn hesablanmasi


Mazutların İES-əçatdırlması və boşaldılması



Yüklə 400,41 Kb.
səhifə7/45
tarix05.02.2022
ölçüsü400,41 Kb.
#83477
1   2   3   4   5   6   7   8   9   10   ...   45
İEQ. yanacaq.yan. nəz. v. təs.

10.2 Mazutların İES-əçatdırlması və boşaldılması.

İES-lərə mazut dəmiryolu xətti ilə, su yolu ilə, boru kəmərləri ilə gətirilir.Su yolu ilə mazutun daşınması dəmir yolu ilə daşınmasına görə 4-5 dəfə daha ucuz başa gəlməsinə baxmayaraq,mövsümi xarakter daşıdığından və stansiyada böyük mazut ehtiyatı tələb olunduğundan nadir hallarda su yolu ilə daşınmadan istifadə edilir.Yaxındakı neftayırma zavodlarından stansiyaya 200 markalı mazut boru kəməri vasitəsilə nəql edilir.Onun stansiyada qızmış buxarla qızdırılmasına icazə verilmir.

İES-lə neft emalı zavodu arasında məsafə 20 km-dən az olarsa, bu zaman mazutun boru kəməri ilə nəqli məqsədə uyğundur.Mazutun rahat nəqli üçün o qızdırıldıqdan sonra boru kəmərinə verilir.

İES-lə yanacaq mənbəyi arasında məsafə 100 km-dən az olduqda, kiçik güclüİES-lərə və qazanxanalara mazut avtomobil yolu ilə daşınır.

İES-lə yanacaq mənbəyi arasında məsafə 100 km-dən çox olduqda,mazut su yolu ilə daşınır.Lakin bu mövsümi xarakter daşıdığından,geniş istifadə olunmur.

Mazutların daşınmasında ən geniş istifadə olunan dəmir yoludur.40 və 100 markalı mazut sisternlərdən ibarət olan qatarlarla gətirilir.Sisternlərin tutumu 25,50,60,90 və 120 t olur.

Əsasən. 50 və 60 tonluq mazut sisterinlərindən geniş istifadə olunur.Az tutumlu sistern­lərdən o qədər də geniş istifadə olunmur və get-gedə istismardan çıxırlar.

Oxlarının sayına görə sisternlər 2-oxlu,4-oxlu və 6-oxlu olurlar.

Mazutun temperaturu yüksəldikcə, onun özlülüyü azalır. 750 C-dən yuxarı isə az azalır.Buna görə də mazutun temperaturu mazut çənlərində (rezervuarlarda) 70-900C,resirkuliya­siya xətdində 90-950C,mazut forsunkalarının qarşısında (nazutun markasından aslı olaraq) 125-1300C götürülür.100 markalı mazutun temperaturu mexaniki forsunka qarşısında 130-1400C olmalıdır.

Cədvəl 10.1

Mazutdaşınansisternlərinxarakteriskaları.

Mazut yanacağı dəmir yolu vastəsilə daşındıqda,təhlükəsizlik noqteyi nəzərindən dəmir yolu xəttinə düşən yük 20,5 t-dan çox olmamalıdır.Mazut daşınan sisternlərin xarakteriskaları cədvəl 10.1-də verilmişdir.

Şəkil 10.8-də 6 oxlu, 90t tutumlu mazut sisterni göstərilmişdir. Bu sisternləri digərlərindən fərqləndirən iki qapağının və iki boşaldıcı qurğusunun olmasıdır.

Şəkil 10.8. 6 oxlu 90 t tutumlu mazut sisterni.

Şəkil 10.9-da 4 oxlu 50 t tutumlu mazut sisterni göstərilmişdir.Bu sisterni di­gərlə­rin­dən fərqləndirən əsas xüsusiyyət onun “buxar köynəkli” olmasıdır . Payız-qış ayların­da ətraf mühitin temperaturunun aşağı olması mazutun donması ilə nəticələnir.Bununda nəticəsində mazutu sisternlərdən boşaltmaq çətinləşir.Ona görə də mazutları belə sisternlərdə daşımaq daha məqsədə uyğundur.

Şəkil 10.9. 4 oxlu 50 t tutumlu mazut sisterni.

Şəkil 10.10-da 6 oxlu 60 t tutumlu mazut sisterni göstərilmişdir.Bu tip vaqonlardan özlü mazutların daşınmasında istifadə edilir.

Şəkil.10.10. 6 oxlu 60 t tutumlu mazut sisterni.

Mazutların sisternlərdən boşaldılmasıüçün qazanxananın əhatəsində dəmir yolu xəttləri qurlaşdırılır.Bu dəmir yolu xəttləri əsas magistral xəttlərləəlaqəli olur.Dəmir yolu boyu estakadalar qurlaşdırılır ki, bunların da üzərində boşaldıcı qurğular yerləşdirilir.

Mazut təsərrüfatının boşaldıcı qurğular kompleksinə estakada,vaqonlardakı mazutu qızdırmaq üçün dayaqlar üzərində yerləşən buxar qızdırıcıları,daşına bilən qızdırıcılar və.s.aiddir.

Şəkil 10.11-də 1 tərəfli estakada göstərilmişdir.

Boşaldıcı estakadanın əsasını eni 1,2 m olan dəmir-beton çərçivədən hazırlanan və relslərin başından yuxarıda yerləşən platformalar təşkil edir. Estakada boyu hər 6 m-dən bir metaldan və ya dəmir-betondan hazırlanmış dayaqlar qurlaşdırılır.Bu dayaqların üzərində boşaldıcı estakadanın qurğuları yerləşdirilir.Estakada üzərində sisternin qapaq hissəsinə yaxınlaşmaq üçün atma körpü (5) qurlaşdırılır.Şlanq (3) vasitəsi ilə boşaldıcı qurğuya buxar verilir.Buxarın sərfinin tənzimlənməsi bağlayıcı klapan (4) vasitəsi ilə icra edilir.Mazut eni 930 mm olan,relslər arasında yerləşən kanala (11) axıdılır.Kanal 1-20 mailli olur. Kanalın dibində və divarlarında borularının diametri 50 mm olan, borulu qızdırıcı (12) yerləşdirilir.

Estakadaların üzərində fırlanan kranlar da qurlaşdırılır.Onların funksiyası daşına bilən qızdırıcıların aşağı yuxarı hərəkətini təmin etməkdir.Yeraltı kanalın eni daimi, hündürlüyüisədəyişən olur (0.8 - 2,5).

Estakadaya buxarın verilməsi üçün eni 40 mm olan, mütəhərrik şlanqlı, qızdırıcıya birləşdirilən kollektor qurlaşdırılır.Təzyiq altında mazutun sisternlərdən boşaldılmasıüçün estakadada sıxılmış hava boruları da yerləşdirilir.



Şəkil 10.11. 1 tərəfli eskada.

1-kanalın metal qapağı:2-buxar xətti:3-buxar şlanqı 4-bağlayıcı klapan:5-atma körpü:6-açıq metodla mazutu qızdıran zaman şlanqı birləşdirmək üçün fırlanan sütun:7-estakadanın dayağı:8-dəmir yolu sistreni:9-buxar köynəyi:10-boşaldıcı qurğu:11-relslər arasında yerləşən kanal:12-borulru qızdırıcı.

Şəkil 10.12-də 2 tərəfli estakada göstərilmişdir.



Şəkil 10.12. 2 tərəfli estakada

1-tutumu 50 t olan 4 oxlu sistern:2-sisternin buxar köynəyi:3-boşaldıcı qurğu:4-relslər arasında yerləşən dəmir-beton kanal:5-borulu qızdırıcı:6-kanalın qapağı:7-buxar şlanqı:8-buxar xətti:9-bağlayıcı klapan:10-fırlanan sütun:11-estakada.

İES-ə və ya qazanxanaya gətirilən mazutun temperaturu aşağı olduğundan,onun özlülüyüçox, axıcılıq qabiliyyəti pis olur.Bu da boşaldılma zamanı itkilərə səbəb olur.Bundan başqa vaqonların konstruktiv quruluşundan asılı olaraq, mazutların boşaldıl­ma­sı zamanı da itkilər yaranır. Ümumiyyətlə,mazutun nəqli, vaqonlardan boşaldılması və saxlanması zamanı olan itkilər İES-lərdə hasil edilən enerjinin qiymətinəçox böyük təsir edir.Mazutu vaqonlardan boşaldan zaman itkilərin qarşısını almaq üçün həmin mazut vaqonlarda qızdırılmalıdır.Mazutların vaqonlarda qızdırılması müxtəlif metodlarla apa­rılır.Bunlar aşağdakılardir:



  1. Açıq buxar metodu ilə boşaldılma.

  2. Resirkuliyasiyalı qızdırılma ilə boşaldılma.

  3. İnfazi təzyiq altında boşaldılma.

  4. Daşına bilən qızdırıcıların vasitəsilə boşaldılma.

  5. Qapalı istixanalarda qızdırılma ilə boşaldılma.

  6. “buxar köynəyi” vasitəsilə boşaldılma.

  7. Elektro-induksion qızdırma ilə boşaldılma.

  8. Yüksək tezlikli qızdırılma ilə boşaldılma.


Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə