Lentali konveyerləRİn hesablanmasi


BƏRK YANACAQ ÜCÜN QƏBULEDİCİ VƏ BOŞALDICI QURULUŞ



Yüklə 400,41 Kb.
səhifə3/45
tarix05.02.2022
ölçüsü400,41 Kb.
#83477
1   2   3   4   5   6   7   8   9   ...   45
İEQ. yanacaq.yan. nəz. v. təs.

5.BƏRK YANACAQ ÜCÜN QƏBULEDİCİ VƏ BOŞALDICI QURULUŞ

Stansiyaya gələn eşalondakıyarımvaqonları boşaltmaq üçün boşaldıcı quruluşdan istifadə olunur.Yanacaq sərfi 150t/saat-dan yuxarı olan bütün istilik elektirik stansiyalarında yanacağın yarımvaqonlardan boşaldılmasıüçün vaqonçevrici quruluşdan istifadə olunur.Vaqonçevrici quruluşda işçilərin sayı az olur,vaqonları tez bir zamanda boşaltmaq mümkündür,və beləliklə qısa müddətdəçox yanacaq boşaltmaq olur.

Stansiyanın yanacaq sərfi 150-400t/saat olduqda bir vaqonçevrici qurğu və uzunluğu 120m olan ehtiyat tranvey dəmir yolu xətti götürülür;400-1250t/saat olduqda 2 və ya 3 vaqonçevirən quruluş,bunlardan biri isə ehtiyyat götürülür.1250t/saat-dan çox olduqda uyğun olaraq 3 və daha çox vaqonçevrici qurğu götürülür.Vaqonçevrici qurğuaşağdakıtiplərdəolur:rotorlu(dairəvi),yanakı(boyürdən),boşaldır.Rotor tipli vaqonçevrici qurğu ferma şəkilində tikilərək,silindirik formada olur və onun uzunu boyu dəmir yolu resləri yerləşdirilir.Yarımvaqon oraya verildikdə həmin qurğudakı başmaqlar vasitəsi ilə təkərlər sıxılır və elektirik mühəriki vasitəsilə yarımvaqon yanacaqla birlikdə 1700-1750C-yə qədər çevrilərək boşaldılır.Yanacağın tez və tam boşalmasını təmin etmək üçün yarımvaqon çevrilməyə başlayan andan silkələyici qurğu işə düşür və vaqonu silkəliyir.Vaqonun çevrilməsi və boşaldılması,eləcə də oradan çıxarılması 5-6 dəq vaxt tələb edir.

Yanacaq sərfi 150t/saat-dan çox və vaqonların yükqaldırma qabiliyyəti 125 tona qədərrotorlu vaqonboşaldıcı quruluşdan istifadə olunur.Bu zaman bunkerlər 1,5m aşağda yerləşdirilir və 5m dərinliyə qədər yer tuturlar.Bundan başqa,orada yanacaqvermə traktının,ilk xırdalayıcıları da(kobud) orada yerləşdiyindən yerin səhtindən 18-20m dərinlik tələb olunur.Bu da yeraltı suyun səviyyəsinin yuxarı olduğu yerlərdə qurğunun hidrozoliyasiya edilməsini mürəkkəbləşdirir.Rotorlu vaqonçevrici quruluşun en kəsiyi sxematik olaraq aşağıdakışəkildə göstərilir.

Yanacağın yanakı boşaldılması zamanı yarımvaqonları yandan 3-3,5m-ə qədər yuxarı qaldırıb,boşaltmaq üçün yanacaq bunkerlərini meydançanın səhtindən bir qədər yuxarda tikmək olar.Bu da qrunt suları yer səhtinə yaxın olan sahələrdə tikilən İES-lər üçün vacib şərtlərdəndir.Yanakı vaqon çeviricinin oxu vaqonun mərkəzindən deyil,yandan keçir.

Rotorlu vaqonçevrici quruluşun en kəsiyi sxematik olaraq aşağdakışəkildə göstərilir.




Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə