Lentali konveyerləRİn hesablanmasi


BƏRK YANACAQLA İŞLƏYƏN İES-LƏRİN YANACAQ ANBARLARI



Yüklə 400,41 Kb.
səhifə4/45
tarix05.02.2022
ölçüsü400,41 Kb.
#83477
1   2   3   4   5   6   7   8   9   ...   45
İEQ. yanacaq.yan. nəz. v. təs.

BƏRK YANACAQLA İŞLƏYƏN İES-LƏRİN YANACAQ ANBARLARI

İES-lərdə yanacaq ehtiyyatı yaratmaq üçün yanacaq təsərrüfatında yanacaq anbarları təşkil olunur.Yanacaq anbarları iki cür olur:ehtiyat və sərfiyat yanacaq anbarları.

Ehtiyat bərk yanacaq anbarlarında stansiyanın bütün buxar qazanlarının nimonial gücü ilə işləmələri üçün 1 aylıq yanacaq ehtiyatı olmalıdır.Əgər yanacaq çıxarılan yerlə stansiya arasındakı məsafə 100km-ə qədər olarsa,onda stansiyada iki həftəlik yanacaq ehtiyatı saxlanmasına icazə verilir.

Sərfiyyat anbarlarının həcmi 2-3 eşalon yanacağın miqdarından az olmamalıdır.Yanacaq anbaeları stansiyanın hasarı daxilində və ondan xaricdə yerləşdirilə bilər.Daş kömür və yanacağı tayalarının ölçüləri məhdudlaşdırılmır.Lakin torf yanacağının bir tayasının oturacağı 30m,uzunluğu 125m,hündürlüyü 7m-dən artıq olmamalı,özü də stansiyadan 5km uzaqlıqda yerləşdirilməlidir.

Ehtiyat yanacaq anbarı stansiyadan 2km məsafədə yerləşdikdə sərfiyyat anbarına ehtiyac olmur.

Yanacaq anbarlarından yanacağın nəqli zamanıümumi yanacağın 1-1,5% qədər itki olur.Yanacaq anbarlarının tələb etdiyi netto sahə belə tapılır.

Fnan=B/KfHtρ,m2

B-anbardakı bərk yanacağın miqdarı,t.

Kf-yanacaq tayasının formasından aslı olan əmsaldır.

Məsələn,


taya trapesiya şəkilli olduqda

Kf=0,75-0,80

Üçbucaq şəkilli olduqda

Kf=0,45

Radial şəkildə olduqda

Kf=0,65

Ht-tayanın hündürlüyüdür vəözü də mexanikləşdirilmədə istifadə olunan mexanizimdən asılıdır.Torf yanacaqlarından ötrü Ht 7-7,5M olmalıdır.Daş kömürlə olan ehtiyat anbarı kran boşaldıcı ilə mexanikləşdirildikdə,daş kömürdən ötrü Ht=17,5 m olur.

ρ-tayadakı bərkidilmiş yanacağın sıxlığı,t/m3.

Bu sıxlıq yanacağın kipləndirməüsulundan asılı olaraq,yanacağın tökülmə sıxlığından 10-20%artıq olur.

Yanacaq taylarının arasında yanğın söndürən maşınların hərəkət edə bilməsi üçün 6m enində yollar olmalı və həmin yollar stansiyanın əsas yolu ilə birləşməlidir.

Tayadakı yanacağın temperaturuna nəzarət olunmalı,temperatur 600C-yəçatdıqda həmin yanacağı buxar qazanı sexinə yandırılmağa verirlər.

Ümumiyətlə,yanacağın saxlanma müddətləri müəyyən edilmişdir.

Yanacaq tayasının tutumu 100000 tona qədər olduqda qonur(boz)daş kömürü 0,5 il, ekibastuz daş kömürünü 1,5 il və s.saxlamaq olar.Tayanın həcmi 100000 tondan çox olduqda yanacağın saxlanma müddəti 2-6 ilə qədər artır.Ayrı-ayrı yanacaqlar müxtəlif tayalarda saxlanmalıdır.Yanacaq anbarının brutto səhtinin sahəsi

Fban=(1,3-1,5)Fnan

Əgər İES şəhər daxilindədirsə,onda iki yanacaq anbarı yaradılır.Miqdarı 5000 tona qədər olan yanacaqanbarı stansiya yaxınlığında,əsas yanacaq anbarı isəşəhərdən kənarda yerləşdirilir.Şəhər daxilində olan İES-də imkan olduqda yanacaq anbarını bağlı binada da yerləşdirmək olar.


Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə