Lentali konveyerləRİn hesablanmasi


YANACAQ ANBARLARININ MEXANİKLƏŞDİRİLMƏSİ



Yüklə 400,41 Kb.
səhifə5/45
tarix05.02.2022
ölçüsü400,41 Kb.
#83477
1   2   3   4   5   6   7   8   9   ...   45
İEQ. yanacaq.yan. nəz. v. təs.

YANACAQ ANBARLARININ MEXANİKLƏŞDİRİLMƏSİ.

Yanacaq anbarları müxtəlif tip maşın və mexanizimlərlə təhciz olunurlar ki, bunlar da yanacağı anbarlara nəql etmək və anbarlardan vermək kimi əsas işləri yerinə yetirirlər.

İşləyən stansiyaların yanacaq anbarlarının mexanikləşdirilməsində buldozerlərdən, kran boşaldıcılardan,yükləyici və fasiləsiz işləyən mexanizimlərdən geniş istifadə edilir.

Hal-hazırda kran-boşaldıcının eni 76,2m, qreyferinin həcmi 12-15m3, məhsuldarlığı 400-700m3çatır.Aşağdakışəkildə kran-boşaldıcı quruluşla olan yanacaq anbarın en kəsiyi göstərilir.



  1. Kran-boşaldıcının körpü hissəsi

  2. Dəmir yol relsləri

  3. Kranı hərəkət etdirən elektirik mühərrikləri

  4. əsas yanacaq anbarı

  5. sərfiyyat yanacaq anbarı

  6. qreyfer,sürəti aşağı düşəndə 90m/dəq yuxarı qalxanda 65m/dəq.

Kranın özünün sürəti 30m/dəq-yəçatır.

Kranın elektrik mühərriksiz çəkisi 800-900 ton olur.Elektrik mühərrikinin tələb etdiyi güc 680kvt –dır.Bu kranların mənfi cəhəti ondan ibarətdir ki,küləyin sürəti 15-20m/saniyəyəçatanda kranın hərəkətinə icazə verilmir,25m/saniyəyəçatdıqda isə qreyferin hərəkəti dayandırılır.Eləcə də,xarici mühitin temperaturu 400C-dən aşağı olduqda kranın işləməsi məsləhət deyil.

Yuxarıda qeyd edilən kran boşaldıcıların mənfi cəhətlərinə görə, layihə olunan bəzi İES-da onların qurulması ləğv edilmiş və yanacaq anbarlarının mexanikləşdirilməsindən ötrü yalnız boldozerlərdən istifadə edilir.Belə halda yanacaq nəqledici şöbənin işçilərinin sayı 5-6 dəfə artır,lakin boldozerlər universal və ahəngdar işləyir.(bu,onların üstün cəhətləridir).

Boldozerlərin məhsuldarlığı xeyli artırıla bilər.

Məs. Katepillar (ABŞ) firmasının hazırladığı boldozer bir dəfəyə 20-30 ton Daş kömürü 50-75m uzunluğa nəql etdirə bilər və onun məhsuldarlığı 1000t/saata çatır.

Son illərdə kran-boşaldıcı mexanizim sərt borulardan hazırlanır.Onun yükqaldırma qabiliyyəti 40t, məhsuldarlığı 1800t/saatdır,özü də qreyferləri yoxdur.Yanacağın verilməsi,nəql edilməsi çalov şəkilli elevatorlarla həyata keçirilir.




Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə