Lentali konveyerləRİn hesablanmasi


Mazut yanacağı ilə işləyən İES-lərin yanacaq təsərrüfatı



Yüklə 400,41 Kb.
səhifə6/45
tarix05.02.2022
ölçüsü400,41 Kb.
#83477
1   2   3   4   5   6   7   8   9   ...   45
İEQ. yanacaq.yan. nəz. v. təs.

10.Mazut yanacağı ilə işləyən İES-lərin yanacaq təsərrüfatı.

10.1 Mazut təsərrüfatlarının təyini və təsnifatı.

Müasir İES-lərdəəsas yanacaq mazut yanacağı olduqda bir saata və eləcədə sutkada küllü miqdarda mazut yandırılır.

Mazut şərti olaraq,ağır və yüngül mazuta ayrılır.Ağır və yüngül mazut üçün mazutun sıxlığı,karbonun və hidrogenin işçi miqdarı aşağdakı kimidir:

Ağır mazut üçün:

 t m3,

Ci-(87-88)%

Hi-(0,5-12)%

Yüngül mazut üçün:

 0,97t/m3

Ci-(86-87)%

Hi-(12-13)%

Mazutu xarakterizə edən əsas kəmiyyət onun özlülüyüdür.Mazut özlülüyəəsasən markalanır.Mazutun markası 40,100,200 olur.Bu rəqəmlər 500C temperaturda mazutun şərti özlülüyünə uyğundur.

By050=40,100,200.

Mazut,tərkibində kükürdün miqdarına görə də fərqlənir.Az kükürdlü mazutda kükürdün miqdarı 0,5%-dən az, kükürdlü mazutda,kükürdün miqdarı 0,5-2%-ə qədər;çox kükürdlü mazutda isə kükürdün miqdarı 2%-dən çox olur.(2-3,5%-ə qədər).


Mazut təsərrüfat tipləri

İES-ə nəql üsuluna görə

Təyinatına görə

Buxar qazanına verilməsinə görə

Şəlil 10.1 Mazut təsərrüfatının tipləri

Mazut təsərrüfatları aşağdakı xassələrinə görə fərqlənirlər.

Mazut yanacağı ilə işləyən İES-lərin mazut təsərrüfatı mazutun İES-də təyinatina görə aşağdakı tiplərdə olur:



  1. Əsas mazut təsərrüfatı. Bu halda əsas yanacaq kimi mazut,qaz artıq olan vaxtlarda isə qaz yanacağı da yandırılır.

  2. Ehtiyyat mazut təsərrüfatı. Belə halda qaz yanacağı yandırılır,qaz az olan (çatışmayan)vaxtlarda isə (əsasən qış aylarında)mazut yandırılır.

  3. Qəza mazut təsərrüfatı. Yandırılan əsas yanacaq qaz yanacağıdır,qaz kəmərində qəza baş verdikdə isə mazut yandırılır.

  4. İşə salma mazut təsərrüfatı. Belə halda əsas yanacaq bərk yanacaqdır.Bu tip mazut təsərrüfatlarında mazut yanacağından buxar qazanında bərk yanacağı alışdırmaq üçün istifadə olunur.


Təyinatına görə mazut tipləri

Əsas mazut təsərrüfatı

Ehtiyat mazut təsərrüfatı

Qəza mazut təsərrüfatı

İşə salma mazut təsərrüfatı

Şəkil 10.2 Təyinatına görə mazut təsərrüfatının tipləri




İES-ə nəqlinə görə mazut təsərrüfatının tipləri

Dəmir yolu

Su yolu

Avtomobil yolu

Boru kəmərləri
Mazut yanacağı ilə işləyən İES-lərin mazut təsərrüfatı mazutun İES-ə nəqlinə görə aşağdakı tiplərdə olur:

Şəkil10.3 Mazutun İES-ə nəqlinə görə mazut təsərrüfatının tipləri

İES-lərdə və qazanxanalarda mazut yanacağı buxar qazanının forsunkasına 3 cür sxemlə verilir;dalanvari,sirkuliyasiyalı,kombinə edilmiş.


Buxar qazanına verilməsi üsuluna görə





Kombinə edilmiş sxem



Sirkuliyasiyalı sxem

İkipilləli

Dalanvari sxem

Birpilləli

Birləşdirilmiş

ayrı

Şəkil 10.4 Mazutların buxar qazanının forsunkasına verilməüsuluna görə mazut təsərrüfatının tipləri.

Az özlülüklü M20 və M40 markalı mazutlardan kiçik qazanxanalarda qəza və işə salma yanacağı kimi istifadə edildikdə dalanvari sxem tədbiq edilir.Eyni zamanda qazanxana­lar­da mazut əsas,ehtiyat və qəza yanacağı kimi istifadə olunarsa,bu zaman da dalanvari sxemdən istifadə olunur.

Şəkil 10.5-də mazut təsərrüfatının dalanvari sxemi verilmişdir.Mazut əsas çəndən (10) “soyuq” vəziyyətdə sərfiyyat çəninə (5) verilir.Bu zaman mazut kobud filtirdə (9) təmiz­lə­nir.Sərfiyyat çənində mazut ilanvari qızdırıcı (9)vasitəsilə 85-900C-yə qədər qız­dırılır.Sərfiyyat çənlərini qazanın və ekonamayzerin üzərində yerləşdirməyə icazə veril­mir.Ona görə də sərfiyyat çənləri qazanxanada və ya oradan kənarda yerləşdirilir.Kobud təmiz­ləmə filtirindən (4)çıxan mazut öz axını ilə (3)nasosuna daxil olur.Mazutun artıq qalan hissəsi sərfiyyat çəninə qaytarılır ki, orada da qızdırılmış vəziyyətdə saxlanı . Odluqda yandı­rıl­ma­dıq­dan əvvəl mazut bir daha narın filtirdən (1) süzülür.Mazutun temperaturunun sabit saxlanmasıüçün onun sirkuliyasiya (dövran) mazut xəttindən,sərfiyyat çəninə sirkuliyasiya­sı nəzərdə tutulur.Mazut xəttində təzyiq (12) klapanı vasitəsilə tənzimlənir.

Mazutun sərfi (11) mazutölçəni təyin edilir.

Dalanvari sxem az etibarlı olduğundan hal hazırda ondan geniş istifadə olunmur.İstehsalatda ən çox istifadə olunan sirkuliyasiyalı sxemdir.Bu sxemdən özlü mazutları yandırdıqda istifadə olunur.Bundan başqa, qazanxanada əsas yanacaq kimi mazutdan,qismən isə qazdan istifadə etdikdə,sirkuliyasiyalı sxem tədbiq edilir.

Şəkil 10.6-damazut yanacağının sirkuliyasiyali sxemi göstərilmişdir.

Şəkil 10.6 Mazut yanacağın qazana verilməsinin sirkuliyasiyalı sxemi

2-askada:3,9-mazutölçən:4-nəqledici nasos:5,12-kobud təmizləmə filtirləri:6-yeraltı kanal:7-qəbuledici çən:8-narın təmizləmə filtirləri:10,13-mazut qızdırıcıları:11-nasoslar:14-əsas çən:15-klapan: SM-sorucu mazut xətti:TM1,TM2-təzyiqli (basqlı) mazut:RM-resirkuliyasiya mazutu

Mazutun İES-ə nəqli dəmir yolu vasitəsilə həyata keçirilir.(2)estakadasında (1) sisternləri qəbul edilir.Mazutu sisternlərdən boşaltmaq üçün onu sisternlərdə qızdırmaq lazımdır. Bunun üçün qazanxanadan 0,8-1,3 MPa təzyiqli və 200-2500C temperaturlu buxardan istifadə edilir.Sisternlərdə qızdırılmış mazut relslər arasında yerləşən kanala(6) tökülür.Bu kanallar yeraltı,qəbuledici çənlərə(7) doğru 1-20 meylli olduğundan,mazut öz axını ilə həmin çənlərə yığılır.Yeraltıçənlərdə mazutun temperaturunu lazimi həddə saxlamaq üçün o, borulu buxar qızdırıcısı ilə təchiz olunmuşdur.Buxar bu qızdırıcıya qazanxanadan verilir.Buxarın kondensatı kondensat yığıcısına toplanır.Qəbuledici çənin ağız hissəsində yerləşən kobud filtrlərdən (5) keçən mazut (4) nasosları vasitəsiləəsas çənə (14) vurulur.Qəbuledici çəndə yanacaq seksiyalı buxar qızdırıcıları (13) va sitəsi ilə qızdırılır.Çəndən mazut (11) nasosları vasitəsi ilə (10) mazut qızdırıcısına ötürülür. Mazut qızdırıcısına verilməmişdən əvvəl o, (12) kobud filtrində qarışıq vəçöküntülərdən təmiz­lə­nir.Sirkuliyasiyalı sxemdə nasosların sorma xəttinə vəəsas çənə qazanxanadan reserkuliyasiya mazut xətti verilir.Reserkuliyasiya mazut boru kəmərlərinin diametri mazut nasosxanasından qazanxanaya gedən mazut boru kəmərlərindən kiçik olur.Reserkuliyasiyaya verilən mazut ümumi sərf olunan mazutun 15%-ni təşkil edir.Qazanxananın mazut xəttindəki təzyiq (15) klapanı vasitəsi ilə tənzimlənir.Mazutun sərfiyyatını nəzarət üçün (3,9) mazut ölçənləri mazut xəttində yerləşdirilir.

Şəkil 10.7-də mazut yanacağının qazana verilməsinin kombinə olunmuş sxemi göstərilmişdir.

Şəkil 10.7 Mazut yanacağının qazana verilməsinin kombinə olunmuş sxemi

2-yeraltı kanal:3-qəbuledici çən:4-estakada:5-narın təmizləmə filtiri:6,22-mazut ölçən:7,20-buxar qızdırıcıları:8-klapan:9,27-nasoslar:10-buxar qızdırıcısı:11,13,26-kobud təmizləmə filtirləri:12-resirkuliyasiya mazut xətti:14-kondensat çəni:15-nasoslara qayıdan mazut xətti:16-qazandan kənar resirkuliyasiya xəttinin klaoanı:17-vurucu nasoslar:18-nasos –dozator:19-çən:21-sərfiyyat çəni:23-mazutun reserkuliyasiyasının klapanı:24-sirkuliyasiya sahəsi:25-əsas çən:TM1,TM2,TM3-təzyiqli (basqlı) mazut:RM-reserkuliyasiya mazutu:DM-dövran mazutu.

Kombinə olunmuş sxemlər stansiyanın dəyişkən rejimlərdə işləməsi zamanı, tez-tez qaz yanacağından mazut yanacağına keçdikdə,stabil rejmlərdə az özlüklü mazutlardan istifadə olunduqda tədbiq olunur.Əsasən,bu sxemlər yüksək özlülüklü mazutlar yandırılan qazanlar üçün əlverişlidir.

Şəkil 10.7-də kombinə olunmuş mazut təsərrüfatının sxemi verilmişdir.Mazut stansiyaya dəmir yolu vasitəsilə sisternlərdən gətirilir.Dəmir yolu boyu sisternlərdə (1) xidmət etmək üçün estakada (4) qurlaşdırılır.Mazutları sisternlərdən boşaltmaq üçün onları sisternlərdə 60-700C-yə qədər qızdırmaq lazımdır.Açıq metodla boşaltma zamanı sisternlərə qazanxanadan 0,8-1,3MPa təzyiqli,200-2500C temperaturlu buxar verilir.Mazut sisternlərin aşağı hissəsində yerləşən boşaldıcı qurğudan relslər arasında yerləşən dəmir-beton kanala(2) axıdılır.Bu kanal yeraltı qəbuledici çənlərə (3) doğru 1-20 meylli olurlar.Kanallar vasitəsilə mazut qəbuledici çənə yığılır.Qəbuledici çənlər borulu buxar qızdırı­cıları ilə təchiz olunmuşlar.Burada mazutun temperaturu 700C-dən aşağı olmamalıdır.Daha sonra mazut kobud filtrlərdən (13) süzülərək,əsas çənə (25) ötürülür.Buradan mazut nasoslar (27) vasitəsiləəlavə olaraq,kobud filtrdə (26) rəmizlənərək,sərfiyyat çəninə (21) vurulur.Sərfiyyat çənində də mazutun temperaturunu lazimi həddə saxlamaq üçün çənin içərisində yerləşən buxar qızdırıcılarından istifadə edilir.Daha sonra mazut 3 pillə kobud filtrdən keçərək,(9)nasosları vasitəsilə (7)mazut qızdırıcısına vurulur ki,burada da qazanın olduğunda tam yanma üçün tələb olunan temperatura qədər qızdırılır.Qazana veril­mə­mişdən əvvəl mazut sonuncu dəfə narın filtrdən (5) süzülür.Qazan işləməyəndə (16) klapanı açılır və mazut sərfiyyat çəninəötürülür.

Qazandan əsas çənə gedən resirkuliyasiya xəttindəki klapanı bağladıqda,kombinə olun­muş sxem,dalanvari sxem kimi işləyir.Yanacağın sərfi mazutölçənlə (6) təyin edilir.Qazanın qızma səhtlərini korroziyadan qorumaq üçün maye halında aşqarlar daxil etmək üçün qurğu nəzərdə tutulur.

Mazut 1 pillə kobud filtrdən (13) keçdikdən sonra maye aşqarlarla qarışdırılır. Maye aşqarlar nasos-dozator (18) vasitəsiləçəndən (19) verilir.Bu zaman maye aşqarlar buxar qızdırıcısında (10) qızdırılır.İşlənmiş buxarın kondensatı kondensat çəninə (14) yığılır,təmizləndikdən sonra qazanın su-buxar traktına qaytarılır.


Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə