Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
37 
“Davamli  inkişaf  “  daha  dəqiq  desək  balanslaşdırılmış  sosio-ekoloqo-iqtisadi  inkişaf,  bir 
anlayış və alternativsiz imperativ kimi artıq beynəlxalq miqyasda qəbul olunmuşdur. Eyni zamanda 
təbiətin və ətraf mühitin mühafizəsi iqtisadi inkişafla yanaşı tutulur, eyni dərəcədə vacib məqsəddir. 
Ona  görədə  bir  çox  ölkələrdə  ərazinin  davamlı  inkişafına  yönəlmiş  elmi  əsaslı  anlayışlardan  və 
etibarlı məlumatlardan istifadə fundamental məsələlrin həllində siyasət və idaretmənin əsaını təşkil 
edir. Avropada landşaft planlaşdırılması xeyli şəkildə bu məsələnin həllində yararlı olmağa qadirdir. 
O  özünün  böyük  və  hərtərəfli  təcrübəsi  ilə  müxtəlif  səviyyələrdə  ərazi  planlaşdırılmısını 
zənginləşdirməyə  qabil,  və  bunu  etməyə  məcburdur.  Bu  proses  Avropa  Şurasınin  üzvü  kimi 
Azərbaycana  da  aiddir.  Vacib  siyasi  və  təsərrüfat  məsələlərinin  xeyli  hissəsinin      həllində  AŞ  ilə 
həmfikirdir. Ona görədə bu ölkəyə ərazi planlaşdırıilması sistemində beynəlxalq standartların qəbul 
olunması zəruridir.  
 
3.2. Landşaft planlaşdırılmasının məzmunu, məqsədləri və metodları 
Landşaft  planlaşdırılması  özünün  səylərini  landşaftın  xüsusiyyətlərinin  və  funksiyalarının 
aydınlaşması və qiymətləndirilməsinə, eləcədə, torpaq, su, hava, iqlim, bitgi və heyvanların, və həm 
də  landşaftın  simasının  və  estetik  keyfiyyətlərinin  dayanıqlı  saxlanması  üşün  təkliflərin 
hazırlanmasına yönəltmişdir.  
Təbiətin bu varlığının ekoloji baxımdan davamlı istifadəsi üçün landşaft planlaşdrılmasında 
tövsiyələr işlənir (Landschaftsplanung, 1997) və məqsəd aşağdakı suallara cavab tapmaqdır: 
•  Nə qiymətlidir, nəyin mühafizəyə ehtiyacı vardır və nə mənimsənilmənə bilər? 
•  Mövcud və gözlənilən təsirlər hansılardır? 
•  Đstifadəçilərin planlaşdırdıqları məqsədlər həyata keçdikdə nə baş verəcək? 
•  Đnkişafın və mənimsəmənin məqsədi nə olmalıdır? 
•   Hansı zəruri tədbirlər həyata keçirilməlidir? 
Torpağın,  havanın,  suyun  və  iqlimin  öyrənilməsi,  qiymətləndirilməsi  və  mühafizəsinin 
mənasıni  aşağıdakı  kimi  də  ifadə  etmək  olar:  bu  komponentlərin  normal  funksional  fəaliyyəti  və 
onlar arasında qarşılıqlı əlaqənin saxlanması üçün zəmin yaratmaqdır. 
Bu  anlayışın  torpağa  tətbiq  olunduğu  halda  hər  şeydən  əvvəl  söhbət  onun  nizamlayıcı  və 
məhsulverici  funksiyalarından,  və  həm  də,  bitgi  və  heyvanlar  üçün  məskumlaşma  funksiyası 
olduğundan,  onların  su  və  külək  eroziyasına  məruz  qalmasından,  onun  hədsiz  dərəcədə 
istifadəsindən və çirklənmısindən getməlidir.  
Sonra isə  su mübadiləsinin torpağın xüsussiyyətləri və torpaqdan istifadənin mexanizmləri 
ilə  kompleks  əlaqəsini  diqqətdə  saxlamaq  lazımdır,  yəni  söhbət  yeraltı  suların  formalaşması 
prosesini  mühafizə  etməkdən,  onun  keyfiyyətinin  və  özünü  təmizləmə  qabiliyyətinin 
saxlanılmasından və nizamalanmasından getməlidir.  
Đ
qlimə və havaya gəldikdə onları emmissiyalardan (havanın tərkibinin yaxşılaşdırılması, onu 
səs-küydən müdafiə edilməsi) qorumaq lazımdır. Bunu üçün yeni yaşıllıqlar salmaq və mövcudları 
qorumaq  lazımdır,  və  həm  də,  təmiz  və  təzə  hava  areallarını  yrartmaqla  müsbət  mikroiqlim 
dəyişiklərini artırmaq lazımdır.   
Planlaşdırmanın “Bitki örtüyünün və heyvanlar aləminin mühafizəsi və inkişafı” bölməsində 
qarşıya  qoyulan  məqsədlər  spektri  landşaftın  səciyyəvı  bioloji  strukturunun  aydınlaşdırılması  və 
mühafizəsi, bitoplar şəbəkəsi yaratmaqla bitgi və heyvanların məskunlaşdığı landşaftı saxlanmaq və 
inkişaf etdirməkdir. Onların nüvələri geniş təbii, və yaxud ona yaxın olan, bitoplar olmalıdır.  
Lakin,  biotoplar  şəbəkəsinin  yaradılması  regional  səviyyədə  normal  bioloji  strukturu 
saxlamaq  və  inkişaf  etdirmək  üçün  kifayə  deyildir.  Bunun  üçün  canlı  orqanizmlərin  təlabatına 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
38 
uyğun olan geniş məskunlaşma sistemləri yaradılmalıdır, bir çox yerlərin, xüsusən kənd təsərrüfatı 
yerlərinin,  istifadəsinin  intensivliyi  azaldılmalıdır.  Landşaftın  planlaşdırılması  konkret  yollarla 
(məqsəd, təlabat və tədbirlərlə) təmin edilir. Göstərişlərin icrası planlaşdırıcıların, torpaqdan istifadə 
edənlərin və sahibkarların səyi hesabına həyata keçirilməlidir. 
Bütün  təbiət  kimi  konkret  landşaftlar  da  insanın  normal  psixi  və  fiziki  vəziyyətini 
müəyyənləşdirir.  Ona  görə  də  landşaft  planlaşdırmasının  “Təbiət  və  landşaftın  estetik 
keyfiyyətlərinin  saxlanılması  və  inkişaf  etdirilməsi”  bölməsində  landşaftın  hormonik  görünüşünü 
saxlamaq,  yüksək  estetik  keyfiyyətlərini  mühafizə  və  inkişaf  etdirmək  məqsədləri  qarşıya 
qoyulmuşdur. 
Burda söhbət təkcə “bakirə” və ibtidai təbiətdən getmir (çətin ki Avropada belə təbiətə rast 
gəlmək olur), əsas diqqət mədəni landşaftın saxlanması və formalaşmasına yönəldilməlidir, hansılar 
ki,  təbiəti  mühafizəyə  və  estetik  kriteriyalara  –  onların  elementlərinin  müxtəlifliyinə, 
özünəməxsusluq  və  gözəlliyinə  uyğun  gəlir.  Öz  növbəsində  bu  kriteriyalara  müxtəlif  landşaftlar 
uyğun  gələ  bilər.  Məsələn,  intensiv  istifadə  olunarkən  az  dəyişikliyə  uğramış,  texniki  və  sənaye 
elementləri ilə çox da yüklənməmiş landşaftlar.  
Təbıətdən  ləzzət  almaq  imkanlarının  təmin  olunamsı  üçün  təkcə  onun  mövcudluğu  kifayət 
deyildir, burada həm də onları əyani olaraq görmək və belə məkanları saxlamaq lazımdır. Ona görə 
də  landşaft  planlaşdırmasının  əsas  vəzifələrindən  biri  ekoloji  məsuliyyəti  olan  əhalinin  (istirahət 
edərkən təbiətə ziyan vurmayan) istirahəti üçün ərazinin ayrilması, saxlanması və inkişaf etdirilməsi 
daxildir.  Bu  zaman  təkcə  yerli  əhalinin  deyil,  həmdə  digər  yerlərdən  gələnlərin  tələblərini  nəzərə 
almaq  lazımdır.  Yəni,  landşaftı  məhv  edən  rekreasiya  infrastrukturunun  yaradılması  yol 
verilməzdər.  
Landşaft planlaşdırması bu və digər bölmələrində aşağıdakıları qərarlaşdırır: 
• 
estetik və rekreasiya əhəmiyyətli kəsb edən areallar: 
• 
istifadəsi  mövcud  və  planlaşdırılan  istifadə  (o  cümlədən  rekreasiya)  ilə  əlaqədar,  bu 
areallara təhlükə;            
• 
bu təhlükələrin azaldılması və ləğv edilməsi imkanları; 
• 
məskunlaşmış və məskunlaşmamış ərazilərin inkişafının məqsədləri; 
• 
bu məqsədlərə çatmaq üçün tədbirlər. 
Beləliklə landşaft planlaşdırılmasının qarşısında aşağıdakı konkret vəzifələr durur: 
1. Təbiətin komponentlərinin üzərində tədqiqatlar aparmaqla onların yüklənmə qabiliyyətini 
müəyyənləşdirmək  və  təsvir  etmək;  torpaq,  su,  hava,  iqlim,  həm  də  bitki  və  heyvanlar  aləmi 
arasında  olan  əlaqəni,  habelə  landşaftın  müxtəlifliyi,  özünəməxsusluğu  və  gözəlliyini,  yəni 
mənzərəsi  və  estetik  qiymətini  öyrənmək;  təbiət  və  landşaftı  bütöv  dinamik  sistemi  kimi  təqdim 
etmək. 
2.  Mövcud  olan  və  planlaşdırılan  təbiətdən  istifadə  formalarının  bu  sistemə  təsirini 
müəyyənləşdirmək,  eyni  zamanda  əks  təsiri,  yəni  sistemin  insanların  fəaliyyətinə  təsirini 
qiymətləndirmək  lazımdır;  eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,    landşaft  planlaşdırılmasının 
vəzifələri təbiətin xeyrinə yönəldilməlidir, onalr şəffaf və hərtərəfli olmalıdır. 
3.  Ərazinin  inkişafı  konsepsiyasını  formalaşdıranda  təbiət  və  landşaftın  keyfiyyəti  üçün 
konkret kriteriyalar müəyyələşdirilməlidir, onlar insanların həyatının uzunmüddəytli saxlanmasının 
ə
saslarını  təmin  etməlidir;  bu  zaman  həm  ümumi  təbiəti  mühafizə  tədbirləri,  həm  də  sahə 
planlarının və təbiətdən istifadəçilərin tələbləri   nəzərə alınmalıdır.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə