Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
35 
Almaniyanın  təbii  mühafizə  üzrə  Federal  idarəsi  xeyli  müddətdir  landşaft  planlaşdırılması 
üzrə  alman  təcrübəsinin  istifadə  olunmasına  yardım  göstərir.  Belə  ki,  Federal  idarənin  dəstəyi  ilə 
REA  Sibir  Bölməsinin  Coğrafiya  Đnstitutu  alman  üsulunu  Pribaykal  ərazisinə  uyğunlaşdıraraq, 
tətbiq  etdi.  Nəticədə,  Baykal  təbii  vilayətinin  350 000  km
2
  ərazisində  ekoloji  zonalaşmanın 
(sağlamlaşma) sxemi işləndi, bir sıra inzibati dairələr üçün çərçivə lanşaft planı hazırlandı.  
Baykal gölü ətrafında həyata keçirilmiş müsbət təcrübəni nəzərə alaraq Federal idarə Cənubi 
Qafqaz ölkələrində də landşaft planlaşdırılmasının maliyyələşdirilməsi qərarına gəldi.  
Qafqaz ölkələrində landşaft planlaşdırması üzrə mütəxəssilər hazırlamaq üçün Almaniyanın 
Federal  Təbiəti  Mühafizə  Đdarəsi  tərəfindən  Almaniya  (Drezden,  2004)  və  Cənubi  Qafqazda 
(Tbilisi, bir neçə dəfə) layihə iştirakçıları və həmin ölkələrin Ekologiya Nazirliklərinin əməkdaşları 
üçün  treninqlər  təşkil  olundu.    Daha  sonra,  tərəflərin  hər  birinə  öz  ölkəsində  icra  üçün  model 
ə
razinin seçilməsini və müvafiq nazirliklə razılaşdırılması təklif olundu.  
Almaniyanın  Federal  Təbiəti  Mühafizə  Đdarəsinin  təklifini  nəzərə  alaraq  azərbaycanda 
landşaft  planlaşdırılması  aparmaq  üçün  Şirvan  Milli  Parkı  və  onun  ətraf  zonası  seçildi.  Model 
ə
razinin seçimi Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə razılaşdırıldı.  
Layihə, əsasən,  AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya Đnstitunda  icra olunmuşdur, 
onun iştirakçıları aşağıdakılardır: R.Məmmədov (layihənin rəhbəri, ümumi əsaslar, qiymətləndirmə, 
sahə  və  inteqrasiya  olunmuş  məqsədlər,  ərazi  planlaşdırılması,  konfliktlər,  fəaliyyət  və  tədbirlər), 
Đ
.Ağaquliyev  (bitgi  örtüyü,  torpaq  şəraiti),  M.Həsənov  (iqlim  və  meteorologiya),  M.Abduyev 
(hirologoya  və  su  resursları),  Y.Đsrafilov  (hidrogeologiya),  E.  Əlizadə  (Landşaft  və  rekreaasiya 
potensialı),  X.Đsmətova  (GĐS  analiz,  aerokosmik  şəkillərin  emalı),  M.Sultanov  (xəritələşdirmə, 
GĐS), G.Əmrahova (ekoloji şərait), S.Quliyev (fauna). 
Layihənin icrasına Berlin Texniki Universiteti və REA Sibir Bölməsinin Coğrafiya Đnstitutu 
məsləhətçi təyin olunmuşdular.   


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
36 
3. Landşaft planlaşdırılması instrumenti 
3.1. Landşaft planlaşdırılması nədir və nəyi öyrənir?  
Birinci - bu ətraf mühit və komplekslərin (sistemləşdirmə)   müasir vəziyyəti, əhəmiyyəti və 
həssalığı haqqında  informasiyanın sistemləşdirilməsi və tam analizi haqqında vasitədir. 
Đ
kinci  –  bu  sözün  geniş  mənsında,  totpaqların  qiymətləndirilməsi  üçün  instrumentdir,  bura 
torpaqların  geosiyasi  vəziyyəti,  onlardan  istifadənin  strateji  perspektivləri,  beynəlxalq  standartlara 
uyğun olaraq qoyulmuş tələblərə adaptasiyalar daxildir. 
Üçüncü  –  bu  müxtəlif  səviyyələrdə  (idarəetmə)  qərar  qəbul  edən  müxtəlif  təşkilatlar  və 
siyasətçiləri effekiv mexanizmlər vasitəsi ilə birləşdirən vasitədir. 
Dördüncü  –  bu  planlaşdırma  prosesinə  ictimaiyyətin  geniş  şəkildə  cəlb  olunmasi 
instrumentidir, onun vasitəsi ilə işlənilən sənədlər haqqında ətraflı məlumat əldə edilir.  
Beşinci – bu resursların və təbii komplekslərin istifadəsi üçün müxtəlif variantların mövcud 
olduğu halda ən optimal həllin tapılması vasitəsidir.   
Altıncı  –  bu  vasitə  investorlara  layihələrə  qoyulmuş  tələbələri  nəzərə  almağa,  layihənin 
icrasının məqsədəuyğunluğu barədə düzgün və vaxtında qərar qəbul etməyə imkan verir və bunula 
ə
raziyə investisiya marağını çoxaldır və şəffaflığı artırır.  
Landşaft  planlaşdırılması  bütün  maraqlı  tərəfləri  planlaşdırmaya  cəlb  edən  kommunikativ 
prosesdir, o həmdə cəmiyyətin demokratikləşməsinə, onun sosial-iqtisadi stabilləşməsinə, ərazilərin 
davamlı  inkişafına  təkan  təkan  verir.  O  cəmiyyətin  uzunmüddətli  marağını  nəzərə  almaqla 
azərbaycanın  təbiəti  mühafizə  üzrə  hüquqi    fəaliyyətini,  proqram  və  layihələrini      beynəlxalq 
standartlara uyğunlaşdırmağa qabildir və bunu etmək zorundadır.  
Landşaft planlaşdırılmasının prinsip və əsas metodiki təsəvvürlərini mexaniki surətdə, təkrar 
şə
kildə, azərbaycan şəraitinə tətbiq etmək olmaz.  Azərbaycanın öz xüsusiyyətləri var və bunlarda 
landşaft  planlaşdırılmasının  instrumentlərinin  işlənilməsində  aşağıdakı  səciyyəvi  şərtlərin  nəzərə 
alınmasını tələb edir: 
1.  Hələlik  təbii  landşaftlar  Azərbaycanin  geniş  ərazilərini  ahatə  edir,  ancaq  bunu  inkişaf 
etmiş ölkələr üçün demək olmaz. Bu fakt insanın təsərrüfat ekspansiyasının artması şəraitində təbii 
sistemlərin vəziyyəti və davamlılığının əhəmiyyətli fərqi və göstəricisidir.  
2.  Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  Avropa  ölkələrində  landşaftlarin  qorunma  və 
yaxşılaşdırılması  problemləri  sosial-iqtisadi  inkişafın  məsələlərındən  üstün  ola  bilərsə,  bizim 
şə
raitimizdə  idarəetmədə  əhalinin  həyat  səviyyəsinin  yüksəlməsi  məsələsi  bir  qayda  olaraq  əsas 
məsələ kimi qalır.   
3. Azərbaycanın ərazisinin əsas hissəsi indiyədək kifayət qədər öyrənilməyib. Bütün bunlar 
alınmış  məlumatlara,  tematik  kartoqrafiyaya,  indikasion,    ekstrapolyasiya  və  interpolyasiya 
yanaşmalarını, distansion analizin  inkişafını və tətbiqinin işlənib hazırlanmasını tələb edir. 
4.  Kifayət  qədər  maliyyə  imkanları  olmadğından  dövlət  hələlik  ekoloji  planlaşdırmaya 
yönəlmiş  layihələri  formalaşdıra  bilmir.  Đstənilən  halda  sosial-iqtisadi  yönəmli  tendehsiya  və 
ptoqramlar  nəzərə  alınmalıdır,  tarazlaşmış  sosial-ekoloji-iqtisadi  kompleks  planlar  işlənilməlidir. 
Layihə  işlərinin  ilkin  mərhələlərində  landşaft  planları  müxtəlif  məkan  səviyyəli  ərazilər  üçün 
işlənmiş inkişaf planları ilə inteqrasiya olunmalıdır.  
5.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  həyat  səviyyəsinin  aşağı  alması  aşağı  ekoloji 
mədəniyyətə  gətirir,  ekoloji  hüquqla  məşğul  olan  mütəxəssislərin  sayı  azalır.  Cəmiyyət  hələlik 
planlaşdırma  prosesinə  cəlb  olunmayır  və  keşmişdə  mövcud  olan  sosialist  planlari  haqqında 
formalaşmiş neqativ təsəvvürlər bu qündə əhalidə bu proseduralara biganəlik yaradır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə