Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
53
Landşaft layihə sənədlərinin işlənməsinin əsası olan bu mərhələlərin məzmunu aşağıda
ə
traflı veriləcək.
Şə
kil 4.1. Landşaft planlaşdırmasının mərhələləri
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
54
4.2. Landşaft proqramı
Ümumi müddəalar
Landşaft planlaşdırılması sistemi ierarxiyasının ən yuxarı təbəqəsi kimi landşaft proqramının
onun növbəti səviyyələrindən əsas fərqi bütün planlaşdırma ərazisindəki funksional istifadə
(məqsədli) zonalarını ayrırmaqdır (bölünməsi). Bunun üçün aşağıdakılar nəzərə alınmalıdır:
- planlaşdırmanın əsas məqsədləri, hər şeydən əvvəl, təbiəti mühafizə məsələləri;
- təbii-məkan strükturu və ərazinin təsərrüfat baxımdan mənimsənilməsi;
- təbiətdən istifadənin konfliktli arealları.
Landşaft proqramı işlənən zamanı aşağıdakı funksional zonalar ayrıla bilər, misal üçün:
A zonası – xüsusi ehtiyacı olan arealların mühafizəsi
Ə
sas məqsəd - əsasən qarşılıqlı əlaqədə olan təbii və yaxud ona yaxın ekosistemlərin
mühahafizəsidir; bu areallar növ və biosenozların mühafizəsi üçün çox böyük əhəmiyyətə malikdir;
bu zonalarda heç bir istifadəyə məsləhət görülmür, ekstensiv də daxil omaqla.
B zonası – ekstensiv istifadə olunan arealların mühafizəsi
Ə
sas məqsəd - əsasən extensiv istifadə olunan arealların mühafizəsidir, misal üçün, hansılara
ki daxildir, meşə arealları və təbii ekosistemlərə yaxın, ancaq növbə ilə meşə və kənd
təsərrüfatlarında istifadədə olan mədəni ekosistemlər; bura hər şeydən əvvəl tarixi mədəni
landşaftlar daxildir; bu əsasən landşaftın komponentlərinin “işqabiliyyətini” saxlamaq üçün
lazımdır. Bu həm də xüsusi cəciyyəvi landşaftlara və extensiv təbiətdən istifadəyə istinad yaradan
kiçik istifadəli landşaft komplekslərinə aiddir. Sərbəst (boş) sahələrdə landşaftın imkanına uyğun
olaraq nizamlanan rekreasiya formaları inkişaf etdirmək olar. Məskunlaşma məntəqələrinin sayı
məxsusi tələbə uyğun olaraq məhdudlaşdırılır, infrastrukturun inkişafından, xüsusən nəqliyyatın,
imtina etmək gərəkdir.
C zonası – əsasən xüsusi həssas arealların yaxşılaşdırılması
Ə
sas məqsəd - əsasən landşaftın komponentlərinin iş qabiliyyətini və istifadənin intensivliyi
və yaxud növünü dəyişdirməklə istifadə olunan arealların vəziyyətini yaxşılaşdırmaqdır. Bura hər
ş
eydən əvvəl daxildir, ərazinin istifadə növü və dərəcəsi mümkün olan təzyiqi xeyli artan areallar.
D zonası – kənd təsərrüfatında istifadə olunan areallarda təbii komponentlərin mühafizəsi
Ə
sas məqsəd – mövcud təbii strükturu və torpaqdan extensiv istifadəni saxlamaqla kənd
təsərrüfatında istifadə olunan areallarda təbii mühitin iş qabilyyətinin təminatıdır; ərazinin
yaxşılaşdırılmasının xüsusi və ümumi məqsədlərinə nail olmaqdır (məsələn, yeraltı suların, suyun,
torpağın mühafizəsi; meşələrin kiçik biotoplarının, su obyekləri ətrafında salınmış meşə
zolaqlarının təbii suksessiya ilə təminatı).
E zonası – yaşayış məntəqələrində sərbəst (boş) yerlərin və təbii mühitin mühafizəsi
Ə
sas məqsəd – böyük yaşayış məntəqələri və onların ətraflarında lazımi miqdar və
keyfiyyətdə sərbəst (boş) yaşıl sahələri saxlayıb, mühafizə etməkdir; aşağıdakı məqsədlər üçün
yaşayış məntəqəsini təbii landşaftlara yaxın, yaşıl biotoplara görə bölmək:
- tikilməmiş shaələrdə funksional əlaqənin yaradılması (xüsusən kənd meşə
təsərrüfatında istifadə olunan şəhər ətrafında);
- rekreasiyada;
- mənbələrin ziyanverici maddələrdən və səsdən mühafizəsində.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
55
F zonası – intensiv istifadə olunan arealların yaxşılaşdırılması ( o cümlədən sanasiya)
Ə
sas məqsəd – təbiətə ziyanverın təsərrüfat növü olanda və bu zaman ətraf mühitin
mühafizəsi üçün adyekvat tədbirlərin olmadığı halda insan və təbiyət üçün xüsusi təhlükə olanda
ziyanverən təzyiqlərin aradan qaldırılması, ətraf mühitin sanasiya edilməsi.
Şə
kil 4.2. Đlkin məlumatların quruluşu və çərçivə landşaft planının hazırlanmasının birinci və ikinci
mərhələləri üçün nəticələrin alınması
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
56
4.3. Çərçivə landşaft planının tərtib olunmasının alqoritmi (Baykal gölünün timsalında)
4.3.1 Đnventarlaşdırma mərhələsi
Đ
nventarlaşdırma mərhələsi ərazinin təbii mühiti, onun sosial-iqtisadi şəraiti və torpaqdan
istifadənin xüsusiyyətləri haqqında bütün mümkün məlumatların toplanması və ümumiləşdirilməsi,
və həm də, ərazinin ekoloji problemləri konteksində “sosial mühit-təbiətdən istifadə” sistemində
ə
sas konfliktlərin müəyyənləşdirilməsi üçün aparılır.
Bu mərhələnin əsas nəticəsi 1: 100 000 miqyaslı inventarlaşdırma xəritələri və planlaşdırma
ə
razisində konflikt və problemlərin müəyyənləşdirilib, təqdim olunmasıdır. Xəritələrin məzmunu və
informasiya zənginliyi ərazinin təsərrüfat istifadəsinin xüsusiyyətlərini və təbii mühitin müasir
vəziyyətini əks etdirməlidir.
Đ
nventalaşdırma xəritələri tərtib edildikdə təbii komponentlərin vəziyyəti analiz edilir və bu
da ərazinin əsas inkişaf funksiyasını müəyyən etdikdə nəzərə alınır. Adətən belə komponentlər
aşağıdakılardır:
- novlər və biotoplar;
- torpaqlar,
- iqlim və yerüstü atmosfera,
- səth suları;
- yeraltı sular,
- landşaftlar.
Bundan başqa bu mərhələdə sosial-iqtisadi şərait və ərazidən mövcud istifadəolunma analiz
edilir. Bu siyahı təqribidir və ərazinin təbii xüsusiyyətləri və planlaşdırmanın məqsədlərindən asılı
oıaraq dəyişə bilər.
Đ
nventarlaşdırma xəritələrinin tərtibi üçün ilkin məlumatlar xəritə və qeyri-xəritə fond və
müxtəlif təşkilatların arxiv materialları ola bilər. Ayrı-ayri komponentlər və sosial-iqtisadi şərait
üçün inventarlaşdırma xəritələrinin mənbələri 4.2. şəkilində verilmişdir.
Ə
razinin təbii şəraitini analiz etdikdə, məsələn, antropogen pozulmanın xarakter və
dərəcəsinin müəyyən etdikdə, rayon planlaşdırmasına daxil olan materiallardan, ərazinin kompleks
təbiəti mühafizə sxemindən, və həm də, təbiəti mühafizə üzrə yerli ərazi komitələrinin ekoloji şərait
haqqında hazırladığı illik məruzələrdən istifadə etmək məsləhət görülür. Misal üçün şəkil 4.3 və
4.4-də konkret ərazi (Baykal gölünə axan Qoloustan çayının hövzəsi) üçün 1: 100 000 miqyaslı
inventarlaşdırma xəritəsinin fraqmentləri verilmişdir.
Đ
nventarlaşdırma xəritələrini tərtib etdikdə həmdə aşağıdakı məxsusi tədqiqtqların
aparılması məsləhət görülür: ərazi üzrə birdəfəlik tematik ekspedisiyalar aparmaq, məsələn,
geobotaniki, geokimyəvi, torpaq və digərləri üçün; səciyyəvi hissələrdə kompleks stasionar
tədqiqatlar aparmaq və xüsusi hazırlanmış anket vasitəsilə yerli əhali arasında sosioloji sorğular
keçirmək.
Yuxarıda göstərildiyi kimi, inventarlaşdırma mərhələsinin vacib məsələsi təbiətdən
istifadəçilərin maraqlarını müəyyənləşdirmək, həm də bu mühitdə olan konflikt və problemləri
analiz etməkdir. Ona görədə, landşaft planının bu mərhələsində artıq bütün marağı olan təşkilat və
fərdlərlə məsləhətləşmə aparmaq, kütləvi informasiya vasitələri, xüsusi nəşrlər və digər oxşar
mexanizmlərlə ictimaiyyəti məlumatlandırmaq lazımdır. Mümkün olduqca təşkilat və ictimaiyyətin
nümayəndələri ilə əvvəlcədən görüşlər keçirmək gərəkdir.
Dostları ilə paylaş: |