Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
51
4. Landşaft planlaşdırılmasına aid metodik tövsiyələr
4.1. Ümumi müddəalar
Landşaft planlaşdırması prosedurlarının həyata keçirilməsi ölkənin inzibati bölgüsünə və
qaununçuluğuna uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasında inzibati bölgü Alamniyanın
federal quruluşundan əsaslı surətdə fərqlənir. Hər şeydən əvvəl bu fərq özünü hakimiyyət
dairələrinin səlahiyyətində və ganunverici siyasətdə özünü göstərir. Đnkişaf etmiş alman
cəmiyyətində daha vacib rol aşağı məişət səviyyəsindədir. Postsovet məkanında bu səviyyə az
inkişaf etmişdir və hüquq müstəvisində onun konturları və funksiyası zəifdir. Məsələn,
Azərbaycanda landşaft planlaşdırmasının prosedurlarının həyata keçirilməsi üçün ən yaxşı imkan
bələdiyyələrin əraziləridir. Bu səviyyədə “aşağıdan” və “yuxaridan” irəli sürülən maraqlar axının
assimlasiya etmək olar. Eyni zamanda landşaft və şəhərsalma planlarının uyğunlaşdırılması da
tamamilə mümkündür. Belə inteqrasiya prosesində informasiya zənginləşir və hüquqi məsuliyyət
artır (cədvəl 3.1).
Cədvəl 3.1. Landşaft və şəhərsalma planlarının Azərbaycan şəraitinə tövsiyə olunan səviyyələri və
miqyasları
Đ
nzibati səviyyə
Şə
hərsalma planının
səviyyələri
Landşaft
planlaşdırması
Landşaft
planlaşdırılmasını
n miqyasları
Təbii-coğrafi
rayonlar
Təbii-coğrafi rayonun
ə
razi planlaşdırmasının
sxemi
Landşaft proqramı 1: 1 000 000-dən
1: 200 000-ə qədər
Đ
qtisadi-coğrafi
rayonlar, inzibati
rayonlar qrupu
Đ
qtisadi-coğrafi
rayonun ərazi
planlaşdırmasının
sxemi
Landşaft proqramı 1: 200 000-dən
1: 50 000-ə qədər
Đ
nzibati rayon
Đ
nzibati rayonun ərazi
planlaşdırmasının
sxemi
Çərçivə
landşaft
planı
1: 100 000-dən
1: 50 000-ə qədər
Yerli özünü
idarəetmənin ərazisi
Baş plan
Landşaft planı
1: 50 000-dən
1: 25 000-ə qədər
Şə
hər dairəsinin bir
hissəsi,
məhəllə,
mikrorayon və digər
elementlər
Ə
razinin plan proyekti
“Yaşıl” plan
1: 23 000-dən
1: 5 000-ə qədər
Sonradan təqdim olunacaq metodikadan əvvəl, plan sənədlərində istifadə olunan əsas
terminlər və onlara uyğun anlayışların siyhısı aşağıda verilir.
Landşaft planlaşdırması
• Birinci, bu konkret landşaftda cəmiyyətin fəaliyyətinin ərazi təşkilndə istifadə olunan
metodik vasitələrin toplusudur. Həyat təminatının əsası kimi, bu vasitələr təbiətdən davamlı
istifadəni və bu landşaftların əsas funksiyalarını saxlayır;
• Đkinci, bu kommunikativ prosesdir, bura planlaşdırma ərazisindəki təbiəti mühafizə və
təsərrüfat fəaliyyətinin bütün subyektləri cəlb olunur və bununla da təbiətdən istifadə
edənlərin hamısının marağı təmin olunur, konfliktlər həll edilir, fəaliyyət və tədbirlər üçün
razılaşdırılmış plan işlənir.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
52
Landşaft proqramı
• Bu regional səviyyədə xülasəli plan sənədidir (xəritələr və izahlı mətn), landşaft
planlaşdırması aparılan ərazinin əsas funksional landşaft zonalarını və təbiətdən istifadənin
ə
sas istiqamətlərini müəyyənləşdidir. Landşaft proqramını Azərbaycanda təbii-coğrafi və
iqtisadi-coğrafi rayonlar üçün işləmək tövsiyə olunur.
Çərçivə landşaft planı
• Bu təbiəti mühafizə məsələlərinin və ərazinin real istifadəsinin, onun təbii-resurs
potensialının orta miqyaslı səciyyəsini əhatə edən xəritə və mətnlərin toplusudur. Bura həm
də ekoloji baxımdan məqsədyönlü təbiətdən istifadə və ərazinin inkişaf planının məqsədləri
daxildir. Azərbaycanda çərçivə planını inzbati rayonlar və yaxd inzibati rayonlar qrupu üçün
tərtib etmək tövsiyə olunur.
Landşaft planı
• Bu tərkibinə görə çərçivə planına oxşayan xəritə və mətnlərin toplusudur, ancaq təbiəti
mühafizə və torpaqdan istifadə məsələlərinin təsərrüfat fəaliyyəti subyektləri və aşağı
səviyyəli ərazi-inzibati idarə təşkilatları arasında razılaşdırılmanın həllinə yönəlmişdir.
Burada landşaft planının qiymətləndirməsi və tövsiyələr planlaşdırma ərazisinin iri miqyaslı
(kifayət qədər ətraflı) analizinə əsaslanır. Onlar konkret proqramlarin və təbiətdən istifadə
layihələrinin realizasiyasını və ərazinin inkişafını təmin edir.
Ümumilikdə landşaft planlaşdırması ierarxiya sistemi kimi realizasiya olunur. Burada
planalaşdırma qaydaları və göstərişlər bir birinə zidd olmur, amma bir-birini tamamlayır. Çərçivə
tövsiyələri (“yuxarıdan” təkliflər) aşağı mərhələli planlaşdırma üçün təkcə ətraflı göstərişlərdən
ibarət olmur, eyni zamanda “aşağıdan” təsirdən özü formalaşır.
Landşaft proqramını müvafiq miqyaslı xülasə xəritələri və bu xəritələrə aid izah mətninin
broşurası kimi hazırlamaq məsləhətdir. Landşaft proqramının çap olunması məcburi deyildir,
amma, imkan daxiulində marağı olan bütün strukturlar və vətəndaşlar onu əldə edə bilməlidirlər.
Landşaft planı (çərçivə və yaxud iri miqyaslı) izah mətni ilə birgə müvafiq miqyaslı 10-20
xəritədən ibarətdir, həcmi 2-5 çap vərəqi ola bilər. Xəritələr və mətn tamamlandıqdan və onlarla
yerli nümayəndələr, və yaxud icra təşkilatlarlı tanış olduqdan sonra, broşura və ya kitab şəkilində
çap olunması məsləhətdir. Planlaşdırma ərazisinin inkişaf məqsədləri və tədbirlər xəritələri hələ
ilkin tərtib məthələsində bütün marağı olan təşkilatlar və şəxslər üçün əldə edilən olmalıdır.
Landşaft planlarının tərtibatı bir tiplidir, və bir qayda olaraq aşağıdakı beş əsas mərhələdə
həyata keçirilir (şəkil 4.1):
- ərazinin təbii mühiti, ounu sosial-iqtisadi şəraiti, strukturu və torpaqdan istifadənin
xüsusiyyətləri haqqında bütün məlunatların toplalanması, inventarlaşdırılması və
ümumiləşdirilməsi, və həm də, ərazinin ekoloji problemlərinin konteksində təbiətdən
istifadənin konfliktlərinin müəyyənləşdirilməsi;
- təbii şəraitin və planlaşdırma ərazisinin potetnsialının əhəmiyyətlilik və həssaslıq
kateqoriyalarına görə, və həm də, torpaqdan istifadə səciyyəsinə görə
qiymətləndirilməsi;
- ayri-ayri təbii komponentlər üçün təbii resurslardan istifadənin sahə məqsədli
konsepsiyasının işlənilməsi;
- ərazinin istifadəsinin inteqrasiya olunmuş (birləşmiş) məqsədli konsepsiyasının
işlənilməsi;
- fəaliyyət və tədbirlərin əsas istiqamətlərinin proqramlarının işlənməsi.
Dostları ilə paylaş: |